Read More9
Read More9

Əmlakın təqdim edilməsindən zərər və zərərin keçirilməsi

posted in: Xəbər | 0

Sahibkarlıq subyektlərində vergi uçotunun qurulması üçün gəlirdən çıxılan və çıxılmayan xərclərin təsnifləşdirilməsi vacibdir. Belə təsnifləşdirmə vergi ödəyiciləri ilə  dövlətin vergi xidməti orqanları arasındakı münasibətlərin düzgün təşkilinə də birbaşa təsir edir. Amma müəssisələr heç də həmişə mənfəətlə  işləmir, xərclər gəlirləri  aşır və müəssisə zərərə düşür. Vergi qanunvericiliyində zərərin növbəti illərə keçirilməsi nəzərdə tutulubmu? Əgər tutulubsa zərərin keçirilməsi necə həyata keçirilir?

Zərərin növbəti illərə keçirilməsi mümkündürmü

Əlbəttə, mümkünüdür. Amma, bunun üçün Vergi Məcəlləsinin 120-121-ci maddələrinin tələblərini bilmək lazımdır. Hüquqi, habelə fiziki şəxslərin sahibkarlıq fəaliyyəti zamanı yaranan zərərin kompensasiya edilməsi yaxud növbəti illərə keçirilməsinin məcəllədə bir-neçə halı nəzərdə tutulub. Məsələn:

  • fiziki şəxslərin əmlakı təqdim edilərkən yaranan ziyanın kompensasiyası;
  • hüquqi və fiziki şəxslərdə zərərin növbəti illərə keçirilməsi;
  • maddi zərərin keçirilməsi;
  • gələcək illərin mənfəətilə amortizasiyanın, habelə təmir xərclərinin kompensasiyası.

Əmlakın təqdim edilməsi zamanı yaranan zərərin kompensasiyası

Bu halda fiziki şəxs yaranan zərəri, belə əmlakın təqdim edilməsindən yaranan gəlirlə kompensasiya edə bilər (VM, maddə 120). Əgər zərərin kompensasiyası həmin il mümkün deyilsə, zərərin növbəti illərə keçirilməsi həyata keçirilə bilər (3 ilədək müddətə). Belə əmlakın təqdim edilməsi zamanı yaranan gəlirlə kompensasiya edilir. Qeyd etmək lazımdır ki, bu qaydalar aşağıdakı əmlaka şamil edilmir:

  • təsərrüfat fəaliyyətində istifadə olunanlar;
  • təqdim edilməsindən əldə olunan gəlirə vergi azad edilməsi tətbiq edilənlər.

Nümunə 1: Ərzaq mağazası işlədən fərdi sahibkar 2019-cu ildə 1 ədəd noutbuk alır və satır. Bu noutbuk mağazada təsərrüfat fəaliyyətində istifadə edilməyib.  Bununla da, o, noutbuk satışı fəaliyyətinə də başlamış olur. 2020-ci ildə mağazada göstərdiyi fəaliyyətlə yanaşı daha 10 ədəd noutbuk alıb satmaqla məşğul olur. 2019-cu ildəki noutbuk satışından zərər 2020-ci ilə keçirib kompensasiya oluna bilər. Lakin bunu mağazanın mənfəətinə yaxud zərərinə aid etməməlidir.

Zərərin keçirilməsi

Vergi ödəyiciləri VM-in 121-ci maddəsi əsasında müəyyən ilin zərərini növbəti illərə keçirə bilər. Hüquqi şəxslər cari ildəki zərəri sonrakı 5 ili əhatə edən dövrə keçirib, həmin dövrün mənfəətlə bağlaya bilər. Bu zaman zərər tam bağlanana kimi o, mənfəət vergisi ödəməyəcək (maddə 121.1).

Nümunə 2: Müəssisənin göstəriciləri aşağıdakı kimidir:

2016-cı il:  ümumi gəliri-168000, gəlirdən çıxılan xərcləri 194500 manat;

2017-ci il: ümumi gəliri-196200, gəlirdən çıxılan xərcləri 183000 manat.

2017-ci ilin mənfəəti hesabına əvvəlki ildəki zərərin 10000 manatı kompensasiya edilib.

2018-cı ildə ümumi gəliri 158000,  ümumi xərci 68100, gəlirdən çıxılan xərcləri  54050 manat olmuşdur. Müəssisə zərərin keçirilməsi qaydasından istifadə edərək, 2016-cı ildən qalan zərərini 2018-cı ilin mənfəəti hesabına kompensasiya edərsə, dövlət büdcəsinə ödəyəcəyi mənfəət vergisi məbləği nə qədər olar?

Müəssisənin 2016-cı ildəki 26500 manatlıq ziyanı, habelə 2017-ci ildə 13200, 2018-cı ildə 89900 manat mənfəəti olmuşdur. Müəssisənin əvvəlki ildən qalan ziyanın 16500 manatını 2018-ci ildə mənfəət hesabına kompensasiya edərsə, dövlət büdcəsinə ödəyəcəyi mənfəət vergisi məbləği 17490 manat olacaq:

158000 – (54050+16500)=87450,

87450 * 20%= 17490

Yuxarıda qeyd edilən qayda fərdi sahibkarlar üçün də, demək olar ki, eynidir, əsas fərq zərərin beş il deyil, növbəti üç illik dövr ərzində onun sahibkarlıq fəaliyyətindən əldə etdiyi ümumi gəlirlə  bağlanmasıdır. Nəzərə almaq lazımdır ki, fiziki şəxsin sahibkarlıq fəaliyyəti nəticəsində yaranan zərəri onun digər gəlirlərindən (məs., muzdlu işdən) çıxıla bilməz.

Nümunə 3: Əhmədov Məmməd həm audio, video qurğular satır (sahibkarlıq fəaliyyəti) , həm də muzdlu işçi kimi neft-qaz sahəsində çalışır.

Muzdlu işçi kimi çalışdığı yerdə audio, video qurğuların satışına görə yaranmış zərərlər gəlirdən çıxılmadan adi qaydada vergiyə cəlb edilməlidir.

Zərərin növbəti illərə keçirilməsi zamanı məhdudiyyətlər

Zərərin keçirilməsi vergi ödəyicisinin onun mütləq kompensasiya edə biləcəyi anlamına gəlməməlidir. Məcəllənin 121.3 maddəsində buna bəzi məhdudiyyətlır nəzərdə tutulub.

  1. İlk öncə qeyd edək ki, zərərin növbəti illərə keçirilməsi üzrə məhdudiyyətləri özündə ehtiva edən maddənin tələbləri həm fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlara, həm də hüquqi şəxs olan vergi ödəyicilərinə şamil edilir.  Onlar gəlir yaxud mənfəət vergisi ödəyicisi olanadək yaranan zərərləri gələn il gəlirləri (mənfəəti) ilə kompensasiya edə bilməz. Məsələn, belə vergi ödəyicisi 2023-cü ilin yanvarın 1-dək sadələşdirilmiş vergi ödəyicisi kimi ötən 2022-ci ili zərərlə başa vurub. 2023-cü ildən gəlir (yaxud mənfəət) vergisi ödəyicisi olan bu sahibkarlıq subyekti zərəri 2023-cü ilin gəliri (yaxud mənfəəti) ilə bağlaya bilməz.
  2. Digər məhdudiyyət Məcəllənin 114,115-ci maddələrinə uyğun amortizasiyanın, təmir xərclərinin aşağı norma tətbiqi ilə hesablanması nəticəsində yaranan və sonrakı illərə keçirilən məbləğlərə aiddir. 114.4, 115.1-ci maddələrə görə aşağı normaların tətbiqi nəticəsində yaranan fərq sonrakı illərə keçirilə bilər. Əgər siz aşağı normanın tətbiqi halında  mənfəət, yaxud gəlir vergisini ödəyicisisinizsə, növbəti illərə keçirilmiş məbləğlər gəlirdən çıxılan xərc kimi nəzərə alına bilər. Əks təqdirdə, yəni sadələşdirilmiş vergi ödəyirdinizsə, o zaman həmin keçirilmiş fərqlər, həmçinin zərərlər gəlirdən çıxıla bilməz. Bu məbləğlər xalis mənfəət hesabına bağlanır.

Nümunə 4: Sahibkarlıq subyekti 2019-cu ilin əvvəlindən vergi mükəlləfiyyətini sadələşdirilmiş vergidən mənfəət vergisinə dəyişir. O, 2018-ci ili sadələşdirilmiş vergi ödəyicisi kimi 4500 manat ziyanla başa vurub, həmçinin mövcud əsas vəsaitləri üzrə normadan aşağı dərəcələr tətbiq edərək aradakı fərqi gələcək hesabat ilinə keçirib.

Zərərin keçirilməsi üzrə məhdudiyyətlərə uyğun olaraq, 2018-ci ildə yaranmış zərər, habelə həmin il üçün tətbiq edilən aşağı normaya görə növbəti ilə keçirilmiş fərq gəlirdən çıxıla yaxud hər hansı formada kompensasiya edilmir.  

Zərərin növbəti illərə keçirilməsi zamanı bir məqama diqqət etmək vacibdir: 121.3-cü maddə 157.3.3-cü maddəsində göstərilən halları istisna edir. Yəni, yuxarıda qeyd edilən nümunədəki vergi ödəyicisi 2019-cu ilin iyulun 1-də  müraciət edərək könüllü olaraq 2018-ci il yanvarın 1-dən ƏDV qeydiyyatı alındıqda, həm də mənfəət vergisi ödəyicisi olur. Belə olduqda zərərin keçirilməsi qaydaları da qüvvəyə minir, yəni vergi ödəyicisinin yaranan zərəri, habelə aşağı norma tətbiq edərkən yaranan amortizasiya və təmir xərcinə görə fərq məbləğini 2019-cu ilin mənfəəti hesabına kompensasiya etmək hüququ yaranır.

Zərərin növbəti illərin mənfəəti ilə bağlanması zamanı mümkün digər məhdudiyyətlər haqqında buradan məlumat almaq olar.

Bilik yarışında qazanılan mükafat vergiyə cəlb olunurmu?

Vergi Məcəlləsində dəyişiklik edilib

posted in: Xəbər | 0

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Dəyişikliyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti 3 ildən 5 ilə kimi artırılıb.

Qeyd edək ki, bu dəyişikliyədək elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilmişdi.

Mənbə: vergiler.az

Bilik yarışında qazanılan mükafat vergiyə cəlb olunurmu?

Bir depozit, bir ağac: Birbank-la yaşıl dünyaya öz töhfəni ver

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankı Birbank Yaşıl dünya naminə həmrəylik ilində “Yaşıl depozit” kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində oktyabr ayının sonunadək Birbank tətbiqində depozit yerləşdirən hər kəs qazanc əldə etməklə yanaşı, təbiətə də töhfə vermiş olacaq.

Belə ki, rəqəmsal depoziti seçən 18 yaşına çatan hər bir müştərinin adına bir ağac əkiləcək. Bundan əlavə həmin müştərilərə bu xoş addım üçün elektron sertifikat təqdim ediləcək. Layihə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Kampaniyanın həyata keçirilməsində məqsəd təbiəti qorumaq və yaşıl dünya naminə yeni başlanğıclara imza atmaqdır. “Yaşıl depozit”i seçən müştərilər həm rəqəmsal bankçılığın üstünlüklərindən faydalana, həm də gələcək nəsillərə daha yaşıl dünya miras qoya bilərlər.

Xatırladaq ki, kamaniyaya qoşulmaq üçün depozit faizlərini müddətin sonunda almaq şərti ilə ən azı 500 manat olmaqla 6, 12 və 18 aylıq müddətdə depozit yerləşdirmək kifayətdir. Kampaniya 31 oktyabr tarixinədək keçərlidir.

Ətraflı məlumat üçün: https://b-b.az/ydd

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

Bilik yarışında qazanılan mükafat vergiyə cəlb olunurmu?

Bilik yarışında qazanılan mükafat vergiyə cəlb olunurmu?

posted in: Xəbər | 0

Mən ölkədaxili bilik yarışından pul şəklində (nağd) mükafat qazanmışam. Ancaq həmin məbləğə görə hansı vergiləri ödəyəcəyimi bilmirəm. Bu mükafat neçə faiz vergiyə cəlb olunur? Ödəmə mənbəyində vergi ödənilməlidirsə, bu vergi kimdən və necə tutulur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 101.5-ci maddəsinə əsasən, idman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, lotereyalardan, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinə əsasən, yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri, beynəlxalq yarışlarda (idman yarışları istisna olmaqla) və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, regional, şəhər və rayon yarışlarında (idman yarışları istisna olmaqla) və müsabiqələrində isə 200 manatadək gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin 150.1.11-ci maddəsinə əsasən, idman mərc oyunlarından, lotereyalardan, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə, bu gəliri əldə edən şəxsin bank və digər ödəniş hesabının olduğu yerli ödəniş xidməti təchizatçısı və ya xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialı tərəfindən ödəmə mənbəyində vergi tutulmalıdır.

Ətraflı məlumat əldə etmək üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci, 150-ci maddələri.

Mənbə: vergiler.az

Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilib

1 304 305 306 307 308 309 310 2. 700
error: Content is protected !!