“Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0
Dövlət rüsumu“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Həmçinin bax: Vergi Məcəlləsinin 2 maddəsində dəyişiklik edildi

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12, I kitab, maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 10.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“10.1.2. müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə – 250 manat”.

1.2. Aşağıdakı məzmunda 11.3-cü maddə əlavə edilsin:

“11.3. Bu Qanunun 10.1.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.”.

1.3. 10.11.1-ci və 10.12.1-ci maddələrdə “etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya” sözləri “etibarnamə təmsil edilənin ərinə (arvadına), uşaqlarına, valideynlərinə, babasına, nənəsinə, nəvəsinə, qardaşına, bacısına” sözləri ilə əvəz edilsin.

1.4. 18.65.5.1-ci maddədə “18” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilsin.

1.5. 18.65.6.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“18.65.6.1. avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilən hərrac nəticəsində müəyyən olunur.”.

1.6. 18.65.6.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“18.65.6.2. bu Qanunun 18.65.6.1-ci maddəsində nəzərdə tutulmuş dövlət qeydiyyat nişanları istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə – 35 manat.”.

1.7. 18.65.7.1-ci maddədə “17” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanunun 1.5-ci və 1.6-cı maddələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa dövlət qeydiyyat nişanının hərrac vasitəsilə verilməsinə dair ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2018-ci il.

Mənbə: president.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi Məcəlləsinin 2 maddəsində dəyişiklik edildi

posted in: Vergi, Xəbər | 0
Vergi Məcəlləsi

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Həmçinin bax: “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edildi

Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2, I kitab, maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12, I kitab, maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149; Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1076-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

  1. 188.1.1-ci maddədə “üç” sözü “1,5” rəqəmləri ilə və “600” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin.
  2. Aşağıdakı məzmunda 194.1-2-ci maddə əlavə edilsin:

“194.1-2. Aksiz markasının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2018-ci il.

Mənbə: president.az

700 manat məvaciblə Maliyyəçi tələb olunur

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

maliyyəçiİşəgötürən: Mumuso Azerbaijan

Vəzifə: Maliyyəçi

Yaş: 25-36
Cinsi: Xanım
Əmək haqqı: 600-700 AZN

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Namizədə dair tələblər:

– 1C.8.3 Mühasibat proqramında sərbəst işləmək bacarığı mütləqdir (uçotun aparılması)
– MS Excel proqramını bilməli
– Gündəlik və aylıq hesabatların tərtib edilməsi
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi
– Bank, kassa əməliyyatlarının uçotu
– Borcların ödənilməsinə dair hesabatların hazırlanması
– Müdiriyyət tərəfindən verilən əlavə tapşırıqların yerinə yetirilməsi
– Azərbaycan və Rus dillərində danışıq qabiliyyəti
– Ciddi və məsuliyyətli
– Kolektivdə işləmə bacarığı
– İşdə dəqiqlik
– Məsuliyyət, inkişafa meyillilik

Həmçinin bax: Mühasib köməkçisi tələb olunur

İşin təsviri:

– İş yeri 28 May metrosunun yanı
– Həftədə 1 istirahət günü
– Rəsmi qeydiyyat

Qeyd:

Vakansiya ilə maraqlanan şəxslər: CV-lərinizi göstərilən e-mail ünvana göndərə bilərsiniz. Məktubun mövzusunda hansı iş üçün müraciət etdiyinizi qeyd etməyiniz mütləqdir – 

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kadr uçotunun təşkili barədə bilmədiklərimiz

posted in: muhasibat, Məqalə, Xəbər | 0

KadrHələ sovetlər dönəmində “hər şeyi kadrlar həll edir” məşhur bir deyim var idi. Zənn edirik ki, həmin ifadə heç də boşuna deyilməyib. Həqiqətən kadr siyasəti, kadr uçotu çox önəm daşıyır.

İstənilən müəssisənin kadrları onun başlıca dəyəri və əsas resursu hesab olunur. Ona görə də kadr uçotunun savadlı təşkili prosesi – işlərin əhəmiyyətli tərkib hissəsidir, hansı ki, səlahiyyətlilik və fəaliyyətdə olan qanunvericiliklə bağlı dərin biliklər tələb edir.

Kadrlar şöbəsinə əməkdaşların düzgün seçimi səhvlərin sıfra endirilməsinə və bütün kollektivin hüquqların qorunmasına zəmanət verir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Kadr uçotunun aparılmasının xüsusiyyətləri və işəgötürənlərin əsas səhvləri barədə.

Kadr uçotu anlayışı.

Kadr uçotu – bu, işəgötürənlə işçilər arasında əmək münasibətlərinin reqlamentləşdirilməsi ilə əlaqəli kompleks prosesseslər və tədbirlərdir. Sözügedən mexanizm ştat sayından və təşkilati-hüququ formadan asılı olmayaraq, istənilən müəssisədə mütləq şəkildə mövcud olur.

Ümumiləşdirilmiş şəkildə kadr uçotu özündə aşağıdakı tədbirləri ehtiva edir:

  • İşçilərin şəxsi işlərinin formalaşdırılması;
  • hesablama və əməkhaqqı, mükafatlar və digər ödənişlərin hesablanması;
  • ştat cədvəlinin tərtibi, tabel və iş vaxtının uçotu;
  • xəstəlik vərəqələrinin, ərizələrin və tələb olunan yerə arayışların hazırlanması;
  • vergi orqanlarına müntəzəm olaraq hesabatların verilməsi;
  • məzuniyyətlərlə bağlı qrafikin tərtibi və ona nəzarət;
  • kadrlarla bağlı əmrlərin hazırlanması;
  • yeni əməkdaşların işə qəbulu ilə əlaqəli müvafiq sənədlərin aparılması;
  • işçilərin attestasiyası və qiymətləndirilməsi üzrə işlər;
  • şirkət əməkdaşlarının şəxsi məlumatlarının yayılmaması qaydalarına əməl edilməsi.
Həmçinin bax: İstehsalın uçotu

Əmək qanunvericiliyinə müvafiq olaraq hər bir təşkilat aşağıdakı sənədlərə malik olmalıdır:

  • Əmək kitabçaları Kitabının hərəkəti.
  • Ştat cədvəli.
  • İşçilərin şəxsi kartoçkaları.
  • Bağlanmış əmək müqavilələri və onlara əlavə olunmuş sazişlər.
  • Məzuniyyət qrafiki.
  • İşçilərin fərdi (şəxsi) məlumatlarının qorunması və işlənməsi qaydası haqqında Əsasnamə.
  • Əməkdaşlarla bağlı əmrlər və ərizələr (işə qəbul, işdən çıxma, məzuniyyətlər və başq).
  • Əmək intizamı qaydaları (təşkilat daxilində).
  • Bütün işçilərin əmək kitabçaları.
Həmçinin oxu: Uçot siyasətinin formalaşdırılması

Kadr uçotu aparılmasının təşkili

Təşkilatlarda kadr uçotu aparılmasının ən geniş yayılan üsulları bunlardır:

  • Kadrlar şöbəsinin yaradılması və ya kadrlar üzrə mütəxəssislərin (HR-menecerlər) işə qəbulu.
  • İnsan resurslarının idarə edilməsi metodunun əsas üstünlüyü təşkilatın prinsiplərinə və tələblərinə uyğun olaraq təşkil edilməsinin mümkünlüyüdür, belədə  işçi birbaşa şirkətdə çalışır.
  • Kadr uçotu aparılması üzrə öhdəliyin katibəyə və ya mühasibin üzərinə qoyulması.

Böhran şəraitində və qənaət etmək zərurəti yarandıqda, çox vaxt bir əməkdaşın  həm katib, həm mühasib, həm kadrlar üzrə mütəxəssis və hətta hüquqşünas vəzifələrini eyni zamanda aparması vəziyyətilə qarşılaşırsan. Belə bir işçi bir qayda olaraq hansısa sahədə ixtisaslaşır və digər sahələr üzrə səriştəli sayıla bilməz.

Bu isə öz növbəsində mümkün səhvlərə gətirib çıxara bilər ki, əlavə zaman və maddi itkilərə səbəb ola bilər.

Kadr uçotu funksiyasının autsorsinq şirkətlərinə verilməsi.

Təşkilati işlər, kadrların idarə olunması, onların təhsli və seçiminin aparılması bu sahədə öz işinin bilicisi olan kənar autsorsinq şirkətlərinə verilməsi daha yaxşı yoldur. Bazarda bir çox peşəkar əməkdaşlar və təşkilatlar çalışır ki, onlarla kadr uçotunun aparılması ilə bağlı müqavilə bağlana bilər. Yuxarıda sadalanan hər bir variantın öz müsbətləri və mənfiləri var. Kadr uçotunu kim aparacaq və onunla bilavasitə kim məşğul olacaq, bax, bunu personalın sayı, onun dövriyyəsi və daxili siyasətinə nəzərən, təşkilatın rəhbərliyi müəyyən edir.

Həmçinin oxu: “Mühasibat uçotu” termininin müəyyən edilməsi.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.