İşçiləri attestasiyadan keçirən attestasiya komissiyası hansı yekun qərar qəbul edə bilər?

posted in: Xəbər | 0

Sual: İşçiləri attestasiyasıdan keçirən Attestasiya komissiyası hansı yekun qərar qəbul edə bilər?

Cavab: Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul  edir:

  • tutduğu vəzifəyə uyğundur;
  • tutduğu vəzifəyə uyğun deyil.

Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq,  işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq  şərti ilə), əlavələr etmək, ixtisasını artırmağa göndərmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə  başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında,  həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın  nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən  və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə  tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir.

Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə  tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan  keçən şəxs tərəfindən imzalanır.

Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur.İşçinin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır.

Mənbə: nhmt-az.org

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Nurgun Holding auditor axtarır

posted in: Audit, İş elanı, Xəbər | 0

Tələblər:

• Ali təhsil (iqtisadi və ya hüquqi);
• İş təcrübəsi min. 3 il;
• Təhlil aparmaq bacarığı;
• Təşəbbüskar olmalı;
• Qərar vermə qabiliyyətinin olması;
• Ünsiyyətcil və komanda ilə işləmə bacarığı;
• Kompüterdə sərbəst işləmə bacarığı (word, excel);
•Azərbaycan Respublikasının Qanunlarını və qanunvericilik aktlarını bilmək, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) və Audit Standartları haqqında anlayış;
• Risklərin idarəolunmasına dair biliklərə malik olmaq;
• Audit nəticələri, verilmiş tövsiyələrlə bağlı hesabatların hazırlanması və yazılması bacarığı;
• Regionlarda audit aparılması üçün müəyyən müddət ərzində səfər aparılmasına məhdudiyyəti olmamaq;
• İnkişafa meyilli olmalı;
• Məsuliyyətli və diqqətli olmalı.

İş barəsində:

• Hazırda qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə və normativ xarakterli aktlarına və göstərişlərinə riayət olunması vəziyyətinin yoxlanılması;
• Uçot məlumatlarının adekvatlığını və düzgünlüyünü təmin etmək üçün sistem və prosedurlara nəzarət;
• Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq, nöqsan və çatışmazlıqlar haqqında hesabatlar, rəylər və onların aradan qaldırılması barədə tövsiyələr hazırlamaq;
• Audit olunan sahələrdə mövcud riskləri müəyyən etməli və onların təhlilini aparmalı;
• Şirkətin bütün struktur bölmələrinə (satış, istehsalat və s.) fasiləsiz səmərəli nəzarət etməli.

CV göndərərkən mövzu qismində “Audit” sözünün yazılması mütləqdir!

E-mail: 

Mənbə: jobsearch.az

 

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin təqdimatı keçirilib

posted in: Xəbər | 0

Azərbaycan Banklar Assosiasiyasında Maliyyə Bazarlarına Nəzarət Palatasının hazırladığı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Mərkəzi Bankının, kommersiya banklarının, habelə xidmət mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Qarşılıqlı müzakirələr əsasında keçən təqdimarda ştirakçıların qanun layihəsinə dair çoxsaylı sualları cavablandırılaraq ətraflı məlumat təqdim edilib.

Xatırladaq ki, “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin maliyyə inklüzivliyinin gücləndirilməsi və bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəflərinin icrası çərçivəsində mühüm nailiyyətlərin əldə olunmasını təmin edəcək bu qanun layihəsi ölkədə ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsini, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində effektiv tənzimləmə və nəzarət çərçivəsinin formalaşmasını, rəqabət mühitinin daha da güclənməsini təmin edəcək. Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi eyni zamanda innovativ ödəniş həllərinin tətbiqinin genişlənməsinə, istehlakçıların elektron ödənişlər sahəsində hüquqlarının müdafiə mexanizmlərinin möhkəmlənməsinə imkan verəcək.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklik edilir

posted in: Xəbər | 0

“Müflisləşmə və iflas haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

Layihə borclunun ləğv edilməsinə maksimum yol verməmək üçün sağlamlaşdırma tədbirlərinin tətbiqinə imkanlar və mexanizmlər yaratmaq məqsədi ilə hazırlanıb.

Dəyişikliklərdən biri borclunun aktivlərinin satılması ilə bağlıdır. Belə ki, dəyişikliyə əsasən, dəyəri borclunun aktivlərinin 5% və daha çox hissəsini təşkil edən aktivlərin satılması əmlak inzibatçısı tərəfindən hazırlanan və bu qanunun 48-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmiş qaydada kreditorların yığıncağında təsdiq edilən satış planına uyğun olaraq açıq hərrac yolu ilə və bu qanunun 26-cı maddəsində müəyyən edilmiş hallar olduqda digər üsullarla həyata keçirilir. Dəyəri borclunun aktivlərinin 5%-indən az hissəsini təşkil edən aktivlərinin satılması əmlak inzibatçısı tərəfindən bu qanunun tələbləri nəzərə alınmaqla kreditorlar yığıncağının razılığı olmadan həyata keçirilə və ya satış planına daxil edilməsi təklif edilə bilər.

Qeyd edək ki, hazırda mövcud olan qanunvericilikdə isə faiz qeyd olunmayıb. Ümumilikdə borclunun əsas vəsaitlərinin satılması kimi qeyd olunub.

Borclunun öz əmlak hüqqularının verilməsinin məhdudlaşdırııması maddəsində dəyişiklik edilib. Dəyişikliyə əsasən borclunun iflas prosesinə başlanması məqamından əvvəlki 6 ay ərzində bir kreditoru digər kreditorlara münasibətdə ödənişlərin növbəliliyində üstün vəziyyətə gətirəcək əqdlər bağlandıqda əmlak inzibatçısı borclunun bağladığı əqdlərin mübahisələndirilməsi üçün məhkəməyə müraciət edə biləcək.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən isə hüquqların verilməsi və ya girov hüququnun yaradılması bu qanunun 2-ci maddəsində göstərilmiş iflas prosesinə başlanılması məqamından əvvəlki 90 gün ərzində həyata keçirildikdə borclu məhkəməyə müraciət edə bilir.

Qanun layihəsi sağlamlaşdırma haqqında məhkəməyə verilən ərizənin məzmununa dair tyələbləri və ərizəyə əlavə olunan sənədlərin dairəsini müəyyən edir, o cümlədən borclunun sağlamlaşdırılmasının sağlamlaşdırma planı əsasında həyata keçirilməsini və bu planın tərtibi, hazırlnamsı, təsdiqi və sağlamlaşdırma prosesinə başlanılmasının yaratdığı hüquqi nəticələri təsbit edir.

Layihədə qeyd olunur ki, sağlamlaşdırma borclunun ödəmə qabiliyyətinin bərpası üsuludur.

Sağlamlaşdırma planı borclunun ödəniş qabiliyyətinin bərpası və iş yerlərinin saxlanılması məqsədil, həyata keçirilmə vaxtı, o cümlədən kreditorun tələblərinin ödənilməsi cədvəli, həmçinin əldə olunan nəticələr, istifadə olunan resurslar və mümkün risklər göstərilməklə sağlamlaşdırma prosesinin tətbiqi zamanı borclunun sağlamlaşdırılmasına yönələn və borclu ilə kreditor arasında qarşılıqlı razılıq əsasında həyata keçirilən tədbirlər kompleksidir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.