Dələduzluğu ilə iki şirkəti iflasa uğradan mühasib qadın

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Nijnevartovskidən olan mühasib 13 milyon rubl (362.700 manat) oğurluğuna görə mühakimə olunub.

Rusiyanın Xanti-Mansi Muxtar vilayətində rezonans doğuran hadisə baş verib. Belə ki, kommersiya təşkilatlarının birində mühasib işləyən qadın 13 milyon rubldan artıq pul oğurlamağa müvəffəq olub. Yalnız apellyasiya şikayətindən sonra onun barəsində çıxarılan hökm bir qədər yumşaldılıb və qadın şərti həbs cəzasına məhkum edilib.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, mühasib sözügedən şirkətin pulları ilə öz istədiyi kimi davranıb. Nəticədə iki müəssisə tamamilə iflasa uğrayıb. Sübuta yetirilmiş bu oğurluq faktına baxmayaraq, məhkəmə orqanı qadına qarşı azadlıqdan məhrumetmə cəzası təyin etməyib.

Prokurorluq apellyasiya məhkəməsinin çıxardığı hökmlə razılaşmayb. Belə ki, bundan əvvəlki məhkəmə instansiyası sözügedən oğurluq faktı ilə bağlı beş il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edibmiş. Bu cinayət əməli ilə bağlı yeni məhkəmə baxışının təyin ediləcəyi istisna olunmur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Kayzen – Kostinq” uçot modeli

posted in: Xəbər | 0

Dünyanın inkişaf etmiş ölkələrində məsrəflərin idarə edilməsində və məqsədli maya dəyərinin hərtərəfli mühafizə edilərək inkişaf etdirilməsi sahəsində həyata keçirilən yeniliklərdən biri də “Kayzen-Kostinq” uçot modelinin geniş vüsət almasıdır. Yapon dilindən tərcümədə “kayzen” sözü “kiçik addımlarla yaxşılaşdırma, təkmilləşdirmə” deməkdir. Müəssisə səviyyəsində “Kayzenin” məqsədi daxili ehtiyatlar hesabına kənardan investisiya cəlb edilmədən bütövlükdə şirkətin və yaxud onun ayrı-ayrı bölmələrinin fəaliyyətini təkmilləşdirməkdən ibarətdir. “Kayzen-Kostinq” anlayışı məhsulun maya dəyərinin lazım olan səviyyəsini təmin etmək və məsrəflərin məqsədli səviyyəyə qədər aşağı salınması yollarını göstərir. Bu modelin lazımi dərəcədə istifadə edilməsi yalnız istehsal mərhələsində məsrəflərin 5% aşağı salınmasını təmin edir.  Amerika Birləşmiş Ştatlarında və Qərbi Avropa ölkələrində 1980-ci illərin ikinci yarısında Yaponiyanın sənaye şirkətlərində “Kayzen”in rolu haqqında ilk kitab (ingilis dilində) nəşr edildikdən sonra “Kayzen-Kosting” uçotu modeli daha geniş yayılmağa başlamışdır. Eyni zamanda “Kayzen” anlayışı tez-tez keyfiyyət dərnəyində birləşən çox böyük olmayan qrup şəklində və yaxud məhsulun keyfiyyətinin yüksəldilməsi sahəsində təkliflər verən işçilər şəklində fəaliyyət kimi də təzahür edir. “Kayzen-Kostinq” anlayışını ilk dəfə işlədən Yasuxiro Monden bu modelin istehsal prosesinin müxtəlif mərhələlərində “Target-Kostinq” modeli ilə sıx qarşılıqlı əlaqəsindən bəhs etmişdir.

Yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə nəticə çıxır ki, “Kayzen” – keyfiyyətin və biznes proseslərinin tədricən təkmilləşdirilməsi fəlsəfəsidir, “Kayzen-Kostinq” isə menecerlərin məqsədli maya dəyərinə nail olmaq və istehsalın rentabelliyinin təmin etmək məqsədi ilə istifadə etdikləri məsrəfləri aşağı salmaq vasitəsidir (alətidir). Uçotun “Kayzen-Kostinq” modeli bu sahədə istifadə edilən bir sıra modellərlə, xüsusi ilə “JİT”, “Target-Kostinq” kimi sistemlərlə qarşılıqlı əlaqədə tətbiq edilir. Idarəetmə uçotunun müxtəlif modellərinin tətbiqi ilə məşğul olan mütəxəssislərin fikrincə “Kayzen-Kostinq” modeli “Target-Kostinq” modeli daha sıx qarşılıqlı əlaqədə tətbiq edilirlər. Hər iki modelin məqsədi məsrəflərin ayrı-ayrı modelləri və bütövlükdə son məhsulun maya dəyərini aşağı salmaqdan ibarətdir. Əgər yaradılan məhsulun həyat tsiklini iki mərhələyə – planlaşdırma və layihələndirmə (işləyib hazırlamaq) mərhələsi və istehsal mərhələsinə ayırsaq, “Target-Kostinq” modeli birinci mərhələ üzrə tapşırıqları həll edir, “Kayzen-Kostinq” isə ikinci. Birlikdə hər iki model şirkət rəqibinə nisbətən maya dəyərinin aşağı salmalı və müvafiq bazar sektorunu əldə saxlamaq üçün əlverişli qiymət siyasəti seçmək kimi qiymətli üstünlüklər verirlər. Sənayenin ənənəvi sahələrində, hansı ki, məhsul uzunmüddətli həyat tsikli ilə xarakterizə olunur, bu zaman “Kayzen Kostinq” modelinə, əksinə innovasiyalı sahələrdə, yəni məhsul istehsalı qısamüddətli həyat tsikli ilə xarakterizə olunursa, bu zaman “Target-Kostinq” sistemi irəli çəkilir. Şərti olaraq ənənəvi sənaye sahələrinə aid edilən şirkətlərdə “Kayzen” fəaliyyəti üç səviyyədə həyata keçirilir:

1. Kayzenin fəlsəfəsi vəzifə borcu hesab olunan menecerlər;

2. Keyfiyyət dərnəklərində birləşən (toplanan) təşəbbüskar əməkdaşlar qrupu;

3. Təkliflər sistemi vasitəsi ilə yeni ideya irəli sürmək imkanı olan ayrı-ayrı fəhlələr.

“Kayzen” fəaliyyətində aktiv iştirak edən insanların mükafatlandırılması maddi və mənəvi həvəsləndirmə yolu ilə həyata keçirilir. İşçilərin həvəsləndirilməsi şirkətlər tərəfindən öyrədilən mədəni sərvətlərin fəhlə və mütəxəssislərin beynində möhkəmləndirən tədbirləri özündə əks etdirir. İnnovasiyalı sahələrdə “Kayzen-Kosting” ahəngdar olaraq öz əhəmiyyətini itirmədən “Target-Kostinq”i tamamlayır. “Target-Kostinq” ideyası həddindən artıq sadədir. Yəni elə innovasiyalı məhsul istehsal edilməlidir ki, hesablama maya dəyəri məqsədli maya dəyərini üstələməsin. Əgər bu iki kəmiyyət arasındakı fərq saxlanılırsa, bütün ciddi cəhdlərə baxmayaraq layihədən inkar edilməlidir. Burada belə bir sual çıxır ortaya: nə etməli əgər hesablama maya dəyəri məqsədli maya dəyərindən lap az yüksəkdir? İstehsala başlamaq, yoxsa yox? Təcrübə göstərir ki, hesablama və məqsədli maya dəyəri arasındakı az fərq (3-5 faiz həddində) istehsal haqqında qərar qəbul etmək üçün maneə hesab olunmur. Yapon müəssisələrində əmələ gələn az fərq istehsal mərhələsindəki Kayzen tapşırığının köməkliyi ilə müvəffəqiyyətlə bağlanır.

Müəllif: Xatirə Əzizova

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mehmanxanalarda NKA və POS-terminal yerləşdirilməlidirmi?

posted in: Xəbər | 0

Sual: Mehmanxanalarda nəzarət-kassa aparatı (NKA) və POS-terminal quraşdırılmalıdırmı?

Cavab: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsilə həyata keçirmək vəzifəsi yalnız pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə aid edilir.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsi ilə nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir.

Vergi Məcəlləsinin 16.1.11-1-ci maddələrinə görə, nağdsız ödənişlərin aparılması üçün «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq, POS-terminalların quraşdırılmasını və (və ya) «Elektron ticarət haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən, istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş «POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları»nın 1.2-ci bəndinə əsasən, dövriyyəsindən və ərazisindən asılı olmayaraq, mehmanxanalarda POS-terminal quraşdırılmalıdır.

Qeyd olunanlara əsasən:

Mehmanxanaların fəaliyyəti nağd pul hesablaşmaları zamanı nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilən fəaliyyət növlərinə aid edilmədiyindən, əhali ilə pul hesablaşmaları aparılarkən müştəridən qəbul edilən nağd pul vəsaitinə görə onlara ciddi hesabat blankı olan qəbz təqdim edilməlidir. Eyni zamanda, müştərilərlə nağdsız hesablaşmaların aparılması məqsədilə, dövriyyəsindən və ərazisindən asılı olmayaraq, mehmanxanalarda POS-terminal quraşdırılmalıdır.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Sadələşdirilmiş vergi ödəyicisi olan alıcı e-qaimədən əlavə, satıcıdan VHF tələb etməlidirmi?

posted in: Vergi, Xəbər | 0

Sual: Sadələşdirilmiş vergi ödəyicisi olan alıcı e-qaimədən əlavə satıcıdan VHF tələb etməlidirmi və VHF olmamasına görə maliyyə sanksiyası tətbiq olunurmu?

Cavab: Bildiririk ki, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur.

ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə elektron qaimə-faktura və ya qəbz və ya çek verilə bilər.

Bu baxımdan da sorğunuzda qeyd olunan halda ƏDV ödəyicisi tərəfindən elektron vergi hesab-fakturasının verilməsi qanunvericilikə istisna olunmur. Bununla belə, sadələşdirilmiş vergi ödəyicisində elektron qaimə-faktura olduqda elektron vergi hesab-fakturasının olmaması maliyyə sanksiyasının tətbiqini istisna edir.

Bax: Vergi Məcəlləsinin 58.8-ci və 176-cı maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.