Əmək funksiyasının icrası zamanı maddi məsuliyyət

posted in: Xəbər | 0

İşçilərin əmək funksiyasının tərkibinə nələr aid ola bilər? Əmək funksiyasının icrası zamanı yarana bilən maddi məsuliyyət necə rəsmiləşdirilir? Təqdim edilən məqalədə bu suallara cavab tapa bilərsiniz.

Əmək anlayışı

Əmək məhsul istehsalı, xidmət göstərilməsi zamanı sərf edilən səylərin məcmusudur. Həmçinin, müəssisənin ştat cədvəlində müəyyən vəzifə tutan, müəyyən bacarıq səviyyəsinə malik olan şəxs tərəfindən həyata keçirilir, işçi qüvvəsi, yaxud da əmək ehtiyyatı ilə ölçülür. Hər bir şəxsin əmək hüququ var və bu hüququn həyata keçirilməsini  təmin edən qaydalar AR Əmək Məcəlləsinə əsasən tənzimlənir. Əmək hüququnun həyata keçirilməsinin əsas və aparıcı forması əmək müqaviləsidir. Müqavilə əmək münasibətlərini rəsmiləşdirən, onun əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən sənəddir.

Əmək funksiyası

Əmək funksiyası anlayışı Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-ci bəndində Məcəllənin əsas anlayışlarından biri kimi təyin edilir. O, müqavilənin əsas şərtlərindən biri, işçinin  bir və ya bir neçə vəzifə üzrə yerinə yetirməli olduğu işlərin məcmusudur. Əmək funksiyasının həcmi ƏƏSMN tərəfindən təsdiq edilmiş Vahid Tarif-İxtisas Sorğu Kitabçasına uyğun müəyyən olunur. Görülən işlərin müəyyən tarif dərəcəsinə aid edilməsi müəssisənin Həmkarlar İttifaqı təşkilatı, o olmadıqda isə əmək kollektivinin razılığı ilə işəgötürən tərəfindən həyata keçirilir. İşçidən müqavilədə nəzərdə tutulmayan əmək funksiyasının icrasının tələb edilməsi düzgün deyildir. Ona görə də müqavilələr hazırlanan zaman işçinin yerinə yetirməli olduğu işlər dəqiqliklə şərh edilməli, iş prosesində daşıyacağı maddi məsuliyyət müəyyən edilməlidir.

Məsələn, mühasibatlıq şəbəsinin mütəxəssisinə kadrlar işinin aparılması da həvalə edilmişdir. Lakin bu əlavə iş müqavilədə nəzərdə tutulmamışsa, onda işçi həmin işin görülməsindən imtina edə bilər.

Təcrübədə işçinin vəzifə və öhdəliklərinin daha ətraflı əks olunduğu vəzifə təlimatları tərtib edilir. İşçi işə qəbul zamanı həmin təlimatla tanış olmalı və  imzalayaraq təsdiqləməlidir.

İşəgötürən  tərəfindən bir tərəfli qaydada əmək funksiyasında dəyişikliyin aparılması qanunauyğun deyildir. Hər hansı bir dəyişiklik yalnız tərəflərin qarşılıqlı razılığı əsasında müqaviləyə əlavələrin edilməsi yolu ilə mümkündür. İşəgötürən əmək funksiyasının dəyişməsi  ilə bağlı işçini öz ixtisasına uyğun işlə təmin etməlidir. Əgər təklif edilən işin vəzifə maaşı əvvəlkindən az olmuş olarsa, işçi həmin işi qəbul etməyə bilər.

Bir işçi eyni təşkilatda 2 vəzifə daşıya bilərmi? Daşıya bilər, amma müəyyən şərtlər daxilində. Həmin şərtlər haqqında buradan ətraflı oxuya bilərsiniz.

Əmək funksiyasının dəyişdirilməsi ilə bağlı yaranan mübahisələr məhkəmə yolu ilə həll oluna bilər.

Maddi məsuliyyət

Hər bir işçinin üzərinə düşən vəzifə və öhdəlikləri vicdanlı şəkildə həyata keçirməsi, daxili intizam qaydalarına əməl etməsi zəruridir. Müəssisədə müəyyən kateqoriya vəzifələrdə çalışan əməkdaşlar maddi məsuliyyət daşıyırlar. İşçi əmək müqaviləsi üzrə əmək funksiyasını yerinə yetirərkən işəgötürən verdiyi əmlak, maddi və ya digər sərvətlərdən istifadə edir. Bu onlar arasında qarşılıqlı maddi məsuliyyətin yaranmasına səbəb olur. İşçi və işəgötürən iş prosesində bir-birinə bilərəkdən yaxud bilməyərəkdən ziyan vura bilər. Tərəflərin maddi məsuliyyəti vurulmuş ziyanın aşkar olduğu gündən yaranmış hesab olunur. Təqsiri olan tərəfin inzibati, ya da digər məsuliyyətə cəlb olunmasına baxmayaraq, dəymiş zərərin məbləği müəyyən edilmiş qaydada ödənməlidir. Əgər işçi öz vəzifələrini yerinə yetirən zaman özündən asılı olmayan, qarşısı alına bilməyən təbii fəlakətlər səbəbindən qarşı tərəfə zərər vurmuşsa, bu halda o, məsuliyyət daşımır (ƏM maddə 201).

Maddi məsuliyyət zamanı vurulmuş zərərə görə işçinin hərəkət və hərəkətsizliyindən yaranan təqsiri sübut edilməlidir.

İşəgötürən tərəfindən işçinin məsuliyyətə cəlb edilməsi

İşçi ƏM-si ilə tənzimlənən əmək funksiyasını, vəzifə öhdəliklərini yerinə yetirmədikdə, yaxud da hüquqlarından sui-istifadə etdiyi hallarda işəgötürən tərəfindən  məsuliyyətə cəlb edilməlidir ( ƏM maddə 186).  İşçiyə  tətbiq edilən  intizam tənbehləri aşağıdakılardır:

  • töhmət;
  • sonuncu xəbərdarlıqla töhmət;
  • vəzifə maaşının 1/4 məbləğindən çox olmayan məbləğdə cərimə (kollektiv müqavilələrdə nəzərdə tutulubsa);
  • ƏM-də 70.ç. maddəyə əsasən müqavilənin ləğvi.

İşçi  təyin edilən  intizam tənbehi ilə yanaşı  işəgötürənə dəyən zərərin  əvəzini də ödəməyə borcludur. Müəssisələrdə işəgötürənin əmək müqaviləsinə əlavə olaraq tam maddi məsuliyyət haqqında müqaviləni də bağlaması məqsədəuyğundur. Maddi məsuliyyət müqaviləsi əmlakın, digər sərvətlərin təhlükəsizliyini, qorunmasını öz üzərinə götürən 18 yaşına çatmış işçilərlə bağlanır. İşçi həmin müqavilə üzrə ona etibar edilmiş əmlaka dəyən zərərə görə  tam maddi məsuliyyət daşıyır. Əmək funksiyasının icrası zamanı müqavilənin bağlanmadığı halda, əgər işçinin təqsiri cinayət tərkibli deyilsə, dəyən zərərin orta əməkhaqqı məbləğində ödənilməsi təmin edilməlidir.

Məsələn, müəssisədə təsərrüfat müdiri işləyən işçinin cavabdeh olduğu sahədə malların bir hissəsi yoxa çıxıb. Araşdırma nəticəsində bu məsələnin cinayət xarakterli olmaması, amma işçi məsuliyyətsizliyindən baş verməsi məlum olub. İşçi ilə maddi məsuliyyət müqaviləsi bağlanmadığı üçün, o vurulan ziyanı orta aylıq əməkhaqqı məbləğində ödəməlidir. Yəni əməkhaqqı 400 manat, dəyən ziyan isə 1000 manat məbləğindədirsə, işçinin ödədiyi məbləğ 400 manat olacaqdır. Əks halda, müqavilə bağlanmış olsaydı, işçi əmək funksiyasının icrası zamanı dəymiş zərərin hamısına görə məsuliyyət daşıyacaqdı.

Maliyyə hesabatları üzrə konsepsiya sənədi

Maliyyə hesabatları üzrə konsepsiya sənədi

posted in: Xəbər | 0

Konsepsiya sənədinin 8 əsas istiqaməti

Beynəlxalq mühasibat təşkilatlarının hazırladığı mühasibat uçotunun konseptual əsasları haqqında burda danışmışıq. Konsepsiyaları başa düşmək maliyyəçilərə, sahibkarlara, menecerlərə gündəlik fəaliyyətdə, uzun müddətli  perspektivdə daha ağıllı qərarlar verməyə kömək edir.

Maliyyə hesabatlarının hazırlanmasına  informasiya texnologiyaları tətbiq edilsə belə çərçivə sənədinin mövcudluğu biznesin mövcud durumunun analizində onlara yardımçı ola bilər. Beynəlxalq səviyyədə qəbul edilən konsepsiya sənədi (IFRS)  qeyd edilən tələblərin icrası üçün hazırlanıb.

IFRS aşağıdakı əsas istiqamətləri müəyyənləşdirir:

  1. Ümumi təyinatlı maliyyə hesabatlarının (The objective of general purpose financial reporting) – informasiyanın istifadəçiləri, həmçinin maliyyə hesabatları, onların mahiyyətini müəyyənləşdirir;
  2. Məlumatların keyfiyyət göstəriciləri (the qualitative characteristics of useful financial information) – faydalı məlumatların keyfiyyət xüsusiyyətləri verilib;
  3. Maliyyə hesabatları, hesabat verən qurumlar (Financial statements and the Reporting Entity) – hesabatların formaları, məzmunu, hesabat verənlərin tərkibi əhatələnib;
  4. Maliyyə hesabatlarının tərkib elementləri (The elements of financial statements) – hesabatların tərkib elementləri, onların maddələr üzrə qruplaşması, hesabatlara aid edilmə qaydasını şərtləndirir;
  5. Tanınma, təkrar tanınma prinsipləri (criteria for including assets and liabilities in financial statements (recognition) and guidance on when to remove them (derecognition)) – məlumatların keyfiyyət xüsusiyyətlərinə əsaslanaraq maliyyə hesabatları  elementlərinin tanınması çərçivəsini dəqiqləşdirir;
  6. Elementlərin qiymətləndirilməsi  Ölçmə prinsipləri (measurement of the elements of financial statements) – maliyyə hesabatlarında tanınanaraq əks olunacaq elementlərin pul məbləğlərini konkretləşdirir;
  7. Təqdimat, açıqlama prinsipləri və qaydaları (concepts and guidance on presentation and disclosure)– təqdimat, ictimaiyyətə açıqlanma prisipləri şərh olunur;
  8. Kapital, onun qorunması anlayışları (concepts relating to capital and capital maintenance) –  kapital, onun qorunması prisipləri izah edilir.

 Bunları çərçivə sənədinin bölmələri kimi də qəbul etmək olar.

Maliyyə hesabatları konsepsiya sənədinin qısa icmalı

Birinci istiqamət 2010-cu ildə Maliyyə Uçotu Standartları Şurası (ing. Financial Accounting Standards Board (FASB), ilə birgə layihə çərçivəsində tamamlanan iki bölmədən birincisidir. Burada aşağıdakılar verilib:

  • iqtisadi resurslar, onlar üzərində iddialar;
  • iqtisadi resurslar, onlar üzərində dəyişikliklər;
  • hesablama metoduna əsaslanan maliyyə nəticələri;
  • baş vermiş pul axınlarını əks etdirən maliyyə nəticələri;

FASB ilə birgə işlənmiş 2-ci bölmədə  faydalı məlumatların keyfiyyət xüsusiyyətləri əsas və köməkçi (gücləndirici) kimi qruplaşdırılıb.

Əsas faydalı məlumatların keyfiyyət göstəriciləri:

  • Əhəmiyyətlilik – informasiya filtr edilməli, qərar qəbulu üçün əhəmiyyətli hesab edilən informasiya saxlanmalıdır;
  • Düzgün (ədalətli) təqdimat  – informasiya ilk növbədə tam şəkildə, subyektiv mövqe olmadan neytral formada təqdim edilməlidir.

Köməkçi faydalı məlumatların keyfiyyət göstəriciləri aşağıdakılardır :

  • müqayisəlilik (comparability);
  • etibarlılıq (verifiability);
  • zamanında təqdim edilmə (timeliness);
  • anlaşıqlılıq (understandability).

Maliyyə hesabatları (financial statements)formalarını, onları təqdim edən qurumları əhatə edən 3-cü istiqamətdə  xüsusi olaraq 2 hesabat qeyd edilib:

  1. maliyyə vəziyyəti haqqında hesabat (statement of financial position)
  2. maliyyə nəticələri haqqında hesabat (statement of financial performance)

Qalanları isə “digər bəyan etmələr və qeydlər” kimi qruplaşır. Buraya:

  • maliyyə hesabatlarında tanınan və tanınmayan aktivlər haqqında məlumatlar;
  • pul vəsaitlərinin hərəkəri;
  • kapitalda dəyişikliklər;
  • izahlı qeydlər;
  • ehtimallar, təxminlər, sairlər aiddir.

Burada “maliyyə hesabatları necə hazırlanmalıdır?” sualına da cavab şərh edilib:

  • müəyyən dövr üçün hazırlanmalıdır;
  • müqayisəli informasiya əks etdirməlidir;
  • konkret şəraitdə perspektiv məlumatlar da verilə bilər.

Sonrakı mövzularda  maliyyə hesabatları, onların növü, hazırlanması qaydaları barədə ətraflı məlumat veriləcək.

Çərçivə sənədində ilk dəfə olaraq hesabat verən təşkilatın tərifi, onun sərhədləri də burada konkretləşdirilir.

Konsepsiyanın 4-cü bölməsində maliyyə hesabatları formalarının tərkib elementləri təsvir edilir. Aktivlər, öhdəliklər, kapital maliyyə vəziyyətinin, gəlirlər, xərclər maliyyə nəticəsinin elementləri kimi şərh edilir.

Beşinci bölmə maliyyə hesabatları (financial statements) elementlərinin tanınması (tanınmaması) şərtlərini, altıncı bölmə isə tanınacaq elementin ölçülmə prinsiplərini dəqiqləşdirir. Sənəddə iki müxtəlif ölçü bazası qeyd edilir:

  • ilkin dəyər (historical cost);
  • cari dəyərdən (current value).

Akademik ədəbiyyatda geniş təbliğ edilən, Konseptual Əsaslara ilk dəfə daxil edilən cari dəyər anlayışı 3 göstərici ilə təyin olunur:

  • ədalətli dəyər;
  • istifadə dəyəri;
  • cari maya dəyəri.

7-ci bölmə informasiyanın effektli təqdim edilməsi, açıqlanması anlayışları verilib.  Bunun üçün informasiya:

  • məqsədli;
  • təsnifləşdirilmiş;
  • prinsipləri müəyyənləşmiş;
  • özündə həddən ziyadə xırda detalları əks etdirməyən formada olmalıdır.

Əvvəlki çərçivə səbəbindən götürülmüş sonuncu, 8-ci bölmədə kapital, onun qorunması anlayışlarından danışılır. 2 əsas ehtimal daxil edilmişdi :

  • maliyyə kapitalının qorunması;
  • fiziki kapitalın qorunması.

Maliyyə kapitalı fiziki kapital üzərində mülkiyyət hüququnu ifadə edir, yəni kapital fiziki olaraq qorunduğu kimi onun, üzərində mülkiyyət hüququ da qorunmalı, həcmi artırılmalıdır.

131 saylı “Bioloji aktivlərin dəyəri” hesabı – müxabirləşmə nümunələri

Azərbaycanda gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi qaydaları dəyişdirilib

posted in: Xəbər | 0

Azərbaycanda “Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi Qaydası”nda dəyişikliklər edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, attestasiyanın keçirilməsinin formasından asılı olmayaraq vəzifəli şəxslərə yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarına, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilməli və ya təqdim edilməlidir.

Attestasiya müsahibə, yazılı və ya test imtahanı formasında keçirilə bilər. Test üsulundan istifadə edilməklə keçirilən attestasiya xüsusi proqram təminatı vasitəsilə təşkil edilir. Attestasiya test formasında keçirildikdə vəzifəli şəxsə bu Qaydanın tələblərinə uyğun olaraq 100 sual (25 sual çətin, 30 sual orta, 45 sual sadə olmaqla), yazılı formada keçirildikdə 20 sual (5 sual çətin, 6 sual orta, 9 sual sadə olmaqla) təqdim edilir. Test və yazılı formada təqdim edilmiş sualların cavablandırılması üçün 3 saat vaxt müəyyən edilir.

Müsahibə formasında attestasiya hər bir vəzifəli şəxslə fərdi qaydada, vəzifəli şəxsin bilik səviyyəsinin, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsinə yönəldilmiş sualların, tapşırıqların verilməsi, vəzifəli şəxs tərəfindən həmin sualların cavablandırılması və tapşırıqların həll edilməsi yolu ilə keçiriləcək.

Vəzifəli şəxs attestasiyanın keçirilməsində üzrlü səbəbdən iştirak etmədikdə onun attestasiya komissiyasının növbəti iclasında bu Qaydaya uyğun olaraq attestasiyadan keçməsi təmin edilir.

Attestasiya test formasında keçirildikdə attestasiya komissiyası sualların azı 70 %-ini doğru cavablandıran vəzifəli şəxslərə tutduğu vəzifəyə uyğun gəlir, sualların azı 50 %-ini doğru cavablandıran vəzifəli şəxslərə Qaydanın işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir, sualları 50 %-indən aşağı doğru cavablandıran vəzifəli şəxslərə isə tutduğu vəzifəyə uyğun gəlmir qiymətləri verir.

Mənbə: report.az

Torpaq, tikili və avadanlıqlar yaxud əsas vəsaitlər

Depozit faizləri Kapital Bank-da çox sərfəlidir

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank depozit faizlərini 10%-dək artırıb. Nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyənlər, Kapital Bankın ən yaxın filialına yaxınlaşmaqla, AZN valyutası ilə depozitlərdə 6 aylıq müddətə illik 10% depozit faizi əldə edirlər. Depozit üçün minimum 500 manat olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital depoziti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır. Kampaniya 31 mart tarixinədək keçərlidir. Ətraflı məlumat üçün: https://kbl.az/prkdazn10

Birbank tətbiqində təklif etdiyimiz Rəqəmsal depozit məhsulunda da əmanət faizləri artırılıb. 31 mart tarixinədək davam edəcək kampaniya çərçivəsində yerləşdirilən rəqəmsal depozitlərdə müştərilər 6 aylıq müddətə illik 10% depozit faizi əldə edirlər. Rəqəmsal depozitdə manat valyutası üzrə 1, 3, 6, 9, 12, 18, 24 və ya 36 ay müddətinə minimum 1₼, maksimum 250 000 manat məbləğində depozit yerləşdirmək mümkündür. Depozit gəliri müddətin sonunda təqdim edilir. Tamamilə onlayn həyata keçirilən “Rəqəmsal depozit”dən istifadə etmək üçün sadəcə Birbank mobil tətbiqində “Daha çox” bölməsindən “Depozitlər”i seçməli və “Yeni depozit” bölməsinə keçərək müraciət edib məlumatları tamamlamaq yetərlidir. Ətraflı məlumat üçün: https://kbl.az/prrd10

Kapital Bank-ın USD valyutası üzrə depozit faizi isə 3.5%-dir. Ən yaxın Kapital Bank filialına yaxınlaşaraq əmanət müddəti 12 aydan 36 ayadək olmaqla 500 dollardan yuxarı istənilən qədər məbləği banka əmanət etmək olar. Əmanət məbləğini minimum 100 dollar məbləğində artırmaq mümkündür. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin illik faiz dərəcəsi xarici valyutada 2,5%,  həcmi isə 100 000 manat ekvivalentindədir.

Ətraflı məlumat üçün: https://kbl.az/prdd

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 49 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Mühasibat uçotunun konsepsiyası

1 440 441 442 443 444 445 446 2. 700