ABŞ ticarət müharibəsinin səbəbkarı kimi ittiham edilir və ittiham edir

posted in: Vergi, Xəbər | 0

ABŞG20 ölkələrinin Buenes-Ayres şəhərində keçirilmiş yığıncağında Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer ABŞ-la Avropa arasında ticarət müharibəsinin başlandığını bildirmişdir: «Ən böyük iqtisadiyyata malik iyirmi dövlətin hamısında başa düşürlər ki, ticarət müharibəsi reallıqdır və burada dünya iqtisadiyyatının artımı üçün risk mövcuddur». Nazir qeyd etmişdir ki,  indiki şəraitdə dialoq üçün ilk addımı ABŞ atmalıdır, bunsuz Avropa komissiyasının öz təkliflərini formalaşdırması mümkün deyildir.

Bruno Le Merin sözlərinə görə, Avropa mallarına ABŞ tərəfindən yeni rüsumların tətbiq ediləcəyi təqdirdə Avropanın cavab tədbirləri görməkdən başqa çarəsi qalmayacaq. Vaşinqton alüminium və polad üçün tətbiq etdiyi idxal rüsumundan imtina etmədiyi müddətcə Avropa İttifaqı ABŞ ilə azad ticarət haqqında danışıqları müzakirə etməyəcək. Xatırlatmaq yerinə düşər ki, bundan bir qədər əvvəl ABŞ Prezidenti Avropa İttifaqından idxal edilən avtomobillər üçün irimiqyaslı rüsumlar tətbiq olunacağını bəyan etmişdi.

Həmçinin bax: Böyük Britaniyanın Aİ-nin ƏDV zonasını tərk etməsi təsdiqlənib

Qeyd edək ki, ABŞ-ın yaratdığı ticarət gərginliyi Avropa ilə məhdudlaşmır və əks ittihamlarla da qarşılaşmaq mümkündür. Mərkəzi Kəşfiyyat İdarəsinin Asiya regionu üzrə eksperti Maykl Kollinz öz açıqlamasında Çin Xalq Respublikasını ABŞ-a qarşı soyuq müharibə aparmaqda günahlandırmışdır. Onun rəyinə əsasən, Pekinin niyyəti ABŞ-ı «aparıcı dünya dövləti mövqeyindən» salmaqdır. Ekspert qeyd etmişdir ki, Çinin hakim dairələri ABŞ-la açıq qarşıdurmaya girişmək fikrində olmasalar da, ölkənin dünyadakı nüfuzunu aşağı salmağa çalışırlar. «Onların bizə qarşı əməlləri, öz mahiyyətinə görə, soyuq müharibədir, lakin bu bizə tanış olan soyuq müharibə deyildir».

İyunda ABŞ Prezidenti Donald Tramp dəyəri 50 milyard dollar olan Çin mallarına 25 faizlik rüsum tətbiq edilməsi ilə bağlı qərar vermişdi. Buna cavab olaraq Çin də ABŞ-dan gələn 659 adda məhsula 25 faizlik rüsum tətbiq etdi. Qarşılıqlı şəkildə artırılmış gömrük rüsumları iyulun 6-dan qüvvəyə mindi.

İyulun 11-də isə məlumat yayıldı ki, rəsmi Vaşinqton Çinlə ticarət müharibəsinin yeni mərhələsinə hazırlaşır və bu dəfə 200 milyard dollar dəyərində Çin mallarına görə əlavə rüsumlar tutulacaq. Bu məsələnin araşdırılması üçün Çin hökuməti Ümudünya Ticarət Təşkilatına müraciət etmişdir.

ABŞ-ın rəsmi statistikasına əsasən, 2017-ci ildə ABŞ-a idxal edilən Çin mallarının dəyəri 505,5 milyard dollar təşkil etmişdir, Çinə göndərilən Amerika mallarının dəyəri isə bundan dəfələrlə az – cəmi 129,9 milyard dollardır.

Mənbə: vergiler.az


Nizamnamə kapitalı 100.000 manat olan MMC yaradıldı

posted in: Vergi, Xəbər | 0

MMC yaradıldıVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 100.000 manat olan MMC yaradılıb.

Kommersiya qurumunun adı: “Polimer İnvestments” MMC

Qeydiyyat nömrəsi (VÖEN): 1504075491

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev ev 26, mənzil 79

Nizamnamə kapitalı: 100.000 AZN

Maliyyə ili: 01 Yanvar-31 Dekabr

Qanuni təmsilçi: Həsənov Rafiq Həəsn oğlu.

Dövlət qeydiyyatına alındığı tarix: 7 iyun 2018

Mənbə: vergiler.az

Həmçinin bax: Azərbaycanda nizamnamə kapitalı 500.000 manat olan MMC yaradıldı

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sumqayıt Texnologiyalar Parkı “Maliyyə analitiki” axtarır

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

maliyyə analitikiİşəgötürən: Sumqayıt Texnologiyalar Parkı MMC

Vəzifə: Maliyyə analitiki

Vəzifə öhdəlikləri:

• İqtisadi hesablamaların aparılması;
• Yeni lahiyələrin büdcələrinin yoxlanılması;
• İllik biznes planlaşdırılmasında iştirak etməsi;
• Aylıq maliyyə hesabatının bağlanılmasına nəzarət etməsi;
• Mühasibat uçotunun avtomatlaşdırılması üçün hədəflərin təyin edilməsi;
• Satınalma prosesinin ilkin qiymətləndirilməsinin aparılması;
• Analitik hesablamaların hazırlanması;
• Rəhbərlik üçün maliyyə təqdimatlarının hazırlanması;
• Büdcə icrasının monitorinqi və təhlil edilməsi;
• Şirkətin büdcəsinin hazırlanmasında və baxışdan keçirməsində iştirak etməli.

Həmçinin bax: Nurgun Holding’də vakansiya

Təhsil/Təcrübə: 

• İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• 1C (8.3) proqramını istifadəçi səviyyəsində bilməli;
• Azərbaycan, Rus və İngilis dillərini bilmək;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00;
• E-mail: cv@stp.az

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sığortaedənlərə hesabatlarla bağlı xəbərdarlıq edib

posted in: Xəbər | 0

sığortaedənMəcburi dövlət sosial sığorta haqqı üzrə fərdi uçot sistemində sığortaolunanlar haqqında məlumatların təqdim olunmamasına görə

XƏBƏRDARLIQ

Ölkədə 2006-cı ildən sığorta-pensiya sisteminin əsası olan fərdi uçot sistemi fəaliyyət göstərməkdədir. “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”na uyğun olaraq sığortaedən hər il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödədiyi məcburi dövlət sosial sığorta haqqı məbləğlərini əks etdirən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ları (2006-2016-cı illər üzrə), həmçinin 1 aprel 2017-ci il tarixdən tətbiq olunmuş fərdi uçot əsaslı vahid rüblük hesabatlarını təqdim edərkən ödənilmiş vəsaitin işçiləri arasında konkret adlı siyahı üzrə düzgün bölgüsünü aparmağa da borcludur.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqları əsasında pensiya məbləğləri müəyyənləşdirilir. Lakin Dövlət Sosial Müdafiə Fondu tərəfindən qanunamüvafiq tədbirlərin görülməsinə baxmayaraq bugünədək bəzi sığortaedənlər tərəfindən hesabatlar tam təqdim olunmayıb. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə fərdi şəxsi hesablarda məbləğləri tam əks olunmayan sığortaolunanlar tərəfindən haqlı şikayətlər daxil olur.

Hesabatların vaxtında, düzgün və tam təqdim olunması üçün sığortaedənlər tərəfindən lazımi işlərin həyata keçirilməsi zəruridir.

Qeyd olunan nöqsanların qısa müddətdə aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 477-ci maddəsinə müvafiq olaraq cərimə tətbiq olunacaqdır. Ətraflı məlumat üçün sığortaedənlər uçotda olduqları Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına müraciət edə bilərlər.

Mənbə: www.mlspp.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.