Kadr uçotunun qurulması və insan resursları

posted in: Kadr, Xəbər | 0

Accounting.Az konsaltinq şirkəti sıfırdan kadr uçotunun qurulması xidmətini təklif edir. Şirkətin təklif etdiyi xidmət insan resursları üzrə xidmətlər çərçivəsində hazırlanıb.

  • xidmət peşəkarlardan ibarət komanda tərəfindən göstərilir;
  • kadr uçotunun qurulması qısa müddətə, yüksək keyfiyyətlə aparılır;
  • qarşılıqlı razılaşma əsasında müəyyən edilən qiymətlər sərfəlidir.

Xidməti aşağıdakı üsullardan biri ilə sifariş etmək olar:

Zəng üçün telefon nömrələri: +99412 310 09 29, +99412 598 37 98

WhatsApp: +99450 225 82 05

“Geriyə zəng” xidmətindən istifadə etmək olar.

Kadr uçotunun məcburiliyi

Azərbaycan əmək qanunvericiliyi istənilən müəssisədən insan resurslarının uçotunu aparmasını tələb edir. Kadr uçotunun aparılması qaydaları AR Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə digər normativ-hüquqi aktlarla tənzimlənir. Bu tələblər həm fərdi sahibkarlara, həm də iri şirkətlərə eyni dərəcədə aiddir. Sıfırdan kadr uçotunun qurulması məsuliyyətli sahə olduğundan, peşəkar mütəxəssislərin müdaxiləsini tələb edir. İnsan resurslarının idarə edilməsi mütəxəssislərdən:

  • qanunun müddəalarını bilmək;
  • mövcud əmək qanunvericiliyini yaxşı başa düşmək;
  • kadr uçotunun aparıldığı proqram sistemləri ilə işləmək kimi bacarıqlar tələb edir.

Accounting.Az konsaltinq şirkətinin təcrübəli əməkdaşları bu məsələlərin həllində sizə dəstək olmağa hazırdır.

Şirkət dünya reytinqində üçüncü olan beynəlxalq “PrimeGlobal” Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyasına üzvdür.

“0”-dan kadr uçotunun qurulması

Bəzən biznes sahibləri, onların menecerləri vaxt çatışmazlığı yaxud qeyri-ciddi münasibət ucbatından kadr uçotuna lazımi diqqət yetirmirlər, xüsusilə də orta və kiçik şirkətlərdə.  Şirkət kiçikdirsə, kadr uçotunun aparılması işçilərdən birinə, əksər hallarda katibəyə və ya mühasibə həvalə edilir.

Kadr uçotunun qurulması problemi yeni şirkətləri də narahat edən məsələlərdəndir. Bu sual onlar üçün da maraqlıdır: insan resurslarının idarə edilməsini kimə həvalə etməli? Axı o, düzgün təşkil edilməli və sıfırdan qurulmalıdır. Bu halda, ən yaxşı seçim, yeni təşkilatda sıfırdan kadr uçotunun qurulması və aparılması üçün məsuliyyəti üçüncü tərəf konsaltinq şirkətinə ötürməkdir.

Accounting.Az konsaltinq şirkəti sizin üçün aşağıdakıları özündə birləşdirən fərdi plan hazırlayacaq:

  • hansı kadr sənədləri hazırlanmalı?
  • hansı normativ hüquqi aktlar daima əl altında olmalı?
  • hansı sənədlər mütəmadi yenilənməlidir?

Şirkətə müraciət, ilk növbədə:

  • insan resursları üzrə düzgün uçotun aparılmasına təminat;
  • işçilərlə bağlı bütün sənədlərin qaydasında olduğuna əminlik;
  • əsas fəaliyyətdən yayınmadan sadə kadr məsələlərinin həlli (məsələn, ştat və məzuniyyət cədvəlinin tərtibi, əmək kitabçalarının işlənməsi və sair).

Bütün bunlar sizi gələcəkdə əmək qanunvericiliyi üzrə pozuntulardan, cərimə sanksiyalarından, Əmək Müfəttişliyinin iradlarından, işçilərlə məhkəmə çəkişmələrindən qoruyacaq.

“0”-dan kadr uçotunun qurulması xidmətinin qiyməti işçilərin sayından, müəssisənin spesifik xüsusiyyətlərindən, digər nüanslardan asılıdır.

Xidmət, onun qiyməti haqqında daha geniş məlumat almaq üçün şirkətin saytının “Əlaqə” bölməsindən sizin üçün rahat ünsiyyət formasını seçib müraciət edin.


Uşağa qulluğa görə qismən ödənişli məzuniyyət

posted in: Xəbər | 0

Yeni uşaq doğulmuş və ya övladlığa götürülmüş ailələrə dəstək olmaq üçün müəyyən sosial layihə həyata keçirilir ki, uşağa qulluğa görə müavinət onlardan biridir. O, qismən ödənişli sosial məzuniyyət zamanı anaya yaxud qanunvericiliyə uyğun ailənin digər üzvündən birinə verilir.

Sosial məzuniyyətlər

Məzuniyyət işçinin istirahət vaxtının bir növü, digərləri ilə müqayisədə ən uzun müddətlisidir. İşçilərin istirahət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsi ilə təmin olunur. Onun həyata keçirilməsi üzrə hüquqi normalar Əmək Məcəlləsinin XIV fəslində əks olunub. İstirahət hüququnun təmin edilmə üsulundan biri olan sosial məzuniyyətlər ƏM-in 125-127-ci maddələrində şərh edilir. Hamiləlik və doğuş zamanı, habelə övladlığa uşaq götürən qadınlara verilən məzuniyyətlə yanaşı, işçilərin uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət hüququ da var.

Uşağa qulluğa görə məzuniyyət kimə verilir?

Azərbaycanda uşağa qulluğa görə qismən ödənişli məzuniyyət uşaq üç yaşına çatana qədər verilir. Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi əsasında işləyən, fəaliyyət göstərən valideynlərdən biri, yaxud ailənin digər üzvü həmin məzuniyyətdən istifadə hüququna malikdir. Təcrübədə ondan daha çox uşağın anası istifadə edir.

Qaydalara əsasən hamiləlik və doğuş üçün məzuniyyətin müddəti bitdikdən sonra işçi öz əmək fəaliyyətini davam etdirməlidir. Lakin o, işə qayıtmayaraq uşağa qulluğa görə məzuniyyət götürə bilər. Bu halda işəgötürənə ərizə ilə müraciət edilir. Qismən ödənişli məzuniyyət işçinin istəyi əsasında , uşağın 3 yaşınadək olan dövrdə, tam yaxud hissələrlə rəsmiləşdirilə bilər.

Müəyyən səbəblərdən (məsələn, stasionarda müalicə) ana uşağa qulluq edə bilmədikdə uşağa faktiki qulluq edən ailənin digər üzvü qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edərək, uşağa qulluğa görə müavinət ala bilər. Ailənin digər üzvləri dedikdə həmin ailədə yaşayan aşağıdakı şəxslər nəzərdə tutulur:

  • uşağın atası;
  • nənə yaxud baba;
  • xala, dayı, əmi, bibi;
  • müqavilə ilə işləyən ailənin digər üzvləri.

Bu hüquqdan onlardan yalnız biri istifadə edə bilər. Müəyyən olunmuş qaydada övladlığa götürülmüş uşağa qulluğa görə müavinət ümumi əsaslarla verilir.

Məzuniyyətin rəsmiləşdirilməsi

Qismən ödənişli məzuniyyətin rəsmiləşdirilməsi aşağıda qeyd edilən sənədlər əsasında həyata keçirilir:

  • işçinin ərizəsi;
  • doğum haqqında şəhadətnamə;
  • işəgötürənin əmri;
  • Protokol.

Qismən məzuniyyətlər qadınların hamiləlik və doğum üçün məzuniyyəti bitdikdən sonrakı ilk iş günündən etibarən müəyyən edilir. Onun müddəti uşağın 3 yaşı tamam olana qədər olan dövrdə işçinin istəyinə əsasən müəyyən edilir.

Uşağa qulluğa görə məzuniyyətdə olan işçi məzuniyyətdən imtina edib, istənilən vaxt  işə qayıdıb fəaliyyətini davam etdirə bilər. Bu zaman yenə də işəgötürənə ərizə ilə müraciət edilməli və işçinin işə başlaması əmrlə rəsmiləşdirilməlidir. Məzuniyyətdə olan işçinin iş yeri, vəzifəsi saxlanılır. Onun əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilməz. İşçinin məzuniyyətdən tam şəkildə, yaxud da hissə-hissə istifadəsi mümkündür (ƏM maddə 127.2).

Nümunə 1: “Merkur” MMC-də fəaliyyət göstərən işçi hamiləlik və doğuş üçün götürdüyü məzuniyyəti başa vurduqdan sonra altı aylıq qismən məzuniyyətə çıxmaq istəyir. Həmin müddət başa çatdıqdan sonra işə qayıdan işçi yenidən ərizə yazaraq üç aylıq məzuniyyət götürmək istədiyini bildirir. Bu hal tamamilə qanunauyğundur.

İşçiyə verilən sosial məzuniyyətlərin müddətləri barədə bizim digər resursumuzdan da məlumat ala bilərsiniz.

Uşağa qulluğa görə müavinətin hesablanması

Qismən ödənişli məzuniyyətlərdə işçilərə verilən müavinətlər DSMF hesabına ödənilir. Müavinətlər aşağıdakı qaydada təyin olunur:

  • 1 yaş yarımadək uşağa qulluq üçün – 44 manat;
  • 1 yaş yarımdan 3 yaşınadək qulluq üçün – 28 manat.

Məzuniyyətdə olan qadınlar həm natamam iş vaxtı ilə işlədikdə, həm də təhsillərini davam etdirdikləri hallarda da müavinət almaq hüququna malikdirlər.

Çernobıl qəzasında əlil olmuş şəxslərə qismən ödənişli məzuniyyətlər təyin edildikdə, onların müavinəti qanunvericilikdə müəyyən edilmiş məbləğdən 2 dəfə artıq olaraq ödənilir.

Əgər uşaq hər hansı bir məktəbəqədər müəssisəyə yerləşdirilibsə, həmin hallarda anaya, yaxud digər ailə üzvlərinə məzuniyyət verilmir və müavinət ödənilmir.

Nümunə 1: “Merkur” MMC-də fəaliyyət göstərən Qasımova Nuranə uşağa qulluq məqsədilə qismən ödənişli sosial məzuniyyət götürüb. Lakin uşağın bir yaşı bitdikdə onu məktəbəqədər müəssisəyə yerləşdirir. Bu zaman müavinətin verilməsi dayandırılır və işçi fəaliyyətinə davam edir.

Uşağa qulluğa görə müavinət haqqında daha çox buradan oxumaq olar.

611-ci “Sair əməliyyat gəlirləri” hesabı üzrə uçot

Qeyri-rezidentin bəzi ödənişlərindən ödəmə mənbəyində vergi tutulması

posted in: Xəbər | 0

Aksiz, Aksiz, vergi, aksizli, aksiz vergisi, aksizli məhsul, aksiz vergisi, aksiz vergisi ödəyicisi, aksiz ödəyicilərinin qeydiyyatı, əsas vergi nəzəriyyələri, Vergilər, vergi nəzəriyyələriVergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur:

  • dividend – bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq;
  • faizlər – bu Məcəllənin 123-cü maddəsinə uyğun olaraq;
  • rezident müəssisəsinin və ya sahibkarın riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri – 4 faiz;
  • Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri – 6 faiz.

Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir;

  • bu Məcəllənin 125.1.1-ci – 125.1.4-cü, 125.1.6-cı – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri – 10 faiz;
  • rezident müəssisəsinin və ya sahibkarın muzdlu işlə əlaqədar ödədiyi gəlir – bu Məcəllənin 101-ci maddəsində göstərilən dərəcələrlə;
  • icarə haqları və royalti (bu Məcəllənin 125.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla) – bu Məcəllənin 124-cü maddəsinə uyğun olaraq;
  • idman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən – bu Məcəllənin 101.5-cı maddəsinə uyğun olaraq.

Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev qanunvericiliyin tələbini “vergiler.az”a şərh edir.

Misal: Rezident müəssisənin aşağıdakı ödəmələri olub:

2000 manat – icarə haqqı üzrə fərdi sahibkara;

3000 manat – faiz rezident müəssisəyə;

4000 manat – qeyri – rezidentin daimi nümayəndəsinə icarə haqqı;

5000 manat – riskin sığortası üzrə qeyri-rezident müəssisəyə;

6000 manat – malların Türkiyə-Gürcüstan arasında daşınmasına görə qeyri-rezidentə;

8000 manat – onlayn təhsil xidmətlərinə görə qeyri-rezidentə ödəniş edilib.

Müəssisənin ödəmə mənbəyində tutmalı olduğu vergini müəyyən edək.

Vergi Məcəlləsinin 99.3 və 124.1-ci maddələrinə əsasən, fərdi sahibkarın icarə gəlirlərindən, əgər icarəyə götürən şəxs vergi orqanında uçotda olarsa ödəmə mənbəyində vergi tutulur. Ona görə də ödənişi edən müəssisə həmin ödənişdən 14 faiz dərəcə ilə vergi tutmalıdır:

2000 x 14% = 280 manat.

Vergi Məcəlləsinin 122-ci maddəsinə əsasən, rezident müəssisəyə ödənilən faizdən ödəmə mənbəyində vergi tutulmur. O baxımdan rezident müəssisəyə ödənilən 3000 manat faizdən ödəmə mənbəyində vergi tutulmayacaq.

Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən, qeyri-rezidentin daimi nümayəndəliyinə ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur. Misalımıza əsasən rezident müəssisə ödədiyi 4000 manat icarə haqqından ödəmə mənbəyində vergi tutmayacaq.

Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən, riskin sığortası üzrə qeyri-rezidentə ödənilən sığorta haqlarından ödəmə mənbəyində 4 faiz dərəcə ilə vergi tutulur. Ödəməni həyata keçirən müəssisə 200 manat məbləğində ödəmə mənbəyində vergi tutmalıdır:

5000 x 4% = 200 manat.

Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən, beynəlxalq daşımalara görə qeyri-rezidentə ödənilən məbləğdən ödəmə mənbəyində 6% dərəcə ilə vergi tutulsa da daşımalar Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirilərkən qeyri-rezidentə ödəniş ödəmə mənbəyində vergi tutma obyekti deyil. Misalımıza uyğun olaraq malların Türkiyə-Gürcüstan arasında daşınmasına görə ödənişdən ödəmə mənbəyində vergi tutmayacaq.

Onlayn təhsil xidmətlərinə görə qeyri-rezidentə ödənilən haqdan isə Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Deməli müəssisə 8000 manatdan ödəmə mənbəyində 800 manat vergi tutmalıdır:

8000 x 10% = 800 manat.

Mənbə: vergiler.az


Mühasibatlıq üzrə xaricdə təhsil almaq istəyirsiniz?

posted in: Xəbər | 0

xaricdə təhsil, Mühasibatlıq üzrə xaricdə təhsilNələr lazımdır? Haradan başlamalı? 

Bir çox tələbənin gələcək arzusunda məhz xaricdə təhsil almaq ilk sıralarda olur. Əgər mühasibatlıq ixtisasını xaricdə davam etdirmək arzusundasınızsa, bu məlumatlar işinizi rahatlaşdıracaq.

Əvvəlcə baxaq ki, mühasibatlıq ixtisası üzrə nə üçün xaricdə təhsil almalısınız?

  1. Xaricdə yaşamağın ən üstün cəhəti büdcəni idarə etməli olduğunuzu öyrənməkdir. Oxuduğunuz ixtisasın ilkin praktikasını öz büdcəniz üzərində yoxlamaq əla olar, elə deyil?
  2. Mühasibatlığa fərqli baxış bucağı qazanacaqsınız. Xarici təcrübələr, mənbələr, işinizi spesifikləşdirmək üçün ən yaxşı fürsətdir.
  3. Qərarvermə, idarəetmə bacarığınız artacaq. Artıq seçim qarşısında olan zaman, prosesi özünüz idarə etməyə başlayacaqsınız.
  4. Yeni mədəniyyət, fərqli insanlarla tanış olacağınıza görə, kommunikasiya bacarıqlarınız genişlənəcək. Bu isə karyeranız üçün üstünlükdür.
  5. Karyera mövzusuna toxunuruqsa, əlbəttə ki, təhsildən sonra bilikləriniz karyeranızda qısa zamanda yüksəliş üçün imkan yaradacaq.

Bəs bu təhsili qazanmaq üçün sizə hansı sənədlər lazım olacaq?

  • Mühasibatlıq ixtisası üzrə bakalavr diplomu.
  • Transkript
  • Ümumi Orta Müvəffəqiyyət Göstəriciniz (ÜOMG) / GPA – Əsasən, 3.0/4.0 (83-86/100) tələb olunur.
  • Dil sertifikatı- IELTS (min. 6.5-7.5) və ya TOEFL 79 (on the Internet based test (IBT)
  • GMAT/GRE- bəzi ölkələrdə tələb olunur, bəzilərində isə yox. Hətta eyni ölkənin bir universitetində tələb oluna, digərində olunmaya bilər.
  • İxtisas üzrə təcrübə – Doğru kimi bilinən yanlışlardan biri də odur ki, tələbələr çox vaxt sadəcə yüksək ÜOMG və dil sertifikatı ilə qəbul alacağını düşünür. Lakin elə deyil, öz ixtisasınız üzrə iş təcrübəsi, müəyyən kurs sertifikatları, həmçinin sosial aktivliyi sübut edən könüllülük də tələb olunur.

Mühasibatlıq üzrə xaricdə təhsil araşdırması edərkən axtarmalı olduğunuz ixtisaslar isə aşağıdakılardır:

  • Professional Accounting – Peşəkar Mühasibatlıq
  • Accounting science – Mühasibat uçotu elmi
  • Finance\Accounting – Maliyyə/ Mühasibat
  • Accounting – Mühasibat uçotu
  • Business Administration -Biznesin idarə edilməsi
  • Accounting with Emphasis in Data and Analytics – Məlumat və analitikada mühasibat uçotu
  • Finance – Maliyyə
  • Tax -Vergi.

Sənədləri topladıqdan sonra mühasibatlıq təhsilini ən yaxşı hansı ölkələrdə ala bilərsiniz?

  • Top universitetlərin və dünya bankının yerləşdiyi ABŞ;
  • Dünyanın ən qədim mərkəzi bankının yerləşdiyi İsveç;
  • Münasib təhsil haqqı ilə keyfiyyətli təhsil imkanı yaradan Çexiya və Litva;
  • Qərbi Avropanın ən prestijli ölkələri sırasına daxil olan Avstriya, Niderland, Norveç və s.

Əlbəttə ki, bu siyahını genişləndirərək, 20 ölkədən 150-ə yaxın universiteti təklif etmək olar. Prosesdə göstəricilərinizi yaxşılaşdıraraq, doğru analiz etmək və planlayaraq ona uyğun addımlamaq vacibdir. Bu addımları güvənli və doğru şəkildə irəliləmək üçün Aloha World sizin yol yoldaşınız olacaq. Aloha World öz peşəkar komandası, sistemliliyi və tələbəyə individual yanaşması ilə artıq onlarla tələbənin xaricdə təhsil xəyalını reallaşdırıb.

Sən də öz təhsil xəyalını gerçəkləşdirmək üçün vaxt itirmə, elə indi addım at, dünyaya Aloha World ilə salam ver!

Əlaqə üçün: +994 77 739 14 24

Həmçinin, şirkətin instaqram səhifəsinə keçid edərək, suallarınızı ünvanlaya bilərsiniz.


1 491 492 493 494 495 496 497 2. 685