100.000 manatdan çox pul mənimsəyən mühasibin taleyi

posted in: muhasibat, Məqalə, Xəbər | 0

pulYekaterinburqda mühasibi 3,8 milyon rublluq dələduzluğa görə mühakimə etdilər.

Sverdlovsk vilayətində ticarət şəbəkəsinin sabiq baş mühasibi xüsusi ilə külli miqdarda vəsaitin, 3,8 milyon rublun dələduzluq yolu ilə mənimsənilməsində təqsirkar bilinib. Cinayət əməli barədə prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlum olub ki, baş mühasib 2013-cü ilin mart ayından avqust ayına qədər sənədlərə saxta məlumatlar daxil etməklə 3,8 milyon rubldan çox vəsait oğurlayıb.

Prokurorluqdan bildiriblər ki, qanunsuz yolla əldə etdiyi pul məbləğlərindən keçmiş baş mühasib öz istədiyi kimi istifadə edib. O cümlədən həmin vəsaitləri banklardan aldığı kreditlərin ödənişinə, kommunal xidmətlər və sığorta ödənişlərinə sərf edib.

Məhkəmə mühasibin cəzasını ümumi rejimli islah müəssisəsində çəkməklə iki il yarım həbs cəzasına məhkum edib.

Həmçinin bax: Mühasib və dostları əlbir olarsa…

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mobil telefonların və minik avtomobillərinin qeydiyyatı barədə yeni rüsumlar

posted in: Xəbər | 0

rüsumAzərbaycan Respublikası Nazirlər Kabinetinin 31 iyul 2018-ci il tarixli 336 saylı qərarının 1 və 2 saylı əlavələri mediada yayımlandıqdan sonra xüsusi marağa səbəb olsa da, heç də əksəriyyətin bu qərarı tam başa düşdüyünü demək olmaz. Bu səbəbdən də bu yazıda həmin qərarın izahını təqdim edirik.

Mövzuya keçməzdən əvvəl qeyd etmək lazımdır ki, bu qərarın iki əlavəsi olduğu üçün hər bir qərarın izahını ayrılıqda veririk.

1 saylı Əlavə

Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumun məbləğləri

 

Mövzu çərçivəsində xatırladırıq ki, minik avtomobillərinin özgəninkiləşdirilməsi dedikdə, həmin avtomobillərin başqasının mülkiyyətinə verilməsi başa düşülür. Daha sadə dillə desək, fiziki şəxslər avtomobili satarkən (etibarnamə ilə vermək satmaq hesab edilmir) avtomobilin dövlət qeydiyyatının aparılması üçün bu qərarda göstərilən qaydada dövlət rüsumu ödəməli olacaqlar.

Nazirlər Kabinetinin qərarına görə oturacaq sayı 9-dan (sürücünün oturacağı da daxil olmaqla) çox olmayan avtomobillərin (minik avtomobili) dövlət qeydiyyatına görə ödənilən dövlət rüsumu avtomobilin mühərrik həcmi və istehsal tarixi nəzərə alınmaqla müəyyən ediləcək.

Mühərrik həcmi

– 2000 kub santimetrədək olduqda – hər kub santimetrə görə 0.05 AZN

– 3000 kub santimetrədək olduqda – 100 AZN + 2001-dən 3000 kub santimedrədək hər kub santimetrə görə 0.1 AZN

– 4000 kub santimetrədək olduqda – 200 AZN + 3001-dən 4000 kub santimedrədək hər kub santimetrə görə 0.2 AZN

– 5000 kub santimetrədək olduqda – 400 AZN + 4001-dən 5000 kub santimedrədək hər kub santimetrə görə 0.3 AZN

– 5000 kub santimetrdən çox olduqda – 1500 AZN məbləğində dövlət rüsumunu minik avtomobilinin istehsal tarixi nəzərə alınmaqla aşağıdakı əmsallar üzrə dövlət rüsumu ödəniləcək.

Minik avtomobilinin istehsal tarixindən

– 4 ilədək vaxt keçdikdə – 1.0

– 4 ildən 10 ilədək vaxt keçdikdə – 0.8

– 10 ildən çox vaxt keçdikdə isə – 0.3 əmsalı tətbiq ediləcək.

Misal: A adlı fiziki şəxs 5.500 kub santimetr mühərrik həcmi olan və istehsal tarixindən 1 il vaxt keçmiş avtomobil üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına görə ödəyəcəyi dövlət rüsumu aşağıdakı kimi olacaq.

Mühərrik həcminə görə 1500 AZN-ə 1.0 əmsalı tətbiq ediləcək.

1500*1=1500. Nəticədə şəxs 1500 AZN ödəməli olacaq.

Həmçinin bax: Əmək məzuniyyəti barədə daha az bildiklərimiz
rüsumƏlavə 2

Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri

Mövzu ilə əlaqədar qeyd edək ki, Nazirlər Kabinetinin bu qərarı fiziki şəxslərin yalnız şəxsi istehlak (istifadə) məqsədilə xarici ölkə saytlarından aldıqları telefonların ölkəyə gətirildikdən sonra qeydiyyata alınması zamanı ödənilən dövlət rüsumu məbləğlərini tənzimləyir.

Daha dəqiq desək, bu qərar satış məqsədilə gətirilən telefonlarla əlaqədar deyildir.

Bu qərara görə mobil cihazların Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən tənzimlənən və öz saytında yerləşdirəcəyi xarici ölkə saytlarında istinad olunan qiymətlərə əsaslanan bazar qiyməti nəzərə alınmaqla dövlət rüsumu məbləği tənzimlənəcəkdir.

Belə ki, nazirlik beynəlxalq informasiya sistemlərində müəyyən edilmiş mobil cihazların bazar qiymətini saytında yerləşdirərək həmin qiymətə uyğun dövlət rüsumunu aşağıdakı qaydada tutduqdan sonra cihazları dövlət qeydiyyatından keçirəcək.

Mobil cihazın bazar qiyməti

– 100 USD-dən (ABŞ dolları) az olarsa və foto, videoçəkiliş funksiyalarına və internetə çıxışa malik olmazsa, 20 AZN

– 100 USD-dək olarsa 30 AZN

–  101 USD-dən 200 USD-dək olduqda, həmçinin foto, videoçəkiliş funksiyalarına və internetə çıxışa malik olmayan cihazlara görə də – 50 AZN

–  201 USD-dən 400 USD-dək olduqda, həmçinin foto, videoçəkiliş funksiyalarına və internetə çıxışa malik olmayan cihazlara görə də – 60 AZN

–  401 USD-dən 700 USD-dək olduqda, həmçinin foto, videoçəkiliş funksiyalarına və internetə çıxışa malik olmayan cihazlara görə də – 70 AZN

–  701 USD-dən 1000 USD-dək olduqda, həmçinin foto, videoçəkiliş funksiyalarına və internetə çıxışa malik olmayan cihazlara görə də – 100 AZN

–  1001 USD-dən çox olduqda, həmçinin foto, videoçəkiliş funksiyalarına və internetə çıxışa malik olmayan cihazlara görə də – 150 AZN məbləğində dövlət rüsumu ödənildikdən sonra mobil cihaz dövlət qeydiyyatından keçiriləcək.

Yekunda isə qeyd edək ki, Nazirlər Kabinetinin bu qərarı “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun 85.1-ci maddəsinə əsasən dərc edildiyi andan qüvvəyə minmişdir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Banklarda hesab açılması üçün şəhadətnamə-dublikatın verilməsi

posted in: Xəbər | 0

Banklarda hesab açılmasıBu elektron xidmət vergi ödəyicilərinin Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi Portalı vasitəsilə və ya «195-1» Çağrı Mərkəzinə müraciəti əsasında ərizənin elektron qaydada göndərilməsini və həmin ərizə əsasında şəhadətnamə-dublikatın verilməsini əhatə edir.

İcra müddəti

Şəhadətnamə-dublikat – müvafiq ərizə elektron qaydada vergi orqanına göndərildikdən sonra iki gündən gec olmayaraq verilir və elektron qaydada vergi ödəyicisinin ərizəsində qeyd edilmiş müvafiq bankın informasiya sisteminə göndərilir.

Elektron xidmətin istifadəçiləri

Elektron xidmətdən İnternet Vergi İdarəsi Portalı vasitəsilə həyata keçirildikdə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almış və vergi ödəyicisi ilə vergi orqanı arasında «Elektron sənəd mübadiləsi haqqında» müqavilə əsasında istifadəçi kodu, parol, şifrə və ya «Elektron imza və elektron sənəd haqqında» Qanunun müddəalarına əsasən gücləndirilmiş elektron imza əldə etmiş şəxslər istifadə edilə bilər.

Elektron xidmət Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə həyata keçirildikdə, bu xidmətdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada VÖEN almış və «Elektron imza və elektron sənəd haqqında» Qanunun müddəalarına əsasən Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilmiş gücləndirilmiş elektron imza olan «ASAN imza» əldə etmiş şəxslər yararlana bilərlər.

Həmçinin bax: Fərdi sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərə məsləhət

Təqdimolunma preseduru:

 Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsilə həyata keçirildikdə ondan:

1. https://www.e-taxes.gov.az;

2. http://www.e-gov.az;

3. http://www.taxes.gov.az;

4. http://www.dxr.az.

internet ünvanları vasitəsilə istifadə oluna bilər.

Elektron xidmətdən Vergilər Nazirliyinin Çağrı Mərkəzinin nömrəsini (195-1) yığmaqla faydalanmaq mümkündür.

İnzibati prosedurlar

Bu xidmətin göstərilməsi üçün hər hansı sənəd tələb olunmur, sadəcə sorğu formalaşdırılır.

Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsilə həyata keçirildikdə istifadəçi qeyd edilən internet səhifələrində Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısından «Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi» xidmət növünü seçir, sonra Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsi Portalının «Onlayn kargüzarlıq və E-VHF» bölməsinə daxil olur.

Elektron xidmət Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə həyata keçirildikdə istifadəçi «195-1» nömrəsinə zəng edir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Sorğunun yerinə yetirilməsi

Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsilə həyata keçirildikdə şəhadətnamə-dublikatın alınması üçün elektron ərizənin doldurularaq təqdim edilməsi istifadəçinin əməliyyatları aparması tezliyindən asılı olaraq yerinə yetirilir. Şəhadətnamə-dublikat isə müvafiq ərizə elektron qaydada vergi orqanına göndərildikdən sonra 2 gündən gec olmayaraq verilir.

Elektron xidmət Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə həyata keçirildikdə şəhadətnamə-dublikatın alınması üçün elektron ərizə üzrə tələb olunan məlumatların istifadəçi tərəfindən təqdim edilməsi, Çağrı Mərkəzinin təmsilçisi tərəfindən həmin məlumatların sistemə daxil olunması, məlumatların düzgünlüyünün müraciət etmiş şəxs tərəfindən təsdiq edilməsi tezliyindən asılı olaraq yerinə yetirilir. Şəhadətnamə-dublikat isə müvafiq ərizə elektron qaydada vergi orqanına göndərildikdən sonra 2 gündən gec olmayaraq verilir.

Vergi ödəyicisinin «Şəhadətnamə-dublikatın alınması üçün ərizə»si qəbul olunur və ərizənin əsasında bankda hesabın açılması üçün şəhadətnamə-dublikat verilir. Şəhadətnamə-dublikat elektron qaydada vergi ödəyicisinin ərizəsində qeyd edilmiş müvafiq bankın informasiya sisteminə göndərilir.

Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə online qaydada nəzarət edilir.

Mənbə: vergiler.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2000 manat məvaciblə Baş mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibİşəgötürən: FAB Boya və Kimya Sənayesi MMC

Vəzifə: Baş mühasib

  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Pərvin Mirzəyeva

Həmçinin bax: 500 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

İş barədə məlumat:
– Mühasibat uçotunun müəssısədə təşkili
– Təsərrüfat əməliyyatlarının ucotda düzgün əks olunması
– Pul vəsaitlərinin hərəkətinin ucotu (bank və kassa əməliyyatları)
– İdxal olunan xammal ,mallar, əsas vəsaitin düzgün mədaxili və ucotu
– Xarici və daxili debitor və kreditor borclarınınn ucotuna nəzarət
– Vergi, DSMF, məşğulluq, statistika orqanlarına aylıq, rüblük, illik hesabatların tərtib olunması və vaxtında təqdim olunması
Namizədə tələblər:
– Yaş: 25-45
– Ali təhsil-Maliyyə, Mühasibat uçotu və audit, Biznesin idarəedilməsi
– İş təcrübəsi ən azı 3-5 il
– Dil bilikləri- azərbaycan dili (əla), rus (yaxşı)
– Kompüter biliyi: 1C,micro, MS Office proqramları (Word, Excel, Power Point)
– Qeyd olunan sahə üzrə daim elmi biliklərin artırılması həvəsi
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik
Qeyd: Şəkilli “CV”-nizi mövzu yerinə Baş Muhasib yazaraq cv@fabboya.az /  ünvanına göndərməyiniz xahiş olunur.
Mənbə: boss.az
Həmçinin bax: 1000 manat məvaciblə Maliyyəçi-Mühasib tələb olunur

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.