Hüquqi şəxslərin yenidən təşkili necə aparılır

posted in: Xəbər | 0

Hüquqi şəxslərin yenidən təşkili formaları

Hüquqi şəxslərin yenidən təşkili dedikdə, onun fəaliyyətinə xitam verilərək əvəzində yenisinin yaradılması başa düşülür. Bu zaman fəaliyyətinə xitam verilən hüquqi şəxsə aid olan bütün hüquqlar, vəzifələr yeni yaradılan hüquqi şəxsə keçir. Bir qayda olaraq hüquqi şəxsin yenidən təşkil edilməsi ilə bağlı qərarı onun təsisçiləri yaxud nizamnaməsi vasitəsilə vəkil edilmiş orqan qəbul edir.

Aşağıda yenidən təşkilin 5 mümkün variantı verilib:

  • birləşmə – 2 və daha artıq hüquqi şəxsin bir hüquqi şəxsdə birləşməsi;
  • qoşulma – 1 yaxud 1-dən çox hüquqi şəxsin digər hüquqi şəxsə qoşulması;
  • bölünmə – 1 hüquqi şəxsin iki və daha çox sayda hüquqi şəxsə bölünməsi;
  • ayrılma – hüquqi şəxsin tərkibindən bir yaxud daha çox hüquqi şəxsin ayrılması, ayrılıqda fəaliyyətini davam etdirməsi;
  • çevrilmə – hüquqi şəxsin təsnifat formasının dəyişməsi;

Yenidən təşkilin səbəbləri   

Hüquqi şəxslərin yenidən təşkili müxtəlif səbəblərdən baş tuta bilər:

  • təsisçilərinin iradəsi ilə;
  • təsis sənədlərində səlahiyyət verilmiş orqanın qərarı əsasınd;
  • hüquqi şəxsin iradəsindən asılı olmayaraq səlahiyyətli dövlət orqanının qərarı ilə.

Məcburi qaydada məhkəmə qərarına əsasən hüquqi şəxslərin yenidən təşkilini də sonuncuya aid etmək olar.

Məcburi qaydada yenidən təşkil hüquqi şəxsin bölünməsi yaxud tərkibində olan bir neçə hüquqi şəxsin ayrılması formasında həyata keçirilə bilər.  Hüquqi şəxslərin yenidən təşkili aşağıdakı hallarda məcburi xarakter daşıyır:

  • hüquqi şəxsin, onun struktur vahidlərinin təşkilati, ərazi ayrılığının mümkün olması;
  • hüquqi şəxsin, onun struktur vahidlərinin texnoloji əlaqələrinin sıx olmaması;
  • ixtisaslaşman zəruriliyi halları.

Hüquqi şəxslərin yenidən təşkilinin qeydiyyatı

Qeyd edək ki, yenidən təşkilin həyata keçirilməsi nəticəsində yaranan hüquqi şəxslər dövlət qeydiyyatından keçməlidir. Burada qoşulma nəticəsində təşkil olunan hüquqi şəxslər istisnadır, onların dövlət qeydiyyatına ehtiyac yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə  əsasən hüquqi şəxs digər hüquqi şəxsin ona qoşulması yolu ilə yenidən təşkil olunduqda qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeyd dövlət reyestrinə daxil edilmişi hüquqi şəxslərin yenidən təşkili hesab edilir.

Hüquqi varislik

Yenidən təşkil olunmuş hüquqi şəxsin hüquq, vəzifələrinin tənzimlənməsini izah etməzdən öncə  hüquq varisliyi anlayışını şərh etmək lazımdır. Hüquq varisliyi hüquq və vəzifələrin başqasına keçməsidir. Hüquqi şəxslərin yenidən təşkili zamanı hüquq varisliyi  ümumi (universal) xarakter daşıyır və hüquq varislərinin aşağıdakı qaydalara əməl etməsi şərtdir:

  • sözügedən hüquqlar, vəzifələr hüquq varislərinə cəm halında keçir;
  • hüquq varislərinin yenidən təşkil olunan hüquqi şəxsin öhdəliklərinin qəbulundan imtina etməyə ixtiyarı yoxdur.

Hüquqi şəxslərin yenidən təşkil Mülki Məcəllənin tələblərinə uyğun olmadıqda yenidən təşkil qanunsuz hesab edilir və etibarsız sayılaraq hüquq varisliyin yaranmasına əsas vermir.

Hüquqi varisliyin aşağıdakı növləri vardır

  • tam;
  • hissəvi;
  • cəm;
  • direktiv.

Yenidən təşkil olunma zamanı kommersiya hüquqi şəxslərindən qeyri-kommersiya hüquqi şəxsləri ayrıla bilər. Eyni zamanda əksi də mümkündür, yəni, istisna hal nəzərdə tutulmayıb. Qeyri-kommersiya hüquqi şəxsinin qanunla nəzərdə tutulmuş qaydada kommersiya fəaliyyəti ilə məşğul olması mümkündür. Buna əsasən qeyri-kommersiya hüquqi şəxsinin mənfəət əldə edən hissəsi kommersiya hüquqi şəxs kimi ayrıla bilər, qanunvericilik buna icazə verir.

Yenidən təşkil zamanı hüquqların tənzimlənməsi 

Hüquqi şəxsin təşkilati-hüquqi formasının dəyişməsi zamanı yenidən təşkil olunan hüquqi şəxsin hüquqları, vəzifələri yeni yaranmış hüquqi şəxsə ötürülür. Sözügedən proses təhvil aktına əsasən yerinə yetirilir. Təhvil aktı, bölünmə balansı hüquqi şəxs yenidən təşkil edildikdə hüquq varisliyinin sənədləri kimi çıxış edir və yenidən təşkilin ayrılmaz elementləridir. Qeyd edilən sənədlərdə yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları, borcluları haqqında öhdəliklərin hamısı, eyni zamanda, tərəflərin mübahisəsinə səbəb olan öhdəliklər üzrə hüquq varisliyi barədə müddəalar öz əksini tapmalıdır. Bölünmə balansı mühasibat uçotu, maliyyə, statistika üçün müəyyən olunan formada və qaydada tərtib olunur. Hər iki sənəd yenidən təşkil barədə qərar qəbul etmiş təsisçilər yaxud nizamnamə ilə vəkil edilmiş orqan tərəfindən təsdiqlənir.

Təhvil aktı birləşmə, qoşulma, çevrilmə baş verdikdə, bölünmə balansı isə bölünmə, ayrılma baş verdikdə tərtib edilir:

Hüquqi şəxslərin yenidən təşkil zamanı kreditor borclar

Yenidən təşkil zamanı kreditorlara yazılı bildiriş göndərilir. Yazılı bildirişin göndərilməməsi ciddi qanun pozuntusu hesab edilir. Bildirişi bütün kreditorlara göndərilməsə (bir qisim kreditorlara göndərilir, digərlərinə yox) hüquqi şəxslərin yenidən təşkil prosesinin keçirilməsi mümkün deyildir. Kreditorlar özlərinə olan kreditor borcun yeni yaradılan hüquqi şəxsə keçməsinə etiraz edə bilməzlər, amma kreditorlar öhdəliklərin xitamına, vaxtından öncə ödənilməsinə qərar verə bilərlər.

İşsiz statusunun verilməsi və sığorta ödənişinin ödənilməsi qaydası

MMC direktorunun dəyişdirilməsi zamanı hansı prosedurlar icra edilməlidir?

posted in: Xəbər | 0

Yeni yaradılmış hüquqi şəxsin (MMC) təsisçisi və direktoru eyni şəxsdir. Hazırda direktoru dəyişdirməklə bağlı qərar verilib. Bunun üçün hansı prosedurlar icra edilməlidir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim olunmalıdır.

Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə məhdud məsuliyyətli cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad edilməsi və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyat orqanına təqdim olunmalıdır. Ərizə yeni qanuni təmsilçi tərəfindən təqdim edilməlidir.

Kommersiya qurumunun rəhbərinin dəyişdirilməsi ilə bağlı ətraflı məlumatla buradan tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/vs2023

Əsas: DVX-nin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

Mənbə: vergiler.az

Ödəmə mənbəyində tutulan vergilər hansılardır?

Əvvəlki illərdə yaranmış zərərlər mənfəətlə əvəz edilərsə, divident vermək olarmı?

posted in: Xəbər | 0

Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir. 

Təsisçilərə və payçılara dividentlərin ödənilməsi iqtisadiyyatda şəffaflığın təmin olunmasının davam etdiyi bir vaxtda praktiki olaraq çox istifadə edilir. İlk baxışdan bu əməliyyatların rəsmiləşdirlməsi sadə görünsə də müəyyən incəliklər vardır ki, onlara riayət olunmalıdır. Bir çox hallarda müəssisələrdə fəaliyyətin nəticəsi olaraq cari ildə mənfəət formalaşır, amma əvvəlki illərdə yaranmış zərərlər mənfəət vergisi hesablanması zamanı nəzərə alınır və bu zaman dividentlərin ödənilməsinin prosedurları maraq doğurur. Bəs zərərlər mənfəətlə bağlanırsa, bu halda əvvəlki illərə görə yaranmış xalis mənfəət hesabına divident vermək olarmı?

Misallar üzərində məsələyə aydınlıq gətirək:

Misal 1

“AA” MMC 2022-ci ili 50.000 manat zərərlə başa vurub. Həmçinin, 2023-cü ildə də şirkətdə 80.000 manat vergidən əvvəlki mənfəəti formalaşıb. Bu halda MMC hansı məbləğdə divident ödənişi edə bilər?

Bunu aydınlaşdırmaq üçün Vergi Məcəlləsinə nəzər yetirməliyik:

Məcəllənin 121.1-ci maddəsində göstərilir ki, müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Sadə formada desək, zərərlər məhdudiyyət qoyulmadan növbəti 5 ilin mənfəəti hesabına kompensasiya edilir. Odur ki, “AA” MMC-də 2023-cü il üçün mənfəət vergisi hesablayanda 2022-ci ilin zərərləri çıxılacaq:

80.000 – 50.000 = 30.000 manat;

30.000 x 20% = 6.000 manat.

Deməli, şirkətə 6.000 manat mənfəət vergisi hesablanacaq. Nəticə olaraq, görünür ki, 01.01.2024-cü il üçün MMC-nin xalis (bölüşdürülməmiş) mənfəəti 24.000 manat olacaq və şirkət bu məbləğdə divident ödənişi edə bilər:

(80.000 – 50.000 – 6.000) = 24.000 manat.

Misal 2

“BB” MMC 2022-ci ili 50.000 manat mənfəətlə başa vurub. 2023-cü ildə isə şirkətin 80.000 manat zərəri formalaşıb. Bu halda MMC hansı məbləğdə divident ödənişi edə bilər?

Şirkətin 01.01.2024-cü il tarixinə yaranmış xalis mənfəətini (zərərini) hesablasaq, 30.000 manat zərərin formalaşdığını görürük:

50.000 – 80.000 = -30.000 manat.

Ona görə də müəssisə 2024-cü ildə əvvəlki illərin nəticələrinə görə heç bir dividentin ödənilməsini həyata keçirə bilməz.

Misal 3

Şirkət 2021-ci ili 40.000 manat, 2022-ci ili isə 50.000 manat xalis mənfəətlə başa vurub. Ancaq 2023-cü ili 100.000 manat zərərlə yekunlaşdırıb.

Belə vəziyyətdə şirkət 2023-cü ildə, həmçinin 2024-cü ildə də divident ödəyə bilərmi?

Bəli, şirkət 2023-cü il ərzində əvvəlki illərin xalis mənfəəti hesabına divident ödənişi apara bilər. Çünki faktiki olaraq 2021-ci və 2022-ci illər üzrə yığılmış bölüşdürülməmiş mənfəəti 90.000 manat olub:
40.000 + 50.000 = 90.000 manat.

Bunu 2023-cü ildə azad formada təsisçilərə ödəyə bilərdi. Ancaq 2023-cü ilin maliyyə nəticələrinə görə şirkətin fəaliyyəti 100.000 manat ziyanla başa gəldiyindən, artıq 2024-cü ildə divident kimi ödəniş apara bilməz. Nəzərə alsaq ki, şirkət 2023-cü ildə heç bir divident ödənişi həyata keçirməyib, yenə də 2024-cü ildə təsisçilərə divident ödənişi edə bilməz. Çünki 2021, 2022, 2023-cü illərin nəticələrinə əsasən şirkətin 10.000 manat zərəri formalaşmış olur:

(40.000 + 50.000) – 100.000 = -10.000 manat.

Vergi ödəyiciləri divident ödənişlərində diqqətli olmalıdır ki, hər hansı bir formalaşmamış dividentin ödənişi sonradan vergi orqanlarının yoxlamaları zamanı əlavə vergilərin hesablanmasına və maliyyə sanksiyalarının tətbiq edilməsinə gətirib çıxarmasın.

Mənbə: vergiler.az

Hüquqi şəxslərin dövlət qeydiyyatı prosesi

Hüquqi şəxsin məlumat dəyişikliyi necə qeydə alınır

posted in: Xəbər | 0

Hüquqi şəxslər fəaliyyət göstərdiyi müddətdə təsis sənədlərində müəyyən dəyişikliklər edə bilər. Hüquqi şəxsin məlumat dəyişikliyi yalnız təsis sənədləri ilə məhdudlaşmır. Onun adı, hüquqi ünvanı, təşkilati-hüquqi forması, nizamnamə kapitalı, təsisçilərin sayında dəyişiklik edilməsi mümkündür. Dəyişikliklər AR Mülki Məcəlləsinə uyğun olmalı, “Hüquqi şəxslərin dövlət qeydiyyatı, dövlət reyestri haqqında” AR qanununun tələbləri nəzərə alınmalıdır.

Dəyişikliklər haqqında məlumat verilməsi

Hüquqi şəxslər, həmçinin xarici hüquqi şəxsin nümayəndəlikləri, filialları təsis sənədlərində etdikləri dəyişikliklər barədə müvafiq qurumlara məlumat verməli, həmin dəyişikliklər qeydiyyata alınmalıdır. Bunun üçün qanunla nəzərdə tutulan müddət 40 (qırx) gündür, yəni, dəyişikliklər edildiyi andan 40 (qırx) gün ərzində müvafiq orqana dəyişiklərlə bağlı məlumatlar (ərizə) verilməlidir.

Aşağıda göstərilən hallardan ən azı biri baş verdikdə hüquqi şəxsin məlumat dəyişikliyi haqqında müvafiq orqana təqdim etdiyi ərizə  və ona əlavə edilmiş sənədlər qəbul olunmur:

  • təqdim olunmuş sənədlər qanunvericiliyə zidd olduqda;
  • ərizədə düzgün olmayan məlumatlar yer aldıqda yaxud yanlış sənədlər göndərildikdə (məsələn, təsisçi dəyişikliyi baş verib lakin bununla əlaqəsi olmayan başqa sənəd göndərilib)
  • adın dəyişdirilməsi zamanı eyniliyə yol verilməsi, bununla bağlı qanunvericiliyin tələblərinin pozulması;
  • mümkündür ki, müvafiq orqan tərəfindən qaytarılan (imtinaya səbəb olmayan çatışmazlıqlar) hüquqi şəxsin məlumat dəyişikliyi əks olunan sənədlərə düzəlişin edilməsi üçün hüquqi şəxsə vaxt tanınsın. Bu zaman sənədlərdə düzəldilməsi mümkün səhvlər 20 (iyirmi) gün müddətində yenidən düzəlişlər edilib göndərilə bilər.

Bildiyimiz kimi, hüquqi şəxslərin təşkilati-hüquqi formaları müxtəlifdir. məsələn, ortaqlıq, MMC, ASC, QSC, ictimai birlik, dövlət idarəsi, və s.  Hüquqi şəxs qeyd olunan təşkilati-hüquqi formalardan biri seçilməklə yaradıla bilər. Bu səbəbdən də, yaradılan hüquqi şəxslərin (məsələn, kommersiya, qeyri-kommersiya məqsədləri, publik hüquqi şəxsı və sair) qeydiyyata alındıqları orqanlar da müxtəliflik təşkil edir. Hüquqi şəxs hansı qurumda qeydiyyata alınıbsa, dəyişikliklər haqqında məlumatları ərizə ilə elə həmin orqana təqdim etməlidir.

Hüquqi şəxsin məlumat dəyişikliyinin təqdim edilməsi

Əgər dəyişikliklər vaxtında yaxud ümumiyyətlə təqdim edilmədikdə nə baş verə bilər? Tutaq ki, hüquqi şəxsin məlumat dəyişikliyi baş verir, buna baxmayaraq, bu haqda müvafiq orqana ərizə, lazımi sənədləri göndərmir. Sənədlərin göndərilməsi üçün nəzərdə tutulan vaxt bitdikdən sonra, yenidən məlumatlarda dəyişikliklər edilir və hər iki dəyişiklik haqqında məlumat vermək qərarına gəlir. Həmin orqan ona təqdim olunmuş sənədlərdə hüquqi şəxsin məlumat dəyişikliyinin hər ikisini görür, eyni zamanda öncəki dəyişikliklərlə əlaqəli hər hansı məlumatın daxil olmadığını aşkar edir. Belə olduqda İnzibati Xətalar Məcəlləsi uyğun olaraq həmin hüquqi şəxs məsuliyyətə cəlb edilməli, çatışmayan məlumatların, sənədlərin bərpa edilməsi təmin edilməlidir.

Kommersiya, publik hüquqi şəxslər məlumat dəyişiklikliyinin aşağıda qeyd olunan hallarında mütləq bu dəyişikliklərin qeydiyyata alınması üçün müraciət edilməli, ərizə göndərilməlidir:

  • kommersiya, püblik hüquqi şəxsin adı;
  • rəhbər şəxsin adı, soyadı, atasının adı;
  • təşkilati-hüquqi forma;
  • hüquqi ünvan;
  • maliyyə ili;
  • hüquqi şəxsin nizamnaməsindəki dəyişikliklər;
  • təsisçilərin (hər birinin) ad, soyad, ata adı, yaşayış yeri vətəndaşlığı;
  • təsisçi hüquqi şəxs olduqda, onun adı, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumat;
  • təsisçi dövlətdirsə, təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, VÖEN, hüquqi ünvanı;
  • təsis edən bələdiyyədirsə, adı, VÖEN, hüquqi ünvan;
  • MMC, ASC-də nizamnamə kapitalının miqdarı, payların miqdarı və s.

MMC-lər təsis sənədlərində mövcud dəyişikliklərin qeydiyyata alınması ilə bağlı birbaşa  Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Eyni zamanda fəaliyyət kodunun dəyişdirilməsi, əsas, əlavə fəaliyyətlərin dəyişdirilməsi, əlaqə telefonu, mail ünvan kimi dəyişiklikləri online formada da etmək mümkündür.

Hüquqi şəxslər, xarici hüquqi şəxslərin filialları, nümayəndəlikləri adında dəyişikliklər etdikdə dövlət qeydiyyatına alınarkən özlərinə məxsus möhürləri vergi orqanına təhvil verməlidir. Əgər möhür təhvil verilənə qədər hüquqi şəxsin məlumat dəyişikliyinin qeydiyyata alınmasını təsdiq edən sənədlər verilmir. Ehtiyatsızlıq, fövqəladə hal nəticəsində möhür itirildikdə, bu barədə mətbuatda elan verilməli (dərc edilməli), sözügedən elan, möhürün tapılmaması barədə DİN-ə müraciət edilməsi nəticəsində verilən arayış təqdim edilməlidir.

Ödəmə mənbəyində tutulan vergilər hansılardır?

1 287 288 289 290 291 292 293 2. 692