“Vergi partnyorluğu Sazişi”-nin bağlanması

posted in: Vergi, Xəbər | 0

Vergi partnyorluğu Xidmətin adı: Vergi partnyorluğu Sazişinin bağlanması

Xidmətin göstərilməsi üçün tələb olunanlar: “Vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

  • NK-nın 19.07.2013-cü il tarixli 190 nömrəli Qərarı
  • Vergilər nazirinin 02.07.2013-cü il tarixli 1317040100691900 nömrəli və 16.09.2013-cü il tarixli 1317040101004200 nömrəli əmrləri

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin  struktur bölmələri,

MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Şəffaf vergi partnyorluğu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin zona şöbələri, ƏVD və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Şəffaf vergi partnyorluğu şöbələri/bölmələri, RVŞ-nin  vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları

(şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin  struktur bölmələri,

MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Şəffaf vergi partnyorluğu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin zona şöbələri, ƏVD və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Şəffaf vergi partnyorluğu şöbələri/bölmələri, RVŞ-nin  vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları

İcra müddəti: 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: Vergi partnyorluğu Sazişi

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Həmçinin bax: Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsinin aparılması

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

IRR funksiyası – Gəlirlilik səviyyəsinin müəyyən edilməsi

posted in: Excel, Xəbər | 0

Gəlirlilik səviyyəsiPulun zaman dəyəri haqqında danışarkən, gələcəkdə əldə edəcəyimiz pul axınlarının nominal dəyərlərinin bu günün reallığını əks etdirməydiyini bildirmişdik. Yəni, 1 il sonra qazanacağımız 1,000 AZN ilə bu gün əlimizdə olan 1,000 AZN dəyər baxımından çox fərqlidir. Çünki bu gün əlimizdə olan 1,000 AZN-i hər hansı bir vasitəyə investisiya edərək ondan əlavə gəlir əldə edə bilərik və bu gəlir 1 ilin sonunda 200 AZN (şərti məbləğ) təşkil edərək, ümumi kapitalımızı 1,200 AZN-ə çatdıra bilər. Məhz bu əlavə gəlir qazanma potensialı bu günün 1,000 manatını gələcəyin 1,000 manatından daha dəyərli edir. Müasir maliyyə elminin dayandığı ən əsas təməl budur.

NPV funksiyası vasitəsilə gələcəkdə əldə edəcəyimiz pul axınlarının bu günkü dəyərlərini hesablamışdıq. Bunu edərkən, bu hesablamanın bəlkə də ən vacib komponenti olan diskont dərəcəsindən bəhs etmişdik. Diskont dərəcəsini müəyyən etmək çox çətin və bəzi hallarda subyektiv xarakterlidir. Azərbaycan bazarında bunu elmi üsullarla hesablamaq isə, qeyri-mümkündür, çünkü bizdə müasir anlamda maliyyə bazarları yoxdur. Diskont dərəcəsi isə, Beta əmsalı kimi bazarın nəbzini ölçən vasitədən birbaşa faydalanır.

Həmçinin bax: Fərqli aylara düşdükdə məzuniyyətin hesablanması cədvəli

NPV funksiyası ilə gələcəkdəki pul axınlarının bu günkü dəyərlərini müəyyən edərkən, elə bir diskont dərəcəsi tapmalıyıq ki, həmin pul axınlarının xalis bu günkü dəyərini sıfıra bərabər etsin. Belə olan halda, minimal gəlirlilik dərəcəsini tapmış olacağıq. IRR funksiyası məhz NPV (Net Present Value – Xalis Bugünkü Dəyər)-ni sıfır edən diskont dərəcəsidir.

Gəlirlilik səviyyəsi

NPV haqqındakı mövzudan da xatırladığımız kimi, ilkin olaraq 400,000 AZN investisiya etdiyimizi və bu investisiyanın 8 ildə müvafiq pul axını yarattığını fərz etmişdik. Və bunu edərkən də, diskont dərəcəmizi 10% nisbətində (tamamilə şərti olaraq) qəbul etmişdik. Bu şərtlər və rəqəmlərlə 8 ilin sonunda bizə qalan xalis gəlirin 64,941 olduğunu NPV funksiyası hesablamışdı.

İndi isə, NPV-ni 0 (sıfır) dərəcəsində saxlayan diskont dərəcəsini tapmalıyıq. Beləliklə, başabaş nöqtəsini hesablamış olacaq və bu dərəcənin altında olan istənilən gəlirlilik səviyyəsini rədd etməli olacağıq. IRR hər hansı bir investisiya qoyuluşundan gözlənilən minimal gəlirlilik səviyyəsini müəyyən edir. Sintaksı son dərəcə asandır.

Gəlirlilik səviyyəsi

Tək etməli olduğumuz – ilkin kapital da daxil olmaqla, illər üzrə proqnozlaşdırdığımız bütün nominal pul axınlarını IRR funksiyasının içinə daxil etməkdir. IRR nəticəmiz – %14,64 olacaqdır. Bu isə o deməkdir ki, bu layihə yalnız və yalnız o halda qəbul edilə bilər ki, nə vaxt ki, bu layihədən gözlənilən gəlirlilik səviyyəsi %14,64-dən yuxarı olsun. Digər bütün hallarda bu layihədən imtina edilməlidir, çünki şirkətə xalis zərər gətirəcəkdir.

Funksiyanın doğruluğundan əmin olmaq istəsək, yuxarıdakı Discount rate xanasında %10 yerinə IRRfunksiyası ilə əldə etdiyimiz %14,64 dəyərini kopyalayıb, Paste Special ilə Values olaraq yapışdırsaq, NPV-nin sıfır olduğunu görə biləcəyik.

Gəlirlilik səviyyəsi

Hesablamalar olan faylı aşağıdakı linkdən endirə bilərsiniz.

Müəllif: Elçin Xəlilov

Mühasibat sahəsində ən son Excel yeniliklərini və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bank hesabının açılması prosedurunun geniş izahı

posted in: Xəbər | 0

Bank hesabıDövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınmaq haqqında ərizə ilə ilk növbədə vergi orqanına müraciət etməlidirlər. Xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınmaq haqqında şəhadətnamə aldıqdan sonra bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verə bilərlər.  Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə iki gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Bank hesabının açılması məqsədilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda verilir. Borc varsa, tam ödənilməli və yalnız bundan sonra prosedurlar həyata keçirilməlidir.

Həmçinin bax: E-ticarət zamanı Bank ƏDV hesablayır?

Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə təqdim etdikdən sonra məlumatları bir gün müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Vergilər Nazirliyinin müəyyən etdiyi formada  elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir. Banklar hüquqi şəxslər üçün, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat təqdim etdikdən sonra bank hesabları açırlar (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan hesabların açılması halları istisna olmaqla). Şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş bankda (bankın filialında) hesab açmaq olar. Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir.

Banklar hüquqi və fiziki şəxs­lərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl olunmasını təmin edirlər. Şəhadətnamə-dublikat iki hissədən ibarət olur. Onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsi isə müvafiq qeydlər aparıldıqdan sonra vergi orqanına göndərilir. Vergi orqanı bank idarəsindən bildirişi aldıqdan sonra göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil edir və 1 gün müddətinə həmin məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə  elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Şəhadətnamə-dublikatın bildiriş hissəsi bank idarəsi tərəfindən 10 gün müddətində qaytarılmadıqda, vergi orqanı bunun səbəblərini vergi ödəyicisi və müvafiq bank idarəsi ilə dəqiqləşdirməlidir. Şəhadətnamə-dublikat 10 gün ərzində istifadə edilmədikdə geri alınır və hesabın açılmaması barədə bankdan daxil olmuş rəsmi məlumata əsasən, onun etibarsız olması haqqında vergi ödəyicisinin uçot məlumatlarında müvafiq qeydlər aparılır.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə görə işçilərdən gəlir vergisi tutulmalıdırmı?

posted in: Xəbər | 0

Sosial sığorta haqqıSual: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edildikdə və ya işçilərin sayı və ya ştatları ixtisar edildikdə işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti ödənilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasinin qanununun 15-ci maddəsinə görə işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Bilmək istərdik ki, yeni ixtisar qaydasına əsasən ixtisar edilən işçilərə ödənilən müavinətə görə vergi tutulmalıdırmı?

Həmçinin bax: Əmək haqqından gəlir vergisinin və sosial ayırmaların hesablanması

Cavab: Bildiririk ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azad edilir. Müvafiq olaraq işçilərin ixtisarı zamanı qeyd olunan qaydada onlara ödənilən vəsait gəlir vergisinə cəlb olunmamalıdır.

Həmçinin bax: Xəstəlik müavinəti gəlir vergisinə cəlb edilir?

Bax: Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi, Əmək Məcəlləsinin 70-ci maddəsi.

Mənbə: taxes.gov.az

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.