Mühasib təhlükəli peşədirmi?!

posted in: muhasibat, Məqalə, Xəbər | 0

MühasibMühasib – təhlükəli peşədirmi?

İndiki gündə mühasiblər də işsizlər kateqoriyasına düşüblər. İşsizlikdən müdafiə olunmayan və ixtisara düşən daha bir əhali təbəqəsi yaranıb. Bu nə ilə əlaqəlidir və həqiqətənmi mühasib peşəsi təhlükə kəsb etməyə başlayıb, məqalə müəllifi, bax bunu aydınlaşdırmağa çalışıb.

Bəlkə bu peşə o qədər təhlkəli hesab olunur ki, mühasiblər hətta işə çıxmaq belə istəmirlər? Bəlkə çoxlu maxinasiyalar və mühasiblərin ünvanına daimi səsləndirilən təhdidlərdən – yəni, həbslə bağlı hədələr və s. – qorxurlar? Lakin, mühasiblər yaxın keçmişə qədər ən yaxşı kollektivlərini hələ də xatırlayırlar. Baş mühasib də əla insan idi və kollektiv də çox yaxşı kollektiv idi.

Gülməlidir. Bu gün iş yerləri vakansiyası ilə bağlı hərrac keçirilib. Bütün mühasiblər də toplanmışdı. Sən demə, baş tutan ixtisar da onların bəzilərinin cibinə ziyan vurmamışdı. Gülməlidir, ixtisaslı və iş təcrübəsinə malik mühasiblər əmək birjasında növbəyə dayanırlar və öz əməklərini satmağa cəhd edirlər.

Həmçinin bax: İqtisadçı – Mühasib peşəsi

Uzun zaman mühasib əməyinin az ödənişli bir peşə sahəsi olduğu hesab olunurdu. Əvvəllər həqiqətən də onlar aşağı tarifli məvacib alırdılar. İndi isə, vakansiya ilə bağlı məsələ ortaya çıxanda məlum olur ki, mühasiblərin əksəriyyətinin əməyi çox yüksək tariflə ödənilir.

İndi mühasib olmaq şərəflidir, ya şərəfli deyil və ümumiyyətlə, bu peşə lazımdırmı – bunu nə satıcılar, nə də xadimələr müəyyən edirlər. Mühasib peşəsi o qədər qədimdir ki, “Mühasib” nəğməsini eşidəndə özündən ixtiyarsız düşünürsən ki, bu peşənin görəsən neçə yaşı var.

İlk mühasiblər həmişə eynək taxıblar və onları hesablayıcılar adlandırıblar. Onlar hər tərəfdə şəxsi mağazalar açılanda peyda olublar və kiməsə xərcləri və gəlirləri hesablamaq lazım gəlirdi. Bir qayda olaraq bunlar kişilər idi. Dirsəklik taxırdılar və mühasibat qeydləri olan qalın kitabları götürürdülər. Belə bir kişi həmişə hörmət sahibi olurdu. Bu günkü mühasib qrupu avtomatlaşdırılmış yerə və əllə yazılmış minumum kitablara  malikdirlər. Ancaq bu, bir sual doğurur, niyə mühasiblər lazımsız olublar?

Tələbat azalıb, yoxsa ki, onları əvəz edənlər tapılıb? Və mühasiblərin özləri niyə işə getməkdənsə, evdə qalmağa və məşğulluq Mərkəzində uçota durmağa üstünlük verirlər? Bəlkə bu peşə o qədər təhlükəli olub ki, mühasiblər işə getmək istəmirlər? Bəlkə çoxlu maxinasiyalar və daimi təhdidlərdir, mühasibləri işləməkdən çəkindirən? Bəlkə kimlərəsə mühasiblərin mehriban kollektivi xoş gəlir. Bəlkə kiməsə əməkhaqqı da xoş gəlir. Amma, bu peşədə darıxdırıcı rəqəmlər və daimi məsuliyyət hissindən başqa yaxşı bir şey yoxdur. Nəsə bir şey düzgün alınmayanda, qurtardı, hər şeydə mühasib təqsirkardır. Axı belə deyil! Belə olmasa da, işdən çıxarın qurtardı getdi!

Həmçinin bax: Baş mühasib olmaq üçün nə lazımdır??

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Təcrübəsiz gənclər üçün Nikoil Bank’da təcrübə proqramı

posted in: bank, İş elanı, Təcrübə, Xəbər | 0

Nikoil2017-ci ilin aprel ayından etibarən NIKOIL Bank ali təhsil müəssisələrini yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadları cəlb etmək üçün təcrübə proqramına start verib. Bu müddət ərzində 80 nəfər təcrübə keçib və artıq onlardan 37 nəfəri daimi işə qəbul edilib.

NIKOIL Bank təcrübə proqramını davam etdirir və təcrübə keçməklə maraqlanan gənc istedadlı şəxsləri “Kredit mütəxəssisi” vəzifəsi üzrə ilk seçimlərdə iştirak etməyə dəvət edir.

Həmçinin bax: 1200 manat məvaciblə Baş mühasib axtarılır

Namizədlərə aid ilkin tələblər:

  • Biznes təhsili / İqtisadiyyat üzrə təhsil
  • Azərbaycan və rus dillərini bilmək. İngilis dili arzu olunandır.
  • Ünsiyyət bacarığı
  • Analitik bacarıqlar
  • Nəticə-yönümlü

Maraqlanan şəxslər məktubun mövzu bölməsində“Təcrübə – Kredit Mütəxəssisi” yazaraq öz CV-lərini /  elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu 17.08.2018 tarixinə qədər davam edəcək.

Mənbə: www.nikoil.az

Həmçinin bax: Mühasibatlıq şöbəsinə 2 təcrübəçi tələb olunur

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibatlıq şöbəsinə 2 təcrübəçi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 1

təcrübəçi tələb olunurRetail group Azərbaycan Şirkətinin baş ofisinə “Təcrübəçi Mühasib” tələb olunur. Təcrübə proqramı ödənişsizdir və 3 ay davam edəcək.

Kimlər müraciət edə bilər:

  • Universitetin 3/4-cü kurs tələbələri və ya yeni məzun olmuş gənclər.

Tələblər: 

  • İxtisas: İqtisad yönümlü
  • Yaş həddi: 20-23
  • Kompüter bilikləri: Excel (normal)
  • Dil bilikləri: İngilis dili (normal)
  • İş rejimi: Part-time
  • İş şəraiti: Ofis rejimi

Müraciət etmək istəyən namizədlərdən CV-lərini  /  ünvanına göndərmələri xahiş olunur. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Həmçinin bax: 1200 manat məvaciblə Baş mühasib axtarılır

Vergidən azad edilən torpaqlar hansılardır?

posted in: Vergi, Xəbər | 0

Vergidən azad edilən torpaqlarVergidən azad edilən torpaqlar hansılardır?


Bəzi kateqoriyalı torpaqlar var ki, onlar vergiyə cəlb olunmur. Bunlar aşağıdakılardır:

  • yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;
  • dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan  Respublikası Mərkəzi Bankının və onun qurumlarının, maliyyə bazarlarına nəzarət orqanının, habelə Azərbaycan Respublikası Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar;
  • istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar;
  • dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Aşağıdakı fiziki şəxslərin mülkiyyətində olan torpaqlara görə ödənilməli torpaq vergisinin məbləği 10 manat azaldılır:

  • Azərbaycan Respublikasının Milli qəhrəmanları;
  • Sovet İttifaqı və Sosialist əməyi qəhrəmanları;
  • müharibə əlilləri;
  • həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri);
  • 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla  təltif edilmiş şəxslər;
  • müharibə veteranı adı almış şəxslər;
  • Çernobıl AES-də mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya nəticəsində xəstəliyə tutulmuş və bu xəstəliyi keçirmiş şəxslər.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən yaradılmış sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan  hüquqi şəxs yaratmadan  sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər həmin parklarda qeydiyyata alındıqları hesabat ilindən başlayaraq bu parklarda istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azad edilir. Bu güzəşt investisiya təşviqi sənədi almış hüquqi şəxs və fərdi sahibkara da aiddir. Həmçinin sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru bu parkların ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisini ödəməkdən azad edilir.

Mənbə: vergiler.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.