Uçotda olmayan malların satışı hansı risklər yaradır?

posted in: Xəbər | 0

Vergi ödəyicisi uçotda olmayan (nağd alınan) malları rəsmi formada sifarişçiyə sata bilərmi? Bu zaman hər hansı riskin yaranması ehtimalı varmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad olunmuş gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilir.

Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.

Vergi ödəyiciləri gəlirlərinin və xərclərinin sənədləşdirilmiş məlumatlar əsasında dəqiq uçotunu aparmağa borcludur və vergi qanunvericiliyində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilir. Bununla yanaşı, aparılan əməliyyat üzrə Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tələblərinə uyğun olaraq riskli vergi ödəyicilərinin siyahısına daxil edilə bilərsiniz. Həmin Meyarların 3-cü bəndinə əsasən, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, habelə vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar olunduqda (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) həmin əməliyyatlar riskli əməliyyat hesab olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 58-ci, 130-cu və 139-cu maddələri, Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı

Mənbə: vergiler.az

Uçotsuz biznesin aqibəti yaxud mühasibat uçotu niyə vacibdir?

Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət əmr forması

posted in: Xəbər | 0

Aşağıda müxtəlif hallar üçün uşağa qulluğa görə məzuniyyət ərizəsi formaları verilib. Ərizənin doldurulma qaydası haqqında buradan oxumaq olar. 

Qismən ödənişli sosial məzuniyyət əmri nümunəsi

“_________________” Məhdud Məsuliyyətli Cəmiyyəti

ƏMR № ____

                         şəhəri                                                                              .    .                       2023-cü il

“Sosial məzuniyyətin verilməsi barədə”

  1. ____________________________ cəmiyyətin ___vəzifəsi__ uşağın üç yaşı tamam olana qədər uşağa qulluğa görə .____   __________   20  -cü il tarixdən .___    ________ 20   -cü il tarixədək .____ müddətə qismən ödənişli sosial məzuniyyətə  buraxılsın. 

     İşçi .___ ___________ 20___-cü il tarixində işə başlasın.

Əsas: İşçinin ərizəsi, uşağın ______________________ №-li doğum şəhadətnaməsi, AR Əmək məcəlləsinin 127-ci maddəsi

“_______________” MMC-in

 direktoru          ___________________   __________________________

                                            (imza)

İşçi (tanış oldum) __________________ __________________________

                                                (imza)

 

Uşağın övladlığa götürüldüyü halda qismən ödənişli sosial məzuniyyət əmri

 

“_________________” Məhdud Məsuliyyətli Cəmiyyəti

ƏMR № ____

                         şəhəri                                                                              .    .                       2023-cü il

“Sosial məzuniyyətin verilməsi barədə”

  1. ____________________________ cəmiyyətin ___vəzifəsi__ övladlığa götürdüyü uşağın üç yaşı tamam olana qədər uşağa qulluğa görə .____  __________   20  -cü il tarixdən .___    ________ 20   -cü il tarixədək ._____ müddətə qismən ödənişli sosial məzuniyyətə  buraxılsın. 

     İşçi .___ ___________ 20___-cü il tarixində işə başlasın.

Əsas: İşçinin ərizəsi, uşağın ___________________ №-li doğum şəhadətnaməsi, məhkəməsinin ___ ______________ tarixli ______________ nömrəli qətnaməsi və AR Əmək məcəlləsinin 127-ci maddəsi

“_______________” MMC-in

 direktoru          ___________________   __________________________

                                            (imza)

İşçi (tanış oldum) __________________ __________________________

                                                (imza)

Uçotsuz biznesin aqibəti yaxud mühasibat uçotu niyə vacibdir?

posted in: Xəbər | 0

Biznesin inkişafına təkan verən mühasibatlıq

Uçot müəssisə, sahibkar üçün önəmlidir, onlar uçot – hesabat işçilərinin xidmətindən müntəzəm yararlanırlar. Biznesdə mühasibat uçotunu  rolu danılmazdır. Mühasiblər  həmişə biznesin xidmətində, sahibkarın yanındadır. Təsadüfi deyil ki, mühasibatlıqla bağlı tez-tez vakansiyalara rast gəlmək olur.

Əvvəlki bölmədə mühasibat uçotu, maliyyə hesabatlarını müəssislərin təsərrüfat fəaliyyətini əks etdirən güzgü kimi xarakterizə etmişdik. Biznesin müntəzəm təkmilləşdirilməsi menecerlərdən onun güclü və zəif tərəflərini bilməyi tələb edir. Biznes-mühitində rəhbərin əsas vəzifəsi fəaliyyəti:

  • nəzarətdə saxlamaq;
  • təhlil etmək;
  • düzgün qərar qəbul etməkdir.

Mühasibat uçotu olmadan şirkətin gələcək fəaliyyətini planlaşdırmaq mümkünsüzdür. Uçot məlumatları menecerlərə şirkətin strategiyasını qurmağa, həmçinin mövcud inkişaf planına dəyişikliklər etməyə imkan verir. Həm də təsərrüfat subyektlərində mühasibat uçotu qeydlərinin qanuna müvafiq aparılması məcburidir (“Mühasibat uçotu haqqında” AR qanunu, maddə 3.1):

Müəssisədə bank, kassa, müxtəlif debitorlar, kreditorlarla hesablaşmaların, mal-xidmətlərin alqı-satqısının, əsas vəsaitlərin hərəkətinin, işçilərlə ödənişlərin, müxtəlif  təsərrüfat əməliyyatlarının uçotu aparılır. Aparılan uçotun əsas məqsədlərini aşağıdakı kimi sıralamaq olar:

  • müəssisənin maliyyə durumunu istənilən anda qiymətləndirmək;
  • aktivlər, öhdəliklər, gəlir, xərc, kapital barədə məlumatlı olmaq;
  • müəssisənin effektivliyini əyani görmək;
  • sənədləşdirilmiş dəqiq məlumatlar əsasında gələcək fəaliyyətlə bağlı qərarların qəbulu;
  • dövlət və digər qurumlar qarşısında öhdəlikləri vaxtında icrası. 

İş olanda əyani yaxud mühasibat uçotu vacibdirmi?

Əhməd sahibkardır, kiçik dükanında uşaq oyuncaqlarını pərakəndə üsulla satır. Sadələşdirilmiş vergi ödəyicisidir, uçot-hesabat işlərini kənardan xidmət göstərən mühasibə həvalə edib. Beynəlxalq uşaq günü xeyriyyə təşkilatlarından biri uşaq evlərinə hədiyyə vermək məqsədi ilə böyük həcimdə oyuncaq sifariş edir. Problem odurki:

  • iri həcmli sifarişlər qəbulu onun təcrübəsində yenilikdir;
  • potensial müştəri satışda olmayan oyuncaqları sifariş siyahısına salmaq istəyir.

Sifarişçiyə həm də qısa zaman ərzində tövsiyə edilə biləcək oyuncaqların siyahısı, təmin edilmə müddətlərini təqdim edilməlidir. Belə sifarişi heç kim itirmək istəməz, çünki:

  • əlavə gəlirdir;
  • reklam üçün gözəl fürsətdir.

Problem tək bunlarla bitmir, Əhməd sahibkar olaraq:

  • əməliyyatların uçotunu aparmır;
  • anbarında oyuncaqların qalığı haqqında dəqiq məlumata malik deyil.

Anbar qalığını müəyyənləşməsi, müştəriyə təklif hazırlamaq xeyli vaxtını alaraq müştərilərə göstərilən xidmətin keyfiyyətinə təsirsiz ötməyəcək. Nəticədə Əhməd:

  • sifarişi icra edə bilməyərək potensial müştərini qaçıracaq;
  • mövcud müştərilərinin müəyyən qismini itirəcək.

Onu çəkindirən başqa şərt də var: dostlara gedəndə, yaxud başqa oxşar hallarda uşaqlara hədiyyələr edir. Mühasibat uçotu aparmadığından gəlir-xərclər üzrə təxmini məlumatlar biznesin gəlirliyini ölçməyə kifayət deyil. Bu onu yeni addımlar atmaqdan çəkindirir.

Qəhrəmanımızın başqa variantı da var – biznesini satmaq. Qonşuluğa yeni köçmüş sahibkar Əhmədin biznesini almaq istəyir. Biznesində heç bir hesabata sahib olmayan, səmərəliliyini ölçə bilməyən bizim sahibkar, qiymət təyin edə  bilmir. Fəaliyyəti müddətində qəhrəmanımız kassadakı nağd pulla kifayətlənmiş, həmin pul ailəsinin dolanışığına kifayət etdiyinə görə hesablamalar aparmamışdı.

Nəticə: Bütün təsərrüfat əməliyyatlarının uçotu vaxtında aparılsaydı:

  • hansı maldan nə qədər qaldığını;
  • hər birinin maya dəyərini;
  • endirimli qiymətlə təklifini anında demək olardı.

Yekunda Əhməd potensial müştərilər cəlb edib daha çox gəlir qazanardı. Amma düzgün uçot siyasəti olmadığından bu baş vermir.

Yuxarıdakı nümunə mühasibat uçotsuz biznesin gec-tez qarşılaşacağı haldır.

Mühasibat uçotunun məqsədi

Mühasibat uçotuna sistemli və elmi yanaşmanı ilk dəfə ortaya qoymuş Luka Paçoli kommersiya işlərinə riyaziyyatın tətbiqinə həsr edilmiş əsərində yazırdı:

“Kim düzgün ticarət aparmaq istəyirsə, 3 şərtə mütləq əməl etməlidir:

  • Birincisi və ən əsası, nağd pul və digər qiymətliləri olmalıdır;
  • İkincisi, kitab tutmaq və sürətli hesablamağı bacarmalıdır;
  • Üçüncüsü isə, işini elə qurmalıdır ki, gecikmədən borclar, əmlak və öhdəlikləri barədə məlumat ala bilsin”.

Pul biznesin əsası və “damarlardan axan qanı”dır (Aristotel). Qan insan damarları ilə axaraq bədən üzvlərinin fəaliyyətini təmin edir və insan orqanizminə fayda gətirir. Eyni qaydada pul da müəssisənin ayrı-ayrı strukturlarından keçib təsərrüfat fəaliyyətinin daxili və kənar iştirakçıları arasında dövr etməklə sahibinə qazanc gətirir. Pulun belə hərəkəti iqtisadiyyatda pul axını adlanır.  İstənilən  axın  nəzarətdə  saxlanmalı  və  idarə  olunmalıdır.  Məhz  bu,  “kitab tutmaq və sürətli hesablamağı bacaran” qurumun – mühasibatlıq və bu qurumun əməkdaşlarının- mühasiblərin mövcudluğunu zəruri edir.

Hər bir manatın hara və nə qədər sərf edilməsi, qeydiyyatının aparılması və məqsədəuyğunluğunun izlənməsi sahibkar üçün vacibdir. Müəssisədə uçot işləri elə qurulmalıdır ki, sahibkar “gecikmədən borclar, əmlak və öhdəliklər barədə məlumat ala bilsin”.

Paçoli sahibkarın (tacir, istehsalçı, xidmət göstərən və s.) öz işlərinin mövcud vəziyyəti barədə məlumat əldə etmə və fəaliyyətin maliyyə nəticəsini hesablama istəyini uçot qeydlərinin aparılmasının başlıca məqsədi kimi qeyd etmişdir.

Luka Paçoli mühasibat uçotu və onun vacibliyi haqqında

Müasir dövrdə mühasibat uçotunun əsas məqsədi yuxarıda qeyd ediləndən elə də fərqlənmir. Sadəcə mövcud vəziyyət və fəaliyyətin maliyyə nəticələri ilə bağlı məlumatlardan faydalanan şəxslərin əhatəsi genişlənib.

Biznesdə mühasibat uçotunun rolu və bu nə üçün vacibdir?

posted in: Xəbər | 0

“Mühasibat uçotu” termini xüsusilə də vergi mövsümündə daha geniş işlənir.

Amma mühasibat uçotunun biznesdəki əhəmiyyətinə nəzər yetirməzdən əvvəl onun əsaslarını nəzərdən keçirək – mühasibat uçotu nədir?

Mühasibat uçotu müəssisənin maliyyə əməliyyatlarının sistemli və ətraflı uçotuna aiddir. Kiçik müəssisələr, dövlət, məhkəmə və idarəetmə mühasibatlığından tutmuş, korporasiyalar üçün mühasibat uçotuna qədər, mühasibat uçotunun bir çox növləri var.

Biznesdə mühasibat uçotunun rolu

Mühasibat uçotu biznesin aparılmasında mühüm rol oynayır. Çünki bu, gəlir və xərclərin izlənilməsinə, qanunvericiliyin tələblərinə əməl olunmasına kömək edir. Biznes qərarlarını qəbul edərkən, istifadə edilə biləcək sərmayədarlara, rəhbərliyə və hökumətə kəmiyyət maliyyə məlumatlarını təqdim edir.

Sizin qeydləriniz üç əsas maliyyə hesabatını təşkil edir.

  • Mənfəət və zərər hesabatı sizə mənfəət və zərər haqqında məlumat verir;
  • Balans müəyyən bir tarixdə biznesinizin maliyyə vəziyyəti haqqında aydın bir təsvir verir;
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat mənfəət və zərər haqqında hesabat və balans arasında əlaqələndirici bənddir və müəyyən müddət ərzində yaradılan və xərclənən pul vəsaitləri barədə məlumat verir.

Əgər siz öz biznesinizi daim ayaqda tutmaq istəyirsinizsə, maliyyə hesabatlarınızın düzgünlüyünü və aktuallığını dəstəkləmək çox vacibdir. Budur, bunun böyük və ya kiçik biznesiniz üçün vacib olan səbəblərindən bir neçəsi!

Uçot biznesin səmərəliliyinin qiymətləndirilməsində kömək edir.

Maliyyə qeydləriniz əməliyyatların nəticələrini, eləcə də kiçik biznesinizin və ya korporasiyanın maliyyə vəziyyətini əks etdirir. Başqa sözlə desək, onlar maliyyə baxımından işinizdə nələrin baş verdiyini anlamağa kömək edir. Təmiz və aktual qeydlər yalnız xərcləri, ümumi mənfəəti və mümkün borcları izləməkdə kömək etmir, həm də cari məlumatlarınızı əvvəlki mühasibat qeydləri ilə müqayisə etməyə və büdcəni düzgün bölüşdürməyə də yardım edəcəkdir.

Qanunvericiliyə riayət olunmasını təmin edir

Qanunlar və qaydalar ştatdan ştata fərqlənir. Lakin müvafiq mühasibat sistemləri və prosesləri sizin biznesinizə aid olan zaman qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etməyə kömək edəcəkdir. Mühasibat uçotu funksiyası satış vergisi, ƏDV, gəlir vergisi və pensiya fondları və bir çox digər borcların düzgün həll olunmasını təmin edir.

Gələcək üçün büdcə və proqnozlar yaratmağa kömək edir

Gələcək üçün büdcənin tərtib edilməsi və proqnozlar, biznesə kömək edə və ya onu məhv edə bilər. İş bu yerə gəlib çatdıqda, maliyyə hesabatlarınız həlledici rol oynayacaqdır.

Biznes-tendensiyaları və proqnozları, fəaliyyətinizin gəlirli qalması üçün tarixi maliyyə məlumatlarına əsaslanır. Bu maliyyə məlumatları yaxşı qurulmuş mühasibat prosesləri ilə təmin edildikdə daha uyğun gəlir.

Maliyyə hesabatlarının təqdim olunmasına kömək edir

Şirkətlər maliyyə hesabatlarını vergi idarəsinə təqdim etməyə borcludurlar. Listinqə daxil olan şirkətlər onları fond birjalarına, eləcə də birbaşa və dolayı vergi hesabatlarının məqsədləri üçün təqdim etməlidirlər. Deməyə ehtiyac yoxdur ki, mühasibat uçotu bütün bu ssenarilərdə həlledici rol oynayır.

1 461 462 463 464 465 466 467 2. 691