Elektron qaimə-fakturanın istifadəçi təlimat

posted in: muhasibat, Xəbər | 0

Elektron qaimə-fakturanın istifadəçi təlimatıe-Qaimə altsistemi İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə elektron qaimə -ni onlayn rejimdə tərtib etmək, ləğv etmək, dəqiqləşdirilən e-Qaimələr barədə məlumatları daxil etmək, paketləmə aparmadan onları qarşı tərəfə göndərmək və s. kimi əməliyyatları yerinə yetirir. Proqram, həmçinin Elektron Faktura Tərtibatı Proqramınin  (eFP) vasitəsilə oflayn rejmdə hazırlanmış paket formada olan elektron qaimə-ləri sistemə yükləmək və göndərmək imkanına da malikdir.

Proqramın interfeysi mövcud “elektron vergi hesab faktura” sistemlərinə oxşardır. Proqram idarəedici paneldən, qovluqlardan və digər ekranlardan ibarətdir.

Vergilər Nazirliyi tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər və elektron sənəd mübadiləsi barədə müqaviləyə malik bütün vergi ödəyiciləri bu altsistemdən istifadə edə bilərlər. Sistemə daxil olmaq üçün vergi ödəyicisinin istifadəçi kodu, parol və şifrəsi olmalıdır.İstifadə olunan anlayışlar:

  • Obyekt– qaimə göndərilən müəssisə və təşkilatın filialları, alt qurumları başa düşülür (əgər obyekt yoxdursa, həmin xana baş saxlanılır);
  • Satıcı–  ƏDV-yə cəlb edilən əməliyyatlar aparan vergi ödəyicisi;
  • Alıcı– malları (işləri, xidmətləri) alan vergi ödəyicisi.

Təlimatı tam yükləmək üçün aşağıdakı keçidə klikləyin:

E-qaimə istifadəçi təlimatı

2017-ci ilin Aprel ayı üçün vergilər barədə YADDAŞ

posted in: muhasibat, Xəbər | 0

2017-ci ilin mart ayına görə vergi ödəyiciləri tədiyəçisi olduğu

  • Əlavə dəyər vergisi bəyannaməsini,
  • Aksiz bəyannaməsini,
  • Yol vergisi bəyannaməsini,
  • Mədən vergisi bəyannaməsini,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini

cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş vergi bəyannaməsini cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməldirlər (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).

2017-ci ilin 1-ci rübünə görə vergi ödəyiciləri tədiyəçisi olduğu

  • Sadələşdirilmiş verginin bəyannaməsini
  • Ödəmə mənbəyində tutulan vergi bəyannaməsini 

cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və rüb üzrə hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Cari ilin 1-ci rübü üzrə Muzdlu işlə əlaqəda ödəmə mənbəyində tutulan vergi bəyannaməsini (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim edirlər)

cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və mart ayı üzrə hesablanmış vergini isə həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Xüsusi notariusların gəlir vergisi bəyannaməsini

cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və mart ayı üzrə hesablanmış gəlir vergisini həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Dövlər rüsumu haqqında hesabatı

cari ilin aprel ayının 20-dək vergi orqanına təqdim etməlidirlər (notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü,  xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür).

 

Gəlir və mənfəət vergisi ödəyiciləri

cari ilin 1-ci rübü üzrə hesablanmış cari ödəmələrini aprel ayının 17-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.


Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

Vergilər mövzusunda olimpiada keçiriləcək (Qaydalar təsdiqləndi)

posted in: muhasibat, Xəbər | 0

Ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr arasında “Vergilər” mövzusunda olimpiadanın təşkili və keçirilməsi

Q A Y D A L A R I 

1. Ümumi müddəalar

 

1.1. “Ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr arasında “Vergilər” mövzusunda olimpiadanın təşkili və keçirilməsi Qaydaları” (bundan sonra – Qaydalar) Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”yə və digər aidiyyəti hüquqi aktların, eləcə də Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

1.2. Ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr arasında “Vergilər” mövzusunda olimpiadanın (bundan sonra – olimpiada) keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində  təhsil alan tələbələr (bundan sonra – tələbələr) arasında vergitutma sahəsində biliklərin artırılması, onların vergi sahəsində bilik səviyyəsinin qiymətləndirilməsi, vergi mədəniyyətinin artırılması, eləcə də gələcəkdə nümunəvi vergi ödəyicilərinin və ya vergi sahəsində çalışacaq peşəkar mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir.

1.3. Bu Qaydalar tələbələr arasında olimpiadanın təşkilini, keçirilməsini, nəticələrinin rəsmiləşdirilməsini və bununla bağlı digər məsələləri müəyyən edir.

1.4. Olimpiadada ali təhsil müəssislərinin iqtisadiyyat və idarəetmə, hüquq və beynəlxalq münasibətlər istiqamətləri üzrə təhsil alan tələbələri iştirak edə bilərlər.

1.5. Olimpiadanın keçirilməsi və nəticələri barədə məlumatlar kütləvi informasiya vasitələrində yayımlanır.

2. Olimpiadanın təşkili

 

2.1. Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti (bundan sonra – Departament) olimpiadanın keçirilməsinə məsul strukturdur.

2.2. Olimpiadanın təşkili və keçirilməsi üzrə Departament aşağıdakıları həyata keçirir:

2.2.1. olimpiadanın şəffaf, obyektiv və yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işlərinin aparılmasını və vaxtında başa çatdırılmasını təmin etmək;

2.2.2. hər il üzrə keçirilməsi nəzərdə tutulan olimpiadanın təşkilinə dair proqramı Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə razılaşdırmaqla hazırlamaq;

2.2.3. olimpiadada iştirak edəcək ali təhsil müəssisələrini və yekun mərhələdə iştirak edəcək tələbə sayını  müəyyənləşdirmək;

2.2.4. ali  təhsil müəssisələri ilə koordinasiyanı təmin etmək;

2.2.5. olimpiadanın yerini və vaxtını müəyyənləşdirmək və bu barədə ali təhsil müəssisələrinə məlumat vermək;

2.2.6. olimpiadanın keçirilməsi müddətində və nəticələrinin yoxlanılmasında iştirak etmək istəyən ali təhsil müəssisələrinin nümayəndələri üçün lazımi şərait yaratmaq;

2.2.7. olimpiadanın son nəticələrini ümumiləşdirərək təhlil etmək və Vergilər Nazirliyinin rəhbərliyinə təqdim edilməsi üçün yekun hesabatı hazırlamaq;

2.2.8. olimpiadanın bu Qaydalara uyğun həyata keçirilməsi üçün digər zəruri tədbirləri yerinə yetirmək.

2.3. Vergilər Nazirliyinin Tədris Mərkəzi olimpiadanın iştirakçıları üçün sual bazasının hazırlanmasını təmin edir, olimpiadanın seçmə mərhələsinin keçirilməsində və namizədlərin seçilməsi prosesində ali təhsil müəssisələrinə lazımi metodiki köməklik göstərir.

2.4. Olimpiadanın keçirilməsi zamanı sual bazasının ekspertizası və nəticələrin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən həyata keçirilir.

2.5. Münsiflər heyətinin tərkibi Vergilər Nazirliyi tərəfindən ali təhsil müəssisələri və Vergilər Nazirliyinin Tədris Mərkəzinin təmsilçilərinin də iştirak etdiyi minimum 3 nəfərdən ibarət olmaqla müəyyən edilir.

 

3. Olimpiadanın keçirilməsi

 

3.1. Olimpiada bir qayda olaraq hər il ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilir və may ayının 10-dək başa çatdırılır.

3.2. Olimpiadanın keçirilmə mərhələləri, başlanma və başa çatma tarixləri bu Qaydaların 2.2.2-ci yarımbəndində göstərilən proqrama uyğun həyata keçirilir.

3.3. Olimpiada seçmə mərhələ və yekun mərhələ olmaqla iki mərhələdə keçirilir.

3.4. Seçmə mərhələsi olimpiadada iştirakı nəzərdə tutulan hər bir ali təhsil müəssisəsinin özündə keçirilir. Ali təhsil müəssisələri öz tələbələri arasında nəzərdə tutulan mövzular əsasında Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən hazırlanmış 50 test sualı üzrə 90 dəqiqəlik daxili imtahan keçirirlər.  İmtahanların nəticələri barədə məlumat Vergilər Nazirliyinə təqdim edilir.

3.5. Yekun mərhələ seçmə mərhələdən keçmiş namizədlər arasında bu Qaydalara uyğun olaraq Departament tərəfindən təşkil edilir. Departament münsiflər heyəti ilə razılaşdırmaqla yekun mərhələdə iştirak edəcək namizədlərin sayını və nəticələri daha yüksək olan tələbələrdən ibarət olmaqla tərkibini müəyyən edir. Departament tərəfindən yekun mərhələnin keçirilməsi vaxtı barədə məlumat imtahana ən azı 15 gün qalmış ali təhsil müəssisələrinə bildirilir.

3.6. Olimpiadanın yekun mərhələsi test imtahanı formasında Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilir. İştirakçılar tərəfindən qeyd olunan binaya daxil olmaq üçün şəxsiyyət vəsiqəsi və tələbə bileti təqdim edilməlidir.

3.7. Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən bakalavrlar üçün vergi qanunvericiliyi  fənni üzrə 50, magistrlər üçün isə vergi qanunveriliyi fənni üzrə 50, vergi inzibatçılığı fənni üzrə 25 sual olmaqla ümumilikdə 75 sualdan ibarət olan fərdi test bazası hazırlanır.

3.8. İmtahan onlayn rejimdə bakalavrlar üçün 120, magistrlər üçün isə 150 dəqiqə ərzində keçirilir. Hər düzgüb cavab bir balla qiymətləndirilir. Səhv cavablara görə düzgün cavablar silinmir. Nəticələr münsiflər heyətinin iştirakı və nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə qiymətləndirilir.

3.9. Olimpiadanın gedişi zamanı iştirakçılar tərəfindən normativ-hüquqi sənədlərdən, təlimatlardan, metodiki göstərişlərdən, elektron məlumat daşıyıcılarından və digər köməkçi vasitələrdən istifadə edilməsinə yol verilmir. Bu cür hallar aşkar edildikdə iştirakçı imtahandan xaric edilir, onun nəticəsi nəzərə alınmır və bu barədə həmin ali təhsilin müəssisəsinin nümayəndəsinə məlumat verilir.

3.10. Olimpiada başa çatdıqdan sonra nəticələr gün ərzində elan olunur. Olimpiadanın qalibləri ali təhsil müəssisəsinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr üzrə ayrı-ayrılıqda müəyyən edilir.

3.11. Eyni nəticə əldə etmiş iştirakçılardan üstünlük çətinlik dərəcəsi yüksək olan sualları cavablandırmış iştirakçıya verilir.

3.12. Təqdim olunmuş suallar üzrə ən çox bal toplayan iştirakçılar 1-ci, 2-ci və 3-cü yerlər olmaqla Olimpiadanın qalibləri elan edilir və onlara sertifikatlar təqdim edilir.

B1 və B3 hesabatları birləşdirildi

posted in: muhasibat, Xəbər | 0

Bildiririk ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2017-ci ilin 01 aprel tarixindən etibarən “Sığorta iştirakçılarının qeydiyyatı”, “Daxil olan ödənişlərin uçotu və Fərdi uçot əsaslı Vahid Rüblük Hesabat Alt sistemi” adlı xüsusi proqram təminatları elektron hökumət portalında (www.e-gov.az) yerləşdirilmişdir. Nəzərinizə çatdırırıq ki, “Məcburi Dövlət sosial sığorta haqqının toplanması Qaydaları”na edilmiş dəyişikliklərə əsasən əvvəlki hesabat dövrlərində ayrı-ayrılıqda təqdim edilən hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə rüblük hesabat (Forma B1) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında illik məlumat (Forma B3) birləşdirilərək 2017-ci ilin 1-ci rübündən etibarən hər rüb bir yerdə sığortaedənlər tərəfindən təqdim edilməlidir.

Müraciətin tam mətnini aşağıdakı faylı yükləməklə oxuya bilərsiniz:

DSMF-Müraciət