Read More9
Read More9

Sahibkarlığın innovativ inkişafına dəstək: səmərəli biznes şərtləri formalaşdıran vergi güzəştləri

posted in: Xəbər | 0

Sahibkarlıq mühitinin dayanıqlı inkişafında innovativ biznes strategiyalarının mühüm rolu var. Bu baxımdan startaplar müasir çağırışlar şəraitində səmərəli fəaliyyəti təşviq edən biznes modelləridir. Onlar innovasiyaların inkişafının əsas hərəkətverici qüvvələrindən olmaqla rəqəmsal transformasiyanı sürətləndirirlər. Müasir texnologiyalar əsasında formalaşan startaplar rəqabətli fəaliyyət sahələrinin yaradılmasını təmin edirlər. Bu biznes subyektləri cəmiyyət üçün rahat və asan həllər yaratmaqla yanaşı, yeni iş yerlərinin artmasına da töhfə verirlər. Güclü startap ekosisteminin inkişafı dayanıqlı iqtisadi inkişafa da təkan verir. Onların fəaliyyəti iqtisadi aktivliyin davamlı olmasını təmin edir.

Bu baxımdan startaplar müasir çağırışlar şəraitində
səmərəli fəaliyyəti təşviq edən biznes modelləridir

Ölkəmizdə startaplara fəal dəstək var

Azərbaycanda startaplar son illərdə yaranıb və biznes mühitində aktiv təşviq edilən fəaliyyətə çevrilib. Hazırda bir çox sahələrdə uğurla təmsil edilən startaplar mövcuddur. Bu sahələrə xidmət, təhsil, səhiyyə, nəqliyyat, turizm, kənd təsərrüfatı, maliyyə və s. daxildir. İnnovativ ideyalar əsasında qurulan bu ekosistem biznes resurslardan səmərəli istifadəyə imkan verən layihələri əhatə edir.

Startap ekosisteminin inkişafı ölkəmizdə aktiv şəkildə dəstəklənir. Startapçılar Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Startap” şəhadətnaməsi əldə edirlər. Sənəd startapa yerli və xarici investorların marağını artırmaqla yanaşı, onun xarici bazarlara çıxışını asanlaşdırır. 1 yanvar 2019-cu il tarixindən Vergi Məcəlləsinə əsasən isə mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin innovasiya fəaliyyətindən əldə etdikləri mənfəəti “Startap” şəhadətnaməsi aldıqları tarixdən 3 il müddətinə mənfəət vergisindən azad edilib. Bu, biznes sahibinin xərclərinin azalmasına və gəlirlərinin öz sərəncamında qalmasına imkan verir. Güzəşt startapların fəaliyyətinin genişlənməsi üçün əlavə imkanlar yaratmaqla yanaşı, yeni biznes modellərinin də bu ekosistemə cəlb edilməsinə stimul verir. Startap ekosisteminin inkişafı üçün həyata keçirilən tədbirlər biznesin bu imkanlardan səmərəli şəkildə bəhrələnməsini təmin edir.

Azərbaycanda startaplar son illərdə yaranıb və
biznes mühitində aktiv təşviq edilən fəaliyyətə çevrilib

Rəqəmsal sferanın inkişaf etdirilməsi, bu sahədə sahibkarlığın stimullaşdırılması, investisiyaların və yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması məqsədilə İKT sektorunun inkişaf etdirilməsi, bu sahədə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin dəstəklənməsi və stimullaşdırılması, ölkədə rəqəmsal inkişafın təşviq olunması, xarici investisiyaların cəlbediciliyinin təmin edilməsi, yüksək ixtisaslı mütəxəssislərin və kadrların cəlb olunması məqsədilə Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda 2023-cü il yanvarın 1-dən dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə – gəlir (mənfəət), əmlak və torpaq vergiləri, dividendlər, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına münasibətdə ƏDV-dən azad edilib. Bütün bu tədbirlər dövlət-özəl tərəfdaşlığının da genişlənməsinə şərait yaradır.

Mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin innovasiya
fəaliyyətindən əldə etdikləri mənfəəti “Startap” şəhadətnaməsi aldıqları
tarixdən 3 il müddətinə mənfəət vergisindən azad edilib

İnnovasiyaların inkişafını hədəfləyən strateji yanaşmalar

Dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi ölkəmizin yeni inkişaf magistralının əsas istiqamətini təşkil edir. Bu xüsusda uğurlu təcrübələr əsasında biznes startapları və inkubatorlarına, ixracyönümlü layihələrə təkmil mexanizmlərlə stimulların verilməsi prioritetdir. Bu baxımdan dayanıqlı biznes modelləri vergi islahatları ilə də fəal dəstəklənir. Vergi siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin genişlənməsinə təkan verir. Stimullaşdırıcı vergi siyasəti investisiya qoyuluşu həcminin artırılması üçün vergi təşviqi alətlərinin effektiv tətbiqi ilə səciyyələnir. Əlverişli vergi mühitinin yaranması biznes subyektlərinə əlavə gəlir və imkanlar yaradır. Bütün bunlar da öz növbəsində iqtisadi artımı sürətləndirir. İqtisadi artım isə vətəndaşların rifahını yüksəldən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaq ölkədə milli gəlirin çoxalmasını təmin edir. Bu isə həyat səviyyəsinin ilbəil yaxşılaşması və sosial təminat vəd edir.

Mənbə: vergiler.az

Fərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri

Fərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri

posted in: Xəbər | 0

Fərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslər elektron qaimə-faktura təqdim etməlidirlərmi? Təqdim etməməlidirlərsə, həmin xidmətin dəyəri o biri müəssisənin məhsulunun maya dəyərinə daxil edilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.11-6-ci maddəsinə əsasən, bir qrup şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifələrinə aid edilib.

Elektron qaimə-faktura – elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir.
Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura isə mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir.

Sorğuda qeyd olunan xidmət ilə bağlı elektron qaimə-faktura təqdim olunmalıdır.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Mövzu ilə bağlı ətraflı məlumat əldə etmək üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 58-ci maddəsi.

Mənbə: vergiler.az

Əvvəlki dövrlər üzrə yaranan mənfəətdən dividend götürüldükdə vergilərin hesablanması

442 saylı “Gələcək hesabat dövrlərinin gəlirləri” hesabı üzrə uçot (1-ci hissə)

posted in: Xəbər | 0

Gələcək dövrün gəlirləri

Gələcək hesabat dövrlərinin gəlirləri (ingiliscə – deferred income) hesabat dövründə əldə edilmiş, lakin gələcək hesabat dövrlərində hesablanacaq və aid olduğu dövrün başlanğıcında müəssisənin maliyyə nəticələrində əks olunacaq gəlirlərdir. Öhdəliklərin bu növü hesablar planının (“Sair uzunmüddətli öhdəliklər”) və 54-cü (“Sair qısamüddətli öhdəliklər”) maddələri üzrə açılmış hesablar üzrə açılır. Bu yazıda 442-ci saylı hesabda uzunmüddətli gələcək hesabat dövrünün gəlirləri üzrə əməliyyatların mühasibat yazılışları şərh olunub.

Gəlir və gələcək dövrün gəliri arasında fərqi aşağıdakından ibarətdir:

  • Gəlir mal, iş və xidmətin təqdim edilməsi prosesində yaranır. Buna mülkiyyətin satıcıdan alıcıya yerdəyişməsi kimi də baxmaq olar.
  • Gələcək dövrün gəliri bir neçə dövr üçün standart xidmətin dəyərinin əvvəlcədən alınmasıdır. Standart xidmət dedikdə xidmətin konkret dövrlər üçün (məsələn, aylıq) təkrarlanması və sabit haqq nəzərdə tutulur, təbii ki, bu zaman qiymət artımı və ya azalması istisna edilir.

Yəni, bəzən olur ki, formalaşmış işgüzar adətdən və ya əvvəlki yaşanılmış mənfi təcrübədən irəli gələrək təşkilat bu və ya digər təsərrüfat əməliyyatı üçün bir neçə dövrü əhatə edən ödənişləri bəri başdan almalı olur.

Məsələn, müəssisə icarəyə obyekt verir, lakin tez-tez icarəyə götürən dəyişmək, obyektini tez-tez yerləşdirmək onu yorduğu üçün ilk icarəyə götürmüş şəxsdən icarənin 12 ayını tam şəkildə qabaqcadan alır.

Belə olan təqdirdə qabaqcadan alınmış 12 aylıq ödəniş gəlir kimi deyil gələcək dövrlərin gəliri kimi tanınmalıdır. Çünki faktiki olaraq hələ 12 aylıq icarə xidməti tam göstərilməmişdir və icarə xidməti göstərən təşkilat yaxın 6 ay ərzində icarəyəgötürənə keyfiyyətli icarə xidməti təşkil etmək öhdəliyi götürmüşdür.

442 saylı “Gələcək hesabat dövrlərinin gəlirləri” hesabı

Bu hesab üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  əsasında aparılır.

442 saylı “Gələcək hesabat dövrlərinin gəlirləri” hesabı “Sair uzunmüddətli öhdəliklər” maddəsinə aid olan hesablardan biridir. Hesabların tam siyahısı aşağıdakı şəkildə verilib (Qaydalar/ 38.1):

442 saylı “Sair uzunmüddətli öhdəliklər” hesabI 44 maddəyə (sair uzunmüddətli öhdəliklər) aid olan hesablardan biridir.

442 saylı hesab öhdəlik (passiv) hesabdır, mühasibat uçotu subyektinin hesabat tarixindən 12 aydan sonrakı dövrlərə aid ediləcək gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Gələcək hesabat dövrlərinin gəlirləri yarandıqda sözügedən qaydaların 38.10-cu, onlar qısamüddətli kimi təsnifləşdirildikdə 38.12-ci, qısamüddətli kimi təsnifləşdirilmədən birbaşa gəlir kimi tanındıqda 38.14 bəndi tətbiq edilir.

Belə uzunmüddətli gəlirlər üzrə müsbət məzənnə fərqi yarandıqda mühasibat yazılışları haqqında bəhs olunan qaydaların 38.13-cü bəndilə nizamlanır.

 Hesab üzrə aşağıdakı subhesablar açılır (Qaydalar/38.11):

  • 442-1 №li “Əsas əməliyyat gəlirləri üzrə gələcək hesabat dövrlərinin gəlirləri”;
  • 442-2 №li “Maliyyə gəlirləri üzrə gələcək hesabat dövrlərinin gəlirləri”.

Əməliyyat gəlirləri şirkətin əsas fəaliyyətindən əldə etdiyi gəlirlərdir. Onun formalaşmasının əsasını malların (işlərin, xidmətlərin) satışından əldə edilən ümumi gəlir təşkil edir.

Maliyyə gəlirləri şirkətin maliyyə fəaliyyəti zamanı yaranır.

Torpaq, tikili, avadanlıqlar maliyyə icarəsindən gəlirlərlə bağlı mühasibat yazılışları

“A” MMC dəyəri 250 000 manat olan əsas vəsaitin maliyyə icarəsilə əlaqədar olaraq “E” MMC ilə müqavilə imzalayıb. Müqavilənin müddəti 2 ildir. Razılığa əsasən “E” MMC əsas vəsait üzrə borcu illərə mütənasib bölməklə ödəməlidir. 2-ci ilin sonunda əsas vəsaitə görə olan 162500 manat əsas məbləğ, 87500 manat faiz məbləği tam ödənilməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Maliyyə icarəsi ilə Əsas vəsait satıldıqda 174 – İcarə üzrə uzunmüddətli debitor borcları 111 – Torpaq, tikili və avadanlıqlar-Dəyər 162500.00
2 5 illik faiz gəlirləri qeydə alındıqda 176 – Faizlər üzrə uzunmüddətli debitor borcları 442 – Gələcək hesabat dövrlərin gəlirləri 87500.00
3 İlk ilin icarə haqqı uzunmüddətli debitor borclardan qısamüddətli debitor borclara aid edildikdə 214 – İcarə üzrə qısamüddətli debitor borcları 174 – İcarə üzrə uzunmüddətli debitor borcları 81250.00
4 İlk ilin hesablanmış faizi uzunmüddətli debitor borclardan qısamüddətli debitor borclara aid edildikdə 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 176 – Faizlər üzrə uzunmüddətli debitor borcları 43750.00
5 İlk ilin faiz gəlirləri uzunmüddətli gəlirlərdən qısamüddətli gəlirlərə aid edildikdə 442 – Gələcək hesabat dövrlərin gəlirləri 542 – Gələcək hesabat dövrlərin gəlirləri 43750.00
6 Maliyyə icarəsi üzrə ilk ilin əsas məbləği ödənildikdə 223 – Bank hesablaşma hesabları 214 – İcarə üzrə qısamüddətli debitor borcları 81250.00
7 Maliyyə icarəsi üzrə ilk ilin faiz məbləği ödənildikdə 223 – Bank hesablaşma hesabları 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 43750.00
8 Maliyyə icarəsi üzrə ilk ilin gəliri tanındıqda 542 – Gələcək hesabat dövrlərin gəlirləri 631 – Maliyyə iсarəsi (lizinq) üzrə gəlir 43750.00
9 Gəlir kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 631 – Maliyyə iсarəsi (lizinq) üzrə gəlir 801 – Ümumi mənfəət (zərər) 43750.00

İkinci il üçün proses aşağıdakı şəkildə tənzimlənir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İkinci ilin icarə haqqı uzunmüddətli debitor borclardan qısamüddətli debitor borclara aid edildikdə 214 – İcarə üzrə qısamüddətli debitor borcları 174 – İcarə üzrə uzunmüddətli debitor borcları 81250.00
2 İkinci ilin hesablanmış faizi uzunmüddətli debitor borclardan qısamüddətli debitor borclara aid edildikdə 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 176 – Faizlər üzrə uzunmüddətli debitor borcları 43750.00
3 İlk ilin faiz gəlirləri uzunmüddətli gəlirlərdən qısamüddətli gəlirlərə aid edildikdə 442 – Gələcək hesabat dövrlərin gəlirləri 542 – Gələcək hesabat dövrlərin gəlirləri 43750.00
4 Maliyyə icarəsi üzrə ilk ilin əsas məbləği ödənildikdə 223 – Bank hesablaşma hesabları 214 – İcarə üzrə qısamüddətli debitor borcları 81250.00
5 Maliyyə icarəsi üzrə ilk ilin faiz məbləği ödənildikdə 223 – Bank hesablaşma hesabları 216 – Faizlər üzrə qısamüddətli debitor borcları 43750.00
6 Maliyyə icarəsi üzrə ilk ilin gəliri tanındıqda 542 – Gələcək hesabat dövrlərin gəlirləri 631 – Maliyyə iсarəsi (lizinq) üzrə gəlir 43750.00
7 Gəlir kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda 631 – Maliyyə iсarəsi (lizinq) üzrə gəlir 801 – Ümumi mənfəət (zərər) 43750.00

Buraya keçid etməklə gələcək hesabat dövrlərinin gəlirləri ilə bağlı daha çox müxabirləşmə nümunələrinə baxmaq olar.

Torpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması

Əvvəlki dövrlər üzrə yaranan mənfəətdən dividend götürüldükdə vergilərin hesablanması

posted in: Xəbər | 0

Mövzunu “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə şərh edir.

Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulur. Həmin maddənin 2024-cü ilin yanvarın 1-dək qüvvədə olmuş müddəalarında dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə verginin tutulması nəzərdə tutulurdu.

Əvvəlki dövrlər üzrə bölüşdürülməmiş mənfəətin hesabına dividendin 2024-cü ilin yanvarın 1-dən sonra elan edilərək ödənilməsi zamanı ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulur.

Misal

“AA” MMC-nin 2022-2023-cü il üzrə əldə etdiyi xalis mənfəəti 4.000.000 manat olub. Şirkət bu məlumatı 2024-cü ildə elan edir və təsisçiyə 3.000.000 manat dividend vermək qərarını açıqlayır. Bu halda təsisçinin əldə etdiyi dividend gəliri 2024-cü ildə elan edildiyi üçün vergitutma obyekti bu ilə aid edilir. Buna görə də şirkət həmin məbləğə görə ödəmə mənbəyindən 5% vergini hesablayaraq tutacaq.

Bu hal qanunvericilikdə də əksini tapıb. Vergi Məcəlləsinin 12-ci maddəsinin müddəalarına əsasən, vergitutma bazası və dövrü 2024-cü ilə təsadüf edir.

Dividend gəliri: 3.000.000 manat;

Ödəmə mənbəyində vergi: 3.000.000 x 5% = 150.000 manat;

Təsisçiyə ödəniləcək məbləğ: 3.000.000 – 150.000 = 2.850.000 manat.

Mənbə: vergiler.az

Hüquqi şəxslərin fəaliyyət istiqamətləri

1 290 291 292 293 294 295 296 2. 692
error: Content is protected !!