Konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydalarında dəyişiklik edildi

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 190
Bakı şəhəri, 30 aprel 2018-ci il
“Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan
Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi
şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər
göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin
Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191
nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın 8.1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, 2 maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367, 384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə 1578, № 11, maddə 1928, № 12, maddələr 2219, 2233; 2017, № 2, maddə 277, № 4, maddə 624, № 5, maddələr 972, 986, № 6, maddə 1247, № 7, maddələr 1479, 1484, № 9, maddələr 1720, 1725, 1754, № 10, maddələr 1898, 1926, 1930; № 11, maddələr 2162, 2180; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 mart tarixli 110 nömrəli qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Elektron xidmət növlərinin Siyahısı”na aşağıdakı məzmunda 7.67-ci bənd əlavə edilsin:

7.67. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması məqsədi ilə müraciətin təqdim edilməsi

Azərbaycan Respublikasının
Baş naziri                                        Novruz Məmmədov

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə qərarda kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 186
Bakı şəhəri, 30 aprel 2018-ci il
“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik
edilməsi haqqında

 

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1000-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 mart tarixli 3730 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890; 2015, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, 2 № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, № 9, maddələr 1722, 1745, № 10, maddə 1896; 2018, № 1, maddə 122; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 mart tarixli 121 nömrəli və 4 aprel tarixli 128 nömrəli qərarları) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Büdcə gəlirlərinin təsnifatı”nın 1.4.2.2.7.2-ci yarımbəndində “qeydiyyatı və əlavə” sözləri “dövlət qeydiyyatı və əlavə dövlət” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                                                Novruz Məmmədov

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Gəlirdən çıxılan xərclər

posted in: Xəbər | 0

İşçilərin və onların ailə üzvlərinin asudə vaxtlarını keçirməsi üçün müəssisənin balansında olan so­sial obyektə görə hesablanan amortizasiya ayır­maları gəlirdən çıxılan xərclərə aid edilirmi?

Vergi Məcəlləsinin (VM) 108-ci maddəsinə əsasən VM-in X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Azərbaycan qanunvericiliyinə görə, əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir (VM, maddə 109.3).

Qeyd olunanlara əsasən:

Müəssisənin balansında olan həmin əmlak gəlirin əldə edilməsində iştirak etmədiyinə görə həmin əmlaka görə hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxılmır.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin misalla izahı

posted in: Vergi, Xəbər | 0

Sual: Şirkət müştəri trafikini və müştərilərin loyallığını artırmaq üçün kampaniya keçirərsə, bu kampaniya çərçivəsində şirkət satdığı bir məhsulu/xidməti müştərilərinə 30% endirimlə sata bilərmi? Qeyd etmək istəyirəm ki, şirkət MMC-dir və ƏDV ödəyicisidir. Məsələn: 20 AZN-lik bir məhsulu 30% endirimlə, yəni 14 AZN-ə sata bilərmi?
14.3.3. maddə – 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə; Daha da aydın olması baxımından bu maddəyə bir misal verə bilərsinizmi?

Cavab: Bildiririk ki, qiymətin formalaşdırılmasının hər bir halda şirkətin hüququ olduğunu nəzərə alaraq şirkət istənilən qiyməti tətbiq etmək hüququndadır.

Bununla belə, eyni mal 30 gün ərzində 30 faizdən aşağı qiymətə satıldıqda vergitutma məqsədləri üçün əsas kimi güzəştli faktiki satış qiyməti deyil, bazar qiyməti, yəni güzəşt verilən dövrədək tətbiq olunan qiymət əsas götüləcəkdir.

Qeyd olunanın daha aydın başa düşülməsi məqsədi ilə diqqətinizə aşağıdakı misal gətirmək istərdik:

“A” vergi ödəyicisi fevral ayının 5-də mebeli 1.320 manata, “B” vergi ödəyicisi isə fevral ayının 1-də eyni növ mebeli bazar qiyməti olan 2.200 manata təqdim etmişdir.

Göründüyü kimi, “A” vergi ödəyicisi eyni növ mebeli “B” vergi ödəyicisi ilə müqayisədə 30 gün ərzində 40% aşağı qiymətə təqdim etmişdir ((2.200-1.320)*100:2.200=40). Belə olan halda vergi orqanının “A” vergi ödəyicisinin təqdim etdiyi mebelə görə vergiləri bazar qiymətini əsas götürərək 2.200 manatdan hesablamaq hüququ vardır.

Bax: Vergi Məcəlləsinin 14-cü maddəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.