1200 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasibVəzifə: Mühasib

İşəgötürən:  Mirlex LLC 

Namizədə tələblər:

• İqtisadiyyat, mühasibatlıq üzrə ali təhsil;
• 3-4 il müsahibatlıq üzrə iş təcrübəsi;
• MS Excel və 1C (8.3) proqramları ilə işləmək bacarığı;
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
• Kargüzarlıq işlərini bilmək;
• Azərbaycan və Rus dili bilikləri;
• Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyllilik.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İşin ümumi təsviri:

• Gündəlik / aylıq mühasibat yazılarının işlənilməsi;
• Mühasibat yazıları ilə bağlı müvafiq sənədlərin toplanması və işlənilməsi;
• Həftəlik və aylıq hesabatların hazırlanması;
• Baş mühasibin digər tapşırıqlarını yerinə yetirmək.

Həmçinin bax: Intex Audit & Consulting Mühasib axtarır

Əlavə məlumat:

• İş vaxtı: Bazar ertəsi – Cümə
• İş saatı: 09:00 – 18:00 (13:00-14:00 nahar vaxtı)
• Əmək haqqı: 1,000 – 1,200 AZN (iş təcrübəsindən asılı olaraq)

E – mail : 

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Çex Respublikasında vergi sistemi barədə bilmədiklərimiz

posted in: Məqalə, Vergi, Xəbər | 0

vergi sistemiBu dəfəki yazıda Çex respublikasının vergi sistemindən söz açacağıq.

Çex Respublikasının vergi sistemi digər Avropa ölkələrinin vergi sisteminin bənzəridir.

Gəlir vergisi. Çexiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan ötrü icazə alınması gərəkdir ki, bu zaman hüquqi şəxslər yerləşdikləri hüquqi ünvanda, ayrı-ayrı şəxslər isə qeydiyyatda olduqları yer üzrə 15 gün ərzində vergi müfəttişliyində qeydiyyata düşməlidilər.

Hüquqi şəxslər üçün gəlir vergisi hazırda 19% təşkil edir. Əgər şirkət fəaliyyət göstərmirsə, onda həmin müəssisə müfəttişliyə sıfır balansı təqdim edir ki, bunun əsasında o, gəlir vergisi ödəmir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Fiziki şəxslər, fərdi sahibkarlar isə aşağıdakı gəlirlərindən 15% həcmində vergi ödəyirlər: muzdlu əmək, sahibkarlıqdan daxil olan gəlirlər, icarə və digər gəlirlər. Qanunda vergi tutmaya cəlb olunan bəzi gəlirlər də göstərilib. Bunlar səhmlərin alınması, əmlakın bağışlanması, mirasdan və daşınan mülkiyyətdən  daxil olan gəlirlərdir. Çexiyada vergi dövrü təqvim ili hesab olunur. Əgər fiziki şəxsin illik gəliri 15 min kronu ötürsə, o vergi deklarasiyası təqdim edir. Vergi müfəttişliyi qarşısında hər bir ölkə vətəndaşı, o cümlədən bu ölkədə minimum 183 gün və ya fasiləsiz yaşayan əcnəbi vətəndaşlar hesabat verməlidirlər. Xarici mənbələrdən gəlir əldə edən fiziki şəxslər də 15% stavkası ilə vergi ödəməlidirlər.

Daşınmaz əmlaka görə vergi. Sahibkar həm də daşınmaz əmlaka görə vergi ödəməlidir. Bu zaman vergi nəbləği əmlakın ümumi sahəsindən, istifadə üsulundan və konkret olaraq hansı yaşayış məntəqəsində yerləşməsindən asılı olaraq ödənilir. Mənzillər, evlər və torpaq sahələri vergiyə cəlb olunur. Həmin verginin həcmi ilə vergi ödəyiciləri vergi ilə bağlı saytdan tanış olur və elə elektron şəkildə də həmin vergini ödəyirlər.

Daşınmaz əmlak satışına görə vergi. Daşınmaz əmlakın satışına görə standart vergi məbləği onun satış dəyərinin 4% təşkil edir.

Yol vergisi. Əgər, sahibkarın mülkiyyətində  nəqliyyat vasitəsi varsa, onda həmin şəxs yol vergisi ödəyicisi kimi də qeydiyyata düşməlidir. Həmin verginin həcmi nəqliyyat vasitəsinin çəkisindən və mühərrikinin həcmindən asılı olaraq ödənilir.

Həmçinin bax: Almaniya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Mirasa və bağışlamaya görə vergi. Bu vergi növü 0,5%-lə 40% arasında dəyişir. Burada vergi məbləği əmlakı və ya digər mülkiyyət növlərini bağışlayanla, onu qəbul edən arasında hansı qohumluq bağının olmasından asılı olaraq dəyişir. Məsələn, bu əməliyyat uşaqlar və valideynlər arasında baş tutursa, onda heç bir vergi ödənilmir.

Radio və televiziya vergisi. Radio və televizor cihazlarına sahib olan həm fiziki, həm də hüquqi şəxslər vergi ödəməli olurlar. Məsələn, əgər sizin evinizdə radioqəbuledici yoxdursa, amma avtomobilinizdə və ya mobil telefonunuzda bu varsa, siz həmin vergini ödəməyə məcbursunuz. 2018-ci il üçün həmin vergi televiziyaya görə ayda 135 kron, radioya görə isə 45 çex kronu təşkil edir. Fiziki şəxslər isə radio və televiziyaya üzrə evdə olan bütün cihazlara görə ümumi vergi ödəyirlər. Hüquqi şəxslər isə həmin vergini hər bir cihaza görə ayrı-ayrılıqda ödəyirlər.

ƏDV. Vergi sisteminin başlıca komponentlərindən hesab olunur. Dövriyyəsi 1 milyon kron olan hüquqi şəxslər vergi orqanlarında qeydiyyatdan keçməlidirlər. Dövriyyə 1 milyon kron təşkil edirsə, həmin vergi rübdə bir dəfə, 10 milyon kronu ötürsə, ayda bir dəfə ödənilir. Həmin verginin baza stavkası 2018-ci ildən 21% bərabərdir, aşağı stavka isə (bəzi qida məhsulları, mineral yağlar, bəzi xidmətlərə görə) 15% təşkil edir. ƏDV-nin 10%  ikinci aşağı salınmış stavkası isə 2015-ci ildən qüvvəyə minib. Bu qanunda bir sıra mal və xidmət növləri göstərilib ki, onlara ƏDV tətbiq olunmur (tibbi xidmət, torpağın icarəyə verilməsi və s.)

İstehlak vergisi. Aksiz yığımı neft məhsulları, spirt, alkoqollu içkilər və tütün məmulatlarına tətbiq olunur. Aksizlər də ƏDV kimi Avropa İttifaqının normativ aktları ilə tənzimlənir. Bu vergi yığımı gömrük orqanları tərəfindən həyata keçirilir. Aksizlər qanunla tənzimlənir.

Çexiyada əmək haqqına gəldikdə, bu ölkədə 2018-ci ildə minimum maaşlar 12 200 kron (1 ABŞ dolları 20,58 kron təşkil edir). Yəni, Çex Respublikasında minimum əmək haqqı 593 dollar tşkil edir.

Həmçinin bax: Kanada vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nizamnamə kapitalı 350.000 manat olan MMC yaradıldı

posted in: Vergi, Xəbər | 0

Nizamnamə kapitalıVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 350.000 manat olan MMC yaradılıb.

Kommersiya qurumunun adı: “Aşıq” MMC

Qeydiyyat nömrəsi (VÖEN): 1202048091

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: AZ1076, Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ, Mərdəkan şossesi ev 5A, döngə 4

Nizamnamə kapitalı: 350.000 manat

Maliyyə ili: 01 Yanvar – 31 Dekabr

Qanuni təmsilçi: Allakhyarov Mustafa (Qazaxıstan Respublikası)

Dövlət qeydiyyatına alındığı tarix: 30 may 2018

Həmçinin bax: Nizamnamə kapitalı 17.4 milyon manat olan Olimpiya İdman Kompleksi yaradılıb

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edildi

posted in: Xəbər | 0

Elektron xidmət AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 304
Bakı şəhəri, 16 iyul 2018-ci il
“Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın
və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6,  maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367, 384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə 1578, № 11, maddə 1928, № 12, maddələr 2219, 2233; 2017, № 2, maddə 277, № 4, maddə 624, № 5, maddələr 972, 986, № 6, maddə 1247, № 7, maddələr 1479, 1484, № 9, maddələr 1720, 1725, 1754, № 10, maddələr 1898, 1926, 1930, № 11, maddələr 2162, 2180; 2018, № 3, maddə 620; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 aprel tarixli 190 nömrəli və 21 may tarixli 232 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Elektron xidmət növlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. 7.11-ci, 7.39-cu, 7.40-cı və 7.55-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
7.11. Vergi öhdəliyinin yaranmaması haqqında arayışların vergi orqanına təqdim edilməsi
7.39. Vergilər Nazirliyinin Apellyasiya Şurasına müraciətin təqdim edilməsi
7.40. Vətəndaşların vergi orqanlarında qəbula yazılması
7.55. Vergilər Nazirliyinə müraciət

2. Aşağıdakı məzmunda 7.68-ci və 7.69-cu bəndlər əlavə edilsin:

7.68. Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi
7.69. “Sıfır faiz (0%) dərəcə ilə ƏDV-yə cəlb olunma haqqında” sertifikatın təqdim edilməsi

Azərbaycan Respublikasının
Baş naziri                              Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.