Birbank Biznes bizneslə məşğul olanlara növbəti onlayn xidməti təqdim edir

posted in: Xəbər | 0

Birbank Biznes bizneslə məşğul olan şəxslər üçün onlayn xidmətlərin çeşidini genişləndirməkdə davam edir. Bu dəfəki yenilik bank qarantiyası məhsuluna aiddir. Belə ki, müştərilər “Sürətli tender” üzrə qarantiya məktubunu Birbank Biznes vasitəsilə tam olaraq onlayn şəkildə ala bilərlər.

Yeni rəqəmsal xidmətin əsas üstünlüyü ondan ibarətdir ki, filiala gələrək vaxt itirməyə və kuratora, bank əməkdaşına müraciət etməyə ehtiyac yoxdur. Qarantiyanın ayrılması üçün sahibkarlar Birbank Biznes vasitəsilə müraciət edə bilərlər. Müraciət ərizəsi isə avtomatik sistem vasitəsilə formalaşır. Daha sonra müştəri ərizəsini ASAN imza ilə təsdiq edərək, məktubu tam olaraq onlayn formada əldə edir.

Birbank Biznes-in “Sürətli tender” məhsulu bir sıra özəlliklərə malikdir: bir dəfə müqavilə bağlanır və daha sonra qarantiya məktubları ərizə əsasında rəsmiləşdirilir; limit rəsmiləşdirilməsi komissiyasız həyata keçirilir; illik faiz və limit üzrə komissiya 0% təşkil edir; yalnız qarantiya məktubu əldə etdikdə birdəfəlik komissiya ödənilir.

Qeyd edək ki, Birbank Biznes-də sahibkarların hər gün istifadə etdiyi bir sıra məhsullar var:

  • Qarantiya məhsulları: tender, icra, avans, keyfiyyət, ödəniş, gömrük qarantiyası və s.
  • Sürətli tender
  • Nağd təminatlı qarantiya
  • Biznes overdraft
  • Ticarət əməliyyatlarının maliyyələşdirilməsi üzrə: faktorinq, satışın maliyyələşdirilməsi, təchizat öncəsi maliyyələşmə
  • Gömrük krediti
  • Sürətli kredit
  • Biznes ipoteka krediti
  • Maliyyə lizinqi
  • Ənənəvi kredit / Kredit xətti

Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business saytına keçid alın və ya 896 məlumat mərkəzinə zəng edin.


Kənd təsərrüfatı istehsalına ayrılan subsidiya məbləği mənfəət vergisinə cəlb edilirmi?

posted in: Xəbər | 0

kənd təsərrüfatı məhsullarının istehsalı, Hüquqi şəxs, Onlayn satış, sahibkarlıq fəaliyyəti,Gədəbəy rayonunda kartof məhsulu istehsalı ilə məşğul olan hüquqi şəxsə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən dövlət büdcəsi vəsaiti hesabına ayrılan subsidiya məbləği mənfəət vergisinə cəlb edilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 1 (bir) il müddətinə mənfəət vergisindən azaddır.

Qeyd olunanlara əsasən, dövlət büdcəsi vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxsə ayrılan subsidiya məbləği hüquqi şəxsin satışdankənar gəlirlərinə aid edilməklə mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 106.1.14-1-ci maddəsi.

Mənbə: vergiler.az


İdeyaları texnoloji həllərə çeviririk - Genity

Bağlanan müəssisənin ƏDV qeydiyyatının ləğvi zamanı ƏDV öhdəliyi yaranırmı?

posted in: Xəbər | 0

Bağlanan müəssisənin ƏDV qeydiyyatı, ƏDV qeydiyyatının ləğvi,ƏDV qeydiyyatında olan “Star” MMC (ad şərtidir) ləğv edilməsi üçün vergi orqanına müraciət edib. Lakin MMC-nin sahibliyində hər hansı mal qalığı mövcud deyil. Eyni zamanda, cəmiyyətin əvvəlki dövrlər üzrə topdansatış fəaliyyəti ilə bağlı debitor borcları vardır. Belə olan halda, ƏDV qeydiyyatının ləğvi zamanı cəmiyyətin ƏDV öhdəliyi yaranacaqmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən, vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın (o cümlədən malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə) vaxtı ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) vergi tutulan əməliyyatın aparıldığı vaxt sayılır.

Qeyd olunanlara əsasən, əvvəlki dövrlər üzrə təqdim edilən, lakin dəyəri ödənilməyən mallar üzrə yaranan debitor borclar müəssisə ləğv edilən zaman malların təqdim olunması kimi qiymətləndirilir və ƏDV öhdəliyi yaranır.

Əsas: Vergi Məcəlləsinin 159.6-cı və 166.3-cü maddələri.

Mənbə: vergiler.az


İdeyaları texnoloji həllərə çeviririk - Genity

Azər Türk Bankdan fərdi sahibkarlara töhfə

posted in: Xəbər | 0

Dövlət bankı Azər Türk Bank nağdsız və təmassız ödənişlərin qəbulunu həyata keçirən yeni ATB POS tətbiqini öz müştərilərinin ixtiyarına vermişdir.Dövlət bankı Azər Türk Bank öz fəaliyyətinin zamanın tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırılması istiqamətində daim fəal iş aparır.

Bankın son dövrdə ərsəyə gətirdiyi ekosistem, yenilənən xidmət şəbəkəsi vasitəsilə, Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri və məhsulları təqdim etməyə imkan verir.

Bu günlərdə Bank biznesə daha geniş və əlverişli imkanların təqdim edilməsi məqsədilə, əhali arasında populyarlaşan nağdsız və təmassız ödənişlərin qəbulunu həyata keçirən yeni ATB POS tətbiqini öz müştərilərinin ixtiyarına vermişdir.

Bu tətbiq ənənəvi POS terminalların imkanlarını özündə ehtiva etməklə Android mobil cihazları vasitəsilə istənilən yerdə və zamanda təmassız ödənişlərin qəbuluna imkan yaradır.

Qeyd edək ki, ATB POS bütün vergi ödəyiciləri üçün nəzərdə tutulsa da, kiçik biznes nümayəndələrinə daha sərfəlidir.

ATB POS tətbiqini Google Play vasitəsilə heç bir ödəniş etmədən yükləmək olar.

Qeyd edək ki, bu tətbiqi Azər Türk Bank və rəqəmsal ödənişlər sahəsində dünya lideri olan Visa ilə birgə ərsəyə gətirmişlər.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.


İdeyaları texnoloji həllərə çeviririk - Genity

1 503 504 505 506 507 508 509 2. 690