Intex Audit & Consulting Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 2

MühasibFirma adı – “İNTEX Audit & Consulting” MMC

Vakansiya – Mühasib

Tələblər:

– Minimum 5 il mühasiblik təcrübəsi olmalı;
– İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və hesabatlar hazırlamağı bilməli;
– 1C 7.7-8.3 mühasibat proqramında, Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalı;
– Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
– Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması
– Ezamiyyətlərə hazır olmalıdır.

Həmçinin bax: Mühasib üzrə vakansiya elan olunur

Vəzifələr:

– Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
– Vergilərin və DSMF ayırmalarının düzgün hesablanılması və vaxtında dövlət büdcəsinə köçürülməsi;
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
– Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük.aylıq hesabatların hazırlanması
– Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
– Ödənişləri nəzarətdə saxlamaq
– Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması.

Həmçinin bax: 500 manat məvaciblə Mühasib axtarılır

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
– 6 günlük iş rejimi (I – V günlər 09:00 – 18:00, VI gün 09:00 – 13:00);
– Əmək haqqı, hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir)

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını  / email adresinə göndərə bilərlər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

5,2 milyard manatlıq vergi güzəştləri tətbiq olunub

posted in: Vergi, Xəbər | 0

vergi güzəştləri2017-ci ildə Azərbaycanda vergi güzəştləri tətbiq olunan vəsaitlərin ümumi məbləği 1 milyard 263,2 milyon manat təşkil edib.

Ötən il vergi güzəşti və azadolmalarının strukturunda birinci yeri gəlir vergisi tutub. Belə ki, ötən il 437,5 milyon manat məbləğində gəlir vergisinə güzəşt tətbiq olunub ki, bu da ümumi azadolmaların 35 faizini təşkil edib. Sonrakı yerləri 26 faizlə mənfəət vergisi (324,3 milyon manat), 21 faizlə ƏDV (265 milyon manat), 10 faizlə əmlak vergisi (134,4 milyon manat) və 8 faizlə sadələşdirilmiş vergi (102 milyon manat) tutur.

“2017-ci ildə vergi güzəşti və azadolmalarından istifadə edənlərin 92,2 faizi fiziki şəxslərdir. Sadələşdirilmiş vergidən azad olunanların sayı 29 min 582, əmlak vergisindən azad edilənlər 2656, ƏDV-dən azad edilənlər 650, mənfəət vergisindən azad edilənlərin sayı isə 213 olub. Qeyd edək ki, kənd təsərrüfatı sektoru və əmanət faizləri üzrə gəlirlərdən azadolmalar bu statistikaya aid edilməyib”, – deyə məlumatda vurğulanıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Nazirlikdən bildirilib ki, 2017-ci ilin vergi güzəşti və azadolmalarının bəyannamələrdə əks olunması vəziyyəti üzrə rəqəmlər göstərir ki, dövlətin verdiyi bu imtiyazlardan istifadə edənlərin təxminən yarıya qədəri aldığı güzəşti bəyannamələrdə düzgün göstərməyib: “Məsələn, gəlir vergisi üzrə bəyannamədə əks edilməli güzəşt və azadolmaların sayı 45 olsa da, bəyannamədə onlardan yalnız biri haqqında məlumat verilir. Mənfəət vergisində bu göstərici, müvafiq olaraq, 18-ə qarşı 17, əmlak vergisində 11-ə qarşı 10, torpaq vergisində 7-yə qarşı 3, sadələşdirilmiş vergidə 4-ə qarşı 2 olub. Bu sırada yalnız ƏDV üzrə ödəyicilər bəyannamə tələblərinə əməl ediblər: bu vergi növü üzrə güzəşt və azadolmalardan istifadə edənlər bəyannamədə əks olunmalı güzəşt və  azadolmaların sayını tam şəkildə göstərib.  Ümumilikdə isə vergi bəyannamələrində məlumat verilməli 108 güzəşt və azadolma növü olmasına baxmayaraq, onlardan yalnız 56-sı, yəni cəmi 51,9 faizi vergi bəyannamələrində əksini tapıb. Azadolmaların 42,4 faizi, güzəştlərin isə 69,6 faizi bəyannamələrdə əks olunmayıb”.

Son 5 ildə vergi güzəştləri və azadolmaların dinamikasına nəzər saldıqda məlum olur ki, həmin vəsaitlərin ümumi məbləği ildən-ilə artır: “Beləliklə, son 5 ildə dövlət büdcəsi vergi güzəştləri və azadolmalardan 5 milyard 239 milyon 300 min manat itirib. Ən aşağı göstərici 2013-cü ildə (859,5 milyon manat), ən yüksək göstərici isə 2017-ci ildə (1 milyard 263,2 milyon manat) qeydə alınıb”.

Həmçinin bax: İlk altı ayda 41 minə yaxın yeni vergi ödəyicisi qeydiyyatdan keçib

Mənbə: apa.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Müavinət, Xəbər | 0

Dövlət qulluqçularıAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 306
Bakı şəhəri, 17 iyul 2018-ci il
“Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq
imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il 4 fevral tarixli 7 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018- ci il 6 mart tarixli 1025-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 mart tarixli 3837 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli 7 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 114, № 11, maddə 969; 2005, № 1, maddə 51; 2008, № 8, maddə 787; 2017, № 2, maddə 325, № 6, maddə 1225) aşağıdakı dəyişikliklər edilsin:

  1. Adında, preambulasında və 1-ci hissədə “qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz edilsin.
  2. Həmin qərarla təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası” üzrə:

2.1. adında və 1-ci hissədə (hər iki halda) “qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz edilsin;

2.2. 2-ci hissədə “qulluğunda xidmət illərinin minimum həddinə (5 il)” sözləri “qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                                     Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

11 yerli şirkət ləğv edildi

posted in: Xəbər | 0

yerli şirkət

  • “İNFOSPACE” MMC (VÖEN: 1302696161) Ümumi Yığıncağı 17.04.2018 tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir.Kreditorlar ləğv edilən hüquqi şəxsə qarşı tələblərini Bakı şəhəri,  Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 44/46, m.13 ünvanına bildirə bilərlər.
  • “EYƏLAYNS MENECMENT SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 2000049321) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 6A ünvanına bildirə bilərlər.
Həmçinin bax: 1 xarici şirkət Azərbaycandan getdi
  • “EVENT COMPANY” MMC (VÖEN: 1803265711) ləğv olunduğunu elan edir.Kreditorlar tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Vidadi (Maştağa qəs.), ev 24 A, mənzil 1 ünvanına bildirə bilərlər.
  • “GÜLAY” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 1300172841) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, İnşaatçılar pr. 31 ünvanına bildirə bilərlər.
  • “ADVENTURE” MMC (VÖEN: 1902991701) ləğv olunduğunu elan edir.Kreditorlar tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Vüqar Quliyev (Qaraçuxur qəs.), ev 20, mənzil 4 ünvanına bildirə bilərlər.
  • “DREAM 2017” MMC (VÖEN: 2004152971) ləğv olunduğunu elan edir.Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel pr., ev 15, mənzil 0 ünvanına bildirə bilərlər.
  • “STAR 2017” MMC (VÖEN: 1902997091) ləğv olunduğunu elan edir.Kreditorlar tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Vüqar Quliyev (Qaraçuxur qəs.), ev 18, mənzil 12 ünvanına bildirə bilərlər.
  • “RƏHMAN ƏHMƏDOV” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 4600362721) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 6, mənzil 4 ünvanına bildirə bilərlər.
  • “VAHİD” ASC (VÖEN: 1600151231) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev, ev 116 ünvanına bildirə bilərlər.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  • “CONCRETE+PERLITE” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1005381561) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı ş., Binəqədi r., Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 4, mənzil 48 ünvanına bildirə bilərlər.
  • “KAPİTAL-N” firması (VÖEN: 1500219121) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı ş., Nərimanov r., Haqverdiyev, ev 23, m.26 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.