ABŞ-da 30 ildən sonra ilk dəfə vergi qanunları dəyişiləcək

posted in: Vergi, Xəbər | 0

ABŞ-da iqtidarda olan Republikaçılar Partiyası uzun zamandır gözlənilən vergi islahatları ilə bağlı qanun layihəsini ictimaiyyətə təqdim edib.  “Vergi endirimləri və məşğulluq” adlanan bu qanun layihəsi ABŞ-da vergi qanunlarının 30 ildən sonra ilk dəfə dəyişdirilməsinə gətirib çıxaracaq.

Gözlənildiyi kimi, yeni qanunla vergi dərəcələrinin bir dəfədə və sabit olaraq 35%-dən 20%-ə endirilməsi hədəflənib. Konqresdən rahatlıqla keçə bilməsi üçün layihədə 39,6% olan ən yüksək vergi dərəcəsi saxlanılıb. Bu vergi dərəcəsi illik gəliri 500 min dollar, evlilər üçün isə 1 mln. dollardan çox olan vergi ödəyicilərinə aid ediləcək. 12%-lik vergi dərəcəsi isə illik gəliri 45 000 dollar (evlilərə 90 000), 25%-lik dərəcə 45 001-200 000 dollar olanlara (evlilərə 260 000 dollar), 200 000-500 000 dollar illik gəliri olanlara isə (evlilər üçün 1 mln. dollar) 35%-lik şamil olunacaq.

Nümayəndələr Palatasının sədri Pol Rayan (Paul Ryan) bildirib ki, yeni vergi islahatlarının ən böyük hədəfi orta sinif insanlara dəstək olmaqdır: “Vergi endirimləri və məşğulluq” qanunu 4 nəfərdən ibarət ailənin ildə 1 182 dollar qənaət etməsinə gətirib çıxaracaq. Bir çox ailə üçün bu, önəmli kömək mənası daşıyacaq”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

İqtisad Universitetinin özünüidarə statusu ləğv edildi

posted in: Xəbər | 0
“Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli Sərəncamının tətbiqi ilə əlaqədar qərara alıram:

“Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 356) ləğv edilsin.

Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsi hazırlanarkən ayrıca sətirlə verilirdi.

Beləliklə, Dövlət İqtisad Universiteti müstəqilliyini itirir. Ehtimal ki, ali təhsil müəssisəsi Təhsil Nazirliyi tərəfindən idarə olunacaqdır.

Mənbə: president.az / marja.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bəzi Xammal və Materialların İdxalı ƏDV-dən azad edildi

posted in: Vergi, Xəbər | 0

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 227-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 2 noyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir.

S/S Kod Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə xammal və materialların adları
 1. 2601200000 Yandırılmış pirit
2. 2606000000 Alüminium filizləri və konsentratları
3. 2818200000 Alüminium oksidi, süni korunddan fərqli
4. 7203100000 Dəmir filizinin birbaşa reduksiya məhsulları
 5. 7203900000 Dəmir filizinin birbaşa reduksiya məhsulları – digərləri
 6. 7204491000 Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – xırdalanmış (doğranmış)
7. 7204499000 Qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) – digərləri
8. 8545110080 Sobalarda istifadə olunan elektrodlar – digərləri
 9. 8545190001 Elektroliz qurğuları üçün elektrodlar

 

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

ƏDV-dən azad olunan əməliyyatların sayı artırılacaqmı???

posted in: İş elanı, Xəbər | 0

Azərbaycan Hesablama Palatası xammal ixraçı əməliyyatlarının ƏDV-dən azad olunan əməliyyatlara aid edilməsini tövsiyyə edir.

Palata vergi qanunvericiliyinə əsasən sıfır dərəcə ilə ƏDV tutulan əməliyyatlardan fərqli olaraq ƏDV-dən azad edilən əməliyyatlar aparan vergi ödəyiciləri üçün ƏDV-nin əvəzləşdirilməsində məhdudiyyətlərin tətbiq olunmasını nəzərə alaraq xammal ixracı əməliyyatlarının ƏDV-dən azad olunan əməliyyatlara aid edilməsinin və “xammal” anlayışına vahid yanaşmanın təmin olunması üçün Nazirlər Kabineti tərəfindən müvafiq siyahısının təsdiq olunmasını tövsiyyə edir.

Digər tövsiyyə isə fiziki şəxslərin kommersiya təyinatlı obyektləri üzrə əmlak vergisinin dövlət vergilərinə aid edilməklə dövlət büdcəsinə ödənilməsi ilə bağlıdır.

Bundan başqa, Palata bazar iqtisadiyyatı prinsiplərinə uyğun inkişaf edən ölkələrin təkmil təcrübələrinə əsaslanmaqla avtomobil nəqliyyatı vasitələrinin sahiblərindən nəqliyyat vergisi və ya ekoloji vergi adı ilə tutulan verginin dərəcələrinin əsasən ətraf mühitin çirkləndirilməsi səviyyəsindən, mühərriklərin həcmindən və lüks kateqoriyasına aid edilməsindən asılı olaraq müəyyənləşdirilməsini tövsiyyə edir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.