Read More9
Read More9

Kartdan karta köçürmə əməliyyatları ilə bağlı yoxlamalar başlayıb

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ­dəfələrlə edilən xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının davam etdiyi müşahidə olunur.

Qeyd edilən halların qarşısının alınması üçün Dövlət Vergi Xidməti bu istiqamətdə nəzarəti tədbirlərini gücləndirib. Belə ki, Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus obyektlərdə keçirilən nəzarət tədbirləri zamanı nağdsız ödəmələrin POS-terminal vasitəsilə deyil, kartdan-karta köçürülməsinin təşkili ilə bağlı bir sıra faktlar qeydə alınıb. Tədbirlər nəticəsində 43 obyektdə açıq şəkildə kart nömrələrinin gözlə görünən yerlərdə nümayiş olunduğu, bir sıra obyektlərdə müştərilərə sistematik şəkildə kartdan-karta köçürmələr etmək təklif olunduğu müəyyənləşdirilib.

Vergi orqanlarının ilkin xəbərdarlıqlarına baxmayaraq, həmin obyektlərdə bu halların davam etdiyi nəzərə alınaraq, sahibkarlıq subyektlərinə protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

Eyni zamanda, POS-terminallardan istifadədən imtina halları müşahidə olunduğundan Bakı şəhəri ərazisində monitorinq və vergi nəzarəti tədbirləri davam etdirilir.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.

Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.

Mənbə: vergiler.az

Fiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması

İşğaldan azad edilmiş ərazilərdə işləyənlərə hansı yeni imtiyazlar verilib?

posted in: Xəbər | 0

Qanunvericilikdə işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin stimullaşdırılması üçün əlavə şərtlər müəyyən edilib. Yenilikləri  iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əmək Məcəlləsinin 118-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə bu Məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

“Sosial müavinətlər haqqında” Qanunun tələblərinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət müəyyən edilib. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət məbləği 600 manat müəyyən edilib. Bundan əlavə, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifǝ) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan artım əmsalları özəl sektorda fəaliyyət göstərən işəgötürənlər tərəfindən könüllü şəkildə kollektiv müqavilədə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmək müqaviləsində nəzərdə tutulmaqla tətbiq edilir.

Əmək Məcəlləsinin 21-1-ci maddəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətlərini müəyyən edir. Həmin maddəyə əsasən, işin xüsusiyyətlərində aşağıdakılar nəzərə alınmalıdır:

  • Mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda (Maddə 21-1.1.1);
  • Mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə (Maddə 21-1.1.2);
  • Mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda (yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alındıqda) (Maddə 21-1.1.3).

Əmək Məcəlləsində edilən sonuncu dəyişikliklə mütəxəssislərin məskunlaşma məsələsinə aydınlıq gətirilib. Belə ki, 21-1.1.3-cü maddǝyǝ “məskunlaşdıqda” sözündən sonra “(yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alındıqda)” sözləri əlavə edilib. Dəyişiklikdən göründüyü kimi, mütəxəssinin əmək qanunvericiliyində qeyd edilən üstünlüklərdən yararlanması üçün işğaldan azad edilmiş ərazilərdə yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alınması lazımdır.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir.

Maraqlı məqam olduğu yer üzrə qeydiyyata alınma prosesidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Yaşayış yeri üzrə Qazax rayonunda qeydiyyatda olan şəxsin Kəlbəcər rayonunda çalışması halında onun olduğu yeri üzrə qeydiyyata alınması mümkündür. Bu zaman mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir. Bu zaman dövlət orqanı vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır.

İndi isə dəyişikliyi misalla izah edək.

Misal

Tikinti sahəsində mühəndis vəzifəsində çalışan işçi Kəlbəcər rayonunda vergi uçotuna alınan hüquqi şəxslə əmək müqaviləsi imzalayıb. Bakı şəhərində qeydiyyatda olan işçi Kəlbəcər rayonunda tikinti işləri üçün quraşdırılan düşərgədə məşkunlaşıb. İşçi Kəlbəcər rayonunda yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alınmadığı halda, Əmək Məcəlləsinin 21-1-ci maddəsinin tələblərinə uyğun hesab edilməyəcək.

Mənbə: vergiler.az

Fiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması

Əvəzçilik üzrə işləyənlərin məzuniyyət üçün ərizə forması

posted in: Xəbər | 0

Əvəzçilik üzrə işləyənlərin məzuniyyət növləri

İstənilən işçinin əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra  digər sahələrdə də əmək fəaliyyəti ilə məşğul olmaq  hüququ vardır. Bu zaman işçi həm əsas, həm də əlavə iş yerlərində  işəgötürənlə əvəzçilik qaydasında əmək müqaviləsi bağlamalıdır. Qanunvericiliyə əsasən  əvəzçiliklə işləyən işçilər  tam iş vaxtı şəraitində işləyən işçilərlə eyni məzuniyyət hüququna malikdirlər. AR Əmək Məcəlləsinin 131-cü maddəsinə əsasən həmin  işçilərin əmək məzuniyyəti əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan onların istədiyi vaxtda təyin edilməlidir. Əvəzçilik üzrə işləyən işçi təhsil məzuniyyəti istisna olmaqla, illik ödənişli, əlavə və analıq məzuniyyəti hüququna malikdir. İllik ödənişli məzuniyyət onlara əsas iş yerindəki məzuniyyətlə eyni vaxtda verilməlidir. Təhsil məzuniyyəti işçiyə yalnız əsas iş yerində verilir və bu halda işçi əlavə iş yerində ödənişsiz məzuniyyətlə təmin edilə bilər.

Məzuniyyətin verilməsi qaydası

Əvəzçilik üzrə işləyən işçilərə məzuniyyətin verilməsi qaydası aşağıdakı ardıcıllıqla aparılır:

  • işəgötürən işçidən illik ödənişli əmək məzuniyyətin verilməsi barədə ərizəni qəbul edir və qeydiyyata alır;
  • işçidən daxil olmuş ərizə əsasında məzuniyyətin başlama və bitmə tarixini göstərməklə məzuniyyətin verilməsi haqqında əmr verilir və işçi bu əmrlə tanış edilir;
  • lazım gələrsə, məzuniyyət cədvəlinə müvafiq dəyişikliklər edilir.

Məzuniyyətin hesablanması

Əvəzçiliklə  işləyən  işçinin məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması bütün mükafatlar, müavinətlər və əmsallar nəzərə alınmaqla əsas işçilər üçün müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Əsas iş yeri üzrə məzuniyyət əlavə iş yerindəki məzuniyyətdən çox olarsa, aradakı fərq ona ərizə əsasında ödənişsiz məzuniyyət verilməklə ödənilməlidir. Həmçinin, əgər işçi işdən çıxan zaman  istifadə olunmamış əmək məzuniyyət günləri varsa, işəgötürən onlara görə kompensasiya verməyə borcludur (ƏM maddə 144). Kompensasiyanın məbləği hər iki iş yerində ayrı-ayrılıqda orta əmək haqqına əsasən hesablanır. Əvəzçilik üzrə işləyən işçi məzuniyyətin verildiyi iş ilinin sonuna qədər işdən çıxarılarsa, əvvəlcədən alınan məzuniyyət haqqının məbləği yekun hesablama zamanı onun əmək haqqından tutulur.

İşəgötürən işçinin əmək hüquqlarını pozaraq ona  ərizədə göstərilən məzuniyyət günlərini verməkdən imtina edərsə, işçinin məhkəməyə  və ya dövlət əmək müfəttişliyinə müraciət etmək hüququ vardır. Əmək qanunvericiliyinin pozulması halında işəgötürən inzibati məsuliyyətə cəlb edilə bilər.

Əvəzçilik üzrə işləyənlərin məzuniyyət üçün ərizə forması

Əvəzçilik üzrə işləyən işçi üçün məzuniyyət  ərizə forması qanuni olaraq təsdiqlənməmişdir, o əsas iş yeri üçün əmək məzuniyyəti ərizəsi ilə demək olar ki, eynidir. Ərizə ümumi qaydada tərtib edilərək  işçinin tam adı, vəzifəsi, məzuniyyət növü və s. qeyd edilir.  Ərizədə göstərilən məzuniyyət vaxtı əsas iş yeri üzrə əmək məzuniyyəti ilə üst-üstə düşməlidir.

Beləliklə, əizədə aşağıdakı məlumatlar:

  • ərizənin ünvanlandığı şəxs (müəssisə rəhbərinin tam adı və vəzifəsi);
  • ərizəni yazan şəxs (işçinin tam adı və vəzifəsi);
  • işlədiyi struktur bölmə, habelə tutduğu vəzifə;
  • məzuniyyətin növü, müddəti;
  • müvafiq iş ili, məzuniyyətin başlanğıc və bitmə tarixi;
  • əsas iş yerində məzuniyyətin başlama tarixi və müddəti;
  • işçinin tam adı və imzası;
  • ərizənin tarixi qeyd ediir.

Əvəzçilik üzrə işləyənlərin məzuniyyət üçün ərizə formasını yüklə 

Əvəzçilik üzrə işləyən işçinin məzuniyyət ərizəsinə müvafiq təsdiqedici sənədlər də əlavə edilir. Təsdiqedici sənəd kimi əsasən aşağıdakılardan istifadə olunur:

  • əsas iş yerindən məzuniyyət arayışı;
  • əsas iş yeri üzrə məzuniyyət cədvəlinin təsdiq edilmiş surəti;
  • əsas iş yeri üzrə məzuniyyət əmrinin təsdiq edilmiş surəti.

Əvəzçilik üzrə işləyənlərin əmək məzuniyyəti üçün əmr forması

İşçinin ərizəsinə əsasən məzuniyyət əmri hazırlanır. Əmr verilən məzuniyyətin qeydiyyatı və uçotu üçün əsas hesab olunur və məzuniyyətin başlamasına azı 5 gün qalmış rəsmiləşdirilir.

Əmrdə (sərəncamda, qərarda):

  • təşkilatın adı;
  • əmrin nömrəsi və onun hazırlanma tarixi;
  • işçinin adı, atasının adı və soyadı;
  • işlədiyi struktur bölmə, habelə tutduğu vəzifə;
  • əvəzçilik üzrə işləyən işçiyə verilən məzuniyyətin növü, müddəti;
  • müvafiq iş ili, məzuniyyətin başlanğıc və bitmə tarixi;
  • əmək məzuniyyətinin müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu tarix;
  • işəgötürənin səlahiyyətli nümayəndəsinin imzası;
  • işçinin imzası göstərilməlidir.

Əmr müəssisə rəhbərinin imzası ilə təsdiqlənir. İşçi əmrlə tanış olmalı və öz razılığını bildirməlidir. Əvəzçilik üzrə işləyənlərin məzuniyyəti əsas iş yerində əmək məzuniyyətinin rəsmiləşdirilməsi ilə analijidir.

Əmək məzuniyyət üçün əmr formasını yüklə

Fiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması

Fiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması

posted in: Xəbər | 0

Əmlak vergisinə görə mənzilin hansı sahəsi hesablanmalıdır: yaşayış sahəsi, yoxsa ümumi sahəsi? Məlumdur ki, Vergi Məcəlləsinin 102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır. Pensiyaçı olduğuma görə, qeyd edilən bəndə əsasən mənə güzəşt tətbiq olunmalıdırmı? Tətbiq edilən güzəşt mənə məxsus olan hər iki mənzilə aiddir, yoxsa ancaq qeydiyyatda olduğum mənzilə?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisi məqsədləri üçün vergitutma obyektidir. Xüsusi mülkiyyətdə olan belə tikili və binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə).

Yaşayış sahəsi – Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahədir. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.
Vergi Məcəlləsinin 199.3-cü maddəsinə əsasən, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olunmaqla, Vergi Məcəlləsinin 102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Qeyd olunan güzəşt hər bina üçün ayrılıqda tətbiq edilmir. Ümumi ödənilməli olan məbləğdən 30 manat azaldılır.

Pensiyaçılar dedikdə isə kimlərin nəzərdə tutulduğunu “Əmək pensiyaları haqqında” Qanuna əsaslanaraq müəyyən etmək olar. Həmin Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyaları yaşa, əlilliyə və ailə başçısını itirməyə görə bölünür. Vergi Məcəlləsinin 199.3-cü maddəsində pensiyaçılar dedikdə heç bir istisna nəzərdə tutulmadığından, 30 manat güzəşt hüququ əmək pensiyalarının bütün növlərinə şamil edilir.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 197-ci, 198-ci, 199-cu, 200-cü maddələri

Mənbə: vergiler.az

Hansı halda verginin ödənilməsi müddəti uzadıla bilər?

1 284 285 286 287 288 289 290 2. 692
error: Content is protected !!