Azərbaycana idxal olunan humanitar malların vergidən azad olunması Nazirlər Kabinetinin razılığı ilə mümkün olacaq

posted in: Xəbər | 0

Azərbaycana humanitar yardım kimi gətirilən mallar, mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlarla yanaşı hüquqi və fiziki şəxslər tərəfindən idxal edilən zaman yalnız Nazirlər Kabinetinin razılığı ilə vergidən azad edilə bilər.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanununun icrasına dair Prezident İlham Əliyevin fərmanına edilən dəyişikliklərdə öz əksini tapıb.

Əvvəllər belə malların siyahısı Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı ilə müəyyən olunurdu.

Qeyd edək ki, Azərbaycana humanitar yardım kimi gətirilən mallar əlavə dəyər vergisindən (18 %) azaddır.

Mənbə: report.az

Bank tərəfindən ödəmə mənbəyində tutulan vergi hansı halda geri qaytarılır

İstehsal təqvimi: iş vaxtına nəzarət aləti

posted in: Xəbər | 0

İstehsalat təqvimi

Respublikamızda iş vaxtının uçotu, iş və istirahət günlərinin bölüşdürülməsi qrafikinin zəruriliyi qanunla müəyyən olunub. Bu zaman iş qrafikinin yaradılmasının müəyyən aspektlərini müəyyən edən çoxsaylı normativ hüquqi aktlar nəzərə alınır. Bu məqsədlə insan resurslarının idarə edilməsi ilə məşğul olan mütəxəssislərin gündəlik istifadə etdiyi belə sənədlərdən biri istehsalat təqvimidir.

İstehsalat təqvimi – iş, istirahət və bayram günlərinin həftə, ay və il üzrə faktiki bölgüsünü nəzərə almaqla, onların müəyyən bir təqvim ilində hesablanması sistemidir

 

İstehsal təqvimi iş vaxtına nəzarət və onun idarə edilmişi üçün faydalı bir vasitədir. Təqvim:

  • iş proseslərinin planlaşdırılması;
  • əmək resurslarından optimal istifadəyə;
  • müəssisənin məhsuldarlığını artırmağa kömək edir.

İstehsalat təqvimi haqqında daha geniş məlumatı buradan ala  bilırsiniz.

İş vaxtı

“İş vaxtı”, “iş vaxtının rejimi”, “iş vaxtının uçotu” kimi anlayışlar Əmək Məcəlləsinin dördüncü bölməsində şərh olunur. Məcəllənin 89-cu maddəsinə görə “Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.”

Gündəlik işin müddəti, onun başlama və bitmə vaxtı, işdə fasilələr daxili əmək qaydaları, əmək və kollektiv müqavilələr ilə müəyyən edilmiş şərtlərə uyğun təyin olunur. Qanunvericiliyə əsasən gündəlik normal iş vaхtının müddəti 8, həftəlik normal iş vaхtının müddəti isə 40 saatdan artıq olmamalıdır.

Tam və natamam iş vaxtının əsas xüsusiyyətləri haqqında bu məqalədə daha geniş məlumat verilib.

İş vaxtına istehsal təqvimi vasitəsi ilə nəzarət

İstehsalat təqvimi iş vaxtına nəzarət vasitəsi kimi effektli alətdir. O, müəssisənin fəaliyyətini planlaşdırmağa, resursları düzgün istifadə etməyə və işçilərin iş vaxtını idarə etməyə imkan verir. Bunlar isə öz növbəsində işçilərin hüquqlarının qorunması, habelə əmək qanunvericiliyinə  uyğunluğun təmin edilməsi üçün vacibdir. Bu isə öz növbəsində maliyyə sanksiyaları, cərimələr, məhkəmə çəkişməsindən qaçmaq deməkdir. Nəticədə, vaxt və maliyyə itkilərinin qarşısı alınır. Aşağıda istehsalat təqvimini nəzarət aləti kimi şərh edən bir neçə nümunə verilib.

İş günləri və istirahət günlərinin tənzimlənməsi

İstehsalat təqvimi iş, istirahət və bayram günlərini müəyyənləşdirir;

Necə nəzarət olunur:

  • təqvimdə iş günləri və qeyri-iş günləri dəqiq şəkildə qeyd olunub;
  • iş vaxtına uyğun olaraq istirahət günlərinin balansı təmin edilir.

Fayda: işçilərin yorğunluğu azaldılır, istirahət vaxtı ilə iş vaxtı arasında balans qorunur.

Növbəli iş rejimlərinin idarə olunması

Təqvim növbəli iş rejimlərində işçilərin növbələrini izləmək və koordinasiya etmək üçün əsas rol oynayır.

Necə nəzarət olunur:

  • hər bir işçinin iş saatları və növbələri təqvimdə qeyd edilir;
  • təqvimdəki növbə cədvəlləri ilə faktiki işlənmiş saatlar müqayisə olunur.

Fayda: işçilər arasında növbələrin ədalətli bölgüsü təmin edilir, növbələr arası üst-üstə düşmələr və fasilələr idarə olunur.

Əlavə iş saatlarının qeydiyyatı və onlara nəzarət

İstehsalat təqvimi əlavə iş saatlarını izləmək üçün vasitə rolunu oynayır.

Necə nəzarət olunur:

  • təqvimdə normadan artıq işlənən saatlar qeyd olunur;
  • əlavə işlərin qanunvericiliyə uyğun olub-olmadığı yoxlanılır.

Fayda: işçilərə əlavə iş üçün düzgün ödənişlər təmin edilir, normadan artıq işlərin səbəbləri analiz edilir və optimallaşdırılır.

Məhsuldarlığın artımına üçün nəzarət

Təqvim vasitəsilə iş vaxtı məhsuldarlığa uyğun optimallaşdırılır.

Necə nəzarət olunur:

  • gündəlik və aylıq istehsalat hədəfləri qeyd edilir.
  • faktiki işlənmiş vaxt və görülən işlər arasında uyğunluq yoxlanılır;

Fayda: işçilərin vaxt itkisi minimuma endirilir, istehsalat hədəflərinə çatmaq üçün iş vaxtından daha səmərəli istifadə olunur.

Qısaldılmış və xüsusi iş rejimlərinin idarə olunması

İstehsalat təqvimi qısaldılmış iş günlərinin və xüsusi rejimlər istehsalat təqvimində idarə olunmasında istifadə edilə bilər.

Necə nəzarət olunur:

  • təqvimdə qısaldılmış iş günləri və xüsusi hallara uyğun iş rejimləri göstərilir;
  • hər bir işçinin həmin günlərdə çalışdığı vaxt təqvimlə müqayisə edilir.

Fayda: işçilərin qanuni hüquqlarına uyğun iş saatları tənzimlənir.

Elektron sistemlərdən istifadə

Müasir müəssisələrdə istehsalat təqvimi elektron nəzarət vasitələri ilə inteqrasiya olunur.

Necə nəzarət olunur:

  • təqvim ERP (Enterprise Resource Planning) və ya HRM (Human Resource Management) sistemlərində tətbiq olunur;
  • elektron cədvəllər vasitəsilə real vaxt rejimində iş saatları izlənilir.

Fayda: mümkün insan səhvlərinin qarşısı alınır, şəffaflıq artır və hesabatlar avtomatik olaraq tərtib olunur.

İş vaxtı itkilərinin analizi

İstehsalat təqvimi iş vaxtı itkilərini müəyyənləşdirmək üçün istifadə edilir.

Necə nəzarət olunur:

  • planlaşdırılmış iş saatları ilə faktiki iş saatları arasında fərqlər təqvimə əsaslanaraq analiz edilir.
  • səbəblər (gecikmələr, texniki problemlər və s.) təhlil olunur və tədbirlər görülür.

Fayda: vaxt itkisi azaldılır və işçilərin məhsuldarlığı artırılır.

Nəticə

Beləliklə, istehsalat təqvimi iş vaxtına nəzarət vasitəsi kimi:

  • iş vaxtının planlaşdırılmasın və izlənilməsin təmin edir.
  • növbəli iş rejimlərinin, əlavə işlərin və istirahət vaxtlarının idarə olunmasın asanlaşdırır.
  • işçilərin məhsuldarlığını artırır və qanunvericiliyə uyğunluğu təmin edir.
  • şəffaflıq və hesabatlılığı yüksəldir.

Sonda qeyd edək ki, istehsalat təqvimi  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün mövcud dövlət qaydaları və Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla hazırlanır və təsdiq edilir. Təqvim müxtəlif sahələrdə, o cümlədən, kənd təsərrüfatı, sənaye, xidmət sektoru  və s. geniş tətbiq olunur.

İşçilərin məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişləri

Müddətli əmək müqavilələri ilə bağlı əsas dəyişikliklər və nümunələr

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. 

Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin öncəki və cari redaksiyasını bir cədvəldə təqdim edirik ki, həmkarlarımız üçün dəyişikliklərin mahiyyəti tam aydın olsun:

Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Öncəki redaksiyada Cari redaksiyada
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

 

1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

 

 

İndi isə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirək. Dəyişikliyə qədər müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı işəgötürən tərəfindən işçiyə müddət başa çatmadan öncə xəbərdarlıq verməsi qanunvericilikdə nəzərdə tutulmamışdı. Yəni, işəgötürən müqavilə müddəti bitdikdən sonrakı 1 həftə ərzində əmək müqaviləsinə xitam verə bilirdi. Yeni dəyişiklikdən sonra əgər işəgötürən müddətli əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək istəyirsə, mütləq işçiyə xəbərdarlıq etməlidir. Maddənin tələblərini misalla izah etmədən öncə bir məqamı vurğulayaq ki, Əmək Məcəlləsində edilən dəyişiklik Rusiya təcrübəsində çoxdan tətbiq edilirdi. Məlumat üçün bildirək ki, Rusiyanın əmək qanunvericiliyində müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı işçiyə xəbərdarlıq edilməsi nəzərdə tutulub. Rusiya Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə işdən çıxarılmağa ən azı üç təqvim günü qalmış əmək müqaviləsinin müddətinin başa çatmasına görə ona xitam verilməsi barədə yazılı məlumat verilməlidir.

Azərbaycan qanunvericiliyində yeni dəyişikliklərin müxtəlif hallarını nəzərdə tutan misal vasitəsilə izah edək.

Misal: İşəgötürən 10 yanvar 2024-cü il tarixdə işçi ilə 8 aylıq əmək müqaviləsi imzalayıb. Müqavilə müddəti 10 sentyabr 2024-cü il tarixdə başa çatmalıdır.

Birinci hal

İşəgötürən 20 avqust 2024-cü il tarixdə işçiyə kağız daşıyıcıda xəbərdarlıq edir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda, yəni 10 sentyabr 2024-cü il tarixdə müqaviləyə xitam verəcək. Bu zaman işəgötürən Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsindəki müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tələbini gözləmiş olacaq.

İkinci hal

İşçi 25 avqust 2024-cü il tarixdə işəgötürənə bildirir ki, müddətli əmək müqaviləsinin artırılmasını istəmir. İşəgötürən müddətli əmək müqaviləsinin artırılmasında maraqlı olsa belə, əmək müqaviləsinin müddətinin bitdiyi gün ona xitam verməlidir. Çünki işçi Əmək Məcələsinin tələblərinə uyğun olaraq xəbərdarlıq müddətini gözləməklə xəbərdarlığını həyata keçirib.

Üçüncü hal

İşəgötürən 8 sentyabr 2024-cü il tarixdə işçiyə xəbərdarlıq göndərir ki, 10 sentyabrda başa çatan əmək müqaviləsinin müddəti uzadılmayacaq. İşəgötürən əmək müqaviləsinin müddətinin bitməsi haqqında ən azı bir həftə tələbi ilə bağlı xəbərdarlıq müddətini ötürdüyü üçün əmək müqaviləsi növbəti 8 ay müddətinə uzadıla bilər.

Dördüncü hal

İşçi 7 sentyabr 2024-cü il tarixdə müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı işəgötürəni xəbərdar edir. Amma işəgötürən işçinin ən azı bir həftəlik xəbərdarlıq müddətini ötürdüyünü bildirərək müddətli əmək müqaviləsinin 8 aylıq müddətə artırılacağını bildirir. Bu zaman işçi 8 aylıq müddəti gözləmək istəmədiyi halda, 69-cu maddənin tələblərinə uyğun olaraq işdənçıxma ərizəsini təqdim edə bilər. İşəgötürən işçini 10 sentyabr 2024-cü il tarixdən sonra işdən azad edərsə, xitamla bağlı ǝmrdə xitamın əsasını müqavilənin müddətini bitməsi kimi yox, işçinin öz ərizəsi ilə işdən çıxması kimi qeyd etməlidir.

İşəgötürən və işçi tərəfindən xəbərdarlıq müddətini xüsusi qeyd etməkdə məqsədimiz odur ki, həmkarlarımız müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı tələbləri gözləsinlər.

Mənbə: vergiler.az

İşçilərin məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişləri

Ştat cədvəli

posted in: Xəbər | 2

Ştat cədvəli təşkilatın struktur bölmələrini, vəzifə və peşələri, habelə ştat vahidlərinin sayını göstərən sənəddir. Bu materialda ştat cədvəlinin doldurulma qaydası, şirkətlər üçün məcburi olub-olmaması, mövcud sənədə necə dəyişikliklər edilməsi barədə məlumat verilir.

Ştat cədvəlinin hazırlanması məcburidirmi?

İşəgötürənin ştat cədvəlinin olması haqqında Əmək Məcəlləsində  birbaşa göstəriş yoxdur, o, işəgötürənin mülahizəsi əsasında hazırlanır. Amma 28 iyun 2024-cü il tarixli 1195-VIQD saylı qanunla AR Əmək Məcəlləsinə edilən dəyişiklərlə Məcəlləyə “ştat (ştata vahidi)” anlayışı əlavə edilib (maddə 8-1). Dəyişikliyə əsasən bu anlayış mərkəzləşdirilmiş elektron informasiya sistemində yaxud müəyyən hallarda kağız daşıyıcıda yaradılan cədvəl üzrə vəzifə adının və vəzifə maaşının əks olunduğu vahidi ifadə edir. Bu da həmin ştat vahidlərinin göstəricilərini (ştat vahidinin adı, sayı, hər vahid üzrə əməkhaqqı və tarif dərəcələrini) əks etdirən siyahının olmasını zəruri edir. Bundan başqa, belə bir siyahı rəhbərlik və insan resursları ilə iş bölməsinin əməkdaşlarına əmək mübahisələrini, habelə kadr axınını idarə etməyə kömək edir.

Ştat cədvəlinin standart forması varmı?

Sahibkarlıq subyektləri üçün ştat cədvəlinin standart forması yoxdur, amma AR NK-nın təsdiq etdiyi “Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların ştat cədvəllərinin maliyyə orqanlarında qeydiyyatdan keçirilməsi qaydalar”-a 1 saylı əlavə də belə bir forma nümunəsi var. Sahibkarlıq subyektləri bu nümunəvi formada kiçik düzəlişlər etməklə istifadə edə bilər yaxud özləri belə bir forma hazırlaya bilərlər. Əsas odur ki, hazırlanmış ştat cədvəli özündə bütün lazımi məlumatları ehtiva etsin.

Cədvəl buna məsul olan istənilən işçi – kadrlar şöbəsinin müdiri, baş mühasib və ya digər səlahiyyətli əməkdaş tərəfindən tərtib edilə bilər. Yadda saxlamaq lazımdır ki, mülki hüquq müqavilələr (xidməti müqavilələr) əsasında işləyən işçilər ştatlı işçilər sayılmır və cədvəldə göstərmir.

Ştat cədvəlinin əsas vəzifəsi və qüvvədə olma müddəti

Cədvəldə müəssisənin bütün təşkilati strukturu əks olunur.  O, ştatların sayı, əməkhaqqı və ona əlavələri özündə əks etdirir, əməkhaqqı xərclərini təhlil etməyə imkan verir. İxtisarlar zamanı o, müəssisədə struktur dəyişiklikləri faktını təsdiqləməyə kömək edir.

Ştata cədvəlinin qüvvədə olma müddəti qanunla müəyyən edilmir, lakin, adətən, il ərzində sənədə dəyişikliklər edilirsə, növbəti ilin əvvəlindən yenisi təsdiq edilir. Amma o, birdəfəlik təsdiq edilə və daimi olaraq qüvvədə qala bilər.

Ştat cədvəlinin hazırlanması və təsdiqi

Cədvəl elə tərtib edilməlidir ki, onda bu məlumatlar öz əksini tapsın:

  • struktur bölmələr;
  • vəzifə və peşələr;
  • ştat vahidlərinin sayı;
  • aylıq əməkhaqqı;
  • vəzifə maaşına əlavələr;
  • qeydlər.

Ştat cədvəli rəhbər yaxud digər səlahiyyətli şəxs tərəfindən imzalanmış əmrlə təsdiq edilir. İxtiyari formada tərtib edilən əmrdə aşağıdakı məlumatlar ola bilər:

  • Ştat cədvəlinin qüvvəyə minmə tarixi;
  • əvvəlki cədvəlin, əgər varsa, artıq qüvvədən düşdüyü haqqında qeyd;
  • əmrin icrasına məsul şəxsin kimliyi.

Tərtib edilmiş ştat cədvəlinin özü, adətən, bu əmrə əlavə olunur.

Ştat cədvəlinin nümunə formasını yüklə 

Müddətli əmək müqavilələri ilə bağlı əsas dəyişikliklər və nümunələr

1 263 264 265 266 267 268 269 2. 692