Read More9
Read More9

İşçini başqa işə keçmə: əmr forması

posted in: Xəbər | 0

Başqa işə keçirmə

İşəgötürən işçini  başqa struktur bölməyə və ya başqa vəzifəyə keçirmək hüququna malikdir və buna yalnız işçinin razılığı ilə, həmçinin yeni əmək müqaviləsi bağlamaqla yol verilir (AR Əmək Məcəlləsi maddə 59). Proses işçinin başqa işə keçirilmə əmri ilə rəsmiləşdirilməlidir.

Başqa işə keçirmə həm işçinin, həm də işəgötürənin təşəbbüsü ilə həyata keçirilə bilər və bu, yalnız hər iki tərəfin qarşılıqlı razılığı olduqda mümkündür. Əgər işin dəyişilməsi işəgötürənin təşəbbüsü ilə baş verərsə, işçiyə bu barədə məlumat verilir və onun yazılı razılığı alınır.

İşçinin yazılı ərizəsi və ya yazılı razılığı əsasında işçinin başqa işə keçirmə əmri verilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir və yaxud da yeni əmək müqaviləsi tərtib olunur. Müqavilə iki nüsxədə hazırlanır, onlardan biri təşkilatda qalır, digəri isə işçiyə verilir.

Bəzi hallarda işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti ilə əlaqədar bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçiyə görülən işin müqabilində, lakin əvvəlki orta əməkhaqqından az olmamaq şərtilə əməkhaqqı ödənilməlidir.

İşçinin ərizəsi

Əgər işçi öz təşəbbüsü ilə başqa vəzifəyə keçmək istəyirsə, o, müəssisə rəhbərinin adına ərizə yazmalıdır. Ərizənin doldurulması üçün vahid qayda yoxdur və o, istənilən formada tərtib edilir. Ərizədə məzmun hissədə işçinin başqa vəzifəyə keçmə sorğusu, onun əsl səbəbinin göstərilməsi vacibdir. Əgər işçinin səhhəti ilə əlaqədar vəzifəsinin dəyişdirilməsi zərurəti yaranarsa, ərizəyə təsdiqedici sənədlər əlavə edilməlidir (əmək qabiliyyətinin itirilməsi barədə arayış). Ərizədə:

  • ərizənin ünvanlandığı şəxs (müəssisə rəhbərinin tam adı və vəzifəsi);
  • ərizəni yazan şəxs (işçinin tam adı və vəzifəsi);
  • başqa vəzifəyə keçirilmək üçün birbaşa müraciət (işçinin razılığını ifadə edən mətn);
  • əvvəlki və yeni iş yeri;
  • işçinin tam adı və imzası;
  • ərizənin tarixi qeyd edilir.

Başqa işə keçirmə üçün ərizə formasına nümunəni yüklə

Başqa işə keçmə əmri

İşçinin  ərizəsi (razılığı) alındıqdan sonra onun başqa işə keçirilməsi əmrlə rəsmiləşdirilir.

Əmrdə aşağıdakı məlumatlar qeyd olunur:

  • təşkilatın adı;
  • əmrin nömrəsi və onun hazırlanma tarixi;
  • işçinin adı, atasının adı və soyadı;
  • işlədiyi struktur bölmə, habelə tutduğu vəzifə;
  • başqa vəzifəyə keçirilmə növü – müvəqqəti və ya daimi;
  • başqa işə keçirilmə səbəbi;
  • yeni iş yeri və müddəti;
  • işçinin işə başlama tarixi;
  • müəssisə rəhbərinin imzası;
  • işçinin imzası.

Əmr müəssisə rəhbərinin imzası ilə təsdiqlənir. İşçi əmrlə tanış olmalı və öz razılığını bildirməlidir.

Başqa işə keçirmə üçün əmr formasına nümunəni yüklə

Əmək müqaviləsi bağlamaq üçün vətəndaşlar gücləndirilmiş elektron imzaya sahib olmalıdırlar

Yük gömrük bəyannamələri haqqında vergi orqanına məlumat verilməsi

posted in: Xəbər | 0

İdxal zamanı daxil olan malların yük gömrük bəyannaməsi (YGB) və qısa idxal yük gömrük bəyannamələri haqqında vergi orqanına məlumat verilməlidirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada aşağıdakı məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) uçotda olduğu vergi orqanına vermək vergi ödəyicilərinin vəzifələrinə aid edilir.

Vergi ödəyiciləri təqdim etdikləri məlumatda mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə, mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə, mallar sifariş əsasında gətirildiyi halda isə sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatları qeyd etməlidir.

Vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab olunur.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən, idxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 57-ci maddələri.

Mənbə: vergiler.az

403 saylı “Uzunmüddətli konvertasiya olunan istiqrazlar” hesabı üzrə uçot

Sadələşdirilmiş vergi ödəyiciləri üçün vergitutma bazası necə müəyyən olunur?

posted in: Xəbər | 0

Ölkəmizdə mühasiblərin əmək fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanlarında təkmilləşdirmələr davam etdirilir. Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev imtahanda sadələşdirilmiş vergi ilə bağlı verilən sualların mahiyyətini izah edir.

Sadələşdirilmiş vergi ilə bağlı sualda təqdim olunan cədvəldə iştirakçılardan tələb olunan cavablar “vergitutma obyekti”, “vergitutma bazası” və “sadələşdirilmiş verginin məbləği” ilə bağlıdır.
Vergitutma obyekti və vergitutma bazası vergitutmanın əsas elementlərindən olmaqla, Vergi Məcəlləsinin 12-ci maddəsi ilə müəyyən olunur. Qısaca desək, vergitutma obyekti – verginin yaranma mənbəyi, vergitutma bazası isə vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətlə ifadəsidir.

Misal: Sadələşdirilmiş vergi ödəyicisinin 1-ci rübdə əməliyyatları aşağıdakı kimidir:

Malların təqdim edilməsi üzrə 25.000 manat;

İstiqrazlar üzrə gəliri – 800 manat;

Dövlət büdcəsinə olan vergi borcunun bağışlanılmasından gəliri – 500 manat.

Təqdim edilən malların dəyərinin 2.000 manatı hesabat dövründə ödənilməyib.

Burada vergitutma obyekti, vergitutma bazası və sadələşdirilmiş vergi məbləğinin tapılması tələb olunur.

İlk növbədə vergitutma obyektini müəyyən edək. Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən, sadələşdirilmiş vergi ödəyiciləri üçün vergitutma obyekti – malların (iş və xidmətlərin), əmlak təqdim olunmasından əldə olunan ümumi hasilat və satışdan kənar (ödəmə mənbəyində vergi tutulanlar istisna olmaqla ) gəlirlərdir.

Misalımızda təqdim edilən malların dəyəri 25.000 manat olsa da 2000 manat hesabat dövrü üzrə ödənilmədiyi üçün hasılat 23.000 manat qəbul edilir:

25000 – 2000 = 23000 manat.

İstiqrazlardan (800 manat) və dövlət büdcəsindən vergi borcunun bağışlanılması (500 manat) gəliri isə satışdan kənar gəlir kimi vergitutma obyekti hesab edilir. Beləliklə, vergitutma obyekti olan vəsaitlər ümumilikdə 24.300 manatdır:

23000 + 800 + 500 = 24300 manat.

Vergitutma bazası isə vergitutma obyektinin vergi tutulan hissəsi olduğu üçün vergitutma obyektindən azad olan hər hansı gəlir növünü çıxmalıyıq. Vergi Məcəlləsinin 218-1-ci maddəsinə əsasən, misalımızda dövlət büdcəsinə vergi borcunun bağışlanılması üzrə gəlir (500 manat) vergidən azad edilir.

Vergitutma bazası: 24300 – 500 = 23800 manat.

Sadələşdirilmiş verginin dərəcəsi isə 2%-dir.

Sadələşdirilmiş verginin məbləği: 23800 x 2% = 476 manat.

Mənbə: vergiler.az

Əmək müqaviləsi bağlamaq üçün vətəndaşlar gücləndirilmiş elektron imzaya sahib olmalıdırlar

Kapital Bank-dan kredit götürən müştərilər həyat sığortası əldə edə biləcəklər

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank kredit götürən müştərilərinə yeni “Kredit Həyat Sığortası” məhsulunu təklif edir. Dünyanın bir çox ölkələrində uğurla həyata keçirilən bu təcrübə istehlak krediti götürmüş şəxsləri ölüm və digər əlavə risklərə qarşı sığorta etmək məqsədi daşıyır. Belə ki, “Kredit Həyat Sığortası” kredit götürən şəxsin vəfat etməsi və ya xəstəlik, bədbəxt hadisə səbəbindən əlilliyin təyin olunması hallarında onun kredit borcunun sığorta şirkəti tərəfindən ödənilməsini hədəfləyir.

Kapital Bank bu yeni xidməti ilə müştərilərin və onların ailələrinin maliyyə yükünü azaltmaqla yanaşı, gözlənilməz hadisələr qarşısında da onlara əlavə maliyyə dəstəyi təqdim edəcək. Bu xidmət eyni zamanda fərdi bankçılığın inkişafına da öz töhfəsini verəcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk , Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Əlilliyə görə əmək pensiyası təyin olunması üçün nə qədər əmək stajı lazımdır?

1 285 286 287 288 289 290 291 2. 683
error: Content is protected !!