Mühasibatlıq Departamentinə Təcrübəçi tələb olunur
İşəgötürən: Manufacturing Company
Tələblər:
– İqtisadiyyat sahəsində ali təhsil müəssisəsini yeni bitirmiş olmalı;
– Öyrənməyə və inkişaf etməyə meyilli;
– Dil biliyi : Azərbaycan, İngilis və Rus dilində sərbəst danışmaq və yazmaq;
– Kompüter biliyi: Microsoft Office (xüsusilə Word və Excel) proqramlarında işləmək bacarığı;
– Yüksək ünsiyyət qurmaq və özünü təqdim etmək bacarıqları
– İşgüzarlıq;
– Stressə davamlı
– Staj qrafiki: müsahibə zamanı müzakirə olunacaq;
– Karyera yüksəlişi imkanı;
– Nəqliyyatla təminat
– Təcrübə proqramı ödənişsizdir
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ünvan: Bakı şəh., Qaradağ r-nu, Salyan şossesi
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühasibatlıq Departamentinə Təcrübəçi” qeyd edərək öz CV-lərini / elektron ünvanına göndərməyi xahiş olunur.
Mənbə: jobsearch.az
Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2.-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin həmin Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur.
Qeyri-formal məşğulluq qanunvericiliyə zidd olmaqla, əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmasına ciddi maneə yaradır.