Read More9
Read More9

Fərdi sahibkarların sığortalanmış əsas vəsaitləri barədə məlumatların vergi orqanına təqdim edilməsi

posted in: Xəbər | 0

Sığorta şirkəti hər rüb hüquqi şəxslərin sığortaladığı əsas vəsaitləri barədə məlumatları vergi orqanına təqdim edir. Bəs bu tələb fərdi sahibkarların sığortalanmış əsas vəsaitlərinə münasibətdə də mövcuddurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.6-cı maddəsində 1 yanvar 2023-cü ildən edilmiş dəyişikliyə əsasən, sığortaçılar tərəfindən hüquqi şəxslərə, onların filial və nümayəndəlikləri ilə yanaşı, fərdi sahibkarlara məxsus sığortalanmış əsas vəsaitlər barədə məlumat da rüb bitdikdən sonra növbəti ayın 20-dək müəyyən edilmiş müvafiq formada vergi orqanına təqdim olunur.

Qeyd olunanlara əsasən, 1 yanvar 2023-cü ildən etibarən əsas vəsaitləri sığortalanmış fərdi sahibkar olduğu halda, sığortaçı tərəfindən sığortalanmış həmin əsas vəsaitlər barədə məlumatlar rüb bitdikdən sonra növbəti ayın 20-dək vergi orqanına təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.6-cı maddəsi

Mənbə: vergiler.az

Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin təyin edilməsi

Yeni ildə 7 gün qeyri-iş günü olacaq

posted in: Xəbər | 0

qeyri-iş günü,İş və istirahət günlərinin yerləri dəyişdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir.

Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə – 31 dekabr 2023-cü il 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.

Yeni ilin ilk iş günü isə yanvarın 7-də olacaq.

Mənbə: report.az

Vergi uçotu kursu

Video: “Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər – 2024”

posted in: Xəbər | 0

vergi məcəlləsi, Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər, vebinar“Azərbaycan Mühasiblər Məktəbi”nin “Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər – 2024” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər. 24 Noyabr tarixində təşkil edilən vebinar “Azərbaycan Mühasiblər Məktəbi”nin 2023-cü ildə təşkil etdiyi yeddinci ödənişsiz vebinar idi.

Vebinarın təqdimatçısı Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi inzibatçılığı”, “Vergi müqavilələri”, “Vergi auditi”, “Vergi planlaşdırılması”, “Rəqəmsal iqtisadiyyat və vergiqoyma” fənlərini tədris edir.

Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi, SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışır.

Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir. «CİMA və ACCA» üzrə « Diplom Performance Management» və «DİPİFR»  beynəlxalq diplomların sahibidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.

Vergi üzrə ekspert Azər Qənbərovun təqdimatında, Qanunvericilikdə olan yeni dəyişiklikləri əhatə edəcək “Vergi uçotu üzrə nəzəri-praktiki kurs”a qoşula bilərsiniz. Detallı məlumat üçün keçidə daxil olun.

Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığımız vaxtdan bu günədək 2000-dən çox tələbə kurslarımızda iştirak etmişdir.

Məktəb, uzunmüddətli təlimlər ilə yanaşı, 1 günlük, ödənişsiz təlimlər də təşkil etməkdədir. Təkcə 2022-ci ildə belə təlimlərin sayı 7 idi. Ödənişsiz təlimləri təşkil etməkdə məqsədimiz mühasiblərin biliklərini inkişaf etdirmək, yenidən hazırlığına dəstək olmaqdır.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Mühasibat kursları: https://www.muhasibat.az/muhasibatliq-kursu/

Vergi kursları: https://www.muhasibat.az/vergi-kurslari/

Digər kurslarımız: https://www.muhasibat.az/kurslar/

Əlaqə:

Müəssisə tərəfindən çəkilən təmir xərcləri hansı formada gəlirdən çıxılır?

posted in: Xəbər | 0

Fiziki şəxsə məxsus obyekti icarəyə götürən müəssisə tərəfindən həmin əsas vəsait balansa götürülməyib. İcarə müqaviləsinə əsasən, müəssisə tərəfindən icarə haqqı ilə əvəzləşdirilmədən obyektin bərpası üçün 400 manat təmir xərci çəkilib və icarə haqqı ödənişi zamanı nəzərə alınmayıb. Bu halda müəssisə tərəfindən faktiki çəkilmiş təmir xərcləri hansı formada gəlirdən çıxılır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə bu Məcəllənin 114.3-cü maddəsində müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunur.

Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, təqvim ilinin sonuna bu maddə ilə müəyyən edilmiş qaydada hər bir kateqoriya üzrə kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduqda, həmin məbləğ gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən, müəssisə tərəfindən icarəyə götürülmüş daşınmaz əmlaka görə çəkilmiş və kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduğundan, gəlirdən faktiki çəkilmiş təmir xərci çıxılır.

Əsas: Vergi Məcəlləsinin 115.6-1-ci maddəsi

Mənbə: vergiler.az

Əsas vəsait hesab olunmayan torpaqlara görə vergi hesablanmalıdırmı?

1 469 470 471 472 473 474 475 2. 700
error: Content is protected !!