Nizamnamə kapitalı 200.000 manat olan MMC yaradıldı

posted in: Vergi, Xəbər | 0

MMCVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 200.000 manat olan MMC yaradılıb.

Kommersiya qurumunun adı: “URBN AZ Development” MMC

Qeydiyyat nömrəsi (VÖEN): 1305561191

Hüquqi ünvanı: AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466

Nizamnamə kapitalı: 200.000 manat

Maliyyə ili: 01 Yanvar-31 Dekabr

Qanuni təmsilçi: Ağayev Vüsal Vəzir oğlu

Dövlət qeydiyyatına alındığı tarix: 21 iyun 2018.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

500 manat əmək haqqı ilə xəzinədar tələb olunur

posted in: İş elanı, Xəbər, Xəzinədar | 0

Şirkət: Miniso LLC

Şəhər: Bakı

E-mail:  / 

Kateqoriya: Xəzinədar xidməti

Vəzifə: Xəzinədar

Əmək Haqqı: 500 AZN

Tələblər

• Yaş: 25-35
• Təhsili : Ali
• İş təcrübəsi : 1 ildən 3 ilə qədər
• Punktuallıq, səliqəli və işində dəqiq olmalı
• Düzgün nitq, azərbaycan və rus dillərini sərbəst, ingilis dili (arzu olunan)  bilməli
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı
• Analitik təhlil bacarığına malik
• Mükəmməl ünsiyyət qurmaq bacarığına malik
• Mühasibatlıq sahəsində təcrübəsi olan şəxslər müraciət etsinlər

Həmçinin bax: 1200 manat məvaciblə Baş mühasib axtarılır

İş haqqında məlumat:

• Gündəlik və aylıq kassa hesabatlarınin tərtib edilməsi
• Müdriyyətin tapşırdığı işləri və hesabatları vaxtında yerinə yetirməli
• Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
• Rəhbərliyə lazımi məlumatları hazırlayıb təhvil verməli

İş yeri müasir, pərakəndə mağazadır;
AR qanunvericiliyinə uyğun rəsmi sənədləşmə

Şəkilli CV-lərinizi “Xəzinədar” başlığı ilə   / info@finstaff.az ünvanına göndərə bilərsiniz.

Mənbə: jobsearch.az

Həmçinin bax: 900 manat məvaciblə Mühasib tələb olunur

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib fırıldaqları (15-ci sxem)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasib 15-ci sxem.

Əsas vəsaitlərlə bağlı fırıldaqçılıq.

Əsas vəsaitlərin amortizasiyası və silinməsi ilə əlaqəli saxtakarlıqlar mühasiblər tərəfindən geniş tətbiq olunur. Bu onunla bağlıdır ki, bir çox müəssisə rəhbərləri bir qayda olaraq, əsas vəsaitlərin xidmət müddəti ilə maraqlanmırlar və amortizasiya normalarından, ümumiyyətlə xəbərsiz olurlar.

Şirkətdə çoxlu sayda əsas vəsaitlər olarsa, bu cür dələduzluqlar mühasiblərdən ötrü mühüm əhəmiyyət kəsb edə bilər. Həqiqətən də, əgər müəssisədə bir neçə dəzgah və kompüter varsa, onlardan hər hansı birinin silinməsi diqqəti daha tez cəlb edə bilər. Yox, əgər müəssisənin balansında bir neçə bina, onlarla avtomobillər, soyuducu və kompüterlər və s. varsa, belədə əsas vəsaitlərin silinməsi adi işdir, hansı ki, rəhbərlik buna elə də çox diqqət yetirmir. Çox nahaq yerə.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Kompüterlərin və digər texniki avadanlıqların vaxtından əvvəl silinməsi kimi  pozuntu halları çox geniş yayılıb. Evində əlavə bir kompüterin olmasından zənnimizcə heç kim imtina etməz, ən azından uşaqlara gərək ola bilər. O səbəbdən şirkətin kompüterini pulsuz olaraq evə aparmaq məqsədi əla ideya ola bilər. Kompüterin köhnə olması heç nəyi dəyişdirmir, qoy uşaqlar ilk kompüter biliklərini elə köhnəsində öyrənsinlər.

Həmin kompüteri əldə etmək üçün isə, ilk növbədə onu silmək lazımdır. Nümunə üçün bildirək ki, qanuna görə kompüterlərə on il müddətində amortizasiya xərcləri çıxılır, bu müddətdən sonra cihaz akt tərtib olunmaqla silinir. Mühasib isə 3 il ərzində həmin kompüterin tam qiymətinin silinməsi kimi qarşısına məqsəd qoyur. Və o, bunu amortizasiya xərcləri normasını pozmaqla həyata keçirir.

Dələduzluq üçün digər imkanlar da yox deyil. Misal üçün, şirkətin balansında köhnə avtomobil var və o tam olaraq aşınıb. Bu zaman qaydalara uyğun olaraq, silinmə aktı tərtib edilir, maşın yol polisində qeydiyyatdan çıxarılır və utilizasiyaya verilir. Qarajın işçiləri ilə sövdələşərək, həmin avtomobilin bir çox ehtiyat hissələrini satmaq və pulları öz aralarında bölüşmək mümkündür. Reallıqda utilizasiya üçün də heç nə qalmayacaq.

Eyni yolla digər avadanlıqları  – dəzgahlar, aqreqatları və s. də silmək olar. Heç kimə sirr deyil ki, silinmiş avadanlıqlardan sonralar da istifadə olunması üçün çoxlu ehtiyat hissələri tapmaq mümkündür. Onların istifadəsindən müəssisə xeyli gəlir əldə edə bilər. Amma, rəhbərlik çox vaxt özünə belə şeyləri rəva görmür. Nəticədə həmin vəsaitlər çox zaman mühasiblərin cibini doldurur.

Əsas vəsaitlərin və onların komponentlərinin oğurlanması bu gün müəssisələrdə geniş yayılıb. Məsələn, mühasib kompüterdəki 512 mb operativ yaddaşı çox asanlıqla 128 mb həcmli yaddaşla əvəz edə bilər. Bu üsulla kompüterin digər hissələrini də dəyişdirib, evinə apara bilər. Bir neçə aydan sonra isə o yanınıza gəlib, kompüter köhnəlib deyərək, yenilənməsini xahiş edə bilər.

O, hətta kompüterin pis işləməsini sizlərə əyani nümayiş də etdirə bilər, bu zaman cihazın hissələrinin daha primitiv hissələrlə özü tərəfindən dəyişdirildiyini deməmək şərtilə. Rəhbərlik nə qədər söyləsə də ki, kompüter altı ay əvvəl əla işləyirdi. İndi buna nə oldu ki, hər şey göz önündədir, kompüter həqiqətən çox ləng işləyir və mühasibə işlərini çatdırmaqda maneçilik törədir. Sonda, müəssisə rəhbəri yeni texnika alınmasına razılıq verməli olur.

Yeri gəlmişkən, “kompüter oğurluqları” günümüzdə yalnız mühasiblər tərəfindən tətbiq olunmur, Müəssisənin digər əməkdaşları, xüsusilə də proqramçılar və sistem administratorları da bu cür əliəyriliyə gedirlər.

14-cü sxemi bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İqtisadçı – Mühəndis peşəsi

posted in: iqtisadiyyat, Məqalə, Xəbər | 0

MühəndisYəqin bir çoxları bilmir ki, engine ingiliscədən tərcümədə “motor”, “mühərrik” deməkdir.

Hesablamağı və daxili iqtisadiyyat göstəricilərini dəqiq təhlil etməyi bacaran biri olmadan istənilən şirkətin işində tərəqqi ola bilməz.

Ona mühasibatlıq işini aparmaq lazım deyil, amma, o, sözügedən müəssisədə  uçot metodlarını hökmən bilməlidir.  Onun işinin təməl daşı – kalkulyasiya və ya xərclər siyahısıdır.

Həmçinin bax: İqtisadçı – Menecer peşəsi

Bu məlumatlar əsasında iqtisadçı-mühəndis qalıqların aşağı salınması və gəlirlərin yüksəldilməsi tədbirlərini işləyib hazırlamağa borcludur.

Materiallar, avadanlıqlar, maliyyə kapitalı, əməkhaqqı, innovasiyalar – iqtisadi şöbənin mühəndisinin diqqətindən heç nə yayınmaz.

Təhlil zamanı o, iqtisadi səmərəliliyin göstəricilərindən olan rentabellik, xərclərin vahidinə düşən mənfəət, məhsuldarlığın artım tempi, maddi intensivlik, kapital qoyuluşlarının geri qaytarılma müddəti və s. istifadə edir.


Həmçinin bax: İqtisadçı peşəsi – Tarixi və təsviri

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.