Sadələşdirilmiş vergi ödəyicilərində gəlir və xərclərin uçotu

posted in: Xəbər | 0

Gəlir/xərc anlayışı bizim üçün tanışdır. Hər bir sahibkar gəlir və xərclərinin uçotunu aparmalıdır. Bəs sadələşdirilmiş vergi ödəyiciləri üçün gəlir və xərcin uçotuna hansı tələblər vardır?

Sadələşdirilmiş vergi ödəyicilərində mühasibat uçotun təşkili

Azərbaycan vergi qanunvericiliyinə görə  sadələşdirilmiş vergi ödəyiciləri qanunla müəyyən edilmiş qaydada gəlir və xərclərinin, habelə vergitutma obyektlərinin uçotunu aparmalıdır. Əldə edilmiş gəlir vergidən azad edilir, amma mühasibat uçotun aparılması tələbi qüvvədədir. Öz fəaliyyətləri zamanı sadələşdirilmiş vergi ödəyiciləri uçot sənədlərini qanunvericiliklə tələb olunan müddətdə saxlamalıdır.

Uçot sənədləri dedikdə vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan sənədlər nəzərdə tutulur

Sadələşdirilmiş verginin hasilatdan hesablanması vergi ödəyicilərini uçot aparmaqdan, uçot sənədlərini saxlamaq vəzifəsindən azad etmir. Onlar digər vergi ödəyiciləri kimi, “Mühasibat uçotu haqqında” AR qanununa uyğun mühasibatlığı qurmağa, vergi orqanlarının tələb etdiyi uçot sənədlərini tərtib etməyə və saxlamaqla məsuldurlar. Yəni uçot sənədlərinə münasibətdə digər vergi ödəyicilərindən fərqlənmirlər, hər hansı üstünlüyə malik deyillər.

İlkin uçot sənədləri

Sadələşdirilmiş vergi ödəyiciləri digər vergi ödəyicilərinə mal satdıqda, yaxud onlar üçün bir iş gördükdə e-qaimə göndərməyi unutmamalıdırlar. Satdıqları malı idxal ediblərsə:

  • idxalla bağlı YGB sənədləri;
  • xarici təşkilatdan verilmiş invoys mütləq olmalıdır.

Əgər mallar yerli bazardan vergi ödəyicilərdən alınmışdırsa, e-qaimə faktura, vətəndaşlardan alınmışdırsa alış aktı mütləq olmalıdır.

Bunların hər biri ilkin uçot sənədi hesab edilir. Qeyd etdiyimiz alış aktı mütləq elektron formada tərtib edilməlidir. Müəyyən səbəblərdən elektron tərtibat mümkün deyilsə, alış aktı kağız daşıyıcıda hazırlanır, sonradan 5 gün ərzində elektron formada tərtib edilir. İstənilən halda vətəndaşın imzası mütləq şərtdir.

Sadələşdirilmiş vergi ödəyicisi vergi agenti kimi

Qeyd edək ki, sadələşdirilmiş vergi ödəyicisi vergi agenti qismində çıxış edə bilər. Bu zaman agentin bütün vəzifələri ilə mükəlləf olur. Bu vəzifələrə:

  • ödənilmiş məbləğlərin;
  • tutulmuş, büdcəyə köçürülmüş vergilərin uçotunun aparılması daxildir.

Yəni istər bu əməkhaqqıda tutulmalar olsun, istərsə də digər ödənişlərlə bağlı, sadələşdirilmiş vergi ödəyicisi uçotunu elə təşkil etməlidir ki, kimdən, nə vaxt, hansı miqdarda vergi tutub ödədiyi barədə məlumatı rahat əldə etmək mümkün olsun.

Sadələşdirilmiş vergi ödəyicilərində kassa əməliyyatları

İctimai iaşə yaxud pərakəndə ticarətlə məşğul olan vergi ödəyicisi NKA və Pos terminal quraşdırmalıdır.

Vətəndaş ödənişi nağd etmişdirsə ona NKA qəbzi, nağdsız (Pos-terminal vasitəsi ilə) həm Pos-terminaldan, həm də NKA-dan qəbz vermək lazımdır.

Sadələşdirilmiş verginin ödəyiciləri nağd pullarının uçotunu düzgün təşkil etməlidir. Kassaya mədaxil zamanı kassa mədaxil orderi mütləq şərtdir. Həmin sənəd ciddi hesabat blankı hesab edilir və orada təyinat mütləq göstərilməlidir.

Kassadan çıxarılmış pullar üçün məxaric orderi tərtib edilir. Lakin hər iki sənəddə səlahiyyətli şəxslərin, habelə pulu alan, verən şəxslərin imzası olmalıdır.


Vergi uçotu haqqında daha çox məlumat burada


Sadələşdirilmiş verginin ödəyiciləri malları təhtəlhesab şəxsin əliylə aldıqda, ona vəkalətnamə verir. Bundan sonrakı prosedur isə ümumi qaydalarla davam etdirilir. Yəni vəkalətnaməni almış malın satıcısı vəkalətnaməni verən şəxsə e-qaimə göndərir.

Unutmayaq, ödəyici mühasibat uçotunu aparmadıqda, yaxud düzgün formada aparmadıqda, sənədləri, habelə bütövlükdə uçotu itdikdə, məhv olduqda, vergi orqanları verginin məbləğini əlaqəli məlumatlardan istifadə edərək hesablayıb çıxara bilərlər.

206 saylı “Satış məqsədilə saxlanılan digər aktivlər” hesabı üzrə uçot

Stomatoloji klinikalara hansı vergi güzəşti tətbiq olunur?

posted in: Xəbər | 0

2023-cü ildən etibarən lisenziya alıb stomatoloq xidmətləri göstərirəm. Obyektdə yeni nəsil nəzarət-kassa aparatı və həmin aparata inteqrasiya edilmiş POS-terminal quraşdırmışam. Eyni zamanda 01.01.2024-cü il tarixdən könüllü ƏDV qeydiyyatındayam. 2024-cü ilin yanvar ayında ümumi dövriyyəm 20.000 manat, o cümlədən nağdsız dövriyyəm 8.500 manat olub. Bilmək istərdim ki, Vergi Məcəlləsində bu fəaliyyət üzrə güzəşt nəzərdə tutulubmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il 1 yanvar tarixindən 3 il müddətinə onun ƏDV üzrə vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır. Eyni zamanda özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən, bu Məcəllənin 174.5-ci maddəsinə uyğun olaraq, ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir vergisindən azaddır.

Qeyd olunanlara əsasən, 2024-cü il yanvarın 1-dən tərəfinizdən hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyənizin 50 faizi ƏDV üzrə vergi tutulan ümumi dövriyyənizdən çıxılmaqla ƏDV hesablanır:

8.500 x 50% = 4250 manat;

(20.000 – 4.250) x18% = 2.835 manat.

Azaldılan ƏDV məbləği üzrə əldə edilən gəlirlər gəlir vergisindən azaddır.

4.250 x 18% = 765 manat.

Əsas: Vergi Məcəlləsinin 102.1.41-ci və 174.5-ci maddələri

Mənbə: vergiler.az

Qiymətləndirilmiş və şərti öhdəliklər

Rezident müəssisələrin ödədiyi dividendlərdən yaranan vergi öhdəliyi

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, dividend – hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Bəs bu ödənişlər hansı formada vergiyə cəlb olunur? Suala Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev aydınlıq gətirir.

Dividend müəssisənin xalis mənfəətinin təsisçilər arasında bölüşdürülməsi, yəni bir növ təsisçilərin müəssisənin fəaliyyətindən əldə etdiyi mənfəətdən əldə etdikləri qazancdır. Ancaq dividend ödəmələri xalis mənfəətdən ödənildiyi üçün ilk növbədə xalis mənfəətin nə olduğunu aydınlaşdırmalıyıq.

Vergi Məcəlləsinin 13.2.19-cu maddəsində göstərilib ki, xalis mənfəət – mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəətdir.

Rezident müəssisənin ödədiyi dividenddən yaranan vergi öhdəliyinə gəlincə, bu məsələ də qanunvericiliklə tənzimlənir.

Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, rezident müəssisənin ödədiyi dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulmalıdır.

Ancaq bəzi dividendlər var ki, vergidən azad edilir. Məsələn, Vergi Məcəlləsinin 102.1.22-1 və 106.10-cu maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin və müəssisələrin dividend gəlirləri vergidən azad edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.11-1 və 106.1.14-cü maddələrinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin (müəssisələrin) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 4 il müddətinə vergidən azad edilir.

Misal

Fərz edək ki, “XX” müəssisəsinin təsisçilərindən biri fiziki şəxsdir. Müəssisə vergi ili ərzində xalis mənfəətindən təsisçisinə 9.500 manat dividend ödəyib. Bu halda müəssisənin ödəmə mənbəyində hesablamalı olduğu vergi məbləğini müəyyən edək:

9500 : 0,95 x 5% = 500 manat.

Deməli, elan olunmuş dividend məbləği 10.000 manat olub ki, bundan 5 faiz məbləğində vergi tutulduqdan sonra təsisçiyə ödənilən məbləğ 9.500 manat olub.

Mənbə: vergiler.az

Qiymətləndirilmiş və şərti öhdəliklər

Kapital Bank-dan yeni “Məktəbli sığortası”: övladlarınızın təhlükəsizliyi təmin edilir

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank “Meqa Sığorta” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində sığorta xidmətləri sahəsində daha bir yenilik təqdim edir – “Məktəbli sığortası”. Bu yeni sığorta xidməti sayəsində valideynlər övladlarının sağlamlığını təminat altına ala biləcəklər.

“Məktəbli sığortası” xidmətinin əsas özəlliyi şagirdlərlə bağlı həm bütün ölkə ərazisində, həm də onların təhsil məqsədilə ölkə xaricində olduğu müddətdə təhsil müəssisələrinin daxili və həyətyanı sahələrində baş verə biləcək xoşagəlməz hallar zamanı tam şəkildə rahatlığını təmin etmək və onlara dəymiş ziyanın qarşılanmasıdır. 5-17 yaş arası məktəbliləri əhatə edən bu sığorta xidməti baş vermiş hadisənin nəticələrindən asılı olaraq maksimum 5 000 AZN-dək sığorta məbləği təmin edir. Sığortanın müddəti isə 12 aydır.

“Məktəbli sığortası” xidmətindən yararlanmaq və ətraflı məlumat üçün: https://kbl.az/ms

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Lizinqlə əldə edilmiş nəqliyyat vasitəsinin digər müəssisəyə təqdim edilməsi

1 360 361 362 363 364 365 366 2. 700