Read More9
Read More9

Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət əmr

posted in: Xəbər | 0

Qismən ödənişli sosial məzuniyyət hüququ

Hər bir ananın 3 yaşına qədər uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət hüququ var. Bu hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilib (ƏM, maddə 110).

Hamiləliyə və doğuşa görə məzuniyyət başa çatan kimi qadın qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edə bilər. Bu zaman işçinin iş yeri uşağa qulluğa görə məzuniyyətin bütün müddəti ərzində saxlanılır (AR ƏM, maddə 111).

Əmək Məcəlləsinə uyğun olaraq məzuniyyətə çıxmaq proseduru işçidən ərizə alınmasını tələb edir, çünki ərizə, hər hansı bir növ, o cümlədən qismən ödənişli sosial məzuniyyət əmri üçün əsasdır. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

  • uşağın doğum haqqında şəhadətnaməsinin surəti,
  • ataya bu məzuniyyətinin verilmədiyini təsdiq edən arayış;
  • uşaq övladlığa götürülərsə, məhkəmə qərarının surətini və övladlığa götürməni təsdiq edən sənəd.

Qismən ödənişli məzuniyyət zamanı qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluğa görə müavinət verilir. Müavinətin məbləği qanunvericiliklə müəyyən edilir və hazırda aşağıdakı kimidir:

  • 1 yaş yarımadək uşağa qulluğa görə – 44 manat;
  • 1 yaş yarımdan 3 yaşınadək uşağa qulluğa görə isə – 28 manat.

Ödəniş məzuniyyətinin başladığı gündən təyin edilir.

Məzuniyyətdən istifadə qaydası

Uşağa qulluğa görə məzuniyyət ananın öhdəliyi deyil, hüququdur, odur ki, o, bu sosial məzuniyyətdən qismən istifadə edə bilər, həm də qalan hissədən qohumların da istifadə imkanı var (ƏM, maddə 127). Məzuniyyətə çıxmaq, məzuniyyətdən hissəvi istifadə etmək, geri qaytmaq, digər valideynin qismən ödənişli sosial məzuniyyətdən istifadəsi və sair bu kimi hallar sərbəst formada tərtib edilmiş ərizə əsasında rəsmiləşdirilir. Qismən ödənişli məzuniyyət üçün ərizə formasına nümunələrlə buradan tanış olmaq olar.

Uşağa qulluğa görə məzuniyyət üçün əmr

Ərizəni və ona əlavə edilmiş sənədləri qəbul etdikdən sonra işəgötürən qismən ödənişli məzuniyyət üçün əmr hazırlayır. Uşağa qulluğa görə əmr özündə aşağıdakıları əks etdirən məzmununa aşağıdakılar daxildir:

  • qismən ödənişli məzuniyyəti verilən işçinin tam adı, vəzifəsi;
  • məzuniyyətinin dəqiq başlama və bitmə tarixləri;
  • uşağa qulluğa görə müavinət haqqında məlumat;
  • məzuniyyətinin verilməsi üçün əsaslar.

İşçi əmrin məzmunu ilə tanış olma tarixini göstərir və imzası ilə təsdiq edir.

Aşağıda müəyyən hallar üçün qismən ödənişli məzuniyyət üçün əmr nümunələri verilib.

Qismən ödənişli sosial məzuniyyət əmri nümunəsi

“ABCDF” Məhdud Məsuliyyətli Cəmiyyəti

ƏMR № 121

Gəncə şəhəri                                                                                                                                                                                    18 oktyabr 2023-cü il

“Sosial məzuniyyətin verilməsi barədə”

  1. Xxxxxxx Yyyyyyy Zzzzzzzz qızı cəmiyyətin əməliyyatçı-mühasibi uşağın üç yaşı tamam olana qədər uşağa qulluğa görə 22 oktyabr 2023-cü il tarixdən 22 oktyabr 2024-cü il tarixədək bir il müddətə qismən ödənişli sosial məzuniyyətə  buraxılsın. 

     İşçi 22.oktyabr 2024-cü il tarixində işə başlasın.

Əsas: İşçinin ərizəsi, uşağın AZ-II 000000 №-li doğum şəhadətnaməsi, AR Əmək məcəlləsinin 127-ci maddəsi

“ABCDF” MMC-in

 Direktoru ___________________________Aaaaaaaaaa Bbbbbbbb Ccccccccccccccc

                                      (imza)

İşçi (tanış oldum) __________________________Xxxxxxx Yyyyyyy Zzzzzzzz qızı

                                                (imza)

Uşağın övladlığa götürüldüyü halda qismən ödənişli sosial məzuniyyət əmri

“ABCDF” Məhdud Məsuliyyətli Cəmiyyəti

ƏMR № 121

Bakı şəhəri                                                                                                                                                                                        18 oktyabr 2023-cü il

“Uşağa qulluğa görə məzuniyyətin verilməsi barədə”

  1. Xxxxxxx Yyyyyyy Zzzzzzzz qızı cəmiyyətin kargüzarı övladlığa götürdüyü uşağın 3 yaşı tamam olana qədər uşağa qulluğa görə 24 oktyabr 2023-cü il tarixdən 24 aprel 2025-cü il tarixədək bir altı ay müddətə qismən ödənişli sosial məzuniyyətə buraxılsın. 

     İşçi 27 aprel 2025-cü il tarixində işə başlasın.

Əsas: İşçinin ərizəsi, uşağın AZ-II 000000 №-li doğum şəhadətnaməsi, məhkəməsinin 10 oktyabr tarixli 1111111 nömrəli qətnaməsi və AR Əmək məcəlləsinin 127-ci maddəsi

“ABCDF” MMC-in

 Direktoru ___________________________Aaaaaaaaaa Bbbbbbbb Ccccccccccccccc

                                      (imza)

İşçi (tanış oldum) __________________________Xxxxxxx Yyyyyyy Zzzzzzzz qızı

                                                (imza)

üçün formanı buradan yükləmək olar.

 

Qismən ödənişli sosial məzuniyyət əmri formasını buradan yüklə

 

442 saylı “Gələcək hesabat dövrlərinin gəlirləri” hesabı üzrə uçot (2-ci hissə)

Azərbaycandan kənarda əldə olunan gəlir üzrə vergi yoxlaması son 5 ili əhatə edəcək

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyinin Kollegiyası 7 sentyabr 2016-cı il tarixli “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, ölkədən kənarda əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları qərar qəbul edildiyi gündən əvvəlki 5 illik dövrü əhatə edəcək.

Bundan başqa, vergi orqanları təhsil müəssisələri, o cümlədən xüsusi təhsil müəssisələri ilə yanaşı, məktəbəqədər təhsil müəssisələrinin də mənfəətinin hansı xərclərə yönəldilməsini araşdıracaq.

Həmçinin ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi tutulan əməliyyatlarının məbləği 200 min manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər.

İqtisadiyyat Nazirliyinin Hüquq Şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Mənbə: report.az

Ödənilən ƏDV hansı halda və nə zaman əvəzləşdirilir?

Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi əmri

posted in: Xəbər | 0

Məzuniyyətin başqa vaxta keçirilməsi

Məlumdur ki, müəssisə və təşkilatlarda əmək məzuniyyətinin verilməsi tarixi vaxtı əvvəlcədən işçi ilə razılaşdırılaraq məzuniyyət qrafikində qeyd olunur. Lakin bəzi hallarda məzuniyyətin başqa vaxta keçirilməsi zərurəti yaranır, qanuna uyğun formada sənədləşdirilməlidir. İşəgötürən razılaşdırılmış əmək məzuniyyətinə çıxma tarixini birtərəfli qaydada dəyişdirə bilməz, bu, yalnız işçi ilə işəgötürən arasında qarşılıqlı razılaşmaya əsasən mümkündür.

Məzuniyyətin başqa vaxta keçirilməsi üçün işçinin əsaslandırılmış yazılı ərizəsi tələb olunur. Ərizə əsasında işəgötürən sərbəst formada əmr verir, məzuniyyətin təxirə salınma səbəbini və yeni məzuniyyət tarixləri əmrdə qeyd olunur. Məzuniyyətin vaxtının dəyişdirilməsinə həm işçi, həm də işəgötürənin təşəbbüs göstərə bilər.

İşçinin istəyinə əsasən məzuniyyət vaxtının dəyişdirilməsi aşağıdakı hallarda mümkündür: (Əmək Məcəlləsi, maddə134)

  • əmək qabiliyyəti müvəqqəti itirildikdə;
  • əmək məzuniyyəti sosial məzuniyyətlə eyni vaxta düşdükdə;
  • işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə.

Əgər işçinin müəyyən olunmuş məzuniyyət tarixi istehsalın, işin normal gedişıinə xələl gətirmiş olarsa, işəgötürənin təşəbbüsü ilə məzuniyyət başqa vaxta keçirilə bilər.  Bu halda da işçinin yazılı razılığı tələb olunur.

Məzuniyyət vaxtının dəyişdirilməsi ərizəsi

İllik ödənişli əmək məzuniyyətinin vaxtının dəyişdirilməsi üçün ərizə istənilən formada tərtib edilə bilər, onun məcburi  forması yoxdur. Bəzi hallarda ərizəyə lazımi təsdiqedici sənədlərin də əlavə olunması tələb edilə bilər (məsələn, əmək qabiliyyətinin itirilməsi barədə müvafiq sənəd). Ərizədə aşağıdakı məlumatlar qeyd olunmalıdır:

  • müəssisənin adı;
  • ərizənin ünvanlandığı şəxs (müəssisə rəhbərinin tam adı, vəzifəsi);
  • ərizəni yazan şəxs (işçinin tam adı, vəzifəsi);
  • məzuniyyətin növü, ilkin məzuniyyət müddəti;
  • məzuniyyət vaxtının dəyişilmə səbəbi;
  • yeni məzuniyyətin başlama tarixi, müddəti;
  • işçinin tam adı, imzası;
  • ərizənin tarixi.

Aşağıdakı keçiddən əmək qabiliyyətinin itirilməsilə əlaqədar olaraq işçinin məzuniyyətinin başqa vaxta keçirilmişi üçün ərizə formasına nümunəsini yükləmək olar.

Məzuniyyətin başqa vaxta keçirilməsi üçün ərizə formasını yüklə 

Məzuniyyətin başqa vaxta keçirilməsi əmri

Məzuniyyət vaxtının dəyişdirilməsi işəgötürənin əsaslandırılmış əmri əsasında rəsmiləşdirilir və məzuniyyət cədvəlində müvafiq  dəyişikliklər edilir. Əmrdə məzuniyyətin dəyişilmə səbəbi, bunun işçinin yaxud işəgötürənin təşəbbüsü əsasında olması, məzuniyyətin veriləcəyi tarix mütləq qeyd edilməlidir.

Məzuniyyətin başqa vaxta keçirilməsi üçün əmr formasını yüklə 

Beləliklə, əmrdə aşağıdakı məlumatlar qeyd olunur:

  • müəssisənin adı;
  • əmrin nömrəsi, hazırlanma tarixi;
  • işçinin adı, atasının adı və soyadı;
  • işlədiyi bölmə, vəzifə;
  • məzuniyyətin növü, ilkin müddəti;
  • məzuniyyət vaxtının dəyişilmə səbəbi;
  • yeni məzuniyyətin başlanğıc və bitmə tarixi;
  • məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu tarix;
  • işəgötürənin səlahiyyətli nümayəndəsinin imzası;
  • işçinin imzası.

Əmr də ərizə kimi sərbəst formada tərtib edilir və müəssisə rəhbərinin imzası ilə təsdiqlənir. İşçi əmrlə tanış olur və onu imzalayır. Məzuniyyətin dəyişdirilməsi əmrinin saxlanma müddəti ən azı 5 ildir.

İşəgötürənin təşəbbüsü ilə məzuniyyətin keçirilməsi üçün əmr formasını yüklə

442 saylı “Gələcək hesabat dövrlərinin gəlirləri” hesabı üzrə uçot (2-ci hissə)

Ödənilən ƏDV hansı halda və nə zaman əvəzləşdirilir?

posted in: Xəbər | 0

Vergi ödəyicisinin büdcəyə ödəmələri müəyyən edilərkən əvəzləşdirilən ƏDV məbləğlərinin hesablaması qaydaları Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə uyğun olaraq müəyyən edilir. “Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Nihad Səmədov qanunvericiliyin bu tələbini şərh edir.

Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:

– hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə – alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt.

Tutaq ki, ƏDV ödəyicisi olan “A” müəssisəsi digər ƏDV ödəyicisi olan “T” müəssisəsindən mart ayında ƏDV daxil olmaqla 1.416 manat dəyərində xidmət alıb. Xidmət alındığı ay elektron qaimə-faktura əldə edilib və həmin ay 1.200 manat bank hesabına, 216 manat isə ƏDV depozit hesabına köçürülüb. “A” müəssisəsi mart ayında “C” müəssisəsinə ƏDV daxil olmaqla 3.540 manat dəyərində mal satıb və “C” müəssisəsi mart ayında ödənişi icra edib. “A” müəssisəsinin mart ayı üçün olan 540 manat öhdəliyindən 216 manat məbləğ çıxılmalı və 324 manat məbləğində ƏDV büdcəyə köçürülməlidir.

Misal 1

ƏDV ödəyicisi “A” müəssisəsi ƏDV daxil olmaqla 17.700 manat dəyərində xidmət alıb. Alınan xidmətə görə satıcı tərəf 2024-cü ilin may ayında elektron qaimə-faktura təqdim edib və həmin ayda da 17.700 manat müəssisə tərəfindən nağdsız qaydada ödənilib (15.000 manat bank hesabına, 2.700 manat isə ƏDV depozit hesabına). Bu halda müəssisə may ayında 2.700 manat ƏDV məbləğini əvəzləşdirə bilər.

Misal 2

ƏDV ödəyicisi “A” müəssisəsi ƏDV daxil olmaqla 17.700 manat dəyərində xidmət alıb. Alınan xidmətə görə satıcı tərəf 2024-cü ilin may ayında elektron qaimə-faktura təqdim edib, xidmətin tam dəyəri müəssisə tərəfindən sentyabr ayında nağdız qaydada ödənilib (15.000 manat bank hesabına, 2.700 manat isə ƏDV depozit hesabına). Bu halda müəssisə sentyabr ayında 2.700 manat ƏDV məbləğini əvəzləşdirə bilər.

Misal 3

ƏDV ödəyicisi “A” müəssisəsi ƏDV daxil olmaqla 17.700 manat dəyərində xidmət alıb. Alınan xidmətin tam dəyəri 2024-cü ilin may ayında nağdsız qaydada ödənilib (15.000 manat bank hesabına, 2.700 manat isə ƏDV depozit hesabına). Lakin satıcı tərəf sentyabr ayında elektron qaimə-faktura təqdim edib. Bu halda müəssisə 2.700 manat ƏDV məbləğini sentyabr ayında əvəzləşdirə bilər.

Misal 4

ƏDV ödəyicisi “A” müəssisəsi ƏDV daxil olmaqla 17.700 manat dəyərində xidmət alıb. Alınan xidmətin tam dəyəri müəssisə tərəfindən avans olaraq 2024-cü ilin aprel ayında nağdsız qaydada ödənilib (15.000 manat bank hesabına, 2.700 manat isə ƏDV depozit hesabına). Satıcı tərəf isə xidmətin başa çatdığı gün, yəni sentyabrın 14-də elektron qaimə-faktura təqdim edib. Bu halda müəssisə 2.700 manat ƏDV məbləğini sentyabr ayında əvəzləşdirə bilər.

Mənbə: vergiler.az

Hüquqi şəxslərin yenidən təşkili necə aparılır

1 272 273 274 275 276 277 278 2. 683
error: Content is protected !!