3 xarici şirkət Azərbaycandan getdi

posted in: Xəbər | 0

VÖEN

  • “Londeks Resorsiz S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1300981111) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi 10Q. STN Plaza, 11-ci mərtəbə ünvanına bildirə bilərlər.
  • “Qlobleks İnternəşnl LLP” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1700851011) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi 10Q. STN Plaza, 11-ci mərtəbə ünvanına bildirə bilərlər.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  • “Nippon Koei UK Co., LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1302525561) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, ev 235A, mənzil 5 ünvanına bildirə bilərlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0

Dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Həmçinin bax: İnzibati Xətalar Məcəlləsində 25.3-cü maddə ləğv edildi

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12, I kitab, maddə 2265; 2018, № 3, maddə 405; Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1009-VQD və 1019-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

1.1. 2.0.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.22-ci maddə əlavə edilsin:

“2.0.22. satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması.”;

1.2. 18.65.3.1-ci maddədə “avtonəqliyyat” sözündən əvvəl “bu Qanunun 18.65.3-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla,” sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 18.65.3-1-ci maddə əlavə edilsin:

“18.65.3-1. Hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”;

1.4. aşağıdakı məzmunda 33-5-ci maddə əlavə edilsin:

“Maddə 33-5. Mobil cihazların qeydiyyatına görə dövlət rüsumunun tutulmasının xüsusiyyətləri

Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.

Həmçinin bax: Vergi Məcəlləsinə kiçik dəyişiklik edildi

Maddə 2. Bu Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2018-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

2018-ci ilin iyul ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

vergilərGəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən

2018-ci ilin 2-ci rübü üzrə hesablanmış cari ödəmələr iyul ayının 16-dan gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. 

2018-ci ilin iyun ayına görə vergi ödəyiciləri tədiyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsini,
  • Aksiz bəyannaməsini,
  • Yol vergisi bəyannaməsini,
  • Mədən vergisi bəyannaməsini,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini

cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2018-ci ilin 2-ci rübünə görə vergi ödəyiciləri tədiyəçisi olduqları

  • Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Ödəmə mənbəyində tutulan vergi bəyannaməsini

cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və rüb üzrə hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Cari ilin 2-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla)

cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və iyun ayı üzrə hesablanmış vergini həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

(ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim edirlər).

  • Xüsusi notariusların gəlir vergisi bəyannaməsi

cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və iyun ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Həmçinin bax: Bütün mühasibləri maraqlandıran məsələ – Vergilər Nazirliyinin Dividendlə bağlı məktubuna necə cavab yazmalı?
  • Dövlət rüsumu haqqında hesabat

cari ilin iyul ayının 20-dək vergi orqanına təqdim edilməlidir (notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü,  xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür).

***

Gəlir və mənfəət vergisi üzrəcari vergi ödəmələrinin son müddəti qeyr-iş günü ilə əlaqədar iyul ayının 15-dən 16-na keçirilmişdir.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bütün mühasibləri maraqlandıran məsələ – Vergilər Nazirliyinin Dividendlə bağlı məktubuna necə cavab yazmalı?

posted in: Xəbər | 0

DividendBildiyimiz kimi, İyun ayı ərzində bir çox sadələşdirilmiş vergi ödəyicisinə Vergilər Nazirliyi tərəfindən Dividendlə bağlı bildiriş-məktub göndərilmişdir. Bilirik ki, cavab verilməsə rəsmi bəyan edilmiş dövriyyədən sistemdə göstərilən xərclər çıxıldığdan sonra qalan məbləğə 10 % Ödəmə Mənbəyində Vergi hesablanacaqdır. Bu məsələnin hüquqi baxımdan həlli üçün məktuba cavab verilən zaman mütləq nəzərə alınmalı olan bəzi hüquqi məsələləri diqqətinizə çatdırırıq:

Bildiririk ki, sorğunuzla əlaqədar aşağıda göstərilən bir sıra hallar müəyyən edilmişdir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə görə dividend – hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Variant 1

Anlayışdan göründüyü kimi hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend sayılsa da, “_____” MMC tərəfindən təsisçilərə (payçılara) xalis mənfəətin bölüşdürülməsi ilə bağlı heç bir ödəniş edilməmiş, yəni dividend verilməmişdir.

Həmçinin bax: Cari il bitməmiş dividend ödəmək olar?

Variant 2

Anlayışdan göründüyü kimi hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend sayılsa da, “_____” MMC tərəfindən xalis mənfəət əldə edilmədiyindən təsisçilərə (payçılara) xalis mənfəətin bölüşdürülməsi ilə bağlı heç bir ödəniş edilməmiş, yəni dividend verilməmişdir.

Variant 3

Anlayışdan göründüyü kimi hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend sayılsa da, “_____” MMC tərəfindən xalis mənfəətin bölüşdürülməsi həyata keçirilmədiyindən təsisçilərə (payçılara) xalis mənfəətin bölüşdürülməsi ilə bağlı heç bir ödəniş edilməmiş, yəni dividend verilməmişdir.

Həmçinin bax: Təsisçiyə müəssisə kassasından verilən pul dividend kimi nəzərə alınır?

Məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir.

Həmin Məcəllənin 90-1.2-ci maddəsinə görə isə xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir.

Halbuki belə bir qərar qəbul edilməmiş, mənfəətin bölüşdürülməsi həyata keçirilməmiş və qeyd edilən müddətdə ödəniş edilməmişdir.

Bu səbəbdən də tərəfimizdən müvafiq bəyannamənin təqdim edilməsi qeyri-mümkün hesab edilir.

Xahiş edirik nəzərə alasınız.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.