İcarədən ödəmə mənbəyində vergi tutulması

posted in: Xəbər | 0

İcarə münasibətləri

İcarə münasibətləri olduqca geniş, tez-tez rast gəlinən münasibətlərdir. İcarə məsələlərində o qədər fərqli məqamlar olur ki, onların vergi hissəsini düzgün tənzimləmək zərurəti daim aktual qalır. Buraya:

  • elektron qaimənin təqdim edilib edilməməsi;
  • icarədən ödəmə mənbəyində vergi ÖDV tutulub tutulmaması;
  • icarənin xidmət sayılıb sayılmaması;
  • icarə münasibətlərində təmir məsrəfləri;
  • icarə xərclərinin hansı sənəd əsasında gəlirdən çıxılması;
  • qısa, eləcə də uzunmüddətli icarələr zamanı digər fərqli məqamları aid etmək olar.

İcarə münasibətləri bəzi mühasiblərə, sahibkarlara bəsit görünə  bilər, amma, əslində bu belə deyil. Bu münasibətlərin tənzimlənməsi zamanı müxtəlif qanunvericilik  aktlarının müddəaları nəzərə alınmalıdır, məsələn:

Bu sıraya Vergi Məcəlləsini də əlavə etsək icarə münasibətlərinin əhatəsinin nə qədər geniş olduğunu görə bilərik.

İcarə haqqında ümumi müddəalar Mülki Məcəllənin 34-cü fəslinin 1 paraqrafında verilib. Həmin müddəalar əsasında deyə bilərik ki:

 İcarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir.

Hüquq ədəbiyyatında icarə 2 yerə ayrılır:

  • əməliyyat icarəsi;
  • maliyyə icarəsi.

Əməliyyat icarəsinin predmeti

Bu məqalədə əməliyyat icarəsi, icarədən ödəmə mənbəyində vergi tutulması haqqında danışacağıq. Maliyyə icarəsi (maliyyə lizinqi) haqqında buraya keçid etməklə oxuya bilərsiniz.

İcarənin predmetinə binaları, daşınar əşyaları, torpaq sahələrini, hüquqları, müəssisələri misal göstərə bilərik. Torpaq icarəsi ilə bağlı münasibətlər müvafiq qanunvericilik aktları ilə yanaşı əlavə olaraq AR Torpaq Məcəlləsi, “Torpaq icarəsi haqqında” AR Qanunu ilə tənzimlənir. Ona görə də torpağın icarəsini başqa icarələrdən ayırmaq müəyyən qədər məntiqli olardı.

İcarə müqaviləsinin tərəfləri

İcarə münasibətində adətən 2 tərəf olur:

  • icarəyəverən (icarədar da deyilir);
  • icarəçi (icarəyəgötürən də deyilir).

Onlar arasında icarə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.

İcarə münasibətləri zamanı icarəçiyə sahiblik, istifadə hüquqi keçir, mülkiyyət hüququ isə icarəyəverəndə qalır.

İcarəçi qismində istənilən hüquqi və ya fiziki şəxs çıxış edə bilər. İcarəçi fiziki şəxsin vergi ödəyicisi olaraq qeydiyyatda olması, sahibkar olaraq qeydiyyata alınması şərti yoxdur. Uçota alınma məsələsinə aşağıda ətraflı toxunacağıq.

İcarə xidməti

Biz danışıqda, həmçinin vergi məsələlərində “icarə xidməti” ifadəsini işlədirik. Düzdür, bu, xidmətin başqa, xüsusi növüdür, icarəyəverən tərəfdən onun hərəkətsizliyi ilə ifadə edilir. Onun öz xidmətinə çıxışı icarəyə verdiyi əmlak vasitəsi ilə təmin olunur. İcarəyəverən müqavilədə xidmətin haqqını qarşı tərəfin razılığına əsasən:

  • natura şəklində;
  • pul formasında;
  • yaxud qarışıq forma kimi müəyyən edə bilər.

İcarə müqaviləsi icarəyəverəni elektron qaimə faktura təqdim etmək vəzifəsindən azad etmir. İcarə müqaviləsi onların öz arasındakı, elektron qaimə faktura isə icarəyəverən ilə vergi orqanı arasındakı münasibəti tənzimləyir, vergi orqanının icarə məsələsinə nəzarətini təmin edir. Təbii ki, elektron qaimə fakturanı vergi ödəyicisi kimi uçota alınmış şəxslər təqdim edir.

İcarə xərci gəlirdən çıxılırmı?

Bəzən, təcrübədə, vergi ödəyiciləri, icarəyəverənin vergi ödəyicisi olmaması səbəbindən, elektron qaimə faktura alınmadığı üçün icarə xərcini xərc kimi tanımır. Bu düzgün deyil, belə ki, VM-in 100 maddəsinə əsasən icarədən ödəmə mənbəyindən vergi tutulduqda, həmin icarə haqqı ümumi gəlirdən çıxılır. İcarə münasibətləri zamanı təmir xərcləri haqqında burdan oxuya bilərsiniz.

İcarə gəlirindən verginin tutulması

Vergi Məcəlləsinə görə fiziki şəxslərin icarə gəliri qeyri-sahibkarlıq gəliri kimi təyin tanınır. İcarədən ödəmə mənbəyində vergi tutulması Məcəllənin 124-cü maddəsi ilə tənzimlənir. Daşınan və daşınmaz əmlak üçün icarə haqqından aşağıdakı şərtlər çərçivəsində 14 faiz dərəcə ilə ÖDV tutulur:

  • gəlir VM-in 13.2.16 maddəsinə uyğun Azərbaycan mənbəyindən əldə edilmişdir;
  • icarə haqqı ödəyən şəxs vergi ödəyicisi kimi uçotdadır.
Nümunə 1. Fərdi sahibkar Əhmədov Elçin özünə məxsus olan yaşayış evini ayda 550 manata hüquqi şəxsə icarəyə vermişdir. Hüquqi şəxs icarə haqqında 14 %, yəni 77 manat ÖDV tutur və fiziki şəxsə ayda 473 manat ödəyir. Fiziki şəxsin bu gəliri bir daha vergiyə cəlb edilmir.

Hüquqi şəxslərdə icarədən ödəmə mənbəyində verginin hansı halda hesablanması haqqında buradan oxumaq olar.

Fiziki şəxsə məxsus yaşayış sahəsi digər fiziki şəxsə kirayəyə verilməsi nəticəsində əldə edilən gəlirdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Bu mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələrinə aid deyil.

Əgər icarə yaxud kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənilərsə, 14 faiz (icarəyə münasibətdə) və ya 10 faiz (kirayəyə münasibətdə) dərəcə ilə vergini icarəyə yaxud kirayəyə verən, yaxud onun təyin etdiyi vergi agenti tərəfindən ödənilir. Bu zaman vergi Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.

Nümunə 2. Əhmədov Elçin həmin evi vergi ödəyicisi olmayan şəxsə (tələbəyə, digər kirayəçiyə) 550 manata kirayə verdikdə, kirayə haqqını alan fiziki şəxs özü vergi orqanında vergi uçotuna alınaraq əldə etdiyi gəlirinə görə hesabat ilindən sonra mart ayının 31-dək vergi bəyannaməsini vergi orqanına təqdim etməli və gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

İcarədən ödəmə mənbəyində vergi tutulması nümunələri ilə buradan da tanış ola bilərsiniz.

Hüquqi şəxslərin icarə gəlirləri

Rezident müəssisələr üçün, eləcə də qeyri-rezidentlərin daimi nümayəndəliklərinə respublika ərazisində ödənilən icarə haqqlarından ÖDV tutulmur. Müəssisələr icarədən gəlirlərini də digər gəlirlərinə qatıb bəyannamə üzrə vergi dərəcəsinə müvafiq olaraq vergini ödəməlidirlər.

Nümunə 3. 2021-ci ildə “A” firması illər uzundur məşğul olduğu ev heyvanları üçün yemlərin idxalı və satışı fəaliyyətindən 19.000 manat gəlir əldə etmiş və bu istiqamətdə gəlirdən çıxılan xərcləri 9500 manat olmuşdur. İl ərzində firmaya məxsus qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən isə 11.000 manat icarə gəlirləri əldə etmişdir. Firmanın mənfəət vergisini hesablayaq:
( 19.000 + 11.000 ) – 9.500 = 20500
20500 * 20 % = 4100 manat

Buradan hüquqi şəxslərin icarə gəlirlərinin vergiyə cəlb edilməsi haqqında buradan da oxumaq olar.

İcarə haqqı məbləğinin hesablanması

Vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği daşınmaz əmlakın bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Bu zaman VM-nin 14-cü maddəsinin tələbləri nəzərə alınır. Bu qayda sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondlarına aid deyil (VM, maddə 124.4)

Bu qayda icarə haqqının real qiymətdən aşağı göstərilməsinin qarşısını alınması üçün tətbiq edilir. haqqı məbləğinin müqavilədə aşağı göstərilməsi olduqca geniş yayılmış vergidən yayınma halıdır ki, bununla bağlı hətta 12 mart 2012-ci il tarixində AR Konstitusiya məhkəməsinin plenum qərarı da olmuşdur.

İcarəyəverənin uçotu

Nəhayət, yuxarıda söz verdiyimiz icarə zamanı vergi uçotu haqqında:

  1. Hüquqi şəxslər istənilən halda vergi uçotundadır;
  2. Fiziki şəxslər isə əgər icarəyəgötürən vergi ödəyicisi deyilsə uçota alınırlar;

Belə ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən “ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına ərizə verməlidirlər.”

Bu halda icarəyəverəndən ödəmə mənbəyində vergi tutulmur. O özü öz gəlirindən 14% vergi verir.

  1. İcarəyəgötürən vergi ödəyicisidirsə icarəyəverənin vergi uçotuna alınmasına ehtiyac yoxdur.

Kapital Bank-dan qızların təhsilinə dəstək: “Arzumuz var” sloqanı ilə təqaüd proqramına start verilir

posted in: Xidmət, Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank korporativ sosial məsuliyyət sahəsində daha bir addım ataraq həssas qrupdan olan qızların təhsilinə dəstək göstərmək məqsədilə yeni təqaüd proqramına start verib. Proqram ötən gün Kapital Bank və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında imzalanan memorandum çərçivəsində həyata keçiriləcək.

Qızların təhsil imkanlarının artırılması, onların cəmiyyətdə sosial aktivliyinin gücləndirilməsi və gələcək inkişaflarına dəstək məqsədi daşıyan memorandumu Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova imzalayıb.

Tədbirdə çıxış edən Fərid Hüseynov Kapital Bank-ın təhsilə dəstək verərməklə bazarda ixtisaslı və peşəkar kadrların yetişdirilməsinə töhfə verdiyini vurğulayıb. O qeyd edib ki, bu kadrlar arasında qızların olması olduqca qürurvericidir: “Qızların təhsilinə dəstək ölkəmiz və region üçün vacib bir mövzudur. Biz bilirik ki, bəzi regionlarda qızların təhsilinə mane olan sosial və iqtisadi baryerlər var. Kapital Bank olaraq bu çətinliklərin öhdəsindən gəlməkdə və qızlarımızın daha güclü, müstəqil fərdlər kimi formalaşmasında həyata keçirdiyiniz layihələrdə sizin yanınızda olmaqdan məmnunuq”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da çıxışında bu əməkdaşlığın cəmiyyətin inkişafı üçün önəmini vurğulayıb: “Dövlət və özəl sektorun tərəfdaşlığı, xüsusilə qızların təhsilində bərabər imkanların yaradılmasına böyük töhfə verir. 2021-ci ildən başlayaraq qızların təhsilinə dəstək məqsədilə Komitənin həyata keçirdiyi layihələr ictimaiyyət arasında xüsusi maraq doğurur və geniş vüsət alır. İnanıram ki, bu layihə də onların gələcək uğurlarına vəsilə olacaq”.

Qeyd edək ki, “Arzumuz var” sloqanı ilə həyata keçirilən təqaüd proqramı çərçivəsində ilk mərhələdə paytaxt Bakı və bölgələrdən olan 15 nəfər abituriyentə dəstək göstəriləcək.

Kapital Bank və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında qurulan bu tərəfdaşlıq, həssas qrupdan olan abituriyent qızların təhsilinə investisiya qoyaraq, onların güclü, müstəqil və ölkənin gələcək inkişafında aparıcı rol oynayan fərdlərə çevrilməsinə imkan yaradacaq.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Ezamiyyə əmri üçün nümunələr

Dərzilərin vergi öhdəliyi necə müəyyənləşir?

posted in: Xəbər | 0

Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan fiziki şəxs sahəsi 3 kvadratmetrə yaxın icarədə olan obyektdə fəaliyyət göstərir. Həmin şəxs sadələşdirilmiş vergini hansı qaydada ödəməlidir? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fərdi qaydada muzdlu işçi cəlb etmədən dərzi fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər. Qeyd olunanlara əsasən, həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdırlar.

“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Həmin şəxslər sabit qəbz almaq üçün yazılı müraciət etdikdə sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.

Eyni zamanda, vergi qanunvericiliyinin tələbinə əsasən, vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər sahibkarlıq fəaliyyətində istifadə etdikləri təsərrüfat subyektlərinin uçota almasını təmin etməlidirlər. Vergi ödəyicisi tərəfindən təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya İnternet Vergi İdarəsi vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 34-cü, 218-ci, 220-ci maddələri və Vergilər Nazirliyinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Mənbə: vergiler.az

İşçilərin attestasiya vərəqəsi forması

Ezamiyyə əmri üçün nümunələr

posted in: Xəbər | 0

İşəgötürən xidməti tapşırıqların (məsələn, tərəflərlə danışıqlar, struktur vahidində audit, təchizatla bağlı problemlərin həlli və sair) icrası üçün işçini ezamiyyətə göndərə bilər. Qaydalara əsasən, ezamiyyənin məqsədindən asılı olmayaraq, xidməti ezamiyyətə göndərilməsi üçün ezamiyyə əmri hazırlanır. Ezamiyyə əmrinin standart forması yoxdur, amma ezamiyyə əmrinin hazırlanması zamanı bir sıra tələblər nəzərə alınmalıdır. Burada ezamiyyə əmri nümunəsi üçün müxtəlif variantlar verilib.

Ezamiyyə əmrinin nümunəvi forması

Aşağıda tərəfimizdən hazırlanmış ezamiyyə əmri forması verilib

“XXXXX” Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə

ƏMR _____

_____________şəhəri                                                                                                                  ___.___._____-ci il

İşçinin ezamiyyəyə göndərilməsi haqqında          

  1. Cəmiyyətdə ___________________________________ vəzifəsində çalışan XXX  XXX  XXX  ___.___.____-cı il tarixdən ___.___.____-cı il tarixədək ____ (____________) gün müddətinə _______________________ şəhərinə ___________________ təşkilata ezam edilsin.
  2. Ezamiyyənin məqsədi ______________________________________________________
  3. Ezamiyyə üçün əsas
  4. İşçi ___.___.______-cı il tarixində işə başlasın.
  5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 mart 2001-ci il tarixli  66 nömrəli “Ezamiyyə xərcləri normaları haqqında” Qərarına əsasən ezamiyyə xərcləri ödənilsin.
  6. Əmrin icrasına nəzarət __________________________ həvalə olunsun.

Direktor               XXX XXX XXX 

İşçi əmrlə tanış edilib:                      (şəxsi imza)              “___” ____________ ____ -ci il.

Ezamiyyə əmrinin formasını buradan yüklə

Nəzərə almaq lazımdır ki, bu forma mütləq deyil, ehtiyac olduqda ona nəyisə əlavə etmək, yaxud nəyisə çıxmaq olar. Əsas odur ki, qanunvericiliyin tələbləri pozulmasın. Məsələn, ezamiyyənin məqsədi, maliyyə mənbəyi göstərilməlidir. “XXX müəssisənə göndərilir” kimi ümumi ifadədən istifadəyə yol verilmir.

Ezamiyyə əmrinə nümunə

Aşağıda verilmiş forma əsasında hazırlanmış ezamiyyə əmri nümunəsi verilib.

SƏMA Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə

ƏMR № 15

Gəncə şəhəri                                                                                                                                                                                       04 iyun 2023-cü il

İşçinin ezamiyyəyə göndərilməsi haqqında    

  1. Cəmiyyətdə aparıcı mütəxəssis vəzifəsində vəzifəsində çalışan Quliyeva Sevda Əli qızı 05 iyun 2023 tarixdən 07 iyun 2023 tarixədək 3 (üç) gün müddətinə Bakı şəhərinə “EDU” tədris mərkəzinə ezam edilsin.
  2. Ezamiyyənin məqsədi: “MS Excel proqramının biznes yönümlü istifadə” təlim proqramında iştirak.
  3. Ezamiyyə üçün əsas: “EDU” tədris mərkəzi ilə bağlanmış müqavilə
  4. İşçi 08 uyun 2023-cü ildə işə başlayır
  5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 mart 2001-ci il tarixli 66 nömrəli “Ezamiyyə xərcləri normaları haqqında” Qərarına əsasən ezamiyyə xərcləri ödənilsin.
  6. Əmrin icrasına nəzarət b/mühasib Nəsirov Elyar Nuru oğluna həvalə olunsun.

Direktor                                                                                                 Aslanov Araz Habil oğlu

İşçi əmrlə tanış edilib:           (şəxsi imza)              “04” iyun 2023-cü il

Nümunədə ezamiyyə üçün əsas kimi müqavilə göstərilib. Əgər belə müqavilə yoxdursa səlahiyyətli şəxsin belə bir təlimdə iştirakı əsaslandıran müraciəti əsas sayıla bilər. 

Xarici ezamiyyə əmri üçün əmr nümunəsi

Bu ezamiyyə əmri nümunəsi daha sərbəst  formada hazırlanıb.

UĞUR” Məhdud Məsuliyyətli Cəmiyyəti

ƏMR № 33

Bakı şəhəri                                                                                                                                                                                      8 sentyabr 2022-cı il

Müəssisədə mütəxəssis  vəzifəsində çalışan Abdullayev İlkin Səlim oğlu “Müasir proqramlaşdırma texnologiyaları mövzusunda təlim proqramlarında iştirak etmək məqsədilə 11.09.2022-ci il tarixdən 15.09.2022 tarixədək 5 (beş) gün müddətinə Türkiyə dövlətinin İstanbul şəhərinə, İstanbul Universitetinə ezam olunur.

Mühasibatlığın nəzərinə çatdırılsın ki, təlimlə bağlı bütün xərcləri (uçuş, hotel, yemək)  “Həyat” ASC çəkir.

Əsas: “ Həyat ” ASC-nin  112 №-li  05.09.2021-ci  il tarixli məktubu.

Direktor                                                                                                 M.Ə. Heydərov

İşçi əmrlə tanış edilib:           (şəxsi imza)              “08” sentyabr 2023-cü il

Xidməti maşınla ezamiyyə 

Ola bilər ki, ezamiyyəyə müəssisənin xidməti maşınında gedilsin.

“AM” Məhdud Məsuliyyətli Cəmiyyəti

  ƏMR № 22

Göyçay şəhəri                                                                                                                                                                                      10 may 2022-cı il

Bakı şəhərində yerləşən “Okean” MMC ilə alqı- satqı müqaviləsinin imzalanması  məqsədilə

ƏMR EDİRƏM

  1. Cəmiyyətin təhcizat şöbə müdiri Əhmədov Əhməd Məmməd oğlu və sürücü Abdullayev Həmid Rza oğlu 11 may 2022 tarixdən 13 may 2022-ci il tarixədək 3 (üç) gün müddətinə Bakı şəhərində yerləşən “Okean” MMC-yə  ezam edilsin.
  2. Ezamiyyətlə əlaqədar olaraq “Toyota” markalı, 10 AC 400 dövlət qeydiyyat nişanlı avtomaşın ezamiyyətə gedənlərə təhkim olunsun.
  3. Mühasibatlıq tərəfindən ezamiyyə xərclərinin normalarına uyğun olaraq avans pulunun hesablanaraq ödənilməsi təmin edilsin.

“AM” MMC Direktoru                                              Əliyev Anar İsa oğlu

İşçi əmrlə tanış edilib:           (şəxsi imza)              “10” may 2023-cü il

Rəhbər şəxs üçün ezamiyyə əmri nümunəsi

Bəzən elə hal yaranır ki, müəssisənin fəaliiyətinin təşkilinə birbaşa məsul olan şəxs ezamiyyətə gedir, müəssisənin iş ritminə zərər dəyməməsi üçün onun səlahiyyətləri kiməsə həvalə edilməlidir.

“Xəyal” MMC

                                      ƏMR № 44                                      

      ___________ 2021 __ – ci il                                                                                                                                                             Bakı şəhəri

Türkiyə dövlətinin İzmir şəhərində yerləşən “SUN” şirkəti ilə avadanlıqların tədarükü üçün danışıqların aparılması ilə əlaqədar olaraq.

ƏMR EDİRƏM

  1. Müəssisənin  direktor müavini Aaaaaaaa Bbbbbbb Cccccccc Türkiyənin İzmir şəhərinə 10-15 iyul 2021-cı il tarixlərinə 5 (beş) günlük müddətinə ezamiyyətə göndərilsin.
  2. Müəssisənin istehsalat üzrə direktor müavini səlahiyyətlərini öz üzərimə götürürəm.
  3. Ezamiyyə ilə bağlı maliyyə məsələlərinin həlli  baş mühasib Zzzzzzzzz Xxxxxxxxx Yyyyyyyyyyy tapşırılsın.

Direktor                                                         ____________

Bu ezamiyyə əmri nümunəsi bizim təklif etdiyimiz formadan fərqli tərtib olunub, amma ezamiyyə əmrinin tərtibi üçün vacib olan tələblər nəzərə alınıb.

Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1 282 283 284 285 286 287 288 2. 692