Read More9
Read More9

Fiziki şəxsə məxsus əsas vəsaitlərin balansda uçota alınması

posted in: Xəbər | 0

Fiziki şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı dövrdə təsərrüfatda istifadə etmək üçün aldığı alətləri öz balansında necə göstərə bilər? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

Yuxarıda göstərilən halda fərdi sahibkarın mülkiyyətində olan və sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitləri onun balansında uçota alınır və həmin əsas vəsaitlər əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Eyni zamanda, vergi ödəyicisi tərəfindən onun vergi orqanında uçotda olmadığı dövrdə aldığı malların balansda uçota alınması ilə bağlı aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 139-cu maddəsi

Mənbə: vergiler.az

Alış aktı olmadan nəqliyyat vasitəsini balansa almaq qanunauyğundurmu?

Rəhbər işçilərin xarici ölkələrə ezamiyyə xərcləri normasına əlavələr

posted in: Xəbər | 0

Ezamiyyələr

Bəzi hallarda işçi işin tələbinə uyğun olaraq müəssisə rəhbəri tərəfindən ezamiyyətə göndərilməli olur. Ezamiyyət zamanı işçinin iş yeri və əməkhaqqısı saxlanılır, habelə ezamiyyə xərcləri norması nəzərə alınmaqla ona hər təqvim günü üçün  ezamiyyə xərci ödənilir. Gündəlik  ezamiyyə xərcləri işçinin daimi yaşayış yerindən kənarda yaşaması ilə bağlı əlavə xərcləridir. Xərc normaları AR-nin Nazirlər Kabinetinin müvafiq  qərarına uyğun tənzimlənir.

Respublika daxili ezamiyyə xərclərinin bir günlük norması aşağıdakı kimi müəyyən edilib:

  • Bakı şəhərində 125,0 manat;
  • Naxçıvan şəhərində, Gəncə və Sumqayıt şəhərlərində 95,0 manat;
  • respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90,0 manat.

Xarici ezamiyyə xərclərinin normaları AR NK-nın yuxarıda qeyd edilən qərarına 1 saylı əlavə əsasında müəyyən olunur.

Xarici ölkələrə ezamiyyə xərci

Xarici ölkəyə ezamiyyə müddəti yolda olma müddəti nəzərə alınmamaq şərtilə 40 gündən artıq olmamalıdır. İşçi müxtəlif səbəblərdən xarici ölkələrə ezamiyyətə göndərilə bilər:

  • konfranslar, danışıqların aparılması;
  • məhkəmələr, beynəlxalq qurumlarda iştirak;
  • xarici tərəfdaşlarla müqavilənin rəsmiləşdirilməsi və s.

Ezamiyyə xərcinin 1 günlük normasının 35 faizini gündəlik yemək xərci təşkil edir. Ezam olunmuş  işçinin ezamiyyə xərcləri qanuna uyğun şəkildə lazımi valyutaya çevrilərək ödənilir. Ezamiyyətdən qayıtdıqda isə ölkədən gedib-qayıtma barədə təsdiqedici qeydlər pasportda əks edilmiş formada müəssisəyə təqdim edilməlidir. Əgər işçinin ezamiyyətdə olma müddəti istirahət, yaxud qeyri-iş günlərinə düşərsə, bu zaman ona əlavə istirahət günü və ya əməkhaqqı verilməlidir.

AR diplomatik nümayəndəliklərinə ezam olunmuş şəxslərə yaşayış  yeri ilə təmin olunana qədər həmin ölkə üçün müəyyən edilmiş ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizi həcmində mehmanxana xərci nəzərdə tutulub.

Bəzən ezamiyyə ilə əlaqədar bütün xərcləri dəvət edən tərəf öz üzərinə götürmüş olur. Bu halda işçiyə ezamiyyə xərci ödənilmir.

Rəhbər işçilərin ezamiyyə xərci normasına əlavələr

Rəhbər işçilərə xarici ezamiyyə zamanı bir günlük ezamiyyə xərcləri normasına müəyyən əlavələr nəzərdə tutulub. Həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası AR NK-nın “Ezamiyyə xərclərinin normaları haqqında” qərarının 2 saylı əlavəsi ilə müəyyən olunur və aşağıdakı kimidir:

Sıra

№-si

Rəhbər işçinin vəzifəsi

Əlavə

(faizlə)

1 2 3
1. Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrləri[13] 100
2. Azərbaycan Respublikası Baş nazirinin müavinləri, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi sədrinin müavinləri; Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparat rəhbərləri; , Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Audiovizual Şurasının sədrləri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman), Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin sədrləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların rəhbərləri, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin müavinləri, Azərbaycan Respublikası Hesablama Palatasının auditorları, Bakı Şəhər İcra Hakimiyyəti başçısı[14] 50
3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri; Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin sədr müavinləri, Məhkəmə-Hüquq Şurasının üzvləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların rəhbərlərinin müavinləri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentləri, Azərbaycan Respublikası Baş prokurorunun müavinləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri, Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyətlərinin xarici ölkələrə rəsmi səfərləri ilə bağlı protokol tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar ezam olunan şəxslər[15] 30

Xarici ezamiyyə zamanı nümayəndəlik xərcləri

Yuxarıda qeyd edilən 2 saylı əlavədə verilmiş cədvəlin ilk iki sətrində qeyd olunan rəhbər şəxslərə ezamiyyə  müddətində bir günlük normanın 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri nəzərdə tutulub. Bundan başqa həmin şəxslərə,  səfir  vəzifəsi olanlara, həmçinin hökumətlərarası komissiyalara daxil olan şəxslərin aşağıdakı nəqliyyat xərclərindən biri ödənilir:

  • təyyarə üçün “biznes klass”;
  • dəmiryol qatarları üçün “biznes klass”;
  • yaxud da “2 yerli kupeli yumşaq vaqon” tariflərinə uyğun.

Digər hallarda isə nəqliyyat xərcləri təyyarə üçün “ekonom klass”, dəmiryol qatarları üçün “4 yerli kupeli vaqon” tarifləri ilə verilməlidir.

Ezamiyyə xərcləri normasına digər əlavələr

Beynəlxalq tədbirlərdə iştirak etmə məqsədilə xarici ölkələrə ezamiyyətə göndərilən AR nümayəndə heyətinin rəhbərləri qarşı tərəfin qaydalarına uyğun mehmanxanada yerləşdirilə bilərlər. Əgər bu zaman faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizindən çox olarsa, həmin fərq ezamiyyə xərclərinə əlavə xərc kimi ödənilməlidir. Lakin nəzərə almaq lazımdır ki, bu qayda ilə həmin nümayəndə heyətinin digər üzvlərinin ezamiyyə xərcləri müvafiq ölkələr üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin 1 günlük normasından 1,5 dəfədən çox olmamaldır.

Nəzərə almaq lazımdır ki:

  • Rəhbər işçilər, onlar üçün müəyyən edilmiş ezamiyyə xərcləri normasına bu əlavələrin yalnız birindən istifadə edə bilərlər.
  • Xarici ölkələrə ezamiyyət zamanı işçilərə norma daxilində verilən ezamiyyət xərcləri müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir. Faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi isə gəlirdən çıxılmır.

Alış aktı olmadan nəqliyyat vasitəsini balansa almaq qanunauyğundurmu?

posted in: Xəbər | 0

Şirkət fiziki şəxsdən müqavilə ilə nəqliyyat vasitəsi alıb. Nəqliyyat vasitəsinin dəyəri bağlanmış müqavilə əsasında notariusun depozit hesabı vasitəsilə fiziki şəxsə ödənilib. Nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi ilə balansa alınıb və ona amortizasiya hesablanıb, lakin alış aktı tərtib edilməyib. Alış aktı olmadan nəqliyyat vasitəsini balansa almaq olarmı, əgər balansa alınıbsa, ona hesablanmış amortizasiya xərci düzgündürmü? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən, Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan mallara dair Vergi Məcəlləsinin 71-2-ci maddəsində göstərilən elektron alış aktları olmadıqda vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunur. Eyni zamanda, vergi ödəyicilərinin balansında olan əsas vəsaitlər üzrə amortizasiya ayırmalarının hesablanması və gəlirdən amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlər Vergi Məcəlləsinin 114-cü maddəsi ilə tənzimlənir.

Qeyd olunanlara əsasən, yuxarıda göstərilən halda, rəsmi dövlət reyestri aparılan nəqliyyat vasitəsinin mülkiyyət hüququ hüquqi şəxsin adına rəsmiləşdirilibsə, malların alış aktının tərtib edilməməsinə görə maliyyə sanksiyası tətbiq edilmir və həmin əsas vəsait üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada amortizasiya ayırmaları hesablanır.

Əlavə olaraq bildiririk ki, tərəfinizdən aparılan əməliyyatla bağlı nəqliyyat vasitəsinin növü, rəsmiləşdirmə dəyəri, mülkiyyətə keçib-keçməməsi və digər mahiyyəti üzrə məlumatlar sorğuda qeyd olunmadığından, işin faktiki halları barədə məlumatlar və təsdiqedici sənədlərlə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci, 58-ci, və 114-cü maddələri

Hərbi və ya alternativ xidmətə çağırılan işçiyə nə qədər müavinət ödənilir?

posted in: Xəbər | 0

Qanunvericilikdə işçinin hərbi və ya alternativ xidmətə çağırılması zamanı ona orta əməkhaqqının bir neçə misli həcmində müavinət verilməsi nəzərdə tutulur. Mövzunu təlimçi ekspert Aqil Ağayev təhlil edir:

Əmək Məcəlləsinin 77-ci maddəsində işçinin hərbi və ya alternativ xidmətə çağırılması zamanı ona orta əməkhaqqının ən az iki misli miqdarında müavinətin ödənilməsi tələb edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun 50.1-ci maddəsində isə müavinətin orta əməkhaqqnın üç misli miqdarından az olmayaraq ödənilməsi yer alıb. Təcrübədə hər iki qaydada müavinətin ödənilməsi hallarına rast gəlinir.

Düzgün variantı müəyyən etmək üçün “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun yanaşmalıyıq. Qanunun 10.3-cü maddəsində göstərilib ki, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Burada sahə normativ hüquqi akt dedikdə, Əmək Məcəlləsini üstün tutmalıyıq.

Orta əməkhaqqı hesablanması qaydası Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən aparılır: işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Misal: 2023-cü ilin 30 aprel tarixində işçi hərbi xidmətə çağırılıb. Onun əməkhaqqı və iş günləri aşağıdakı kimidir:

Mart ayı – 17 iş günü, 1000 manat hesablanmış əməkhaqqı;

Fevral ayı – 20 iş günü, 1.000 manat hesablanmış əməkhaqqı;

Aprel ayı – 18 iş günü.

1.000+1.000 = 2000 manat;

17 + 20 =37 gün;

2.000 : 37 = 54.05 manat (bir günlük orta əməkhaqqı);

54.05 x 18 = 972,9 manat (orta əməkhaqqı).

Beləliklə, işçi hərbi xidmətə çağırıldığı üçün ona orta əməkhaqqının iki misli məbləğində müavinət ödənilməlidir: 972.9 x 2 = 1945,8 manat.

Mənbə: vergiler.az

Uçotsuz biznesin aqibəti yaxud mühasibat uçotu niyə vacibdir?

1 460 461 462 463 464 465 466 2. 691
error: Content is protected !!