Read More9
Read More9

Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar xitam zamanı olunan ödənişlər

posted in: Xəbər | 0

Əmək müqaviləsinə hər hansı əlavə şərt və ya dəyişikliyin edilməsi yalnız tərəflərin qarşılıqlı razılığı əsasında baş verə bilər. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov yeni şərtlərlə razılaşmayan işçinin əmək müqaviləsinə xitam verilərkən ona ödəniləcək ödənişlərin hesablanmasını izah edir: 

İşəgötürən əmək şəraitinin şərtlərini (işçinin xeyrinə olan dəyişikliklərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) nəzərdə tutulan əsasla xitam verilə bilər.

Misal: 5 günlük iş rejimi ilə çalışır. Müəssisə rəhbərinin 11.03.2021-ci il tarixli müvafiq əmrinə əsasən, 01.05.2021-ci il tarixdən 6 günlük iş rejimi tətbiq olunub. Bu barədə işçiyə 12.03 2021-ci il tarixdən yazılı bildiriş daxil olub. Orta aylıq əməkhaqqı məbləği aylıq 725 manat təşkil edən işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razı olmayıb. Belə olan halda, işçinin əmək müqaviləsinə hansı əsasla xitam verilməli və ona nə qədər ödəniş edilməlidir?

İşçini başqa vəzifəyə keçirmək mümkün olmadığı halda, onun müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə əsasən xitam verilə bilər. Məcəllənin 77-ci maddəsinin 4-cü bəndinə görə isə xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verilə bilər. Eyni zamanda, Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, əmək müqaviləsinə Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət ödəyir.

Xəbərdarlıq müddəti əvəzinə müavinət: 725 manat (orta aylıq əməkhaqqı məbləğində);

İşdənçıxarma müavinəti: 725 x 2 = 1450 manat (orta aylıq əməkhaqqının 2 misli məbləğində).

Cəmi: 725 + 1.450 = 2.175 manat.

Deməli, işçiyə bütövlükdə 2.175 manat müavinət hesablanacaq.

Əgər işçiyə vaxtında xəbərdarlıq olunubsa və işçi xəbərdalıq müddəti ərzində işləyibsə, ona xəbərdarlıq müddəti əvəzinə müavinət ödənilməyəcək.

Vacib məqamlardan biri də ondan ibarətdir ki, orta əməkhaqqının hesablanması qaydasına əsasən, orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində işçinin əməkhaqqının cəmini həmin aylardakı günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır. Alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Lakin əmək müqaviləsinə xitam verildiyi zaman əməkhaqqı saxlanılan iş günləri olmur. Əmək Məcəlləsində isə bununla bağlı bir qayda yoxdur. Ona görə də hesab edirik ki, bu halda orta əməkhaqqının tapılması üçün əməkhaqqı saxlanılan iş günlərinin sayı yerinə istehsalat təqvimindəki orta aylıq iş vaxtı normasına vurmaq məqsədəuyğundur.

101-ci hesabda qeyri-maddi aktivlər üzrə daxil olmanın uçotu

Kapital Bank-dan Yeni ilə özəl nağd kredit kampaniyası

posted in: Xəbər | 0

kapital bank yeni il kampaniyasıKapital Bank Yeni ilə özəl nağd kredit kampaniyasına start verir. 2023-cü ilin 1-30 dekabr tarixlərini əhatə edəcək kampaniya çərçivəsində nağd kredit əldə edən hər 100-cü müştəriyə kredit ödənişi üçün 100₼ məbləğ hədiyyə ediləcək.

Kampaniyadan yararlanmaq üçün həm onlayn müraciət edə, həm də sizə ən yaxın filiala yaxınlaşa bilərsiniz. Üstəlik onlayn əldə edilən kreditlərə 2%-dək endirim imkanı təqdim olunacaq. Qeyd edək ki, kampaniyadan yalnız bir dəfə yararlanmaq mümkündür.

Kampaniya haqqında ətraflı məlumat: https://kbl.az/kp1alpfe1c

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 

Vergi borclarının silinməsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi

Vergi borclarının silinməsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi

posted in: Xəbər | 0

Dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə edilən gəlir mənfəət vergisindən azad olunurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 106.1.8-ci maddəsinə əsasən, müvafiq qanunvericiliyə uyğun olaraq, dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə edilən gəlir mənfəət vergisindən azaddır. Bu maddənin müddəaları vergilər, hesablanmış faizlər və tətbiq olunmuş maliyyə sanksiyaları üzrə vergi borclarını əhatə edir. Yerinə yetirilmə müddəti başa çatmış hər bir vergi borcuna münasibətdə sözügedən maddənin müddəası ayrılıqda tətbiq olunur.

Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq olunan maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir.

Eyni zamanda, müvafiq azadolma sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədilə qəbul edilmiş qanunvericilik sənədində silinməsi nəzərdə tutulan vergi borclarına münasibətdə tətbiq olunur. Belə sənədə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunu nümunə göstərmək olar.

Əsas: Vergi Məcəlləsinin 78-ci və 106-cı maddələri, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun

Mənbə: vergiler.az

Uçotsuz biznesin aqibəti yaxud mühasibat uçotu niyə vacibdir?

Kapital Bank depozit faizlərini artırdı

posted in: Xəbər | 0

Keyfiyyətli və təhlükəsiz xidməti ilə 6 000 000-a yaxın müştərinin seçimi olan  ölkənin birinci bankı Kapital Bank depozit məhsulu üzrə şərtləri dəyişib. Yeni qaydalara əsasən maksimal depozit AZN valyutası üzrə 12 aylıqda 9%-ə,  USD valyutası üzrə isə 36 aylıqda 3,5%-dək artırılıb.

AZN valyutası ilə depozitlərdə yeni kampaniyaya start verilib. 31 yanvar 2024-cü ilədək aktual olacaq kampaniyanın şərtlərinə əsasən müştərilər 12 aylıq 9% gəlir əldə edirlər. Depozit üçün minimum 500 manat olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital depoziti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır.

Müştərilər üçün daha sərfəli olan yeni qaydaya əsasən USD valyutası üzrə əmanətin müddəti 12 aydan 36 ayadək müəyyən edilib. Depozit üçün minimum $500 olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital əmanəti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum $100 məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manat ekvivalentindədir.

Bundan başqa tezliklə Birbank mobil tətbiqində yeni başdan-başa “Rəqəmsal depozit” məhsulu istifadəyə veriləcək. Bu məhsulun əsas üstünlüyü müştərilərin kampaniya çərçivəsində 12 aylıq 9% gəlir əldə etmələri ilə yanaşı proseslərin tamamilə onlayn olmasıdır.

Nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyən müştərilər onlara yaradılan imkanlardan istifadə etmək üçün ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərlər. Depozit kalkulyatoru ilə faiz miqdarını asanlıqla hesablamaq mümkünür: https://kbl.az/kdpr

140 ildən çox tarixə malik olan Kapital Bank depozitlərin sərfəli və etibarlı ünvanıdır. Müştərilər ürək rahatlığı ilə əmanətlərini banka etibar edə və vəsaitlərinin dövlət səviyyəsində müəyyən edilən bütün təhlükəsizlik standartlarına uyğun şəkildə qorunduğundan əmin ola bilərlər. Şəffaf maliyyə göstəriciləri, ekosistemdəki davamlı yeri və nüfuzu, qabaqcıl dünya trendlərinə əsaslanan strateji hədəfləri və müştərilərlə qurulan səmimi bağ Kapital Bankı milyonlarla müştərinin güvəndiyi etibarlı tərəfdaşa çevirib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

ƏDV ödəyicisi başqa təsərrüfat subyekti üzrə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?

1 462 463 464 465 466 467 468 2. 691
error: Content is protected !!