Kapital Bank-la digər banklardakı kreditlərinizi sərfəli şərtlərlə ödəyin

posted in: Xəbər | 0

Xəbər verdiyimiz kimi ölkənin birinci bankı Kapital Bank digər banklarda kredit öhdəliyi olan müştərilər üçün əlverişli kredit imkanı yaradıb. Sərfəli təklifdən yararlanmaq istəyənlər, kampaniyanın bitməsinə son 15 gün qalıb. Belə ki, avqust ayının 1-nə qədər digər banklarda olan kreditlərini və kredit kartlarını bağlamaq məqsədilə Kapital Bank-a müraciət edən müştərilər kreditlərini nağdlaşdırma komissiyası olmadan əldə edəcəklər.

Yüksək faizlərdən, bir neçə yerə kredit ödəməkdən xilas olmaq indi çox asan və  rahatdır. Kapital Bank-dan 10.9%-dən başlayan xüsusi şərtlərlə 50 000 AZN-dək nağd kredit əldə edən müştərilər faiz xərclərini aşağı salmaq və aylıq ödənişlərin həcmini azaltmaq fürsətindən yararlana bilərlər.

Kampaniyadan yararlanmaq üçün 1 yazıb 8196 nömrəsinə göndərə və ya sizə ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərsiniz. Kampaniya 1 avqust 2024-cü il tarixinədək keçərlidir.

Ətraflı məlumat üçün: https://kbl.az/slhn

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Satış üçün tikilən binalara görə əmlak vergisi ödənilməlidirmi?

Video: Sınaq balansından maliyyə hesabatlarının hazırlanması (PMS I mərhələ, KOS, MHBS)

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “Sınaq balansından maliyyə hesabatlarının hazırlanması (PMS I mərhələ, KOS, MHBS | 10 ballıq sual üzrə mövzu)” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər. 

Vebinarın təqdimatçısı Gülşən Orucova 2015-ci ildən etibarən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin “İmtahanların təşkili və keyfiyyət təminatı” şöbəsinin müdiri vəzifəsində çalışır.

Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin MBA magistr pilləsində və Azərbaycan Turizm və Menecment Universiteti ilə tərəfdaş ali təhsil müəssisəsi – Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin (TEU) proqramı üzrə beynəlxalq standartlara uyğun Mühasibat uçotu və Maliyyə hesabatlarının hazırlanması fənlərini ingilis dilində tədris edir.

3 ilə yaxındır “PMS imtahanlarının birinci mərhələsinə hazırlıq” kurslarının təlimçisidir.

ACCA proqramı üzrə sertifikatlara və eyni zamanda IPSAS üzrə müvəffəqiyyət sertifikatına malikdir.

Dövlət İmtahan Mərkəzinin ekspertidir.

Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığımız vaxtdan bu günədək 3000-dən çox tələbə kurslarımızda iştirak etmişdir.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Mühasibat kursları

Vergi kursları

Peşəkar Mühasib Sertifikatı imtahanına hazırlıq kursları

Mühasiblər üçün Excel kursları

Satış üçün tikilən binalara görə əmlak vergisi ödənilməlidirmi?

posted in: Xəbər | 0

Bina tikintisi ilə məşğul olduğum halda, həmin binalara görə əmlak vergisi ödəməliyəmmi? Əgər ödəməliyəmsə, hansı tarixdə – tikinti başa çatdıqdan sonra, yoxsa əvvəlcədən ödəməliyəm? Qeyd edim ki, binaları satış məqsədilə inşa etdirirəm.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən, müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) əmlak vergisi məqsədləri üçün vergitutma obyektidir. Vergi Məcəlləsinin 13.2.17 maddəsinə uyğun olaraq, əsas vəsaitlər – istifadə müddəti bir ildən və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli maddi aktivlərdir.

Nəzərinizə çatdırırıq ki, bina tikintisi ilə məşğul olan şəxslər tərəfindən tikilmiş binalar satış məqsədli olduğu üçün amortizasiya olunmur, belə ki, əsas vəsait sayılmır. Başqa sözlə, sorğuda qeyd olunan satış üçün tikilmiş binalar əmlak vergisi məqsədləri üçün vergitutma obyekti deyil.

Mənbə: vergiler.az

203 saylı “Tikinti müqavilələri üzrə məsrəflər” hesabı üzrə uçot

İş vaxtı rejiminin müəyyən edilməsi qaydaları

posted in: Xəbər | 0

İş vaxtı rejiminin müəyyən edilməsi barədə mövzunu insan resursları üzrə ekspert Ramin Hacıyev şərh edir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 95-ci maddəsinin 2-ci hissəsində iş vaxtının rejimi və onu müəyyən edən qaydalardan bəhs edilir. Belə ki, həmin maddənin tələbinə görə, iş vaxtının rejimi və onu müəyyən edən qaydalar işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir.

Təcrübədə əmək müqaviləsi bağlanarkən tətbiq edilən iş rejimi, yaxud iş vaxtı rejimini müəyyən edən daxili qaydalar hazırlanarkən 95-ci maddənin 2-ci hissəsinin tələbinə uyğun əmr (sərəncam, qərar) tərtib olunmur. Bu isə qanunvericiliyin tələbinin pozulması hesab olunur. Gələcəkdə iş vaxtının müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisəsi olarsa, iş vaxtının rejimi və onu müəyyən edən qaydaların təsdiq edilməsinə dair işəgötürənin əmri (sərəncamı, qərarı) olmazsa, məhkəmə tərəfindən işəgötürənin əleyhinə qərar verilə bilər. Həmçinin iş rejimi ilə bağlı işçi tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət olunarsa, o zaman İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən cərimə riski yaranır.

İş vaxtının rejimi və onu müəyyən edən qaydaları tətbiq etməzdən öncə bu qaydalar mütləq işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilməlidir. Həmin əmrə əsasən, şirkətdə iş rejimi haqqında qaydalar hazırlana bilər.

Bildirmək istəyirəm ki, qeyd olunan əmr bütün iş rejimində fəaliyyət göstərən müəssisələrə şamil edilir (beşgünlük, altıgünlük, növbəli, iş vaxtının cəmlənmiş uçotu və digər rejimlər).

Əmrin məzmununda müəssisədə işçilərin hansı iş rejimində çalışacaqları, işin başlama və bitmə vaxtları, gündəlik və həftəlik istirahət vaxtları barədə məlumat qeyd olunmalıdır.

Mənbə: vergiler.az

442 saylı “Gələcək hesabat dövrlərinin gəlirləri” hesabı üzrə uçot (2-ci hissə)

1 338 339 340 341 342 343 344 2. 683