Bir iş saatına görə ən çox ödəniş edən ölkələrin reytinqi

posted in: Məqalə, Xəbər | 0
Ölkə İş saatının dəyəri (ABŞ dolları ilə)
Norveç 58.01
İsveçrə 57.78
Danimarka 50.99
Lüksemburq 44.52
Аvstraliya 43.58
Hollandiya 40
Belçika 35.65
İsveç 35.28
İrlandiya 34.08
Almaniya 33.83
ABŞ 31.16
Böyük Britaniya 29.5
Yaponiya 23.51
İsrail 18.21
Cənubi Koreya 13.92
Yunanıstan 12.24
Estoniya 8.43
Polşa 7.14
Macarıstan 7.02
Çili 6.83
Türkiyə 4.34
Meksika 4.06
Rusiya 3.73

 

Rusiyanı hesab etməsək, iş üzrə və əmək haqqı üzrə outsider Meksikadır. Belə bir fikir gəzir ki, Polşa Avropanın Meksikasıdır. Lakin, əlbəttə indi bu belə deyil, çünki Rusiya da bu siyahıya düşüb və son yerdə artıq o qərarlaşıb. Hansı ki, Rusiyada hamıdan çox işləyib, hamıdan az məvacib alırlar. Norveçlinin bir saatlıq qazancı, rusiyalı işçinin 15 saatlıq qazancına bərabərdir.

Təbii ki, bu reytinq də məhdud hesab olunmalıdır, çünki, bu siyahıda Hindistan, Ukrayna və Afrika ölkələri yer almayıb. Lakin həmin ölkələrlə müqayisə olunmağa dəyərmi?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

İstehsalın uçotu

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Bir böyük sənaye müəssisəsi, bir qayda olaraq, əldə edilmiş materialların hazır məhsullara çevrilməsi zəncirindən keçən başlıca istehsalın bir neçə sexinə malik olur.

Məsələn, maşınqayırma zavodunun əsas istehsalat sexlərinin tipik bir zənciri özündə tədarük sexlərini ehtiva edir – tökmə, dəmirçi, mexaniki və yığım sexləri. Əsas istehsalın sexləri arasında maddi dəyərlərin hərəkətinin uçotu üçün, – hansı ki, bu zaman tədarükçülərdən satın alınmış materiallar ardıcıl olaraq yarımfabrikatlara, sonra isə hazır məhsullara çevrilirlər, – müəssisənin hesablarla bağlı iş planında “Əsas vəsaitlər” hesabına alt-hesablar daxil edilir. Bundan əlavə, maddi dəyərlərin yerdəyişməsi və hazır məhsula çevrilməsinin uçotu üçün “Yarımfabrikatların şəxsi istehsalı” hesabından da istifadə etmək olar. Bu hesabdan o zaman istifadə etmək əlverişli olur ki, müxtəlif emal mərhələləri aralığında maddi dəyərlər aralıq anbarlara – yarımfabrikat anbarına yığılır. Belə bir anbarda saxlanılan və növbəti emal mərhələsini gözləyən dəyərlər “Yarımfabrikatların şəxsi istehsalı” hesabında göstərilə bilər.

Materialları hazır məhsullara çevirməklə birbaşa məşğul olan əsas istehsalat sexlərindən başqa, iri zavodlarda köməkçi sexlər, yardımçıikinci dərəcəli sexlər də olur.

Yardımçı sexlərin vəzifəsi əsas istehsalat sexlərinin, xüsusilə də alətlərin və istehsal avadanlığının istehsalının fasiləsiz işləməsini təmin etməkdir. Yardımçı sexlərə alətlər, təmir və enerji sexləri aiddir.

İkinci dərəcəli sexlər köməkçi materialların əldə olunması və emalı ilə məşğul olur. Belə yardımçı təsərrüfatlara hazır məhsulların qablaşdırılması üçün qablama materialları hazırlayan sexləri göstərmək olar.

Belə sexlərdə həmçinin istehsal zamanı yaranan tullantılardan məhsullar hazırlanır, ya da istifadə olunmuş köməkçi materiallar bərpa edilir.

Yardımçı, köməkçi və əlavə sexlərin əsas istehsal sexlərinə və digər istehlakçılara verdiyi məhsul və xidmətlərin dəyərini nəzərə almaq üçün “Köməkçi istehsal” hesabı şirkətin hesablarının iş planına daxil edilməli və ona lazımi sayda alt hesablar əlavə olunmalıdır.

Böyük bir sənaye müəssisəsi öz tərkibində istehsala və təsərrüfata xidmət göstərən bölmələr də ola bilər ki, onlar müəssisəmin hazır məhsullarının buraxılışı ilə əlaqəli olmurlar. Onlara yeməkxanalar, mənzil-kommunal və sanatoriya sağlamlıq təsərrüfatları aiddir. Bu xidmət sahələri də məhsul buraxır və müəssisənin digər bölmələrinə xidmət göstərir, eləcə də müsssisənin kəanr istifadəçiləri ilə əlaqələr qururlar. Bu məhsul və xidmətlərin dəyərinin uçotu üçün müəssisənin hesablarla bağlı iş planına “İstehsal və təsərrüfata xidmət göstərən” hesab daxil edilir.

Sənaye müəssisəsində əsas istehsal zənciri, bir qayda olaraq, təchizatçıdan materialların alınması ilə başlanır. Ancaq, hər hansı bir sənaye müəssisəsi faydalı qazıntıların hasilatı ilə məşğul olursa, məsələn, bu şaxta da ola bilər, onun əsas materialı müftə təbii sərvətlər – yerin təki ola bilər. Şaxta tərəfindən hasil edilən təbii sərvətlər isə artıq onun hazır məhsulu sayılır ki, şaxta onları pulla satır. Buna müvafiq olaraq, şaxta tərəfindən hasil edilən təbii sərvətlər müəssisənin mühasibatlığı tərəfindən “Hazır məhsullar” hesabında uçota alınacaq.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən məşhur on mühasibin kim olduğunu bilirsinizmi?

posted in: muhasibat, Məqalə, Xəbər | 0

 

Elizabet Arden, Herbert Uels, Aleksandr Vertinskiy, Mixail Zoşenko, Meyer Amşel, Allen Karr, Henrix Şlimann, Uilyam Porter, Frenk Robinson, Karl Marks. Bu ad və soyadlar sizə nəsə deyirmi?

Bu şəxslərdən ikisinin ad və soyadları bizlərə bir qədər tanış gəlir. Herbert Uels – məşhur fantastika yazıçısı və Karl Marks – “Kapital” əsərinin müəllifi. Bəs digərləri kimdir, onlar adlarını tarixə nə ilə yazdırıblar, mühasibatlıq və mühasibliyə onların nə aidiyyatları var axı?

Sən demə, var imiş və onların hər biri əmək fəaliyyətinə elə mühasib kimi işləməklə başlayıblarmış. Amma sonrakı həyat fəaliyyətləri belə demək mümkünsə, dünyada daha çox iz qoyub. Onların bir qisminin adı ən nüfuzlu amerikalılar siyahısına düşüb, aralarında məşhur yazıçı, şair, müğənni, aktyor, kalliqraf, arxeoloq, klinika sahibi və digərləri olub. Nəhayət, məşhur Rotşildlər nəslinin nümayəndəsi də bu sırada olub.

Entoni Cey “İdarəetmə və Makiavelli” əsərində deyib: “İqtisadiyyata mühasiblər lazım deyil. Ona öncəgörənlər lazımdır…”

 

10cu yer: Elizabet Arden mühasib işləyə-işləyə öz şəxsi təcrübəsi əsasında kosmetologiya sahəsində ilk tədqiqatlarını aparıb. 1910-cu ildə Nyu-Yorkun ən prestijli küçəsi sayılan 5-ci avenyüdə onun ilk gözəllik salonunun açılışı olub. 90-cı illərdə Life jurnalı Ardeni “XX əsrin ən nüfuzlu amerikalıları” sırasına daxil edib.

 

 

 

 

9-cu yer: Herbert Corc Uells aşağıdakı təhsilləri alıb: 6 il ərzində “kommersiya akademiyası”nda mühasibatlıq və kalliqrafiyanı öyrənib, əczaçı şagirdi olub, “qrammatika məktəbi”ndə oxuyub, manufaktura dükanında katib işləyib, yuxarıda adı çəkilən “qrammatika məktəbi”ndə kiçik müəllim kimi çalışıb, sonra üç il Kral kollecində biologiya kursunu əla mənimsəyib, eləcə də fizika kursunu öyrənib və geologiya kursunda isə uğur əldə edə bilməyib. Nəticədə bütün bunlar, o cümlədən mühasibatlıq onun əsərlərində öz əksini tapıb.

 

 

 

8-ci yer: Aleksandr Vertinskiy Kiyevdəki “Yevropeyskaya” otelində mühasib kimi çalışmağa başlayıb. Vəzifəsinin öhdəsindən gəlmədiyinə görə oradan işdən çıxarılıb. Sonralar Vertinskiy rus estradasının kumirlərindən birinə çevrilib. Eləcə də aktyor kimi filmlərdə çəkilib, bəstəkar, şair, müğənni kimi məşhurluq qazanıb. Bir sözlə, XX əsrin birinci yarısında özünü bir çox peşə sahəsində sınaqdan keçirib.

 

 

 

 

7-ci yer: Gələcək yazıçı-satirik Mixail Zoşenko 1917-ci ilin oktyabr hadisələrindən sonra Petroqrad limanında mühasib köməkçisi kimi işə başlayıb və oradan pul mənimsəməyə görə qovulub. Sonradan onun hekayələrində mühasiblərə də az yer verilməyib.

 

 

 

 

6-cı yer: Təvazökar mühasib Meyer Amşel evinin qapısında üzərində ivrit dilində adı yazılmış qırmızı qalxan asılıb. Düzdür, sonradan onun nəslinin nümyəndələri Rotşild soyadını götürmüşdülər ki, o da “qırmızı qalxan” kimi tərcümə edilir.

 

 

 

 

5-ci yer: Keçmişdə yüksək ixtisaslı və uğurlu mühasib olan Allen Karr siqaret düşkünü olub və gün ərzində yüzdən çox siqaret çəkib. Nəticədə Allen Karr öz metodikası əsasında bütün dünyada məşhur olan “Siqaret tərgitmənin ən asan üsulu”nu yaradıb. Hazırda Karrın klinikaları hər bir siqaret aludəçisinə nikotin asılılığından qurtarmağa və bu müalicə kurslarının uğursuz nəticələnəcəyi təqdirdə xərclənən pulun geri qaytarılacağına zəmanət verir.

 

 

 

4-cü yer: Henrix Şlimann iri şirkətlərdən birində mühasib işləyib. İlk dəfə çay gəmiçiliyi yolu ilə Rusiyaya quru çayı o çatdırıb və bundan böyük mənfəət əldə edib. Amma, Şlimanın ən böyük uğuru bu hesab edilmir, belə ki, hamının ədəbi uydurma hesab etdiyi qədim Troya şəhərini məhz, o axtarıb tapıb.

 

 

 

 

3-cü yer: Amerikalı mühasib Uilyam Porter mənimsəmədə ittiham olunaraq (bunun nə qədər ədalətli olub-olmaması məsələsi mübahisəlidir) həbsxanaya düşür. Qəmdən və çarəsizlikdən o, hekayələr yazmağa başlayır. Porter həbsxananı məşhur novella ustası kimi tərk edir. Onun təxəllüsü – O. Henridir.

 

 

 

 

2-ci yer: Əczaçı Con Pembertonun mühasibi Frenk Robinson təkcə yaxşı mühasib olmayıb, o həm də gözəl kalliqraf olub. 1886-cı ildə “Coca-Cola” sözünü düşünərək tapan və yuvarlaq formada gözəl hərflərlə yazan o olub, hansı ki, bu gün də qorunub saxlanılır.

 

 

 

 

1-ci yer: Karl Marks. Bismark bir dəfə belə deyib: “Bu mühasibin əlindən bütün Avropa dad qılacaq”.

Mühasib-Operator tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib-Operatorİşəgötürən: Premium Transport MMC

Vəzifə: Mühasib-operator (xanım namızədlər )

Tələblər:

– 25-35 yaş həddi
– Minimum 3 il müvafiq sahədə iş təcrübəsi
– Müvafiq sahə üzrə ali təhsil olanlara üstünlük veriləcək
– Xidmət və icarə aktlarının tərtibi
– Alınmış materialların və ehtiyyat hissələrinin hesabatı (alışı və silinməsi)
– Mühasibatlıqla əlaqədar digər ilkin sənədləşmələr
– Azərbaycan dili mükəmməl səviyyədə, rus dili bilənlərə üstünlük veriləcək
– Ofis proqramları Excel bilməsi vacibdir
– 1 C proqramı bilənlərə üstünlük veriləcək.

Həmçinin bax: 1 ildən aşağı iş təcrübəsi olan 1C operator axtarılır

Şərtlər:

– Müsahibə əsasında
– 5 günlük iş rejimi, 9.00-17.00
– Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir

E – mail : 

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.