Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi hansı qaydada rəsmiləşdirilməlidir?

posted in: Xəbər | 0
Məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi

Məhsulların istehsalını və satışını həyata keçirən müəssisə tərəfindən həmin məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi hansı qaydada rəsmiləşdiriləcəkdir?

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»-nın 3.5-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması «Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası» ilə sənədləşdirilir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Qeyd olunanlara əsasən:

İstehsalçı müəssisə tərəfindən istehsal olunan məhsulların istehsalçıya məxsus təsərrüfat obyektlərində (subyektlərində) pərakəndə qaydada satışının həyata keçirilməsi məqsədilə həmin məhsullar istehsal müəs­sisəsindən pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması «Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası» ilə sənədləşdirilməklə rəsmiləşdirilir.

Mənbə: vergiler.az


Çin Xalq Respublikasının vergi sistemi barədə bilmədiklərimiz (3-cü hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

ÇXR vergi sistemiÇXR vergi sistemi barədə bilmədiklərimiz (3-cü hissə)


Uşaqlara görə vergi

Məlum olduğu kimi ÇXR dünyanın ən çox əhalisi olan ölkəsidir. Əhali sayını tənzimləməkdən ötrü hələ 1979-cu ildə dövlət tərəfindən qərar qəbul olunmuşdu. Həmin qanuna görə Çin cütlüklərinə bir övladdan çox dünyaya uşaq gətirmək qadağan olunmuşdu. Beləliklə, hökumət bu qanunla dövlətin demoqrafik vəziyyətini hələ o zamanlardan tənzimləməyə cəhd göstərmişdi. Təbii ki, ÇXR-dan olan rezidentlər bu tədbiri müsbət qarşılamamışdılar. Onların bəziləri qanuna uyub, bir övladla kifayətlənməyi qəbul etsələr də, bir qismi həmin qanuna riayət etmirdi. Həmin qanunun tələbini pozan (ikinci uşağın dünya gəlməsinə görə) ailələr cərimə ödəməli olurdular.

Üstündən illər keçdikdən sonra çinlilərin reaksiyasını təhlil edən ölkə hökuməti nəhayət ki, nəticə çıxara bildi və başa düşdü ki, 1979-cu ildə qəbul edilən məlum qanun əhalinin istək və arzularını çox məhdudlaşdırır. Qanuna bir sıra əlavlər edildi. Hazırda ÇXR-də ailələrə iki uşaq dünyaya gətirməyə icazə verilir. Bununla yanaşı, üçüncü övlad istəyən ailələr isə buna görə 3 500 dollar cərimə ödəməli olurlar. Qeyd etmək lazımdır ki, “razılıq” verilmiş sayda dünyaya uşaq gətirən cütlüklərin nikahda olub-olmaması, nəzərə alınmır. İkinci övladı dünyaya gətirməkdən ötrü mövcud olan yeganə vacib şərt ondan ibarətdir ki, həmin valideynlərin özləri də vaxtilə ailənin yeganə uşağı olublar. Misal üçün, əgər ailədə iki böyük uşaq varsa, onlardan hər biri evlənib ailə qurduqdan sonra yalnız bir uşaq dünyaya gətirə bilərlər. Bu qaydanı pozan yuxarıda göstərdiyimiz məbləğdə cərimə ödəməli olurlar.

Həmçinin bax: Dünya ölkələrində vergi rejimi

Nəqliyyat vergisi

Nəqliyyat vergisi nəqliyyat vasitələrinin sahibləri tərəfindən ödənilir. Vergi dərəcəsi nəqliyyat vasitəsinin növündən (sərnişin, yük və ya xüsusi nəqliyyat vasitəsi, motosikllər, kənd təsərrüfatı təyinatlı nəqliyyat vasitələri; su gəmiləri, yaxtalar) asılı olaraq təyin edilir.

Avtomobil nəqliyyatının əldə olunmasına görə vergi

Bu vergi yeni avtonəqliyyat vasitəsi alınarkən (ikinci əl avtomobillərə görə vergi tutulmur) tutulur. Vergi dərəcəsi avtomobilin dəyərinin 10%-ni təşkil edir.

Daşınmaz əmlaka görə vergi

ÇXR-də əmlak vergisini şəhər yerlərində bina, tikili, inşaat obyekti  sahibləri və bunlardan sahibkarlıq məqsədilə istifadə edən iş adamları ödəyirlər. Bəzi regionlarda (Şanxay, Tsunsin) eksperimental qaydada islahat həyata keçirilir, hansı ki, həmin islahat çərçivəsində yaşayış fondlarının bir hissəsi belə vergiyə cəlb olunub. Əmlaka görə vergi bazası kimi regiondan asılı olaraq, əmlakın dəyəri hesablanır. Əgər, əmlak icarəyə verilirsə, onda vergi bazası olaraq icarə ödənişləri əsas götürülür. Əmlaka görə ödənilən vergi dərəcəsi  1,2%, icarə ödənişlərinə görə isə 12% təşkil edir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Torpağın qiymətinin yüksəlməsinə görə vergi

Bu vergi dövlət mülkiyyətində olan torpaq sahələrindən istifadə hüququnun təşkilat və ya fiziki şəxslərə verilməsi zamanı onun qiyməti yüksəldikcə ödənilən vergidir. Burada vergi bazası kimi torpaq sahəsindən istifadə hüququ əldə edilərkən, gəlirlər arasındakı fərq və xərclər nəzərə alınmaqla hesablanır. Bu zaman vergi dərəcəsi 30%-dən 60%-dək təşkil edə bilər.

Şəhər torpaqlarından istifadəyə görə vergi

Şəhər torpaqlarından istifadəyə görə vergi şəhərlərdəki torpaq sahələrindən istifadə etmək hüququ əldə etmiş şəxslər tərəfindən ödənilir. Vergi dərəcəsi hər kv metrə görə 0,6- 30 yuan renminbi təşkil edir.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Peşəcə mühasib olan ilk dollar milyarderi

posted in: muhasibat, Məqalə, Xəbər | 0

dollarJohn Davison Rockefeller – təkcə tarixdə ilk dollar milyarderi olmayıb, həm də bütün bəşəriyyət tarixində ən varlı insan olub.

  • Dolların bü günə olan kursu ilə hesabladıqda onun malik olduğu sərvət 400 milyard dollar edir.
  • John Rockefeller ulduz falına görə Xərçəng bürcündəndir. O 1839-cu il iyulun 8-də New Yorkd’a anadan olub.
  • Onun atası William Rockefeller xırda fırıldaçı olub. O özünü “botanika doktoru” adlandırıb və müxtəlif eleksirlər, o cümlədən “ölümsüzlük dərmanının”  satışı ilə məşğul olub. Belə bir mif mövcuddur ki, William kəndbəkənd gəzərək özünü kar kimi qələmə verib. İnsanlar isə onun kar olduğuna inanıb yanında hər şeydən, şəxsi sirlərindəm söz açıblar, dedi-qodu ilə məşğul olublar. Bir qədər keçdikdən sonra William həmin şəxsləri şantaj etməyə başlayıb  və ya maraqlı adamlara onlar barədə məlumatları pulla satıb.
Həmçinin bax: Allen Carr – Dünyanı dəyişən mühasib
  • John yeddi yaşının tamamında satış üçün ayrılan hind toyuqlarının yemlənməsi ilə məşğul olub. Qazandığı bütün pulları o, saxsı pul daxılına atıb və 13 yaşı olanda artıq onun 50 dollar pulu olub. Həmin pulları o, xərcləməyib, illik 7,5 faizlə qonşu fermerə borc verib.
  • Məktəbdə oxuduğu dövrdə onda belə bir arzu yaranıb: 100 milyard dollar qazanmaq və 100 il ömür sürmək.
  • Peşəcə John Rockefeller mühasib olub. Məktəbi bitirdikdən sonra üçaylıq mühasib kurslarına gedib və elə də böyük olmayan Hewitt & Tuttle şirkətində mühasib köməkçisi kimi işə başlayıb. Gün ərzində o, 50 sent pul qazanırdı. Elə ilk maaşına o, kiçik mühasib kitabı alır və öz gəlirləri və xərcləri barədə ətraflı hesabat aparmağa başlayır. Tarixçilər əmin edirlər ki, bu cür kitabları o, ömrünün sonuna kimi aparıbmış.
  • 1884-cü ildə John Rockefeller müəllimə Laura Spelman ilə ailə həyatı qurur. Onların dörd qızı və bir oğlu dünyaya gəlir. Brilyant nişan üzüyünə görə simic John 118 dollar pul ödəmişdi ki, bu da onun tərəfindən çox böyük cəsarət sayılırdı. O, bu cəsarəti bir daha təkrar etmək istəmədi: təvazökar bir toy məclisi quruldu, gənc cütlük ucuz bir mənzil kirayələmişdi və xidmətçi belə götürmək istəməmişdilər. Həmin dövrdə Klivlenddəki ən böyük neft emalı zavodu Rockefeller’ə məxsus idi. Sonralar Rockefeller öz arvadı ilə bağlı belə söyləmişdi: “Onun mülahizələri həmişə mənimkindən yaxşı olub. Onun məsləhətləri olmasaydı, mən kasıbın biri olacaqdım”.
  • Rockefeller həmişə alkoqollu içkilər və siqaret çəkməyə qarşı çıxış edib. Deyilənə görə, nahar fasiləsi zamanı o, öz kabinetinə çəkilib, qapını bağlayarmış və 30-40 dəqiqə mürgüləyərmiş, bununla da öz sağlamlığının qeydinə qalıb və həmin anlarda heç kim onu narahat etməyə cürət etməzdi.
  • John Rockefeller öz evində bazar iqtisadiyyatı modelini hazırlamışdı: böyük qızı Lauranı “baş direktor” təyin etmişdi və uşaqlarına müfəssəl mühasibat kitabları aparmağı tapşırmışdı. Hər bir uşaq milçək öldürməyə görə iki sent, bir karandaşın çərtilməsinə görə 10 sent, bir saatlıq musiqi məşğələsinə görə 5 sent qazanc əldə edirdilər. Konfetdən gün ərzində imtinaya görə 2 sent, ikinci gün isə daha 10 sent qazancları olurdu. Hər uşağın həyətdə öz ləki var idi. Bostanda hər çıxarılan alaq otunun on ədədinə görə uşaqlar bir penni pul gəliri əldə edirdilər. Kiçik Rockefeller’in bir saat ərzində odun yarmağına görə 15 sent qazanc olurdu, qızlardan biri isə axşamlar yatmağa hazırlaşarkən otaqları gəzərək şamları söndürdüyünə görə gəlir əldə edirdi. Səhər yeməyinə gecikən uşaqlar bir sent məbləğində cərimə ödəyirdilər, onlar gün ərzində bir tikə pendir əldə edirdilər, bazar günləri isə onlara Bibliyadan başqa heç bir kitab oxumağa icazə verilmirdi.
Həmçinin bax: Mühasib ailənin ulduz övladı

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Norveçlə bağlı maraqlı və əsrarəngiz faktlar (3-cü hissə)

posted in: Məqalə, Xəbər | 0

Norveç bağlı faktlar

  • Norveçdə ərzaqlar çox yüksək keyfiyyəti ilə fərqlənir, xüsusilə də süd məhsulları. Yeri gəlmişkən, Avropada ən bahalı hamburgerlər bu ölkədə satılır.
  • Norveç ən təhlükəsiz ölkə hesab olunur. Burada hamı qanunalara hörmət edir, kriminal yox dərəcəsindədir, oğurluq etmək kimi naqislik halları isə norveçlilər üçün ağlagəlməz bir şey hesab olunur. Yalnız nəhəng ticarət şəbəkələri çıxışda detektor-çərçivədən və müşahidə kameralarından istifadə edirlər. Digər ticarət obyektlərində belə qoruyucu cihazlardan istifadə olunmur. Bütün bunlara baxmayaraq, Norveçin tarixində ən qanlı bir gün də yaşanıb. Belə ki, Breyvik soyadlı fanatik bir neçə il bundan əvvəl paytaxt Osloda avtomobil partladıb və bundan sonra Utoya adasına gedərək 77 nəfər dinc sakini güllələyərək öldürüb.
  • Norveçlilərin bir çoxunun orta aylıq əməkhaqqı 5-7 min avro təşkil edir.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
  • Norveçdə balıqlar heyrətamiz dərəcədə boldur. Bu ölkədə dəniz və göl balıqçılığı yüksək inkişaf edib. Balıq ovu üçün lisenziya lazım olmadığından bir çox avropalılar balıq ovlamaq üçün bu ölkəyə üz tuturlar. Refrijator avtomobilləri ilə bu ölkəyə gələn avropalılar iki həftə ərzində çadırlarda yaşayaraq, balıq tutmaqla məşğul olurlar və altı ay ərzində özlərini balıqla təmin edərək, geriyə vətənlərinə qayıdırlar. Almanlar, hollandlar və belçikalılar bu məsələdə daha çox fəallıq nümayiş etdirirlər.
  • Norveç dünyada ən böyük uzunluqda olan fiordlara malik bir ölkədir. Fiord – bu geniş, çox vaxt da girintili-çıxıntılı və qayalıq sahillərdən ibarət kilometrlərlə materikin içərisinə uzanan təbii kanallardır.
  • Norveçin mərkəzi hissəsi və ya digər yerlərində gün ərzində avtomobillə hərəkət edərkən, bir dənə də olsun polis maşınına rast gəlməyə bilərsən.
Məqalənin 2-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.