Maliyyə hesabatları üzrə konsepsiya sənədi

posted in: Xəbər | 0

Konsepsiya sənədinin 8 əsas istiqaməti

Beynəlxalq mühasibat təşkilatlarının hazırladığı mühasibat uçotunun konseptual əsasları haqqında burda danışmışıq. Konsepsiyaları başa düşmək maliyyəçilərə, sahibkarlara, menecerlərə gündəlik fəaliyyətdə, uzun müddətli  perspektivdə daha ağıllı qərarlar verməyə kömək edir.

Maliyyə hesabatlarının hazırlanmasına  informasiya texnologiyaları tətbiq edilsə belə çərçivə sənədinin mövcudluğu biznesin mövcud durumunun analizində onlara yardımçı ola bilər. Beynəlxalq səviyyədə qəbul edilən konsepsiya sənədi (IFRS)  qeyd edilən tələblərin icrası üçün hazırlanıb.

IFRS aşağıdakı əsas istiqamətləri müəyyənləşdirir:

  1. Ümumi təyinatlı maliyyə hesabatlarının (The objective of general purpose financial reporting) – informasiyanın istifadəçiləri, həmçinin maliyyə hesabatları, onların mahiyyətini müəyyənləşdirir;
  2. Məlumatların keyfiyyət göstəriciləri (the qualitative characteristics of useful financial information) – faydalı məlumatların keyfiyyət xüsusiyyətləri verilib;
  3. Maliyyə hesabatları, hesabat verən qurumlar (Financial statements and the Reporting Entity) – hesabatların formaları, məzmunu, hesabat verənlərin tərkibi əhatələnib;
  4. Maliyyə hesabatlarının tərkib elementləri (The elements of financial statements) – hesabatların tərkib elementləri, onların maddələr üzrə qruplaşması, hesabatlara aid edilmə qaydasını şərtləndirir;
  5. Tanınma, təkrar tanınma prinsipləri (criteria for including assets and liabilities in financial statements (recognition) and guidance on when to remove them (derecognition)) – məlumatların keyfiyyət xüsusiyyətlərinə əsaslanaraq maliyyə hesabatları  elementlərinin tanınması çərçivəsini dəqiqləşdirir;
  6. Elementlərin qiymətləndirilməsi  Ölçmə prinsipləri (measurement of the elements of financial statements) – maliyyə hesabatlarında tanınanaraq əks olunacaq elementlərin pul məbləğlərini konkretləşdirir;
  7. Təqdimat, açıqlama prinsipləri və qaydaları (concepts and guidance on presentation and disclosure)– təqdimat, ictimaiyyətə açıqlanma prisipləri şərh olunur;
  8. Kapital, onun qorunması anlayışları (concepts relating to capital and capital maintenance) –  kapital, onun qorunması prisipləri izah edilir.

 Bunları çərçivə sənədinin bölmələri kimi də qəbul etmək olar.

Biznes hesabi

Maliyyə hesabatları konsepsiya sənədinin qısa icmalı

Birinci istiqamət 2010-cu ildə Maliyyə Uçotu Standartları Şurası (ing. Financial Accounting Standards Board (FASB), ilə birgə layihə çərçivəsində tamamlanan iki bölmədən birincisidir. Burada aşağıdakılar verilib:

  • iqtisadi resurslar, onlar üzərində iddialar;
  • iqtisadi resurslar, onlar üzərində dəyişikliklər;
  • hesablama metoduna əsaslanan maliyyə nəticələri;
  • baş vermiş pul axınlarını əks etdirən maliyyə nəticələri;

FASB ilə birgə işlənmiş 2-ci bölmədə  faydalı məlumatların keyfiyyət xüsusiyyətləri əsas və köməkçi (gücləndirici) kimi qruplaşdırılıb.

Əsas faydalı məlumatların keyfiyyət göstəriciləri:

  • Əhəmiyyətlilik – informasiya filtr edilməli, qərar qəbulu üçün əhəmiyyətli hesab edilən informasiya saxlanmalıdır;
  • Düzgün (ədalətli) təqdimat  – informasiya ilk növbədə tam şəkildə, subyektiv mövqe olmadan neytral formada təqdim edilməlidir.

Köməkçi faydalı məlumatların keyfiyyət göstəriciləri aşağıdakılardır :

  • müqayisəlilik (comparability);
  • etibarlılıq (verifiability);
  • zamanında təqdim edilmə (timeliness);
  • anlaşıqlılıq (understandability).

Maliyyə hesabatları (financial statements)formalarını, onları təqdim edən qurumları əhatə edən 3-cü istiqamətdə  xüsusi olaraq 2 hesabat qeyd edilib:

  1. maliyyə vəziyyəti haqqında hesabat (statement of financial position)
  2. maliyyə nəticələri haqqında hesabat (statement of financial performance)

Qalanları isə “digər bəyan etmələr və qeydlər” kimi qruplaşır. Buraya:

  • maliyyə hesabatlarında tanınan və tanınmayan aktivlər haqqında məlumatlar;
  • pul vəsaitlərinin hərəkəri;
  • kapitalda dəyişikliklər;
  • izahlı qeydlər;
  • ehtimallar, təxminlər, sairlər aiddir.

Burada “maliyyə hesabatları necə hazırlanmalıdır?” sualına da cavab şərh edilib:

  • müəyyən dövr üçün hazırlanmalıdır;
  • müqayisəli informasiya əks etdirməlidir;
  • konkret şəraitdə perspektiv məlumatlar da verilə bilər.

Sonrakı mövzularda  maliyyə hesabatları, onların növü, hazırlanması qaydaları barədə ətraflı məlumat veriləcək.

Çərçivə sənədində ilk dəfə olaraq hesabat verən təşkilatın tərifi, onun sərhədləri də burada konkretləşdirilir.

Konsepsiyanın 4-cü bölməsində maliyyə hesabatları formalarının tərkib elementləri təsvir edilir. Aktivlər, öhdəliklər, kapital maliyyə vəziyyətinin, gəlirlər, xərclər maliyyə nəticəsinin elementləri kimi şərh edilir.

Beşinci bölmə maliyyə hesabatları (financial statements) elementlərinin tanınması (tanınmaması) şərtlərini, altıncı bölmə isə tanınacaq elementin ölçülmə prinsiplərini dəqiqləşdirir. Sənəddə iki müxtəlif ölçü bazası qeyd edilir:

  • ilkin dəyər (historical cost);
  • cari dəyərdən (current value).

Akademik ədəbiyyatda geniş təbliğ edilən, Konseptual Əsaslara ilk dəfə daxil edilən cari dəyər anlayışı 3 göstərici ilə təyin olunur:

  • ədalətli dəyər;
  • istifadə dəyəri;
  • cari maya dəyəri.

7-ci bölmə informasiyanın effektli təqdim edilməsi, açıqlanması anlayışları verilib.  Bunun üçün informasiya:

  • məqsədli;
  • təsnifləşdirilmiş;
  • prinsipləri müəyyənləşmiş;
  • özündə həddən ziyadə xırda detalları əks etdirməyən formada olmalıdır.

Əvvəlki çərçivə səbəbindən götürülmüş sonuncu, 8-ci bölmədə kapital, onun qorunması anlayışlarından danışılır. 2 əsas ehtimal daxil edilmişdi :

  • maliyyə kapitalının qorunması;
  • fiziki kapitalın qorunması.

Maliyyə kapitalı fiziki kapital üzərində mülkiyyət hüququnu ifadə edir, yəni kapital fiziki olaraq qorunduğu kimi onun, üzərində mülkiyyət hüququ da qorunmalı, həcmi artırılmalıdır.

131 saylı “Bioloji aktivlərin dəyəri” hesabı – müxabirləşmə nümunələri