Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi işəgötürənlərə müraciət edib

posted in: Xəbər | 0

işəgötürənƏmək və Əhalinin Sosial Müdafiə Nazirliyi işəgötürənlərə müraciət edib.

Nazirliyin mətbuat katibi Fazil Talıbov açıqlamasında bildirib ki, növbəti günlərdə anomal isti hava şəraitinin müşahidə olunacağı və havanın temperaturunun yüksəlməsi ilə bağlı nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib: “Havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir”.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

O xatırladıb ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır: “Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır. Həmçinin, Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir”.

“Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsinin, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılmasının qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən olduğunu diqqətə çatdırır”, – o bildirib.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Avtomobil və mobil cihazlar üçün rüsumu kim müəyyən edəcək???

posted in: Xəbər | 0

AvtomobilAzərbaycanda minik avtomobilləri və mobil cihazların qeydiyyatı üçün rüsumu təsdiqləyəcək orqan müəyyənləşib

Azərbaycan prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyin edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tətbiq olunacaq.

Həmçinin bax: “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edildi

Bundan başqa, dəyişikliyə görə hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə, eləcə də mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Qeyd edək ki, fərmana əsasən, Azərbaycanda hər il üçün minik avtomobillərin və mobil cihazların qeydiyyatı üçün rüsumu təsdiq edəcək orqan müəyyənləşib. Belə ki, Azərbaycanda hər il üçün mobil cihazların qeydiyyata alınmasına və fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumlarının məbləği Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Fərmana əsasən Nazirlər Kabinetinə 2018-ci il üçün dövlət rüsumunun məbləğlərini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etmək tapşırılıb.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nizamnamə kapitalı 300.000 manat olan MMC yaradılıb

posted in: Xəbər | 0

kapitalVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 300.000 manat olan MMC yaradılıb.

Kommersiya qurumunun adı: Bank olmayan Kredit Təşkilatı “Solis Kapital” MMC

Qeydiyyat nömrəsi (VÖEN): 1305511171

Təşkilati-hüquqi forması: MMC

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Hüquqi ünvanı: AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44.

Nizamnamə kapitalı: 300.000 manat

Maliyyə ili: 01 Yanvar – 31 Dekabr

Qanuni təmsilçi: Kərimov Nazim Əziz oğlu

Dövlət qeydiyyatına alındığı tarix: 8 may 2018

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu fəaliyyətlə məşğul olan şirkətlərin auditdən keçməyinə daha 2 ay vaxt verildi

posted in: Audit, Xəbər | 0

auditdən keçməAzərbaycanın sığorta şirkətlərinə başa çatmış il üzrə maliyyə fəaliyyətini auditdən keçirmək üçün verilən müddət 2 ay artırıla bilər.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini, qurumun Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov məlumat verib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Mövcud qanunvericiliyə əsasən, sığorta şirkətləri audit hesabatlarını martın 31-nə qədər açıqlamalıdır. Amma 3 ay ərzində vergi balansı da nəzərə alınmaqla ötən ilin balansını bitirmək, demək olar ki, qeyri-mümkündür. Nəticədə sığorta şirkətlərinin böyük hissəsi tanınmış audit şirkətləri ilə əməkdaşlıq etmir və onların fəaliyyətini fərdi qaydada auditor xidməti göstərən, lazımi keyfiyyətdə olmayan adamlar qiymətləndirir. Buna görə də sığorta qanunvericiliyini dəyişib sözügedən müddəti mayın 31-nə qədər uzatmağı düşünürük. Hesab edirik ki, 5 ay audit şirkətləri üçün kifayət qədər böyük vaxt olacaq”, – A.Zülfüqarov bildirib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.