Pensiya təyinatı sistemi tam elektronlaşdırılacaq

posted in: Xəbər | 0

Pensiya təyinatı“Sosial təminat sisteminin mühüm komponentlərindən olan pensiya təminatı sahəsi üzrə əhaliyə xidmətlərdə məmur-vətəndaş təmasının aradan qaldırılması və şəffaflığa tam nail olunması üçün pensiya təyinatı prosedurunun da elektronlaşdırılması həyata keçiriləcək”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya təminatı sisteminin təkmilləşdirilməsi məqsədilə Nazirlikdə yaradılmış İşçi Qrupunun iclasında bildirib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

O, Prezident İlham Əliyevin 2014-cü il 4 noyabr tarixli sərəncamı ilə təsdiq edilən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq, pensiya təminatı sistemində aparılan islahatların davam etdirildiyini deyib.

Nazir bildirib ki, bu islahatlar sosial sığorta sisteminin inkişafının, işləyən əhalinin bu sistemdə fəal iştirakının effektiv şəkildə stimullaşdırılması, sığortaedənlərlə iş mexanizmlərinin təkmilləşdirilməsi, sosial sığorta münasibətlərinin və pensiya təyinatı üzrə xidmətlərin şəffaflaşdırılması, bu xidmətlərin keyfiyyətinin artırılması və s. kimi hədəflərə yönəlib. Hazırda “Azərbaycan Respublikasında pensiya təminatı sistemində islahatın həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin imkanlarından da bu istiqamətdə səmərəli istifadə mühüm önəm kəsb edir.

S.Babayev sığorta-pensiya sistemi ilə bağlı qanunvericilik aktlarında müvafiq əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlandığını diqqətə çatdırıb.

İclasda İşçi Qrupuna tapşırılan vəzifələrin icrası sahəsində görülən işlər, hazırlanan yeni təkliflər, pensiya təyinatı prosedurunun elektronlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Mənbə: report.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən sahibkarlar üçün “bir pəncərə” sistemi formalaşacaq

posted in: Xəbər | 0

sahibkarAzərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlara müasir innovasiyaları tətbiq etməklə biznesin yaradılmasının və inkişafının bütün mərhələlərində zəruri səyyar xidmətlər göstərəcək. Bu xidmətlər qurumun nəzdində yaradılacaq “KOB evləri”, “KOB dostları” şəbəkəsi və “KOB könüllüləri” vasitəsilə reallaşdırılacaq.

Bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Onun sözlərinə görə, sahibkarlara elektron platformadakı xidmətlərdən istifadə imkanı da yaradılacaq: “Plana əsasən, yeni “E-KOB evi” portalında “Sahibkarın elektron kabineti” bölməsi və “Elektron sahibkar” sistemi “KOB e-şəbəkəsi”nə daxil edilməklə, elektron xidmətlər mərkəzləşdirilmiş dövlət informasiya sistemləri ilə inteqrasiya olunacaq. Bununla yanaşı, biz göstərilən hər bir xidməti təhlil edib qiymətləndirəcək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görəcəyik”.

O.Məmmədov qeyd edib ki, bu fəaliyyətlərin məntiqi nəticəsi olaraq, KOB-lar üçün “bir pəncərə” sistemi formalaşacaq. Sahibkar olmaq istəyən və ya sahibkar kimi fəaliyyət göstərən şəxslər bunun sayəsində lazım olan xidmətləri və zəruri dəstəyi vahid məkandan ala biləcəklər.

Mənbə: azertag.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sən niyə heç vaxt varlı olmayacaqsan?! (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

varlı II hissə

Sən hazırda bu yazını oxuyur və düşünürsən ki, bu sənə aid deyil. Ola bilsin ki, sən maliyyə cəhətdən uğurlu birisən. Bu təkcə səninmi xidmətindir? Əminsənmi ki, bu səbəblərdən heç biri sabah səninlə pis zarafat etməyəcək?

Məqalə motivasiya-provokasiya stilində yazılıb. Müəllif beyninizdə oyanacaq “tarakanlara” görə məsuliyyət daşımır.

6. Sən özündə olanı qorumursan

Bax, soyuducunu üç il ərzində yerindən tərpətməmək nədir? Sən bunu izah et! Ritorik sualdır, cavab vermə. Xatırlayıram, həmin soyuducunu zibilliyə necə çətinliklə sürüyüb ata bildik. O, tamamilə tozun içindəydi. Axı, soyuducunu bir dəfə də olsun yerindən tərpədib, silməmişdiz. Bunda sənin təqsirin yoxdur, axı sən bunu bilmirdin! Arvadın isə həmin ağırlığı yerindən tərpədə bilməzdi.

Lakin, söylə, dərhal yeni çexol da ala bilməzdinmi? Sən aldığın yeni telefonu bir ay sonra əlindən yerə salmısan. Ekranı dəyişdirməyə pul yoxdur. İndi isə sən köhnə model telefonla gəzirsən.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

7. Sən pulunu boş yerə xərcləyirsən

Bax, nə qədər lazımsız şeylər almısan. Siqaretlər, çipsi, ucuz pivələr. Pivəyə pulu biz eyni cür xərcləyirik. Lakin, bu səndən ötrü mən majoram! Çünki, mən butılka pivəsini deyil, elə pivə bişirilən yerdəki pivədən içirəm. O, sənin içdiyin zəhrimardan beş dəfə bahadır. Olmazmı ki, az içməyə başlayasan?

8. Sən planlaşdırmırsan

Hər il yay zamanı istirahətlə bağlı problemin yaranır. Xaricə səfərə getməklə bağlı səndə yenə nəsə alınmır. Həmişə də səbəb eynidir – pul yoxdur. Nəticədə sən istirahətini bağ evində keçirirsən. Hər dəfə maaşından 5% arxaya at və səndə səfər etmək planı baş tutacaq.

9. Sən lazım olanda qənaət etmirsən.

Həqiqətən düşünürsən ki, vaxtı keçən ərzaqları aşağı qiymətlə aldıqda, heç vaxt zəhərlənməyəcəksən?

Bəs, ayaqqabı, hansı ki, sən bir mövsüm üçün alırsan. Bir həftədən sonra o, öz görünüşünü itirir və üç aydan sonra onu tullayırsan. Nədənsə başqalarında ayaqqabı daha çox gedir. Görünür, onlar daha yaxşı qulluq edirlər. Bəlkə, onlar daha keyfiyyətli ayaqqabı alırlar?

10. Sən heç nəyi dəyişmək istəmirsən

Ürəkdən etiraf et, səni hər şey təmin edir. Kasıb olmaq sənin xoşuna gəlir. Çünki sən vərdiş etdiyin kimi yaşayırsan. Sən özünün komfort zonasındasan. İstənilən dəyişikliklər isə cəhdlər tələb edir, istənilən dəyişikliklər – bunlar məlum olmayanlardır. O səbəbdən sənə nəyisə dəyişdirməkdənsə, kasıb olmaq daha asandır.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib fırıldaqları (13-cü sxem)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasib13-cü sxem.

Xeyriyyəçilik aksiyaları zamanı edilən dələduzluqlar…

İndi söz açacağımız dələduzluqlar bir qayda olaraq xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan şirkətlərdə rast gəlinir. Təmənnasız yardımlar, məlum olduğu kimi pul şəklində və ya natural formada həyata keçirilir. Vicdansız mühasib xeyriyyəçilik fəaliyyətindən də öz şəxsi mənafeyi üçün istifadə edə bilər.

Misal üçün, şirkət meyvə şirələrinin ticarəti ilə məşğul olur. Elə vaxt olur ki, müəssisənin anbarında realizə olunmayan və istifadə vaxtı ötməkdə olan məhsullar qalır. Aydın olur ki, bu məhsulların həmin partiyasını vaxtında satmaq mümkün olmayacaq, tədarükçü isə həmin malları geri qaytarmaqdan imtina edir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Belə vəziyyətdə ən yaxşı çıxış yolu həmin məhsulları təmənnasız olaraq hansısa idarəyə, məsələn, uşaq xəstəxanasına, uşaq evinə və s. verməkdir. Uşaqlar həmin şirələri məhsulun saxlanılma müddəti bitənə kimi içib qurtara bilərlər. Bu həm də bir növ özünəməxsus reklam aksiyası olacaq – bu addımın şahidləri çox güman ki, mağazaların piştaxtalarında olan sizin mallara diqqət yetirəcəklər.

Beləliklə, müəssisə rəhbəri vaxtı ötməkdə olan şirələri hansısa uşaq evinə təmənnasız bağışlamaq istəyini öz mühasibinə bildirir və ondan bu məhsul partiyasının qiymətini dəqiqləşdirməyi xahiş edir. Mühasibin ağlına yaranan vəziyyətdən yararlanmaq fikri gəlir. O, uşaq evinin direktoru ilə şəxsi görüş barədə razılığa gəlir. Söhbət zamanı ona deyir ki, çalışdığı müəssisə dadlı və faydalı şirələri təmənnasız olaraq evsiz-eşiksiz uşaqlara paylamaq istəyir. Lakin, əvəzində “minnətdarlıq” əlaməti kimi buna görə kiməsə müəyyən miqdarda pul ödəmək lazım gələcək.

Həmçinin bax: Ən səs-küylü maliyyə qalmaqalları – Parmalat-ın iflası

Təbii ki, uşaq evinin rəhbəri belə bir sövdələşməyə qarşı çıxmır – axı, təqdim edilən məhsulların məbləği, minnətdarlıq üçün ödənilən puldan qat-qat çoxdur. Mühasiblə birlikdə onlar həmin məbləğin həcmini müəyyənləşdirirlər – bu həm konkret məbləğ və ya verilən şirələrin müəyyən hissəsi ola bilər. Məsələn, 3000 qutu şirənin 300 qutusu. Belə halda uşaq müəssisəsi 2700 qutu şirə alacaq.

Müəssisə uşaq evinə təmənnasız olaraq pul vəsaiti ilə kömək edirsə, belədə həmin məbləğdən müəyyən pay əldə etmək daha da asanlaşır. Şəxsi söhbət zamanı mühasib uşaq evinin direktoruna hesablarına köçürüləcək məbləğin miqdarını söyləyir və buna görə hardasa 10%-15% “mükafat” istəyir. Təbii ki, bu zaman mühasib həmin məbləğin şəxsən özünə çatacağını bildirmir, əksinə deyir ki, bu işin təşkili üçün kimlərəsə “hörmət etmək” lazımdır.

Bu tip dələduzluqlar əlbəttə ki, şirkətdən ötrü maddi zərər yaratmır. Belə ki, həmin məhsullar onsuz da təmənnasız olaraq verildiyindən, mühasib öz müəssisəsindən deyil, tutaq ki, həmin uşaq evinin hesabından oğurluq edir. Lakin, müsəssisə rəhbərindən xəbərsiz olaraq bu cür saxtakarlıqlara yol verən mühasib, heç şübhəsiz ki, öz şirkətinin nüfuzuna xələl gətirir.

12-ci sxemi bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.