Cəmi 39 manata Azərbaycan dilində online tam ACCA F3 kursu!

Cəmi 39 manat ödəməklə Azərbaycan dilində online ACCA F3 kursu keçmək imkanı! Bu kurs bütün tələbələr üçün F3 Mühasibat Uçotunu tam öyrənməyə və ACCA F3 imtahanına hazırlaşmağa vasitədir. Siz bu kurs vasitəsilə:

  • Mühasibat uçotunu aparmağı öyrənəcək;
  • ACCA F3 Financial Accounting imtahanına tam hazır olacaqsınız.

Kursu keçmək üçün bu linkə daxil olaraq videoları izləyin.

Kurs 2013-cü ilin oktyabrında ACCA kvalifikasiyası alan və 4 ildən artıq ACCA təlimi təcrübəsinə malik olan  Anar Heydərli tərəfindən tədris olunacaq.

Əgər təhsil bazarına baxsaq, ACCA kurslarının hansı qiymətə olduğunu aşkar görərik. Buna həm yerli bazardakı kurslar, həm də onlayn xarici kurslar aiddir. Mənim fikrimcə, hamı ACCA F3 kursuna asan keçid əldə etməlidir, çünki bu mühasibin yetişməsində ilk addımdır. Lakin, belə imkan demək olar ki, yoxdur. Bunu nəzərə alaraq, belə qərara gəldim ki, özüm bu kursu yaradım və tələbələrin istifadəsinə verim.

ACCA F3 Tam Kursu tələbələrin istəyini nəzərə alaraq Azərbaycan dilində hazırlanıb. ACCA imtahanları İngilis dilində keçirildiyi üçün kurs boyunca terminlərdən hər iki dildə istifadə olunub. Bu tələbələrə həm mövzunu başa düşməyə, həm də imtahana hazırlaşmağa kömək məqsədi güdür. Nəzərinizə onu da çatdırım ki, kurs üçün qeydiyyatdan keçən zaman bu kursa ömürlük üzvlük əldə edirsiniz.

Aydındır ki, ACCA daim inkişaf edir və hər il imtahanın mündəricatında yeniliklər təqdim edir. Bunu nəzərə alıb, mən də vaxtaşırı kursa yeni videolar və materiallar əlavə edəcəm. Belə yenilikər daimi olaraq sizin istifadənizdə olacaq.

Kurs ərzində hansı mövzunu kifayət qədər aydın formada izah etmədiyimi fikirləşsəniz, bunu mənim nəzərimə çatdırmağı sizdən xahiş edirəm. Belə ki, keyfiyyəti daim artırmaqla həm sizə daha yaxşı kurs təqdim etmiş oluram, həm də tələbələrin imtahandan keçid nəticələrini müsbət istiqamətdə inkişaf etdirmiş oluram.

Uğurlar!

Anar Heydərli.

Əgər digər kurslardan yararlanmaq istəyirsinizsə, aşağıdakı linklərə daxil olaraq məlumat əldə edə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Dünya iqtisadiyyatının inkişafı hələ də böyük potensiala malikdir

posted in: iqtisadiyyat, Xəbər | 0

Blomberg agentliyi bildirir ki, dünya iqtisadiyyatı növbəti ildə 4 faizlik yüksəliş nümayiş etdirəcək. Goldman Sachs-ın proqnozlarına görə, cari ildə bu artım 3,7 faiz ətrafında olacaq.

Aparıcı maliyyə qruplarının iqtisadçıları hesab edirlər ki, müşahidə edilən iqtisadi inkişaf hələ böyük potensiala malikdir. Bu gün o, hər hansı bir coğrafi region, sektor və ya ehtiyac mənbəyindən elə də güclü asılılıqda deyil. Hər hansıbir əhəmiyyətli iqtisadi və ya maliyyə təhlükəsi müşahidə olunmur. Bir çox nəhəng iqtisadiyyatlar hazırda böhran ərəfəsi dövrlə müqayisədə daha yüksək səviyyədə qərarlaşıblar.

Sürətli yüksəlişə baxmayaraq, bəzi iqtisadiyyatlar hələ də yüksək inflyasiyadan əziyyət çəkirlər. Amma, tədqiqatçılar belə hesab edirlər ki, növbəti ildə müşahidə ediləcək yüksək inkişaf templəri mərkəzi banklar tərəfindən faiz göstəricilərinin artırılması üçün əlverişli şərait yaradacaq.

Ümumilikdə, dünya iqtisadiyyatı hazırda  son onilliyin ən yaxşı göstəricilərinə malikdir.

JPMorgan Chase & Co, Morgan Stanley, Societe Generale SA daha ehtiyatlı proqnozlar veriblər. Onların fikrincə, dünya iqtisadiyyatı növbəti ildə 3,7 faiz artım göstərəcək. Ən bədbin proqnoz isə Citigroup İnc-dən gəlib, onların proqnozuna görə artım 3,4 faiz təşkil edəcək.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Assosiasiya sədri: Azərbaycanda torpağa görə, həm mədən vergisi, həm icarə haqqı, həm də ayrıca torpaq vergisi alınır

posted in: Vergi, Xəbər | 0

İstehsalçı şirkətlər xaricdən alınan xammala görə rüsum ödəməməlidir. Onları rüsumdan azad etmək lazımdır ki, malın maya dəyəri aşağı olsun və xaricə xammala gedən valyutalar ixracat hesabına bərpa olunsun.

Bunu jurnalistlərə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun nəqliyyat xərclərinin azaldılması üçün də müəyyən təklifləri olacaq: “Nəqliyyat xərcləri ən mühüm məsələlərdən biridir. Bu gün həm ölkə daxilində, həm də ölkə xaricində tikinti materiallarını ixrac edəndə maya dəyərində nəqliyyat xərci 30% təşkil edir. Dünyanın heç bir ölkəsində belə bir fakt yoxdur. Ən çoxu 5% olmalıdır”.

Assosiasiya sədri torpaq vergisi ilə bağlı da problemlərin olduğunu açıqlayıb: “Qanunda deyilir ki, yerin təkindən istifadəyə görə, mədən vergisi ödənilir və onunla da yekunlaşmalıdır. Amma digər ölkələrdən fərqli olaraq bizdə, torpağa görə həm icarə pulu alırlar, həm də torpaq vergisi. Sual yaranır ki, biz torpaqdan istifadə etmiriksə, niyə torpaq vergisi ödəməliyik? Bəs mədən vergisini niyə ödəyirik? Bir şey ki, yerin təki ilə bağlıdır, orda torpaqdan söhbət gedə bilməz. Hesab edirəm ki, gələcəkdə lisenziyalar birbaşa istifadəyə verilməlidir. Orda hər hansı bir torpaq icarəsi yaxud torpaq vergisindən söhbət getməməlidir. Bu, həm Avropada, həm Türkiyədə, həm İranda, həm də Rusiyada belədir. Amma bizdə bu boşluq var”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.