Azərbaycanın gömrük sistemində yeni pilot layihənin tətbiqinə başlanılıb

posted in: Xəbər | 0

gömrükDövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Qoşatəpə Gömrük Postuna mediatur təşkil olunub.

Mediatur zamanı jurnalistləri Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji innovasiyalar idarəsinin rəisi gömrük xidməti polkovniki Azər Abbasov məlumatlandırıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

O, təmsil etdiyi qurumun ilk dəfə bu gömrük postunda tətbiq etdiyi pilot layihə barədə danışıb: “Layihə “1 inspektor – 1 nəqliyyat vasitəsi” adlanır. Bütün mal və müşayiət sənədləri bir pəncərədən inspektora təhvil verilir və o inspektor bütün prosedurları axıra qədər aparır. Bunlar sənədləriə baxış, nəqliyyat vasitələrinin, malların, yol vəsiqələrinin və icarə blankının qeydiyyatıdır. Əgər əvvəllər bu mərhələləri 15 dəqiqəyə keçmək olurdusa, hazırda 11 dəqiqədir. Əgər bu layihə müsbət nəticə verərsə, bütün sərhəd-buraxılış məntəqələrində tətbiq ediləcək. Bu da nəqliyyat vasitələrinin, malların və sərnişinlərin sürətli keçidini təmin edəcək”.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Çin Xalq Respublikasının vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

vergi sistemi Çində ƏDV malların realizəsi və bir sıra işlərin görülməsi (müqavilə əsasında xammal və malların emalı, təmir) ilə məşğul olan təşkilatlar və fiziki şəxslər tərəfindən ödənilir. 2012-ci ildən başlayaraq, ÇXR-də digər işlərin görülməsi və xidmətlərin həyata keçirilməsi ilə məşğul olan  təşkilatlar və fiziki şəxslərin də ƏDV-yə cəlb edilməsi üçün islahat həyata keçirilir. Hazırda bir neçə regionda (Pekin, Şanxay, Tyantsizin, Quandun, Tszyansu, Futsziyan, Çjetszyan, Anxoy və Hubey əyalətlərində) logistika, informasiya texnologiyaları sahəsində məşğul olan, mədəni-yaradıcılıq sahəsində fəaliyyət göstərən, ekspertiza, konsaltinq və elmi-tədqiqat işləri sahəsində çalışan təşkilatlar ƏDV ödənişinə cəlb olunublar.  Bundan əvvəl isə onlar sahibkarlıq fəaliyyəti ilə əlaqəli vergi ödəyirdilər.

ƏDV ödəyən təşkilatlar bu kateqoriyaya bölünürlər: adı vergi ödəyiciləri və kiçik vergi ödəyiciləri. Adi vergi ödəyicilərinə istehsal fəaliyyəti ilə məşğul olan və illik gəliri 500 000 yuan renminbi və ya digər fəaliyyət sahəsində çalışan və illik gəliri 800 000 yuan renmibidən az olmayan təşkilatlar aiddirlər. Adi vergi ödəyiciləri üçün standart ƏDV stavkası 17% təşkil edir, bir sıra malların realizəsinə görə isə 13% güzəştli ƏDV stavkası tətbiq olunur. Kiçik vergi ödəyiciləri üçün isə 3%-lik standart ƏDV stavkası tətbiq olunur. Kiçik vergi ödəyiciləri realizə olunmuş bütün malların məbləğindən vergi ödəyirlər. ƏDV vergi ödəyicilərini fəaliyyət göstərdiyi ərazidə ödənilir.

Həmçinin bax: Estoniya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Sahibkarlıq fəaliyyəti ilə bağlı vergi

Sahibkarlıq fəaliyyətinə görə vergini bəzi işləri (ƏDV-yə cəlb olunanlar istisna olmaqla) və xidmətləri həyata keçirən təşkilatlar və fiziki şəxslər ödəyirlər. Daşınmaz əmlakın (binalar, tikililər, otaqlar) satışı və qeyri-material aktivlərin satışı zamanı da vergi ödənilir. Sahibkarlıq fəaliyyəti ilə bağlı vergi stavkası (nəqliyyat, tikinti, mədəniyyət, təhsil, telematik, maliyyə və sığorta xidmətləri) 3% təşkil edir. Qeyri-material aktivlərin başqalarına verilməsi, daşınmaz əmlakın satışı, digər işlər və xidmətlər üçün 5% və əyləncə sənayesi xidmətlərindən ötrü isə 5%-dən 20%-dək vergi stavkası təyin edilib. Sahibkarlığa görə vergi fəaliyyətin göstərildiyi ərazidə ödənilir.

Həmçinin bax: Dünya ölkələrində vergi rejimi

İstehlak vergisi

İstehlak vergisi (aksiz) istehsal və realizə ilə məşğul olan və istehlak mallarının Çinə ixracı sahəsində fəaliyyət göstərən təşkilatlar və fiziki şəxslər tərəfindən ödənilir. ÇXR-də istehlak mallarına tütün məsulları, spirtli içkilər, ətriyyat sənayesi və kosmetika, qızıl-zinət əşyaları, feyerverklər, neft məhsulları, avtomobil şinləri, motosikllər, avtomobillər, qolf oyunu üçün inventarlar, qol saatları, birdəfəlik istifadə üçün çubuqlar və parket taxtaları aid edilir. İstehlak malları müxtəlif stavkalar üzrə (spesifik, advolor və ya kombinə olunmuş) vergiyə cəlb olunur.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sağlamlığı pozulmuş işçiyə ödənclərin verilməsi Qaydalarında kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

Sağlamlığı pozulmuş işçiAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 334
Bakı şəhəri, 30 iyul 2018-ci il
“İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində
sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 mart tarixli 1891 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 66; 2004, № 8, maddə 657; 2008, № 2, maddə 130, № 9, maddə 855; 2009, № 10, maddə 857; 2010, № 3, maddə 262; 2017, № 5, maddə 1001, №10 , maddə 1915; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 17 may tarixli 229 nömrəli qərarı) ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.2-ci bəndində “qanunvericiliklə müəyyən edilmiş müddət üzrə onların müraciəti əsasında” sözləri “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                                           Novruz Məmmədov


Həmçinin bax: “Mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri” barədə Qərarda dəyişiklik edildi

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 335
Bakı şəhəri, 30 iyul 2018-ci il
“Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin
istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı
pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə
üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc
əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi
Qaydası”nın və “Özəlləşdirilən və idarəetməyə verilən dövlət
müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi
nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən
həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər
şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi
barədə müqavilə forması”nın təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il
14 oktyabr tarixli 242 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 mart tarixli 1891 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 oktyabr tarixli 242 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 10, maddə 931; 2009, № 10, maddə 846; 2016, № 11, maddə 1975; 2017, № 5, maddə 1004) ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. 1-ci hissənin ikinci cümləsi çıxarılsın.
  2. 2-ci hissənin birinci və ikinci abzasları aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.”.

  1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Ərizəyə əlavə edilən sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavə – “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”na uyğun olaraq müəyyən edilir.”.

Mənbə: cabmin.gov.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

“Mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri” barədə Qərarda dəyişiklik edildi

posted in: Xəbər | 0

Mobil cihazAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 336
Bakı şəhəri, 31 iyul 2018-ci il
“Fiziki şəxslər tərəfindən minik avtomobillərinin
özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət
qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət
rüsumunun məbləğləri”nin və “Mobil cihazların
qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət
rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 149 nömrəli Fərmanının 1.3.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” təsdiq edilsin (1 nömrəli əlavə).
  2. “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün
    dövlət rüsumunun məbləğləri” təsdiq edilsin (2 nömrəli əlavə).

Azərbaycan Respublikasının
Baş naziri                             Novruz Məmmədov


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 31 iyul
tarixli 336 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
1 nömrəli əlavə

Fiziki şəxslər tərəfindən minik avtomobillərinin
özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət
qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət
rüsumunun məbləğləri
1. Ümumi müddəalar

1.1. Bu normativ hüquqi akt (bundan sonra – akt) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 149 nömrəli Fərmanının 1.3.1-ci yarımbəndinin icrası ilə bağlı hazırlanmışdır və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.3-1-ci maddəsinə uyğun olaraq 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına (bundan sonra – minik avtomobillərinin dövlət qeydiyyatına alınması) görə dövlət rüsumunun məbləğlərini müəyyən edir.

1.2. Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri minik avtomobillərinin istehsal tarixi və mühərrikinin həcmi nəzərə alınmaqla müəyyən edilir.

1.3. Bu aktın məqsədləri üçün minik avtomobili dedikdə, sürücünün oturacaq yeri də daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi nəzərdə tutulur.

1.4. Bu aktda istifadə olunan digər anlayışlar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2. Dövlət rüsumunun məbləğləri və həmin məbləğlərə tətbiq olunan əmsallar

 2.1. Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilir:

Sıra №-si Minik avtomobilinin mühərrikinin həcmi
2.1.1. 2000 kubsantimetrədək mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat
2.1.2. 3000 kubsantimetrədək 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat
2.1.3. 4000 kubsantimetrədək 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat
2.1.4. 5000 kubsantimetrədək 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat
2.1.5. 5000 kubsantimetrdən çox olduqda 1500 manat

 

2.2. Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə bu aktın

2.1-ci bəndi ilə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir: 2.2.1. istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0;

2.2.2. istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8;

2.2.3. istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3.

Qeyd. Bu normativ hüquqi aktda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.


Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 31 iyul
tarixli 336 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
2 nömrəli əlavə

Mobil cihazların qeydiyyata alınmasına görə
2018-ci il üçün dövlət rüsumunun məbləğləri
1.Ümumi müddəalar

 

1.1. Bu normativ hüquqi akt (bundan sonra – akt) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 149 nömrəli Fərmanının 1.3.1-ci yarımbəndinin icrası ilə bağlı hazırlanmışdır və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 33-5-ci maddəsinə uyğun olaraq 2018-ci il üçün satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların (bundan sonra – mobil cihaz) qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini müəyyən edir.

1.2. Mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların bazar qiymətlərini və həmin qiymətlər müəyyən edilərkən istinad olunan onlayn beynəlxalq elektron informasiya sistemi barədə məlumatın öz rəsmi internet saytında yerləşdirilməsini və mütəmadi olaraq yenilənməsini təmin edir.

1.3. Bu aktda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1.mobil cihaz – mobil operatorların ümumi istifadədə olan telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq;

1.3.2.bazar qiyməti – bu aktla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yeni (istifadə olunmamış) mobil cihazların (yararlılıq vəziyyətindən asılı olmayaraq) marka və modelinə uyğun müəyyən edilən, onun beynəlxalq elektron informasiya sistemində nəzərdə tutulan dəyəri.

1.4. Bu aktda istifadə olunan digər anlayışlar “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2. Dövlət rüsumunun məbləği

2.1. Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.

2.2. Bu aktın 2.1-ci bəndi mobil cihazın bazar qiyməti 100 ABŞ dollarından çox olmadıqda tətbiq olunur. Bazar qiyməti 100 ABŞ dollarından çox olan bu aktın 2.1-ci bəndində qeyd olunan mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu bu aktın 2.4.2 – 2.4.6-cı yarımbəndlərində nəzərdə tutulmuş qaydada müəyyən edilir.

2.3. Qeydiyyat üçün müraciət olunan tarixə bu aktın 1.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.

2.4. Bu normativ hüquqi aktın 2.1-ci bəndində qeyd olunan mobil cihazlar istisna olmaqla, digər mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərin manat ekvivalentində müəyyən edilir:

2.4.1. bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat;

2.4.2. bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat;

2.4.3. bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda –60 manat;

2.4.4. bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda –70 manat;

2.4.5. bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat;

2.4.6. bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat.

Qeyd. Bu normativ hüquqi aktda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Mənbə: cabmin.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.