Sığorta haqlarının gəlirdən çıxılması

posted in: Xəbər | 0

Sahibkarlıq subyektləri müxtəlif sığorta müqavilələri əsasında, o cümlədən öz işçilərinin xeyrinə müxtəlif sığorta haqları ödəyə bilər. Vergi qanunvericiliyində  sığorta haqlarının gəlirdən çıxılması necə tənzimlənir, onların gəlirdən çıxılan xərclər kimi qiymətləndirilməsi hansı formada aparılır?

Bu sualları cavablandırmamışdan öncə, gəlin sahə haqqında qısa məlumat verək.

Azərbaycanda sığorta fəaliyyətinin inkişafı

Sığorta fəaliyyəti  bank fəaliyyəti kimi maliyyə xidməti hesab edilir, ölkə iqtisadiyyatının ayrılmaz  hissəsini təşkil edir. Respublikamızda milli sığorta sistemi müstəqilliyin ilk dövründən inkişaf etsə də, hələ XIX əsrin sonlarında mövcud idi. Bu zaman kəsimini Azərbaycanda sənaye dövrünə keçid, neft müəssisələri, gəmiçilik, yükdaşıma müəssisələrinin inkişaf mərhələsi kimi xarakterizə etmək olar.

Respublikamızda sığorta işinin müstəqil inkişafı XX əsrin 90-cı illərinə təsadüf edir. 1995-ci ildən AR-nın Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti fəaliyyət göstərirdi, sonradan, 2001-ci ildə onun səlahiyyətləri Maliyyə Nazirliyinə həvalə edildi.

1993-cü ilin yanvarında “Sığorta haqqında” AR-nın Qanununu qəbul edildi, sonrakı illərdə müxtəlif normativ hüquqi sənədlər hazırlanıb tətbiq edildi.

Qanunvericilikdə  özəl sığorta müəssisələrinin fəaliyyət mexanizmi işləndi. Həmin ildə Sığorta Cəmiyyətləri İttifaqı yaradıldı. Aşağıdakılar yaradılan qurumun əsas məqsədlərindən idi:

  • sığorta qurumlarının maraqların qorunmasını;
  • sığorta bazarının inkişafına kömək;
  • bazar iştirakçılarının qarşılıqlı fəaliyyətlərinə şərait yaratmaq;
  • dövlət, beynəlxalq və başqa qurumlarla əlaqələrin inkişafı və sair.

Respublika ərazisində təkrar sığortanın həyata keçirilməsi,  Avropa İqtisadi İttifaqına inteqrasiyası sığorta qanunvericiliyinin yenilənməsini  tələb edirdi. 2001-ci ildə müasir tələblərə cavab verən yeni qanun qəbul olundu.

Qanunvericilikdə aparılan islahatlar, icbari sığorta sektorunda yeni mexanizmlər sığorta bazarının genişlənməsinə səbəb oldu. Sığorta bazarının həyat və qeyri-həyat siniflərinə bölündü, sığorta xidmətlərini  növ tərkibi müəyyən edildi.

Sığortanın növləri: şəxsi sığorta, əmlak sığortası, sahibkarlıq (kommersiya) risklərinin sığortası

2011-ci ildən başlayaraq sığorta bazarının liberallaşması istiqamətində bir sıra işlər görüldü, qanunvericilik aktları qəbul edildi. Bu işlər indi də davam etdirilir.

Sığortası haqlarının gəlir kimi tanınması

Həyat sığortası proqramları müəyyən müddətdə maliyyə ehtiyatı yaratmağa, həyat və sağlamlıqla bağlı gözlənilməz hadisələr zamanı sığorta müdafiəsini təmin etməyə imkan verir. Maliyyə ehtiyatları sığorta müqaviləsində müəyyən edilmiş, sığortalı fiziki şəxsin yaxud onun xeyrinə başqasının ödədiyi sığorta haqlarından formalaşır.

Sığorta hadisəsi baş verdikdə sığortalıya sığorta ödənişi edilir. Sığorta haqları ilə sığorta ödənişi arasındakı fərq fiziki şəxsin qeyri-sahibkarlıqdan gəliri sayılır.

Həyatın yığım sığortası müqaviləsi qüvvəyə mindikdən 3 il keçdikdən sonra ödənilən sığorta ödənişləri üzrə istənilən məbləğ gəlir vergisindən azaddır. Bu xarakterli azadolmaların geniş spektri VM-in 102.1.8-ci maddəsində şərh olunub.

Qeyd etdiyimiz kimi, fiziki şəxsin xeyrinə sığorta ödəmələrin bir başqası, məsələn işəgötürən hüquqi yaxud fiziki şəxs də edə  bilər.

Müəssisələrin aldığı sığorta ödənişi (bu zaman həmin sığorta hadisəsi ilə bağlı zərər kimi qeydə alınmış məbləğlər istisna edilir) mənfəət vergisinə cəlb edilmir (VM 106.1.6).

Sığorta haqlarının gəlirdən çıxılması

VM-in 116-cı maddəsi sığorta haqlarının gəlirdən çıxılması qaydalarına həsr olunub. Maddədə sığorta haqlarının gəlirdən çıxılması bir-neçə hal üçün nəzərdə tutulub.

1. Sığortalı və təkrarsığortalı tərəfindən ödənilən sığorta haqları, bu zaman aşağıdakılar istisnadır:

  • işçilərin xeyrinə əmlak zərərdən sığortalandıqda;
  • xarici sığortaçı ilə bağlanan həyat sığortası müqavilələrinə görə sığorta haqları.

Burada təkrar sığortalı dedikdə sığortaladığı təkrarsığorta müqaviləsi üzrə təkrarsığorta etdirən (təkrarsığortaya ötürən) sığorta şirkəti başa düşülür. Bunu etməkdə bir məhdudiyyət yoxdur.

Nümunə 1: Müəssisə öz işçisinin xeyrinə əmlakını 25000 manata sığorta edərək, hər ay sığorta şirkətinə 300 manat sığorta haqqı ödəyir. Ödənilən sığorta haqqı müəssisənin gəlirdən çıxılan xərci kimi qiymətləndirilə bilməz.

Nümunə 2: Müəssisə öz əmlakını 65000 manata sığortalayıb. Sığorta müqaviləsinə əsasən sığorta şirkətinə 2700 manat sığorta haqqı ödəmişdir. Bu halda müəssisə ödədiyi məbləği gəlirindən çıxmaq hüququna malikdir.

2. Həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə vergiyə cəlb edilən gəlirlərin 50 %-dən çox olmayan hissədən hesablanaraq ödənilən sığorta haqları vergitutma məqsədi üçün işəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə bağlı gəlirindən çıxılır, bir şərtlə ki:

  • həmin fiziki şəxsin müvafiq sığorta müqavilələri AR sığortaçıları ilə bağlansın;
  • müqaviləlilərin müddəti 3 ildən az olmasın;
  • sığorta ödənişinin sığorta müqaviləsi qüvvəyə mindikdən 3 il keçdikdən sonra verilməsi nəzərdə tutulsun.

İşəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılan həyatın yığım sığortası və pensiya sığortası üzrə ödədiyi sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödənildikdə çıxılır.

 

Nümunə 3: Şirkət əmlakı zərərdən işçilərin xeyrinə 1850 manat dəyərində sığortalayıb. Həmçinin, nadir memarlıq abidəsinə 2300 manat təmir xərci çəkib. Bu abidənin əvvəlki ilin sonuna dəyəri 18000 manat olub. Şirkətin istismara verilməmiş anbardakı əsas vəsaitlərinin dəyəri 10600 manatdır. Şirkətin təqvim ilində 80000 manat ümumi gəliri, təmir xərcləri və amortizasiya ayırmaları nəzərə alınmadan gəlirdən çıxılan xərcləri 27500 manatdırsa, vergiyə cəlb edilən mənfəətini hesablayaq.

Əmlakı zərərdən işçilərin xeyrinə sığortalanma gəlirdən çıxılmır. Memarlıq abidəsinə və istismara verilməyən anbardakı əsas vəsaitlərə amortizasiya hesablanmır, çəkilən təmir xərcləri gəlirdən çıxılmır. Bu halda hüquqi şəxsin vergiyə cəlb edilən mənfəəti

80000 – 27500 = 52500 manat olacaq.

Sığorta müqaviləsinin xitamı vaxtından öncə olarsa (yuxarıda qeyd etdiyimiz hallar nəzərə alınmaqla bağlanan müqavilələrdə), ödənilən sığorta haqlarından ödəmə mənbəyində sığortaçı tərəfindən vergi tutulur. İşəgötürənin ödədiyi sığorta haqları muzdlu işlə bağlı alınan gəlirlərə əlavə olunur.

Nümunə 4: Fiziki şəxs sığorta təşkilatı ilə 3 il müddətinə həyatın yığım sığortası bağlamışdır. Ümumilikdə 10500 manatlıq sığorta haqqı ödəmişdir. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilmiş və müqaviləyə əsasən şəxsə 13.000 manat sığorta ödənişi edilib. Əldə edilən gəlirdən ödəmə mənbəyində vergi tutulacaq:

(13000 – 10500) * 10% = 250 manat.

İşəgötürənin ödədiyi icbari sığorta, könüllü tibbi sığorta haqları işçinin muzdlu iş ilə bağlı qazandığı gəlir hesab edilsə də, onlardan gəlir vergisi tutulmur (VM, maddə 102.1.8).

Konsalidə edilmiş maliyyə hesabatları

Sahibkarlıq subyektləri üçün biznesə başlama qaydalarının təkmilləşdirilməsi prioritetdir

posted in: Xəbər | 0

Biznes mühitində şirkətlərin qeydiyyatı sahibkarlar üçün öz fəaliyyətlərini rəsmiləşdirmək və qanuni olaraq işə başlamaq üçün ilkin addımdır. Bu prosesin səmərəli təşkili həm şəffaflığa, həm hesabatlılığa, həm də iqtisadi aktivliyə mühüm təsir göstərir. Texnologiya və rəqəmsallaşmanın geniş tətbiqi şəraitində biznes fəaliyyətinin tənzimləyici alətləri də təkmilləşib.

Rəqəmsal xidmətlər biznes mühiti üçün yeni imkanlar açıb

Ölkədə biznesə başlamağın asan olması insanların bu sahəyə marağını artıran mühüm amildir. Bu səbəbdən də ölkəmizdə biznes qeydiyyatı ilə bağlı prosedurların sadələşdirilməsi diqqət mərkəzindədir. Hüquqi şəxslərin e-qeydiyyatı sahəsində aparılmış islahatların məqsədi biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, şəffaflığın təmin olunması, sahibkarla canlı ünsiyyətin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. 2008-ci ildən etibarən bu sahədə intensiv təkmilləşmə işləri aparılıb. Görülmüş tədbirlər nəticəsində Azərbaycan dünyada biznesə başlama indikatoru üzrə ilk onluqda yer alıb. Ölkəmizin “Bir prosedurla qeydiyyat” layihəsi Korporativ Qeydiyyatçılar Forumunun İcraiyyə Komitəsi tərəfindən 2021-ci ilin mart ayında “Təqdir” kateqoriyasında mükafata layiq görülüb. Əldə edilmiş nəticələrin davamlı olmasını təmin etmək üçün biznes mühitinin təkmilləşdirilməsi məqsədilə yeni hədəflər də müəyyən edilib və bütün bunlar Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahələrdə təkmilləşdirmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində yer alır. Həmin hədəflərə çatmaq üçün müəyyən işlər görülüb. Kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı “SİMA” rəqəmsal imzanın tətbiqi ilə bağlı texniki imkanların yaradılması, qeydiyyat prosesində sanksiya tətbiq edilməli olan şəxslərin nəzərə alınması və kommersiya hüquqi şəxsin rəhbərinin səlahiyyət müddəti bitdikdə elektron kabinetdən istifadəsinin məhdudlaşdırılması kimi tədbirlər həyata keçirilib. Əlavə olaraq, lisenziya və ya icazə tələb olunan fəaliyyət növləri seçildikdə, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi başa çatdıqdan sonra “Lisenziyalar və icazələr” portalına keçid imkanının yaradılması da təmin edilib. Bütün bunlar biznes qurmaq istəyənlər üçün lazım olan qaydaların mərhələlərinin ciddi şəkildə azalmasına, prosedurların və vaxt itkisinin azalmasına yol açıb.

Hüquqi şəxslərin e-qeydiyyatı sahəsində aparılmış islahatların məqsədi biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, şəffaflığın təmin olunması, sahibkarlacanlı ünsiyyətin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır

Xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı təkmilləşdirilib

İqtisadi aktivliyi təmin edən əsas faktorlardan biri xarici biznes subyektlərinin fəaliyyəti üçün əlverişli imkanlar yaratmaqdır. Bu, həm də ölkəyə investisiyaların daxil olması üçün vacib amildir. Ölkəmizdə xarici şirkətlərə münasibətdə də səmərəli mexanizmlər tətbiq edilir. Bir müddət öncə yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi bu sahədə ciddi irəliləyişdir. Bu yenilik ölkəmizdə xarici subyektlər üçün elektron qeydiyyat xidmətini tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb. Ölkəmizin investisiya cəlbediciliyinin artırılmasında mühüm əhəmiyyət kəsb edən bu yenilik xarici investorlar üçün də yeni stimulların yaradılması deməkdir.

Ölkəmizdə xarici şirkətlərə münasibətdə də səmərəli mexanizmlər tətbiq edilir

Qlobal rəqabət qabiliyyətinin artırılması

Ölkələr xarici sərmayələri cəlb etmək və dünya miqyasında daha rəqabətədavamlı olmaq üçün şirkətlərin qeydiyyat prosesində islahatlar aparırlar. Bu, qeydiyyata sərf olunan vaxtın azaldılması və biznes və innovasiyaları təşviq edən tənzimləyici mühitlərin yaradılması deməkdir. Hazırda beynəlxalq təcrübədə şirkətlərin qeydiyyatının süni intellekt modulları və blokçeyn daxil olmaqla yeni texnologiyalardan istifadə etməklə daha rəqəmsal formada təşkili imkanları araşdırılır. Biznes mühitinin dəyişməkdə davam edən tendensiyalarını izləmək sahibkarlar üçün də vacibdir. Çünki şirkətlərin qeydiyyat prosedurlarının təkmilləşməsi birbaşa olaraq qlobal miqyasda sahibkarlığın gələcəyini müəyyən edəcək.

Mənbə: vergiler.az

Maliyyə hesabatları üzrə borc analizi metodları

Kapital Bank-da depozit yerləşdir, 50 000 AZN qazanmaq şansı əldə et

posted in: Xəbər | 0

Xəbər verdiyimiz kimi ölkənin birinci bankı Kapital Bank depozit yerləşdirən müştərilər üçün stimullaşdırıcı “Depozit lotereyası”na start verib. Şərtlərə əsasən 31 oktyabr 2024-cü il tarixinədək minimum 500 AZN olmaqla istənilən məbləği banka əmanət edən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər. Lotereya çərçivəsində faizləri müddətin sonunda götürmək şərti ilə 6, 12 və ya 18 ayadək depozit yerləşdirən müştərilər lotereyada qalib olma şansı əldə edəcəklər.

2 tirajdan ibarət olan lotereyada iştirakçıları müxtəlif hədiyyələr gözləyir. 4 oktyabr 2024 tarixində keçiriləcək ilk tirajda 40, 7 noyabr 2024 tarixində ikinci tirajda isə 60 qalibə maksimum 2000 AZN olmaqla ikiqat faiz ödənişi təqdim olunacaq. Bu isə illik 18%-dək gəlir deməkdir. Bir şanslı müştəri isə 2-ci tirajda 50 000 AZN-ə sahib olacaq.

Qeyd edək ki, filiallarda yerləşdirilən hər əlavə 1000 AZN depozit 10 şans, Birbank mobil tətbiqi üzərindən yerləşdirilən depozitlər isə hər əlavə 1000 AZN üçün 20 şans yaradır.

Kampaniyaya qoşulmaq və ətraflı məlumat üçün: https://kbl.az/dlpr

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Rezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması

Konsalidə edilmiş maliyyə hesabatları

posted in: Xəbər | 0

Konsolidasiya nədir?

Konsolidasiya dedikdə müəssisələr qrupunun müəyyən əlamətlər üzrə bir sıra elementlərinin birləşdirməsi nəzərdə tutulur. Müəssisələr qrupunun belə birləşdirilməsi onlar arasında iqtisadi uyğunluğun olması ilə əlaqəlidir. Yəni, bəzi sahibkarlar üçün iri korporasiya yerinə, hüquqi baxımdan müstəqil, amma iqtisadi baxımdan qarşılıqlı əlaqədə olan bir neçə kommersiya qurumunun yaradılması üstünlük hesab edilir.

Konsolidə edilmiş hesabatların əsasən aşağıdakı 2 xüsusiyyətini qeyd etmək olar:

  • Konsolidə olunmuş hesabatların hazırlanmasında başlıca məqsəd vergiyə cəlb olunan mənfəətin müəyyənləşdirilməsi deyil, müəssisələrin fəaliyyəti barədə ümumi təsəvvürlərin əldə etdilməsidir. 10 №-li “Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları” MHBS-ə (IFRS 10) əsasən konsolidə edilmənin zəruriliyini göstərən faktor ana müəssisə, yəni, əsas müəssisənin bir yaxud birdən çox başqa törəmə müəssisəyə nəzarət etməsidir.
  • Konsolidasiya heç də qrupun tabelçiliyində olan təşkilatların maliyyə hesabatlarının eyniadlı maddələrinin cəmlənməsi deyildir. Korporativ ailənin üzvləri arasındakı sövdələşmələr konsolidə edilmiş hesabatlara daxil edilmir. Burada yalnız öhdəliklər, aktivlər, habelə üçüncü şəxslərlə əməliyyatlardan alınan gəlir, xərclər göstərilir.

Müəssisələr, beynəlxalq praktikaya əsasən filialların, nümayəndəlilərin, digər bölmələrin fəaliyyət göstəricilərini özlərinin maliyyə hesabatlarına daxil etməlidir. Müəssisələr qrupunun konsolidə edilmiş hesabatları tərtib etməsi praktikası ölkəmizdə yenilik hesab edilmir, xeyli müddətdir mövcuddur. Buna baxmayaraq, bazar iqtisadiyyatı şəraitində qeyd olunan hesabatların hazırlanması, təsdiq və təqdim edilməsilə bağlı bəzi ciddi problemlər hələ də mövcuddur.

Konsolidə edilmiş hesabatların hazırlanma məqsədi

Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasında başlıca məqsədlər bunlardır:

  • qrupun maliyyə vəziyyətinin tam şəkildə əks etdirilməsi;
  • əsas müəssisənin investisiya üzrə gəlirlərinin göstərilməsi;
  • əsas müəssisədə olan səhmdarların mənafelərinin qorunmasını təmin etmək;
  • birləşmiş müəssisələr (qrup) barədə vahid iqtisadi subyekt kimi təsəvvür formalaşdırmaq;
  • idarəetməni həyata keçirən ana müəssisə rəhbərlərinə yardım göstərilməsi.

Aşağıdakı şərtlərin hamısına cavab verən ana (əsas) müəssisənin konsolidə edilmiş M.H.-nı təqdim etməsinə ehtiyac yoxdur:

  • əsas müəssisə, bütövlükdə törəmə müəssisədir yaxud başqa müəssisənin qismən mülkiyyətində olan törəmə müəssisəsidir, qalan mülkiyyətçiləri, o cümlədən, səsvermə hüququna malik olmayanlar, konsolidə edilmiş maliyyə hesabatlarının təqdim etməməsi barədə əsas müəssisə tərəfindən məlumatlandırılmış, buna etiraz etməmişdir;
  • onun borc yaxud səhm alətləri açıq bazarda (daxili yaxud xarici birjada və ya birjadankənar bazarda, o cümlədən yerli və regional bazarlarda) satılmır;
  • o, açıq bazarda hər hansı bir alət sinfinin buraxılması məqsədilə maliyyə hesabatlarını qiymətli kağızlar komissiyasına və ya digər tənzimləyici təşkilata təqdim etməmişdir, ola bilər ki, təqdim edilmə prosesində də deyildir.
  • müəssisənin tabe olduğu ana müəssisə MHBS-ya əsasən hazırlamış olduğu hesabatlarını ictimaiyyətin rahat şəkildə istifadəsi üçün dərc etdikdə.

Konsolidə edilmiş maliyyə hesabatların təqdim edilməsi Nazirlər Kabinetinin müvafiq qaydaları əsasında tənzimlənir.

Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanma mərhələləri

Ümumi olaraq konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasında aşağıdakı 3 addım izlənməlidir:

  • əsas (ana) müəssisə ilə törəmə müəssisələr maliyyə hesabatlarının aktiv, kapital, öhdəlik, gəlir, xərc maddələrini birləşdirməlidirlər;
  • hər törəmə müəssisəsi üzrə investisiya dəyərləri investisiya hesabının balans dəyərindən çıxılmalıdır. eyni zamanda, əsas (ana) müəssisənin bütün törəmə müəssisələrdəki kapital qoyuluşları kapital hesabının balans dəyərindən çıxılmalıdır.
  • törəmə müəssisələr hesabat dövrü ərzindəki mənfəət və zərərdəki NEİP (nəzarət edilməyən iştirak payı) hissəsini ana müəssisənin təsisçilərinin paylarından ayırmaqla ayrı formada qiymətləndirməli, həmin hissəni NEİP hesabına əlavə etməlidir.

Konsolidə edilmiş (birləşdirilmiş) maliyyə hesabatları hazırlanarkən onunla paralel şəkildə digər törəmə müəssisələrin hesabatları da hazırlanmalıdır. Bu proseslər eyni tarixdə həyata keçirilməlidir ki, həmin məlumatlardan istifadə edilməklə konsolidə edilmiş hesabatların hazırlanması qısa zamanda ərzində mümkün olsun. Əgər ana (əsas) müəssisənin hesabat tarixilə törəmə müəssisənin hesabat tarixi arasında fərq yaranarsa, törəmə müəssisə konsalidasiya məqsədləri üçün ana müəssisənin hesabat tarixinə uyğun gələn əlavə maliyyə hesabatlarını hazırlamalıdır. Əgər tarixlər arasında fərq yaranarsa, həmin tarixə ana müəssisənin hesabatlarında baş vermiş əhəmiyyətli əməliyyatlarla əlaqədar düzəlişlər edilməlidir.

Ana (əsas) müəssisənin hesabat tarixilə törəmə müəssisənin hesabat tarixi arasındakı fərq 3(üç) aydan çox olmamalıdır.

Törəmə və asılı müəssisələr

Törəmə müəssisə dedikdə, nəzarət hüququ ana müəssisədə olduğu qurum başa düşülür. Ana müəssisə tərəfindən nəzarət deyiləndə nə nəzərdə tutulur? Yəni, əsas müəssisə törəmə müəssisənin fəaliyyətindən mənfəət əldə etməkdən ötrü maliyyə, əməliyyat siyasətini idarə edəcək gücə sahib olur. Bunu təmin etmək üçün əsas müəssisə digər müəssisənin yarıdan çox səsvermə hüququna malik olmalıdır. Amma səslər yarıdan az faiz təşkil etdikdə belə, aşağıda qeyd olunmuş şərtlər ödənilərsə, nəzarət funksiyası həyata keçirilə bilər:

  • investorlarla razılığa gələrək qalan müsəssisələrdə əsas səsvermə hüququnun yarısından çoxunun üzərində sərəncam hüququna malik olması;
  • nizamnaməyə yaxud razılaşmaya əsasən digər müəssisənin maliyyə, əməliyyat siyasətini idarə etmə səlahiyyətinə malik olması.

Asılı müəssisədə investor əhəmiyyətli təsirə malik olur. Əhəmiyyətli təsir dedikdə, maliyyə, əməliyyat siyasətilə əlaqədar qərarların verilməsində iştirak etməyə imkan yaratmaq nəzərdə tutulur. Ancaq sözügedən siyasət üzərində nəzarəti təmin etmir. İnvestorun əhəmiyyətli təsirə malik olması birbaşa yaxud dolayı formada (nümunə: törəmə müəssisələri vasitəsilə), səsvermə hüququ verən səhmlərinin 20 faizinə, eyni zamanda faiz olaraq daha çoxuna sahib olmasıdır.

Asılı müəssisəyə investisiya qoyuluşu aşağıda qeyd olunmuş 3 metoddan biri seçilməklə uçota alına bilər:

  • ədalətli dəyər metodu;
  • ilkin dəyər metodu;
  • iştirak payı metodu;

Asılı və törəmə müəssisələr üzrə nümunə və müxabirləşmələr üçün buraya keçid edə bilərsiniz.

Əlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri

1 288 289 290 291 292 293 294 2. 683