Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsində müavinətlər necə göstərilməlidir?

posted in: Vergi, Xəbər | 0

muzdlu işSual : Bildiyimiz kimi, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Bundan başqa, uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət, uşağın 3 yaşı tamam olanadək ona qulluqla bağlı verilən müavinətlər və digər bu kimi müavinətlər məcburi dövlət sosial sığorta haqları hesabına DSMF tərəfindən ödənilir.

Sualım budur ki, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinini tərtib edərkən yuxarıda sadaladığım müavinətlər – gəlir kimi bəyannamədə göstərilməlidir? Əgər göstərilməlidirsə muzdlu işlə əlaqədar hesablanmış gəlirin məbləğ təsnifatı hesablanarkən hansı göstəricilərdə qeyd olunmalıdır?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qurumları tərəfindən digər işəgötürənlərin işçilərinə əmək qabiliyyətinin müvəqqəti itirliməsinə görə ödənilən müavinətlərin bəyannamədə əks etdirilməsi məqsədi ilə Vergilər Nazirliyinin 06.06.2017-ci il tarixli 1817040100368600 nömrəli əmri ilə təsdiq edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “Muzdlu işlə əlaqədar Hesablamalar” və “Hesabat dövrünün 1-ci, 2-ci və 3-cü ayı üzrə hesablamalar” bölmələrinə “AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun qurumları tərəfindən digər işəgötürənlərin işçilərinə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər üzrə hesablamalar” adlı 901-1-ci, 901.4-1-ci, 901.5-1-ci və 901.6-1-ci sətirlər əlavə edilmişdir. Belə ki, həmin bəyannamənin 1-ci hissənin 901-1 kodlu sətrində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qurumları tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətin ilk 14 təqvim günündən sonrakı günlərə görə ödənilən hissəsi üzrə müavinət ödənilmiş digər işəgötürənlərin işçilərinin sayı, onlara hesablanmış müavinətin və bu müavinətla əlaqədar verginin məbləğlərinin cəmli, 2-ci hissənin 901.4-1, 901.5-1 və 901.6-1 kodlu sətirlərində isə hesabat dövrünün 1-ci, 2-ci və 3-cü aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qurumları tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətin ilk 14 təqvim günündən sonrakı günlərə görə ödənilən hissəsi üzrə müavinət ödənilmiş digər işəgötürənlərin işçilərin sayı, onlara hesablanmış müavinətin və bu müavinətla əlaqədar verginin məbləği qeyd edi­lir. Bəyannamənin qeyd edilən sətri yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qurumları tərəfindən doldurulur və bu rəqəmlər bəyannamə təqdim edənin cəm rəqəmlərinə daxil edilmir. Bununla belə, sorğunuzda qeyd edilən digər dövlət müavinətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənildiyi üçün həmin dövlət müavinətləri işəgötürən tərəfindən təqdim edilən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ndə əks etdirilmir.

Bax: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanununun 6-cı maddəsi və Vergilər Nazirinin 06.06.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Optimal Electronics-də təcrübə proqramı

posted in: İş elanı, Xəbər | 0

təcrübə proqramıOptimal Elektronika” MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə “Optimal Elektronika” MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Optimal Elektronika” MMC  İnsan Resursları Departamentində  Təcrübə Proqramını açıq elan edir:

Tələblər:

– Təhsil : Ali təhsil müəssisini yeni bitirmiş olmalı;
– Öyrənməyə və inkişaf etməyə meylli olmalı:
– Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq; İngilis və rus dillərini bilmək üstünlükdür.
– Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
– Yüksək ünsiyyət və təqdim etmə bacarıqlar

Həmçinin bax: Baş mühasib tələb olunur

Biz Sizə təklif edirik:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
– Həftədə 5  iş günü, 2  gün istirahət;
– Karyera yüksəlişi imkanı;
– Təcrübə proqramı ödənişlidir və nahar şirkət tərəfindən verilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “İnsan Resursları Departamentində təcrübəçi” qeyd edərək öz CV-lərinizi  / elektron ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: jobserach.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 1

Baş mühasib tələb olunurKARVAN-L EKO MMC baş mühasib vakansiyasını elan edir

• Mühasibatlıq hesabatlarını vaxtında və düzgün hazırlamaq;
• Mühasibatlığın ilkin sənədlərinin yoxlanılması;
• Şirkətin daxili və xarici auditinin vaxtında və keyfiyyətli aparılması;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir;
• Baş mühasibin digər tapşırıqlarını yerinə yetirmək.
• Muhasibat proqramlarinin bilmək , 1C mutləqdir.
• İş təcrübəsi 5 ildən yuxarı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Ünsiyyət, rabitə və komandada işləmək bacarığı
• Yaş həddi: 27-55 yaş arası
• Təhsil: Ali iqtisadi təhsili
• İş saatı 1-6-cı günlər 09:00-dan 18:00-a kimi
• Əmək haqqı razılaşma ilə
• İs yeri Ağstafa rayonu Həsənsu kəndi

Əlaqə: 055 525 35 98
E – mail :  

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi ödəyicisinin “qara bazar”la bağlı sualı

posted in: Vergi, Xəbər | 1

qara bazar

Sual: Mən sadələşdirilmiş vergi ödəyicisiyəm. Xahiş edirəm mənə izah edin, mən malları e-qaimə fakturasıyla vergi ödəyicilərinə, kassa mədaxil orderi və yaxud kassa çeki ilə fiziki şəxlərə satıram və bunun əsasında ümumi satışın 4% -ni vergiyə ödəyirəm. Satdığım məhsulları qara bazardan alıram, onların sənədləşdirilməsini mən necə apara bilərəm?

Cavab: Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi pərakəndə ticarət və topdansatış ticarət fəaliyyəti sahələrində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarına əsasən vergi ödəyicisi malları vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda “Malların alış aktı” tərtib edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir.

“Malların alış aktı”nın forması (MAA-1) isə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmişdir (http://www.e-qanun.az/framework/36018).

Bununla belə, malların təqdim edilməsi sahibkarlıq fəaliyyəti sayılmaqla həmin malları (vergidən azad edilən mallar istisna olmaqla, məsələn kənd təsərrüfatı məhsulları) təqdim edən şəxs üçün vergi öhdəliyinin yaranmasına səbəb olur.

Bu baxımdan da malların dəyərini ödəyən vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğlər və ödənişi alan şəxs haqqında alış aktında qeyd olunmalı məlumatlar vergi orqanına təqdim edilməlidirlər.

Bax: Vergi Məcəlləsinin 73-cü və 130-1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli və 16 iyun 2017-ci il 1460 nömrəli Fərmanları ilə təsdiq olunmuş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.