Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiİşəgötürən: MR. Fix construction chemicals (Kartas LTd)

Vəzifə: Mühasib köməkçisi

ƏSAS ÖHDƏLİKLƏRİ:

– Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını göstərən hesabatların yoxlanılması
– Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək
– Mühasibatda ilkin sənədlərin gedişatını aparmaq.
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədləri hazırlamaq.
– Vergi hesabatlarının (ƏDV, Əmlak, Mənfəət ) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– İşçilərlə hesablaşmaların təmin edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– Bank, Kassa, Gəlir, Xərc, Əmək haqqı sənədlərinin proqrama daxil edilməsi

Həmçinin bax: 1 il iş təcrübəsi olan Operator-Mühasib axtarılır

NAMİZƏDƏ TƏLƏBLƏR:

– Ali təhsilli;
– Mühasibatlıq sahəsində ən az 1-3 il iş təcrübəsi
– Microsoft Office proqramlarını əsasən də Excell proqramını yaxşı səviyyədə bilməli
– Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı;
– Analitik düşüncəyə malik olmalı;
– Azərbaycan və Rus dillərini bilməli.

Maaş müsahibə zamanı təyin ediləcəkdir.

Bu vakansiya üçün  e-poçtuna mövzu hissəsinə “Mühasib köməkçisi” qeyd edib göndəriniz. Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq.

Mənbə: jobsearch.az

Həmçinin bax: Nurgun Holding’də vakansiya

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ünvanlı dövlət sosial yardımla bağlı qərarda dəyişiklik edildi

posted in: Xəbər | 0

sosial yardımAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 340
Bakı şəhəri, 3 avqust 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması,
verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə

“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1084-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 may tarixli 105 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Həmçinin bax: “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 379, № 7, maddə 1342, № 11, maddələr 1965, 1976, № 12, maddə 2239) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.2.4-cü yarımbəndinə “orqanında” sözündən sonra “dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                                  Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Fiziki şəxslərin torpaq vergisi üzrə güzəşt və azadolmaları

posted in: Vergi, Xəbər | 0

torpaq vergisiVergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən, bu Məcəllənin 102.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Milli Qəhrəmanları, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları, müharibə əlilləri, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri), 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.

Güzəşt hüququ olan fiziki şəxsin bir neçə bələdiyyənin ərazisində torpaq sahələri olduqda, 10 manat məbləğində güzəşt fiziki şəxsin seçiminə uyğun olaraq bir bələdiyyə ərazisində hesablanmış torpaq vergisi məbləğindən və yaxud torpaq sahələrinin ölçülərinə mütənasib olaraq müxtəlif bələdiyyələrin ərazilərində hesablanmış vergi məbləğlərindən çıxılır.

Həmçinin bax: Torpaq vergisinin ödəyiciləri

Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye, yaxud texnologiyalar parklarında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

Misal 3. Güzəşt hüququna malik müharibə əlilinin mülkiyyətində Gəncə şəhərində 500 kv.metr həyətyanı sahəsi və şəhərdən kənarda istifadəsində 600 kv.metr bağ sahəsi vardır. Bu halda, 10 manat məbləğində güzəşt hüququ müharibə əlilinin mülkiyyətində olan torpağa verildiyinə görə 500 kv.metr həyətyanı sahəyə görə hesablanmış 2,5 manat (500 kv.metr x 0,5 manat/100 kv.metr) torpaq vergisi ödənilmir, lakin istifadədə olan 600 kv.metr torpaq sahəsinə hesablanmış 3 manat (600 kv.metr x 0,5 manat/100 kv.metr) vergi ödənilir.

Həmçinin bax: Torpaq vergisinin hesablanması və ödənilməsi qaydası

Mənbə: vergiler.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edildi

posted in: Xəbər | 0

Gömrük yığımlarıAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 344
Bakı şəhəri, 6 avqust 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 823) ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1.1-2.1.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.1.1. gömrük dəyəri 1 000 manatadək olduqda 15 manat;

2.1.2. gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 60 manat;

2.1.3. gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 120 manat;

2.1.4. gömrük dəyəri 50 000 manatdan yuxarı və 100 000 manatadək olduqda 200 manat;”;

1.2. aşağıdakı məzmunda 2.1.5-2.1.7-ci yarımbəndlər əlavə edilsin:

“2.1.5. gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 300 manat;

2.1.6. gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat;

2.1.7. gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat.”;

1.3. 2.6.1-ci yarımbənddə “20” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin;

1.4. 2.6.2-ci yarımbənddə “15” rəqəmi “25” rəqəmi ilə əvəz edilsin;

1.5. 5.1.2-ci yarımbənddə “5” rəqəmi “10” rəqəmi ilə əvəz edilsin.

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                                Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.