Əmək haqqından gəlir vergisinin və sosial ayırmaların hesablanması

posted in: Xəbər | 0

gəlir vergisiİşəgötürən tərəfindən işçilərin əməkhaqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əməkhaqqının əlli faizi saxlanmalıdır.

İşəgötürən tərəfindən Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq muzdla işləyən fiziki şəxslə əmək müqaviləsi (kontraktı) bağlayaraq onun əmək kitabçasının olduğu əsas iş yerində muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlirləri 2500 manatadək olduqda Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan və ölkə üzrə yaşayış minimumunun 1 misli məbləğində olan hissəsi (2018-ci il üzrə 173 manat) azaldılır və qalan hissədən Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq 14 faiz, 2500 manatdan çox olduqda isə 2500 manata qədər olan hissədən 14 faiz, yəni 350 manat və 2500 manatdan çox olan hissədən 25 faiz dərəcə ilə ödəmə mənbəyində gəlir vergisi hesablanaraq tutulur və növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilir. Ödənilmiş vergilər «Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi» ilə ƏDV və sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən illik – növbəti ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri tərəfindən isə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyan edilməlidir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xidməti müqavilə ilə işləyənlərdən vergilərin hesablanması

Vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanarkən həmin xidmətlərə görə ona edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur. Bu zaman gəliri əldə edən fiziki şəxs tətbiq etdikləri vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri özü müstəqil hesablayıb bəyan etməklə dövlət büdcəsinə ödəyir.

Vergi ödəyicisi olan işəgötürən tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanarkən həmin xidmətlərə görə edilən ödənişlərdən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan güzəşt (2018-ci il üzrə 173 manat) nəzərə alınmadan ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsində qeyd edilən vergi dərəcələrinə uyğun gəlir vergisi hesablanıb, «Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi» ilə hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyan edilməli və həmin müddətədək büdcəyə ödəməlidir.

Həmçinin bax: Gəlir vergisinin hesablanması, tutulması, ödənilməsi və bəyan edilməsi

Mövzunu şərh edən hüquqşünas Rövşən Rəhimovun sözlərinə görə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin fiziki şəxslərdən tutulan gəlir vergisi üzrə azadolmalar üzrə maddələri sosial siyasətin əsas istiqamətlərinin göstəricisidir. Məcəllənin 102-ci maddəsində xeyli sayda güzəşt və azadolmalar nəzərə alınmışdır ki, onlardan da bir hissəsi fiziki qüsurlu ölkə vətəndaşlarının sosial müdafisənin təşkilində mühüm çəkiyə malikdir: Fiziki şəxslərin bir sıra gəlirləri gəlir vergisindən azaddır. Bu siyahıya rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əməkhaqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşının rəsmi məşğulluğundan gələn gəliri, Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən gəliri, əgər bu gəlir Azərbaycan Respublikasının rezidenti olmayan işəgötürən tərəfindən, yaxud onun adından ödənilirsə və qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya onun adından, yaxud daimi nümayəndəlikdə fəaliyyəti ilə əlaqədar ödənilmirsə, təqvim ili ərzində alı­nan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və mirasları, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsini əlavə etmək olar. Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə, işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar, alimentlər, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30.000 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi, eləcə də qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir vergidən azaddır.

Həmçinin bax: Gəlir vergisindən azadolmalar və güzəştlər

Sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər, sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəliri, fiziki şəxslərə kompensasiya xarakterli  ödəmələr də bu qəbildəndir.

Bu güzəştlər həmçinin fiziki cəhətdən qüsurlu, gəlir əldə edən fiziki şəxslərə də tətbir edilir. Məcəllənin müvadiq maddələri ilə bu cür şəxslər-əlilllər iki kateqoriyaya bölünməklə ayrı-ayrılıqda güzəştlərlə qorunur. Bunlara müharibə zamanı əlliliyə məruz qalmış şəxslər və  bütün digər səbəblərdən əlil olmuş şəxslər aiddir. Ölkəmizin azadlığı uğrunda döyüşlərdə əlil olmuş şəxslərin əldə etdiyi ümumi gəlirlərinin (dərəcəsindən asılı olmayaraq) hər ay 400 manat məbləğində hissəsi gəlir vergisindən azad edilir. Əvvəllər bu güzəşt yalnız I və II qrup müharibə əlillərinə nəzərdə tutulsa da , sonra aparılan sosial siyasətin dahda dərinləşməsi, dövlət büdcəsinin sosial yönümlü inkişafı istiqamətində görülən işlər çərçivəsində bu güzəşt bütün dərəcəli müharibə əlillərinə tətbiq olunmağa başladı. Digər qrup əlillər üçün müvafiq qaydada – Məcəllənin 102.3 maddəsinə əsasən, I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat  azaldılmaqla güzəşt tətbiq edilir. Bu şəxslərin qeyd olunan güzəşt hüquqlarının və Azərbaycan Respublikasının milli qəhrəman adının alınması üçün tətbiq olunan güzəştin hər eyni anda hər üçü olduqda o halda güzəştlərin məbləğcə ən böyüyü tətbiq olunur.

Həmçinin bax: Gəlir vergisinin dərəcəsi

Vergi Məcəlləsinin 102.7. maddəsinə uyğun olaraq, fiziki şəxsin bu Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir. 102.8.-ci maddəyə əsasən isə əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

500 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasibİşəgötürən: Hi-Tech Solutions

Vakansiya: Mühasib

Tələblər:

– Ali təhsil
– Cins: qadın
– Səlist Azərbaycan dilini bilməsi (əlavə olaraq rus və ingiis dilini bilənlərə üstnlük verilir)
– Office və mühasibatlıq proqramları ilə işləmə bacarığı (MS Word, Excel, 1C 8.3 platformasında təcrübə müləqdir)
– Mühasibat sahəsində ən azı 2 il iş təcrübəsi
– Kollektiv ilə işləmə bacarığı

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vəzifələr:

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Vergi hesabatlarının ( ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– İşçilərlə hesablaşmaların təmin edilməsi
– Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi

Həmçinin bax: 800 manat məvaciblə mühasib tələb olunur 

İş şəraiti:

– İş qrafiki: 1-5-ci günlər, 09:00-dan 18:00-dək
– Nahar fasiləsi 13:00-dan 14:00-dək
– Əmək haqqı 500 azn

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini e-mailin mövzu hissəsində “Mühasib” sözlərini qeyd edərək  /e-ünvanına göndərsinlər.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı” təsdiqlənib

posted in: Xəbər | 0

İdxalPrezident İlham Əliyev “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinə Tədbirlər Planının icrasının aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməsini təmin etsin və görülmüş işlər barədə rübdə bir dəfə, hər rübdən sonrakı ayın 25-dək Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 iyun tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

Faylı yükləyin: Cədvəl

Mənbə: xalqqazeti.com

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Hansı halda kassa məxaric orderi rəsmiləşmə üçün kifayət edir?

posted in: Xəbər | 0

kassa məxaric orderiSual: Bizim şirkət avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara görə, şəxsi adamlara nağd pul ödəyərək, onların beynəlxalq pasportları əsasında, respublika üzrə təsdiq olunmuş kassa məxaric orderləri tərtib edir. Adı çəkilən sənədlər nağd ödənişin rəsmləşdirilməsi üçün kifayət edirmi?

Həmçinin bax: Kassa məxaric orderinin doldurulmasının avtomatlaşdırılması

Cavab: Sorğunuzdan beynəlxalq daşıma xidmətinə görə rezident və qeyri-rezident şəxslərə ödəniş etdiyiniz qənaətinə gələrək bilidiririk ki, müəssisələr tərəfindən özlərinin maliyyə-təsərrüfat fəaliyyətlərini təmin etmək məqsədilə aparılan məxaric əməliyyatları “Nağdsız hesablaşmalar haqqında” Qanunla müəyyən olunmuş hədlər daxilində nağd qaydada həyata keçirilə bilər. Belə ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Eyni zamanda bildiririk ki, vergi ödəyicisi xidmətləri sahibkarlıq subyektlərindən aldıqda xidmətlərin alışı qanunvericiliklə müəyyən edilmiş sənədlər (elektron qaimə-faktura və elektron vergi hesab-faktura) almaqla, vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda isə Mülki Məcəllənin tələblərinə uyğun şəkildə hazırlanmış müqavilə tərtib etməklə ilə sənədləşdirməlidir.

Həmçinin bax: Nağd topdansatış zamanı Kassa çeki yoxsa mədaxil orderi verilir?

Bununla belə, beynəlxalq daşıma xidmətinin göstərilməsi sahibkarlıq fəaliyyəti sayılmaqla həmin xidmətləri göstərən şəxslər üçün vergi öhdəliyinin yaranmasına səbəb olur. Belə ki, mülki hüquqi müqaviləyə əsasən beynəlxalq daşıma xidməti vergi uçotunda olmayan rezident fiziki şəxslər tərəfindən həyata keçirildikdə həmin şəxsə ödənilən xidmət haqqından Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinin tələblərinə uyğun olaraq Vergi Məcəlləsinin 101.1-ci maddəsində nəzərdə tutulan vergi dərəcələri ilə ödəmə mənbəyində vergi tutulmalı, bəyan edilməli, büdcəyə köçürülməli və aparılan ödəmə barədə vergi orqanına məlumat verilməlidir.

Eyni zamanda xatırladırıq ki, vergi orqanlarında qeydiyyatdan keçmədən və ya xüsusi razılıq tələb olunan sahələrdə bu razılıq olmadan gəlir götürmək məqsədi ilə fiziki şəxs tərəfindən göstərilən fəaliyyət qanunsuz sahibkarlıq fəaliyyəti sayılır və qanunsuz sahibkarlıq fəaliyyəti Vergi Məcəlləsinin, İnzibati Xətalar Məcəlləsinin və Cinayət Məcəlləsinin müddəalarına əsasən müvafiq məsuliyyətə səbəb olur.

Qeyd edilən daşıma xidməti vergi uçotunda olan rezident fiziki şəxslər tərəfindən həyata keçirildikdə, vergi öhdəliklərini həmin xidməti göstərən fiziki şəxlərlər tərəfindən bəyan edilərək dövlət büdcəsinə ödənilməlidir. Bu daşıma xidməti qeyri-rezident fiziki şəxslər tərəfindən həyata keçirildikdə isə həmin şəxslərə ödənilən xidmət haqqından Vergi Məcəlləsinin 125.1.4-cü maddəsində nəzərdə tutulan dərəcələrlə ödəmə mənbəyində vergi tutulmalı, bəyan edilməli və büdcəyə köçürülməlidir.

Həmçinin bax: Aviabiletlərin satışı zamanı Mədaxil orderi yoxsa Kassa çeki verilməlidir?

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı əlavə suallar yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə, maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair ətraflı məlumatın alınması üçün isə səlahiyyəti qurum olan Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 13.2.5-ci, 16.1.11-6-cı, 17-ci, 19.1-ci, 58-ci, 73-cü, 78.3-cü, 96-cı, 101.1-ci, 125.1.4-cü və 150-ci maddələri, Mülki Məcəllənin 389-cu maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3. 3-cü maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.