3000 manat məvaciblə Maliyyə Direktoru tələb olunur

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

Maliyyə Direktoru Vəzifə: Maliyyə Direktoru

İşəgötürən: HR Recruitment Team

  • Şəhər: Bakı
  • Yaş: minimum 30 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
Həmçinin bax: 900 manat məvaciblə Mühasib tələb olunur
İş barədə məlumat
– Vergi, DSMF, Statistika, Məşğulluq hesabatlarının dəqiq və vaxtlı vaxtında təqdim edilməsini təmin etmək
– Əmək haqqlarının hesablanmasına və verilməsinə nəzarət etmək
– Kassa əməliyyatları və bank ödənişlərinin düzgün icra olunmasını təmin etmək
– Aylıq maliyyə hesabatının bağlanılmasına nəzarət etməsi
– İdarəçilik üçün zəruri olan digər hesabatların hazırlanması
– Rəhbərlik üçün maliyyə təqdimatlarının hazırlanması
– Mühasibat uçotunun avtomatlaşdırılması üçün hədəflərin təyin edilməsi
– Büdcə icrasının monitorinqi və təhlil edilməsi
– Bütün satış və satınalma xərclərinin təstiq edilməsi
– İllik biznes planlaşdırılmasında iştirak etmək
– Şirkətin büdcəsinin hazırlanmasında və baxışdan keçirməsində iştirak etmək
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək
Namizədə tələblər
– Uyğun vəzifədə 3-5 il iş təcrübəsi
– Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmaq
– 1C Proqramını, Microsoft Office proqramlarını əla səviyyədə bilmək
– Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı
– Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyətiYuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Maliyyə direktoru” qeyd edərək CV formasını manager.recruitret@gmail.com /  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 205 nəfəri işə qəbul edib

posted in: Xəbər | 0

işə qəbulSon üç ay ərzində 205 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində işə qəbul olunub

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün Dövlət İmtahan Mərkəzi vasitəsilə 7-8, 13 fevral və 9 iyulda müsabiqə üzrə müsahibə, ümumi müsahibə və daxili müsahibə elanları edilib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, bu elanlarda nazirlik üzrə təqdim olunan, ümumilikdə, 703 vakant yerə iddia edənlər arasından 381 namizəd seçilib. Son üç ayda onlardan 205 nəfəri nazirliyin aparatında, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşğulluq Xidmətində, Dövlət Əmək Müfəttişliyi Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində və onların yerli struktur bölmələrində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul olunublar. Onlardan böyük əksəriyyətini gənclər təşkil edir.

Dövlət qulluğuna qəbulla bağlı müsabiqə və müsahibələrdə uğur qazanmış digər şəxslərin də nazirlik sistemində işə qəbulu prosesi davam etdirilir.

Mənbə: azertag.az


Bu qurumda “Elektron Hesabat Sistemi” yaradılıb

posted in: muhasibat, Xəbər | 0

Elektron HesabatƏmanətlərin Sığortalanması Fondu (ADIF) informasiya texnologiyaları sahəsində yeni layihələrin icrasına davam edərək qurumun üzvü olan banklardan hesabatlarının vahid formada qəbul edilməsi və idarə olunması məqsədilə ” Elektron Hesabat Sistemi ” (EHS) yaradıb.

ADIF-dan bildiriblər ki, banklar Əmanətlərin Sığortalanması Fonduna təqdim etdikləri rüblük hesabatları fond tərəfindən yaradılmış internet portalına Milli Sertifikat Xidmətləri Mərkəzinin buraxdığı və bankın adına alınmış elektron imza sertifikatlarından istifadə etməklə daxil edə biləcək. Bu sistem Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarla fond arasında məlumat mübadiləsinin operativ aparılmasını, bankların rüblük hesabatlarına nəzarəti və təhlükəsiz idarə edilməsini, hesabatların emalı və analitik məlumatların hazırlanmasının sürətləndirilməsini təmin edir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Fondun ləğvetməsində olan bankların kredit yığımlarının sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə inteqrasiyanın qurulması üzrə işlər davam etdirilir. Bu layihə ləğv prosesində olan bankların müştərilərinə kredit borclarının “ASAN Ödəniş” terminalları ilə nağd formada və asanpay.az portalı vasitəsilə nağdsız qaydada ödənilməsinə imkan yaradacaq.

Xatırladaq ki, bundan öncə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların kredit yığımlarının sürətləndirilməsi məqsədilə Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiyası təmin edilib. Bu da ölkə ərazisində fəaliyyət göstərən bütün bankların 2000-ə yaxın xidmət şəbəkəsində və “Azərpoçt” MMC-nin 1300-dən çox məntəqədə, 1000-dən çox ödəniş terminallarında nağd formada və www.gpp.az internet portalından, bankların elektron bankçılıq xidmətlərindən istifadə edilməklə ödəniş kartları və bank hesabları vasitəsilə nağdsız qaydada ləğv prosesində olan bankların kredit ödənişlərinin qəbul edilməsinə imkan yaradıb.

Bundan başqa, Əmanətlərin Sığortalanması Fondu mərkəzləşdirilmiş informasiya sistemlərinin təkmilləşdirilməsi və avtomatlaşdırılmış maliyyə əməliyyatları sisteminin qurulması üzərində iş aparır. Bu layihə proseslərin avtomatlaşdırılması, mövcud sistemlərin daha müasir və dayanıqlı sistemlərlə əvəz edilməsi, sistemlərin funksional imkanlarının təkmilləşdirilməsi, əlaqədar təşkilatlar arasında informasiya mübadiləsinin müasir tələblər səviyyəsində qurulması və qeyd olunan sistemlər üzrə yeni ehtiyat mərkəzdə müvafiq infrastrukturun yaradılmasını nəzərdə tutur.

Həmçinin bax: Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi hansı qaydada rəsmiləşdirilməlidir?

Mənbə: azertag.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Elektron ödənişlərdən vergi tutulması

posted in: Vergi, Xəbər | 0

Elektron ödənişVergi qanunvericiliyinə əsasən, Azərbaycanda qeydiyyatda olmayan şirkətdən elektron iş və xidmətlər alındıqda vergi müştəri tərəfindən ödənilir.

Bəs bu ödəniş necə həyata keçirilir?

Azərbaycan Banklar Assosiasiyasının ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə ekspert qrupunun üzvü Teymur Axundov suala aydınlıq gətirərək qeyd edib ki, müştəri öz ödəniş kartı ilə xaricdən internet vasitəsilə iş və xidmət aldığı zaman bu vəsaitin cəlb edilməsi müştərinin kart hesabı ilə əlaqədar iki yolla aparılır. Hesab dollarda olduqda proses komissiyasız baş verir, manatla olduqda isə konvertasiya üçün komissiya haqqı tutulur. Lakin unutmaq olmaz ki, manatla ödəniş edən zaman valyuta kursunun dəyişməsi müştəri üçün borc yaranmasına gətirib çıxara bilər. Bunun səbəbini ödənişlərin vergiyə cəlb olunması prosesində görmək mümkündür.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Müştəri ödənişi dollarla etdiyi halda…

İş və xidmətin (məsələn, 100 dollarlıq iş və xidmət) ifadə olunduğu valyuta ilə müştərinin kartının valyutası eyni olduqda beynəlxalq ödəniş sistemləri (BÖS) müştərinin kartından 100 dollar tutur, amma bank hələ bu əməliyyatı görmür. Əməliyyatı prosessinq mərkəzi (AzerCard, Millikart və s.) görür. Bankla prosessinq mərkəzi arasında razılaşmaya əsasən, mərkəz konkret MCC kodlar (hər bir əməliyyat üzrə ödənişlər VISA, MasterCard tərəfindən müəyyən edilən kodlar üzərindən gedir və bu kodlar MCC kodlar adlanır. Kodlarda ödənişin nəyə aid olduğu bilinir: məsələn, təhsil xidməti, səhiyyə xidməti, hər hansı mal, iş və ya xidmət) üzrə əməliyyatlara vergi hesablanmasını da nizamlayır.

Yəni müştəri 100 dollarlıq xidməti alan zaman prossesinq mərkəzinin nizamlamasına uyğun olaraq, kartdan 100 dollar, +18% tutulur. Hesabda bu məbləğ olmadıqda əməliyyat həyata keçirilmir.

Bank isə əməliyyatı 2-3 gün sonra, yəni BÖS tərəfindən ödənişin məlumatları (filebank) banka daxil olanda görür. Bu zaman bank 100 dolları öz hesabına, 18 dolları isə vergi hesabına həmin günün kursuna əsasən manatla köçürür. Nəticədə dollar hesabı olan vergi ödəyicisi aşağıdakı miqdarda ödəniş edir:

Ümumi ödəniş  =  

100 dollar  +  18% vergi  =  118 dollar.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ödəniş manatla edildikdə…

Müştəri iş və xidmət alan zaman avtorizasiya edərək ödənişi təsdiq etdikdə, həmin günün kursu ilə 100 dollar + 18% + 4% = 122 dollar  (bu, təqribi rəqəmdir:  4% bankın komissiyasıdır və bankdan-banka fərqli ola bilər) ekvivalentində vəsait konvertasiya olunur və kartda bloklanır. Sonradan isə dollar hesablı ödəniş üçün qeyd etdiyimiz oxşar əməliyyat burada davam edir. Əgər məlumat banka daxil olan gün kurs dəyişərsə (dolların kursu qalxarsa) və kartda bu fərqi ödəmək üçün kifayət qədər vəsait olmazsa, yaranan fərq müştərinin banka borcu kimi qeydə alınır. Nəticədə manat hesabı olan vergi ödəyicisi aşağıdakı miqdarda ödəniş edir:

Ümumi ödəniş = 100 dollar x əməliyyat günün məzənnəsi  +  18% vergi  +  bank komissiyası  ±  valyuta kursundakı dəyişiklik.

T.Axundov qeyd edib ki, gələcəkdə vergi tətbiq ediləcək yeni sahələr müəyyənləşdirilir. Bu xidmətlərin siyahısı 4 əsas qrupda cəmləşdirilir:

Xidmətlər – vergi dərəcəsi: ödəniş üzrə 18%;

Son məhsulu elektron mal kimi qiymətləndirilən xidmətlər – vergi dərəcəsi: ödəniş üzrə 18%;

Mərc oyunları, lotereyalar və digər müsabiqələr – vergi dərəcəsi: ödəniş üzrə 18%, uduş üzrə 10%;

Pul kisəsi xidməti – vergi dərəcəsi: pul kisəsi ilə bağlı xidmətlər və vəsaitlərin göndərilməsi üzrə 10%.

Bura yerində göstərilən xidmətlər: məsələn, nəqliyyat xidməti, bərbərxana xidməti və s.  aid edilməyib. Həmçinin son məhsulu mal kimi qiymətləndirilən şirkətlərə ödəniş edildiyi zaman da sözgedən vergi tətbiq olunmayacaq.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev mövzu ilə bağlı açıqlamasında bildirib ki,  Vergi Məcəlləsinin 1 yanvar 2017-ci il tarixdən qüvvəyə minmiş 169.1-ci və 169.3-cü maddələrinin müddəalarına əsasən, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ƏDV hesablanmalı və ödənilməlidir. Elektron ticarət qaydasında alınan mallara görə ödənilən məbləğdən banklar tərəfindən ƏDV-nin hesablanması və alıcının hesabından tutulması isə Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.

Bunlarla yanaşı, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından əldə edilən gəlirdən uduşa qoyulmuş məbləğ çıxıldıqdan sonra qalan məbləğdən gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Mənbə: vergiler.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz