Read More9
Read More9

Yeni dövlət rüsumları müəyyənləşir

posted in: Xəbər | 0

Yeni dövlət rüsumları müəyyənləşir.

Milli Məclisin dekabrın 13-də keçiriləcək iclasının gündəliyinə təklif edilən “Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı yeni dövlət rüsumları müəyyənləşir:

  • Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi 100 manat.
  • Su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi – 150 manat.
  • Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi – 150 manat.
  • Elektrik enerjisinin paylanmasına icazənin verilməsi – 150 manat.
  • Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi 150 manat.
  • Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.
  • Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.
  • Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.”;
  • “İxrac nəzarəti haqqında” qanuna əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi – 100 manat.
  • İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi – 100 manat.
  • Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi – 200 manat;
  • Qazın nəqli üçün icazənin verilməsi – 150 manat.
  • Qazın paylanmasına icazənin verilməsi – 50 manat.
  • Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi 150 manat.
  • Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi – 100 manat.
  • Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi – 150 manat;
  • Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi – 150 manat;
  • Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi – 150 manat.

Mənbə: apa.az

Hüquqi şəxslərin balansında olan torpaq sahəsinin satışı vergiyə necə cəlb edilir?

Hüquqi şəxslərin balansında olan torpaq sahəsinin satışı vergiyə necə cəlb edilir?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir, əks halda rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bəs bu zaman hüquqi şəxslər balansında olan torpaq səhəsini satarkən vergini necə hesablayıb ödəməlidirlər? 

Mövzu ilə bağlı suala iqtisadçı-ekspert Mahmud Abasquliyev aydınlıq gətirir:

Fərdi sahibkarlar balansında olan torpaqlarını satan zaman Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinə əsaslanaraq torpağın təyinatı və ölçüsünə (kv.m. və ya ha) uyğun olaraq hesablama aparır və sadələşdirilmiş vergini ödəyirlər. Hüquqi şəxslər isə balansında olan torpaqları satan zaman mənfəət vergisi bəyannaməsində gəlirdən xərci çıxdıqdan sonra mənfəət vergisini ödəyirlər.

Misal

“MR” şirkəti balansında olan 100.000 manatlıq 7 ha torpaq sahəsini digər vergi ödəyicisinə 170.000 manata satıb. Bu zaman şirkət 14.000 manat mənfəət vergisi ödəyəcək:

170.000 -100.000 = 70.000 manat;
70.000 x 20% = 14.000 manat.

Əlavə olaraq bildirək ki, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən, torpaq satışı ƏDV məqsədləri üçün mal sayılmadığından, elektron qaimə-fakturada ƏDV-yə cəlb edilməyən xanada müvafiq qeyd apardıqdan sonra müəssisə ƏDV bəyannaməsində 170.000 manatı bu maddənin Əlavə 3 bölməsinin ƏDV-yə cəlb edilməyən əməliyyatlar hissəsinin 336-cı xanasında bəyan edərək Dövlət Vergi Xidmətinə təqdim edəcək.

Onu da xatırladaq ki, torpağın satışı, fiziki və ya hüquqi şəxslər olmasından asılı olmayaraq, notarial qaydada həyata keçirilməlidir.

Mənbə: vergiler.az

Riskli vergi ödəyicilərinin siyahısına daxil olma və çıxarılma şərtləri

533 saylı “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı üzrə uçot (2-ci hissə)

posted in: Xəbər | 0

“Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı

533 saylı “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı işəgötürən tərəfindən işçiyə müəyyən iş vaxtı müddətində üzərinə düşən öhdəliyi yerinə yetirmək üçün əmək müqaviləsinə əsasən görülən işə görə ödənilən gündəlik yaxud aylıq məbləğlərin uçotu üçün nəzərdə tutulub. Qeyd edilən hesab Hesablar Planının  53-cü maddəsi (“Qısamüddətli kreditor borclar”) üzrə açılan hesablardan biridir. Digər hesablar aşağıdakılardır:

  • 531-ci hesab “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”;
  • 532-ci hesab “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”;
  • 534-ci hesab “Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları”;
  • 535-ci hesab “İcarə üzrə qısamüddətli kreditor borcları”;
  • 535-1-ci subhesab “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”;
  • 535-2-ci subhesab “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları”
  • 536-cı hesab “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”;
  • 537-ci hesab “Faizlər üzrə qısamüddətli kreditor borcları”;
  • 538-ci hesab “Digər qısamüddətli kreditor borcları”

Əməkhaqqı ilə yanaşı işçiyə əlavələr, mükafatlar və digər ödənişlərin verilməsi mümkündür. Ödənişlər pul yaxud natura şəklində verilə bilər.

Hesab üzrə tənzimləmələr

533 saylı “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı üzrə mühasibat yazılışları AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir. Tənzimləmə zamanı qaydaların 43.19-43.25 bəndləri tətbiq edilir.

İşçilərin mükafatlandırılması ilə bağlı münasibətlər aşağıdakı beynəlxalq mühasibat standartlarına əsasən aparılır:

  • 2 №-li “Pay alətləri əsasında ödəmə” MHBS (İFRS 2) ;
  • 19 №-li “İşçilərin mükafatlandırılması” MUBS (İAS 19) ;
  • 24 №-li “Əlaqəli tərəflərlə bağlı məlumatların açıqlanması” MUBS (İAS 24) .

İstehsal fəaliyyəti ilə bağlı olan və istehsalla bağlı olmayan sahələrdə əməkhaqqı üzrə müxabirləşmə nümunələri ilə əvvəlki yazıların birində məlumat vermişik (bax: 533 saylı “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı üzrə uçot (1-ci hissə). Burada fərqli hallar üçün müxabirləşmə nümunələri ilə tanış olaq.

Müəssisə daxilində yaradılan qeyri-maddi aktivlər üzrə əməkhaqqının uçotu

“A” MMC öz daxilində istifadə etmək məqsədilə proqram təminatı yaratmaq qərarına gəlir. Proqram təminatı müəssisənin 3 işçisi tərəfindən hazırlanır. Onlara cəmi 6700 manat əməkhaqqı hesablanıb.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əməkhaqqı proqram təminatının dəyərinə aid edildikdə (kapitallaşma) 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 6700.00
2 İşəgötürən hesabına sosial sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (22%) 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 1047.00
3 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (0.5%) 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 33.50
4 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (2%) 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 134.00
5 Proqram təminatı tam hazır vəziyyətə gətirildikdən sonra istismara verildikdə 101 – Qeyri-maddi aktivlərin dəyəri 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması 7914.50

Müəssisə daxilində yaradıldıqda torpaq, tikili, avadanlıqlar üzrə əməkhaqqı

“A” MMC öz daxilində istifadə etmək məqsədilə əsas vəsait qurmaq qərarını almışdır. Bu əsas vəsaitin qurulmasına “A” MMC öz işçilərini cəlb etmişdir. İşçilərin sayı 5 nəfərdir və cəmi 8700 manat əməkhaqqı hesablanmışdır. Əsas vəsait qurulan zaman 23000 manatlıq materialdan istifadə olunmuşdur.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qurulma zamanı material istifadə edildikdə 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 201 – Material ehtiyatları 23000.00
2 Əməkhaqqı əsas vəsaitin dəyərinə aid edildikdə (kapitallaşma) 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 8700.00
3 İşəgötürən hesabına sosial sığorta haqqı proqram təminatının dəyərinə aid edildikdə (22%) 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 522 – Sosial sığorta və təminat üzrə öhdəliklər 1361.00
4 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı əsas vəsaitin dəyərinə aid edildikdə (0.5%) 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 43.50
5 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı əsas vəsaitin dəyərinə aid edildikdə (2%) 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 174.00
6 Əsas vəsait tam hazır vəziyyətə gətirildikdən sonra istismara verildikdə 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması 33278.50

Əməkhaqqı üçüncü şəxslər tərəfindən ödənildikdə mühasibat yazılışları

Müəssisə tərəfindən 10 nəfər işçinin əməkhaqqı xərclərinin ödənilməsi məqsədilə təhtəlhesab şəxsə 4500 manatlıq pul verilmişdir. Ödənişlər edildikdən sonra təhtəlhesab şəxs tərəfindən avans hesabatı təqdim edilmişdir.

Deməli, avans hesabatına əsasən aşağıdakı əməliyyatlar uçota alınır:

Əməkhaqqı ödənildi – 4500 AZN

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Təhtəlhesab şəxsə ödəniş edildikdə 244 – Təhtəlhesab məbləğlər 221 – Kassa 4500.00
2 Təhtəlhesab şəxs tərəfindən əməkhaqqı ödənildikdə 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 244 – Təhtəlhesab məbləğlər 4500.00

Dövlət və neft-qaz sektorunda əməkhaqqı üzrə müxabirləşmə

İşçi 2400 manat əməkhaqqı alır. Dövlət sektoruna aid olduğu üçün əməkhaqqı gəlir vergisinə cəlb edilib.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əməkhaqqı hesablandıqda 721 – İnzibati xərclər 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 2400.00
2 Gəlir vergisi hesablandıqda (14%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 521 – Vergi öhdəlikləri 308.00
3 İşçi hesabına sosial sığorta haqqı hesablandıqda (3%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 522-1 – Sosial sığorta və təminat üzrə öhdəliklər 72.00
4 İşçi hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 523-1 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 12.00
5 İşçi hesabına icbari tibbi sığorta haqqı  hesablandıqda (2%) 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 523-2 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 48.00
6 İşəgötürən hesabına sosial sığorta haqqı hesablandıqda (22%) 721 – İnzibati xərclər 522-2 – Sosial sığorta və təminat üzrə öhdəliklər 528.00
7 İşəgötürən hesabına işsizlikdən sığorta haqqı hesablandıqda (0.5%) 721 – İnzibati xərclər 523-3 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 12.00
8 İşəgötürən hesabına icbari tibbi sığorta haqqı  hesablandıqda (2%) 721 – İnzibati xərclər 523-4 – Digər məcburi ödənişlər üzrə öhdəliklər 48.00

İşçilərlə hesablaşmalar haqqında daha geniş məlumat almaq üçün buraya keçid ala bilərsiniz.

221 saylı “Kassa” hesabı üzrə uçot: daxilolmalar

Video: “Mənfəət vergisi bəyannaməsi – 2024”

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “Mənfəət vergisi bəyannaməsi – 2024” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər. 

Vebinarın təqdimatçısı Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi müqavilələri”, “Vergi auditi”,  “Rəqəmsal iqtisadiyyat və vergiqoyma”, “Vergiqoymanın prinsipləri” fənlərini tədris edir. Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi olaraq fəaliyyət göstərir. Dövlət İmtahan Mərkəzində PMS imtahanları üzrə ekspertdir.

Azercell şirkətində Vergi hesabatları bölümünün rəhbəridir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Biznesə başlama, vergi və hesabatlılıq” üzrə işçi qrupunun üzvüdür.

SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışmışdır. Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəffəqiyyətlə vermişdir. “CİMA və ACCA” üzrə “Diplom Performance Management” və “DİPİFR” beynəlxalq diplomların, həmçinin Daxili audit Sertifikatının sahibidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Peşəkar Mühasib Sertifikatı imtahanına hazırlıq kursları

Mühasibat kursları

Vergi kursları

Mühasiblər üçün Excel kursları

Əlaqə:

1 245 246 247 248 249 250 251 2. 683
error: Content is protected !!