Təhsil müəssisələrində çalışan bəzi şəxslərin əmək haqlarında dəyişiklik edildi
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 103
Bakı şəhəri, 15 mart 2018-ci il
“Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış
dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil
və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları
sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 fevral
tarixli 26 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
“Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 3724 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli 26 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 6-cı hissədə “500”, “450”, “400” rəqəmləri müvafiq olaraq “550”, “495”, “440” rəqəmləri ilə əvəz edilsin;
1.2. həmin qərarla təsdiq edilmiş 1-5 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin (1-5 nömrəli əlavələr).
2. Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 15 mart
tarixli 103 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
1 nömrəli əlavə
Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış
müəllimlərin aylıq vəzifə maaşlarının
S X E M İ
|
Sıra №-si |
Təhsili |
Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı
(manatla) |
||||
| pedaqoji staj 3
ilədək olduqda |
pedaqoji staj 3
ildən 8 ilədək olduqda |
pedaqoji staj 8
ildən 13 ilədək olduqda |
pedaqoji staj 13
ildən 18 ilədək olduqda |
pedaqoji staj 18
ildən çox olduqda |
||
| 1. | Ali təhsilli | 385 | 413 | 435 | 462 | 495 |
| 2. | Orta ixtisas təhsilli |
352 |
369 |
385 |
407 |
440 |
Qeyd. Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödənilir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 15 mart
tarixli 103 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
2 nömrəli əlavə
Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış baş
ustaların aylıq vəzifə maaşlarının
S X E M İ
| Sıra
№-si |
Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər | Aylıq vəzifə maaşı
(manatla) |
| 1. | Orta ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı | 363 |
| 2. | Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ilədək
əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 8 ildən 13 ilədək əmək stajı |
396 |
| 3. | Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı; orta ixtisas təhsilli,
ixtisas üzrə 13 ildən çox əmək stajı |
418 |
| 4. | Ali ixtisas təhsilli, ixtisas üzrə 8 ildən az olmayaraq əmək stajı | 440 |
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu