Fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı

posted in: Vergi, Xəbər | 0

Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin

 

SİYAHISI

1. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin güzəşt hüququ aşağıdakı sənədlər əsasında müəyyənləşdirilir:

1.1. Azərbaycan Respublikasının Milli Qəhrəmanları:

Azərbaycan Respublikası Milli Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi;

1.2. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları:

Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi;

1.3. “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslər:

“Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmə barədə vəsiqə;

1.4. I və II qrup müharibə əlilləri:

I və II qrup müharibə əlilinin vəsiqəsi;

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı:

1.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri):

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

1.6. 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər:

orden və medallarla təltif olunma haqqında vəsiqələr;

1.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteran adı almış şəxslər:

müharibə veteranı vəsiqəsi;

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları:

1.8. Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində, digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər:

tibbi-sosial ekspert komissiyasının rəyi və ya arayışı;

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları:

1.9. I və II qrup əlillər (müharibə əlillərindən başqa) və ya sağlamlıq imkanları məhdud uşaqlar:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

tibbi-sosial ekspert komissiyasının rəyi və ya arayışı;

1.10. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri):

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

1.11. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri):

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hərbi hissənin arayışları;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

1.12. Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı;

hərbi hissənin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisənin arayışları;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

1.13. daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum;

himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı:

ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;

uşağın doğulması haqqında şəhadətnamənin surəti:

birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

1.14. məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslər:

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qaçqın və ya məcburi köçkün statusu haqqında vəsiqəsi;

1.15. himayədə olanlara görə əmək haqqından tutulan gəlir vergisindən güzəşt aşağıdakı sənədlərə əsasən verilir:

ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı;

Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən verilmiş arayışları.

2. Güzəşt hüququna malik olan şəxslər yuxarıda adları çəkilən sənədlərdən birini təqdim etməlidirlər.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Vergi Məcəlləsinin 102.4.4 və 102.5-ci maddələri eyni anda tətbiq edilə bilərmi?

posted in: Vergi, Xəbər | 0

Sual: Valideynlərdən birinin daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa baxdığına görə 102.4.4-cü maddəyə əsasən 100 manat güzəşti vardır. Həmin valideynin himayəsində sağlamlıq imkanları məhdud uşaq da daxil olmaqla 3 uşaq vardır. Bu valideynə əlavə olaraq 50 manat güzəşt tətbiq ediləcəkmi?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsi güzəşt hüququ olan şəxsə Vergi Məcəlləsinin 102.4.4-cü (100 manat) və 102.5-ci (50 manat) maddələrinin eyni zamanda tətbiqini istisna etmir və bu baxımdan sorğuda göstərilən halda fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər (ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayış) təqdim edildiyi andan etibarən 50 manat məbləğində azaldılır.

Xatırladırıq ki, təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmir.

Bax: Vergi Məcəlləsinin 102.1.6-cı102.5-ci102.6-cı  102.8-ci maddələri, “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli 906-VQ nömrəli Qanunu və Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Maliyyə-iqtisadi forumu keçiriləcək

posted in: Maliyyə, Xəbər | 0

Bu ilin aprelin 26-27 tarixlərində Çexiyanın Praqa şəhərində “Praqa İşgüzar Görüşləri” adlı maliyyə-iqtisadi forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, forum MDB İcraiyyə Komitəsinin dəstəyi ilə MDB Maliyyə-Bank Şurası tərəfindən təşkil olunur.

Forumda milli və kommersiya banklarının və birjaların rəhbərləri, maliyyə qurumları və bank birliklərinin nümayəndələri, o cümlədən innovasiya və investisiya şirkətlərinin rəhbər şəxslərinin iştirakı gözlənilir. Forumun işgüzar proqramında MDB iştirakçı dövlətləri və Avropa İttifaqının maliyyə bazarlarının yeni qarşılıqlı əlaqə formatları, ixracın maliyyələşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, həmçinin inteqrasiya yönümlü investisiya layihələrinin təqdimatı kimi məsələlər müzakirə olunacaqdır. Bununla əlaqədar olaraq, “Praqa işgüzar görüşləri forumunun iştirakçıları iri biznesin nümayəndələri, investorlar və mütəxəssislərlə görüşmək imkanı əldə edəcəklər. MDB İcraiyyə Komitəsi Azərbaycan işgüzar dairələrini tədbirdə iştiraka dəvət edir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Diplomatik xidmət əməkdaşlarına xərclərin ödənilməsi Qaydası” təsdiq edildi

posted in: Xəbər | 0

 

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR     KABİNETİ

Q Ə R A  R

№ 88

Bakı şəhəri, 12 mart 2018-ci il

“Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq  əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 noyabr tarixli 3388 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

  1. Adına və 1-ci hissəsinə “əməkdaşlarına” sözündən sonra “və ticarət nümayəndələrinə” sözləri əlavə edilsin.
  2. Həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına təmsilçilik xərclərinin ödənilməsi Qaydası” üzrə:

2.1.  adına və 1.1-ci bəndinə (hər iki halda) “əməkdaşlarına” sözündən sonra “və ticarət nümayəndələrinə” sözləri əlavə edilsin;

2.2.  3-cü bəndinə “nümayəndəliyin” sözündən sonra “və ticarət nümayəndəsi aparatının” sözləri əlavə edilsin;

2.3.  1.4-cü bəndinə “nümayəndəliyin binasında,” sözlərindən sonra “habelə ticarət nümayəndəsi aparatının yerləşdiyi binada,” sözləri əlavə edilsin;

2.4.  2.1-ci bəndə “əməkdaşları” sözündən sonra “və ticarət nümayəndələri” sözləri əlavə edilsin;

2.5.  2.1.2-ci yarımbəndin əvvəlinə “ticarət nümayəndəsinin mənzilində, habelə” sözləri əlavə edilsin;

2.6.  2.1.6-cı yarımbəndə “diplomatların” sözündən sonra “, ticarət nümayəndəsinin” sözləri əlavə edilsin;

2.7.  2.1.7-ci yarımbənddə “və onun” sözləri “, ticarət nümayəndəsinə və onların” sözləri ilə əvəz edilsin;

2.8.  3.1-ci bəndə “əməkdaşlarının” sözündən sonra “və ticarət nümayəndələrinin” sözləri, “əməkdaşı” sözündən sonra “və ticarət nümayəndəsi” sözləri, “mühasibatlığı” sözündən sonra “, ticarət nümayəndəsinə münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri əlavə edilsin;

2.9.  4.1-ci bəndə “Qaydanın” sözündən sonra “1 nömrəli” sözləri əlavə edilsin;

2.10.  aşağıdakı məzmunda 4.1-1-ci bənd əlavə edilsin:

“4.1-1. Ticarət nümayəndəsi tərəfindən təmsilçilik xərcləri ilə bağlı hesabat bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilən formaya uyğun olaraq hər bir ticarət nümayəndəsi tərəfindən hər ay təsdiqedici sənədlər (hesablar, çeklər və s.) əsasında tərtib olunur və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilir.”;

2.11.  4.2-ci və 4.3-cü bəndlərə “əməkdaşı” sözündən sonra “və ticarət nümayəndəsi” sözləri əlavə edilsin;

2.12.  5.1-ci bəndə (hər iki halda) “əməkdaşlarına” sözündən sonra “ticarət nümayəndələrinə” sözləri, “konsulluğun” sözündən sonra “, habelə ticarət nümayəndəsi aparatının” sözləri əlavə edilsin;

2.13.  5.2-ci bəndə “rəhbəri” sözündən sonra “, ticarət nümayəndəsinə münasibətdə isə ticarət nümayəndəsinin özü” sözləri əlavə edilsin;

2.14.  Qaydaya əlavənin yuxarı sağ küncünə “əməkdaşlarına” sözündən sonra “və ticarət nümayəndələrinə” sözləri, “əlavə” sözünün əvvəlinə “1 nömrəli” sözləri əlavə edilsin;

2.15.  Qaydaya bu qərarın əlavəsində göstərilən məzmunda 2 nömrəli əlavə daxil edilsin (əlavə olunur).

3. Bu qərar 2017-ci il 15 noyabr tarixindən tətbiq edilir.

 

 

Azərbaycan Respublikasının

Baş naziri                                                  Artur Rasi-zadə

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2018-ci il 12 mart

tarixli 88 nömrəli qərarına

əlavə

“Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik

nümayəndəliklərindəki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına və ticarət

nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası”na 2 nömrəli əlavə

 


  ilin                                            ayı üzrə ticarət nümayəndəsinə(ticarət nümayəndəsi aparatının adı)

ayrılmış təmsilçilik xərclərinin ödənilməsinə dair aylıq

 

HESABAT FORMASI

 

(valyuta ilə)

 

 

Ayın əvvəlinə qalıq

 

Ay ərzində müəyyən edilmiş təmsilçilik xərci

Ay ərzində təmsilçilik xərci üzrə Ayın sonuna istifadə edil- məmiş təm-

silçilik xərci

 

 

 

Qeyd

xərclərin istiqaməti məbləği ödənilib
Cəmi

 

Hesabata əlavə olunmuş sənədlərin sayı                          ədəd

 

Tərtib etdi                                                                                                                          

(ticarət nümayəndəsinin adı, soyadı, atasının adı)                     (imza)

                  

(tarix)

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.