Mühasibat uçotunun təşəkkülü və inkişafı (11-ci hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotuKredit təşkilatlarında baş mühasiblə bağlı tələblər ölkənin əsas Bankı tərəfindən müəyyən edilir.

Təşkilat rəhbəri kiçik və orta sahibkarlıq subyektlərinin  rəhbərləri istisna olmaqla, mühasibat uçotunun aparılmasını öz üzərinə götürmək hüququna malik deyil.

Kredit təşkilatlarında rəhbərlər mühasibat uçotunun aparılmasını yalnız baş mühasibə həvalə edə bilərlər.

Həmçinin bax: “Mühasibat uçotu” termininin müəyyən edilməsi

Müasir dövrdə çox vaxt elə vəziyyət ortaya çıxır ki, baş mühasib bəzi məsələlərdə təşkilat rəhbəri ilə razılaşmır. Məsələn, müxtəlif obyektlərin bu uçotla əlaqəli məsələlərinin mühasibat uçotunda əks olunması ilə bağlı onların arasında fikir ayrılığı yaranır.  Belə anlaşmazlıqların baş verməsinin bütün nəticələri ətraflı şəkildə tənzimlənir:

  • ilkin uçot sənədində olan məlumatların qeydə alınması və mühasibat uçotu registrlərində yığım kimi qəbul olunması, baş mühasib və ya mühasibat uçotu üçün məsul olan digər şəxs və ya mühasibat uçotu xidmətlərinin göstərilməsi üzrə müqavilə bağlanmış şəxs tərəfindən qəbul edilir (və ya edilmir).  Lakin, iqtisadi subyektin rəhbəri, hansı ki, bu məlumatın yekunu onun yazılı əmrinin nəticəsi kimi ortaya çıxır, buna o, təkbaşına məsuliyyət daşıyır;
  • mühasibat uçotu obyekti baş mühasib və ya mühasibat uçotunun aparılması üçün cavabdeh olan və ya mühasibat xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlandığı şəxs tərəfindən əks etdirilir (və ya etdirilmir). İqtisadi subyekt rəhbəri  maliyyə hesabatlılığı ilə bağlı yazılı şəkildə göstəriş verdikdə, həmin hesabatın maliyyə vəziyyəti, maliyyə fəaliyyətinin nəticələri və pul vəsaitlərinin hərəkəti ilə bağlı göstəricilərinə görə hesabat dövrü üçün yalnız o, təkbaşına məsuliyyət daşıyır.
Həmçinin bax: Uçot siyasətinin formalaşdırılması

Mühasibat uçotu modelləri

Mühasibat uçotunun unifikasiyası (vahid şəklə salınması) problemi qlobal iqtisadiyyatın əsas problemlərindən biridir. Hazırda bu məsələnin həllinə yönəlmiş iki başlıca yanaşma mövcuddur: harmonizasiyastandartlaşdırma.

Mühasibat uçotunun harmonizasiyası, mühasibat uçotunun aparılması, bu uçot  aparılarkən müvafiq prinsiplərə və qaydalara riayət olunması, bir qrup dövlətlər və ya onların birlikləri tərəfindən həmin prinsiplərə əməl olunmasını nəzərdə tutur. Harmonizasiya, ölkələrin qanunlarının birləşdirilməsi və qarşılıqlı uyğunlaşdırılmasını ifadə edir, lakin mühasibat uçotunun tənzimlənməsi, həm də hər bir ölkədə mühasibat uçotu modeli və standartları sisteminin mövcudluğudur. Uyğunlaşmanın əsas istiqaməti, digər ölkələrdə – birliklərdə mövcud olan analoji standartların əsas mahiyyətinin bir-birindən fərqlənməməsi, yəni, bir-birilə harmoniya təşkil edən standartların inkişafıdır. Tarixi və milli xüsusiyyətlər, mühasibat uçotu aparılmasının öz zəiflikləri və üstünlüklərini, uçotun aparılmasında müxtəlif  inkişaf yanaşmalarının mövcud olduğunu üzə çıxardı.

Uçotun standartlaşdırılması, mühasibat uçotunda uyğun norma və tələblərin, iqtisadi subyektin təsərrüfat həyatındakı faktlarını tənzimləyən və mühasibat uçotunda qaydaları əks etdirən, vahid şəklə salınmış standartların qəbulunu tələb edir. Standartlaşdırma dünyanın müxtəlif ölkələrində hesabatların istifadəçilərini başa düşməyə və onda əks olunan məlumatları adekvat qəbul etməyə imkan verir. O, uçotun unifikasiyası çərçivəsində mühasibat uçotu üzrə beynəlxalq standartlar Komitəsi tərəfindən beynəlxalq səviyyədə həyata keçirilir.

Mühasibat uçotu modeli özlüyündə mühasibat hesabları, qeydiyyat registrləri (jurnallar, köməkçi kitablar, balans nümunələri), mühasibat uçotuna dair normativ hüquqi təkmilləşdirmələr, maliyyə hesabatlılığı sistemi, onun istifadəçiləri və dövlət və peşəkar birliklərdən ibarət kompleks  sistemdir.

Məqalənin 10-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dünyanın ən nəhəng auditor şirkəti necə yarandı?? (2-ci hissə)

posted in: Audit, Məqalə, Xəbər | 0
auditor Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

II hissə

Elvin Ernst və onun 300 dolları

Bir qədər bundan əvvəl isə Klivlenddə Ernst  & Ernst Public Accounting Firm kiçik auditor şirkəti fəaliyyətə başlamışdı. Həmin şirkəti Elvin və Theodor Ernst qardaşları təsis etmişdilər. Onların atası Almaniyadan olan bir dərzi idi. ABŞ-da bu ailədə üç uşaq doğulmuşdu ki, onlardan da böyüyü Theodor idi. Atası məhz, Theodorun yaxşı təhsil almasına çalışırdı. Yeri, gəlmişkən, Elvin paxıl uşaq deyildi, sadəcə o erkən yaşlarından dərk etməyə başlamışdı ki, hər şeydən öncə insan yalnız özünə güvənməlidir. 1899-cu ildə Klivlend universitetini bitirdikdən sonra o, Twist Drill şirkətində işləməyə başlayır və şirkətdə cari ödənişlər və hesablaşmalara məsuliyyət daşıyır, eləcə də müstəqil olmayan auditorlarla əlaqələr qururdu. Onların işləri Ernst’də böyük maraq doğururdu və bir il sonra o, auditor şirkətinə işə düzəlir, eyni zamanda ixtisasını artırmaqdan ötrü yerli biznes-kollecinin axşam kurslarına yazılır. İki il sonra Elvin Ernst artıq baş klerk (baş kontor işçisi) kimi çalışmağa başlayıb.

Mühasibat elminin incəliklərinə və istehsalda idarəetmənin qanunauyğunluqlarına dərindən yiyələnən Ernst, mühasibat kitablarının  şirkətlərin fəaliyyətini təsvir edən sadəcə rəqəmlər olmadığına əmin olmağa başlayır. Bu məlumatların istehsal proseslərinin təkmilləşdirilməsinə imkan verən, idarəetmə ilə bağlı mühüm qərarlar qəbul etməkdən ötrü vacib alətlər olduğu qənaətinə gəlir. O, bu sahədə etdiyi yenilikləri öz rəhbərliyi ilə bölüşmür və Elvin 21 yaşında ikən sərbəst şəkildə öz işini qurmaq qərarına gəlir.

Böyük qardaşı Theodor bu ideyanı elə də böyük coşqunluqla qarşılamır. Amma, buna baxmayaraq, hər halda həmin ideyanı sınamağın heç də pis olmayacağı qənaətinə gəlir. Elə bu səbəbdən də o, Elvinin 300 dollarına özünün 200 dollarını da əlavə edir və beləliklə, 1903-cü ilin iyununda Ernst & Ernst şirkəti fəaliyyətə başlayır. İyulun 1-də qardaşlar ayı 40 dollara icarəyə götürdükləri yeni, elə də böyük olmayan ofisə köçürək fəaliyyətə başlayırlar. 1904-cü ilin axırlarında şirkətin kapitalı artıq 9831 dollara yüksəlir. Elvinin illik gəliri 2071, qardaşı Theodorun isə 1761 dollar təşkil edir. Amma, bu biznesin uğurluluğuna inanmayan böyük qardaş 1906-cı ildə daha etibarlı sahə ilə məşğul olmaq qərarına gəlir və qardaşından öz payını tələb edir. Həmin vaxt şirkətin kapitalı 34,3 min dollara yüksəlmişdi ki, bunun da beşdə iki hissəsi Theodorun payı idi. Elvin qardaşının tələbini yerinə yetirir və şirkətin tək sahibi olaraq qalır.

Məqalənin davamı növbəti hissələrdə paylaşılacaq.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

500 manat məvaciblə 1C operator tələb olunur

posted in: 1C, İş elanı, Xəbər | 0

1C operator tələb olunurİşəgötürən: FoodEx

Vəzifə: 1C Operator

Şirkət istehlak mallarının distributorluğu ilə məşğuldur. Müxtəlif növ qida və qeyri qida mallarının idxalını və dağıtımını həyata keçirir.

Tələblər:

• Minimal yaş həddi 23
• FMCG satışı və dağıtım sahəsində minimum 1 illik iş təcrübəsi
• Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti
• Kompüterdən istifadə, ofis programları, 1C və digər mühasibatlıq proqramları biliyi
• İşgüzar və məsuliyyətli

Həmçinin bax: 600 manat məvaciblə Mühasib tələb olunur

Öhdəliklər

• Satış sənədlərinin işlənməsi
• Satış prosesinə proqram təminatı üzərindən nəzarət
• Satış təmsilcilərinin işinə proqram təminatı üzərindən nəzarət
• Yeni satış təmsilcilərinə sahə satış programının təlimi
• Aktiv müştəri bazasına proqram təminatı üzərindən nəzarət
• Ziyarət anketlərinin proqram təminatı üzərindənən yoxlanması
• Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların hazırlanması.

İş Şərtləri

• Ayliq sabit maaş 400-500 AZN
• Rabitə xərclərinin şirkət tərəfdən ödənilir.
• 6 günlük iş günü
• İş saatları 09:00 – 18:00
• 1 saatliq nahar fasiləsi
• İş yeri şəhərin mərkəzində yerləşir

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “1C Operatoru” mövzusu altında   / info@finstaff.az elekton ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az

Həmçinin bax: Mühasib köməkçisi tələb olunur

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqlarının müdafiəsi üçün hər bir işçinin bilməli olduqları (4-cü hissə)

posted in: Xəbər | 0

işçinin təminatlarıBu yazımızda sırf işçi hüquqlarının müdafiəsini və əmək hüquqları sahəsində maarifləndirməni həyata keçirmək üçün az bilinən bəzi məsələləri silsilə yazı şəklində təqdim edəcəyik.

  • Başqa işçini əvəz etdikdə, işçinin təminatları nələrdir?

İşçi öz vəzifə öhdəlikləri ilə yanaşı müəyyən səbəbdən (xəstəliyi, məzuniyyətdə olması və s üzrlü səbəbdən) işə çıxmayan işçini əvəz edərək onun da vəzifə öhdəliklərini icra edirsə, bu halda əvəz edilən işçinin əmək haqqı ilə öz əmək haqqı arasındakı fərq ona ödənilməlidir.

Misal: A 400 manat, B isə 600 manat əmək haqqı alır. B xəstələndiyi üçün 1 ay işə çıxmır. A isə B-nin də işlərini icra edir. Bu halda A-ya B-nin əmək haqqı ilə olan fərq, yəni 200 manat əlavə ödənilməlidir.

Əgər B-nin əmək haqqı A-nın əmək haqqından az və ya bərabər olarsa, bu halda A-ya müəyyən məbləğdə əlavə əmək haqqı müəyyən edilir ödənilməlidir. Əlbəttə ki, bu kimi hallarda işçinin başını 10-20 manatla aldatmaq hallarının olmaması üçün qanunvericilik həmin əlavənin işçi və işəgötürənin razılığı ilə müəyyən edilməsini təsbit edir.

  • İşçi iş vaxtından artıq işə nə vaxt cəlb edilə bilər və bu halda ödənişlər necə olmalıdır?

İş vaxtından artıq iş üçün başlıca tələb işəgötürənin əmri (sərəncamı) və işçinin razılığının olmasıdır.

Əks təqdirdə işçini iş vaxtından artıq işə cəlb etmək qanunaziddir.

İş vaxtından artıq işə cəlb edilən işçi isə mütləq əlavə əmək haqqı almalıdır. Daha dəqiq desək, işəgötürən həmin artıq iş vaxtının istirahət günü ilə əvəz edilməsini müəyyən edə bilməz.

İşçinin vaxtından artıq işə cəlb edilməsinə təbii fəlakətlərin qarşısının alınması və ya nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejimi zamanı və tezkorlanan malların itkisinin qarşısının alınması halında yol verilir. Qanunvericilikdə müəyyən edilmiş müstəsna hallarda da (işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda, kommunal müəssisələrdə qəzaların qarşının alınması və ya zərərlərin aradan qaldırılması, avadanlıqların korlanması, işin dayandırılması ilə nəticələnə biləcək hallarda və s) iş vaxtından artıq işə icazə verilir.

Xatırladaq ki, iş vaxtından artıq iş müddəti dalbadal gələn iki iş günü ərzində 4 saatdan, əmək şəraiti ağır və zərərli iş yerlərində isə 2 saatdan artıq ola bilməz.

İş vaxtından artıq işə görə ödənilən əmək haqqının məbləği əməyin vaxtamuzd ödənilməsi halında saatlıq tarif maaşının 2 qat məbləğindən, işəmuzd sistemdə isə ixtisaslı işçinin əmək haqqını tam ödəmək şərtilə, əlavə haqq məbləğində müəyyən edilməlidir.

Yeni əlavələr hər dəfə qeyd olunacaqdır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Yazının əvvəlki hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.