Ötən il auditorlar 54 milyon manatlıq müqavilə bağlayıb

posted in: Audit, Müqavilələr, Xəbər | 0

2017-ci il ərzində 45 sərbəst auditorun, 77 auditor təşkilatının (o cümlədən 2 xarici auditor təşkilatının filialı və nümayəndəliyi) və 15 xarici investisiyalı auditor təşkilatı auditor fəaliyyətini həyata keçirmək hüququ olub.

Auditorlar Palatasının 2017-ci il üzrə hesabatına istinadən verilən xəbərə görə, 45 sərbəst auditor və 77 auditor təşkilatı quruma öz fəaliyyətlərinə dair hesabatları təqdim edib. Təqdim edilmiş hesabatlara əsasən müəyyən edilib ki, hesabat dövründə təsərrüfat subyektləri ilə 53 mln. 626 min 60 manat məbləğində 4826 müqavilə bağlanıb. Bağlanmış müqavilələrin xüsusi çəkisi xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri üzrə sayına görə 10,8% və məbləğinə görə 68,2%, xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə sayına görə 10,1% və məbləğinə görə 19,4%, yerli auditor təşkilatları üzrə sayına görə 55,7% və məbləğinə görə 8,3%, sərbəst auditorlar üzrə sayına görə 23,4% və məbləğinə görə 4,1% təşkil edib.

2016-cı il ilə müqayisədə ötən il bağlanmış müqavilələrin sayı 3540-dan 4826-ya qədər, yəni 1286 ədəd və ya 36,3% artıb, məbləği isə 56 mln. 862,166 min manatdan 53 mln. 626 min 60,2 manata qədər, yəni 3 mln. 236 min 105,3 manat və ya 5,7% azalıb.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

 

Vergilər naziri sahibkarlarla görüşüb

posted in: Vergi, Xəbər | 0

Bu gün vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda fəaliyyət göstərən sahibkarlarla görüşüb.

Görüş Bakıdakı otellərdən birində təşkil olunub.

Görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasına (ASK) daxil olan iri istehsal müəssisələrinin, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) üzvləri, audit şirkətlərinin, bankların rəhbər şəxsləri, eləcə də assosiasiya rəhbərləri – təqribən, 120 nəfər iştirak edib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

5 xarici şirkət Azərbaycanı tərk etdi

posted in: Xəbər | 0

  • “SHIKUN AND BINUI-S.B.I. INFRASTRUCTURE  LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı ( VÖEN: 1001840381) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37, Demirchi Tower 16-cı mərtəbə ünvanına bildirə bilərlər.
  • “BIT CASPIAN SERVICES LIMITED” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1303474161) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 117 ünvanına bildirə bilərlər.
  • “MAMMOET KASPİAN B.V.”şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1300008311) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri İzmir küçəsi, 8, Hyatt Beynəlxalq Mərkəzi, Hyatt Touer 2, 1-ci mərtəbə, Dentons Europe (Central Asia) Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialına bildirə bilərlər.
  • “Polpharma Səhmdar Cəmiyyətinin” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1301844261)  ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri İzmir küçəsi, 8, Hyatt Beynəlxalq Mərkəzi, Hyatt Touer 2, 1-ci mərtəbə, Dentons Europe (Central Asia) Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialına bildirə bilərlər.
  • “HPC AG” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1701359041) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı  küçəsi, ev 14 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda ASC və MMC-lərin cəmi 16%-i auditdən keçir

posted in: Xəbər | 0

2017-ci il üzrə 67 507 məcburi audit obyektindən 2134-ü (3,2%-i) auditdən keçib.

Bu barədə məlumat Auditorlar Palatasının 2017-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatda öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, 2016-2017-ci illər ərzində məcburi audit subyektlərinin təşkilati-hüquqi forması üzrə göstərilmiş auditor xidmətlərinin təhlili nəticəsində müəyyən edilib ki, 2016-cı il ərzində respublika üzrə 67 507 məcburi audit obyektindən 1507-si (2,2%-i), 2017-ci ildə isə 2134-ü (3,2%-i) auditdən keçib.

Hesabatdan məlum olur ki,  2016-2017-ci illər müqayisə edildikdə məcburi auditdən keçən təsərrüfat subyektlərinin sayında 1% artım müşahidə edilib.

2016-cı il ilə müqayisədə 2017-ci ildə auditdən keçən səhmdar cəmiyyətlərinin sayı 16,2%-dən 14,9%-ə qədər azalıb, MMC-lər üzrə 0,8%-dən 0,9%-ə qədər, bələdiyyələr üzrə 41,1%-dən 78,7%-ə qədər, siyasi partiyalar üzrə 21,8%-dən 30,9%-ə qədər artıb.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.