Valideyni əlil olan işçinin vergi güzəşti varmı?
Sual: Birinci qrup əlil olan fiziki şəxsin oğlunun muzdlu işlə əlaqədar əməkhaqqı gəlir vergisindən azaddırmı?
Cavab: Fiziki şəxslərə münasibətdə gəlir vergisindən azadolmalar və güzəştlər Vergi Məcəlləsinin (VM) 102-ci maddəsi ilə müəyyən edilmişdir.
Birinci və ikinci qrup əlillərin (müharibə əlillərindən başqa) əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 200 manat məbləğində azaldılır (VM, maddə 102.3).
Qüvvədə olan qanunvericiliyə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli (2018-ci il üçün 173 manat), illik gəliri 30000 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azaddır (VM, maddə 102.1.6).
Qeyd olunanlara əsasən:
Birinci qrup əlil olan fiziki şəxsin oğlunun muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəlirinə vergi güzəştinin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Mənbə: www.vergiler.az
Tələblər:
Prezident İlham Əliyev 23 aprel 2018-ci il tarixdə imzaladığı Fərmanla yerli və xarici investorlar üçün Azərbaycan iqtisadiyyatının cəlbediciliyini daha da artırmaq üçün Mülki Məcəlləyə müvafiq dəyişikliklər edib. (
Mühasib dostu ilə birlikdə təbiət tarixi muzeyinə gəlir. Dinozavrın yanında dayanır və dostuna deyir: